Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“ Zəfər bayramı” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin əməkdaşları -  Nəbi Hacıyev və Osman Məhərrəmov 4 noyabr  2023-ci ildə Bakı şəhəri Binəqədi rayonunda  tədbir təşkil ediblər. Tədbir 99 saylı tam orta məktəbdə  baş tutub.      

“8 Noyabr   Zəfər bayramı” ”adlı tədbirdə Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Ağsaqqallar Şurasının sədri Akif  Rəfiyev, şəhid anası Əliyeva Səfayə, məktəbin direktoru Ofelya Məmmədova, şagird və müəllim kollektivi iştirak etdilər.

Tədbiri məktəbin direktoru Ofelya Məmmədova açdı. O,qonaqları tədbir iştirakçılarına  təqdim etdi.

Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, istər İkinci Qarabağ müharibəsi, istərsə də, lokal antiterror tədbirləri zamanı ordumuz mənfur düşmənə layiqli cavab verdi və bütün dünyaya xalqımızın birgə bərabər olduğunu bir daha sübut etdi:

“Bu qələbəmizi şəhdlərimizə, qazilərimizə borcluyuq. Biz orta və yaşlı nəslin nümayəndələri hər zaman çalışırıq ki,keçmişdə buraxılan səhvləri siz buraxmayasız. Heç kəs bilmir ki,bu gün parta arxasında oturan bir şagird gələcəkdə dövlətimizin inkişafında hansı töhfələri verəcək. Əsas vətəni sevmək, qorumaq lazımdır.  Bunun  üçün yaxşı oxumaq və  müəllimlərin verdikləri bütün tapşırıqlaıı yerinə yetirrmək vacibdir. Çıxışımın sonunda torpaqlarımızı düşmən tapdağından təmizləyən və bu yolda  şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı, sizlərə təhsilinizdə uğurlar arzulayıram”.

Daha sonra Akif  Rəfiyev çıxış etdi.

Tədbirin sonunda xatirə şəkli çəkilib.  

2023-11-07 14:17:04
3449 baxış

Digər xəbərlər

Düşməni darmadağın edən əsgərlərimiz

Azərbaycan əsgəri yeni tarix yazır! Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib

Bakı, 30 oktyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
Göygöl Rayon İcra Hakimiyyəti

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.   Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər.   Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
MDB yeni REALLIQla tanış oldu - Prezident İlham Əliyevin ZƏFƏR NİTQİ

"İlham Əliyev asanlıqla və inamla danışdı, bir dənə də artıq söz yox idi, ifadələri dəqiq idi və şübhəsiz ki, erməni tanklarına qarşı Azərbaycanın pilotsuz aparatları kimi hədəfə doğru vuruldu". Bu haqda Rusiyanın "Kommersant" qəzetinin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından bəhs edən məqaləsində yazılır. Bəli, Azərbaycan Prezidenti dünən MDB liderlərini yeni reallıqla tanış etdi. Bu reallıqda Azərbaycan QALİB ölkədir və bu reallıqda Ermənistanın baş naziri Nikol Paşinyana yer yoxdur. Və o, iclasda iştirak etmirdi. Deyəsən, atasının vəfat etdiyinə görə. Yaxud bir başqa səbəbə görə. Elə də önəmli deyil. İştirak edə də bilməzdi. Çünki həm məğlub olan tərəfdir, həm də deməyə heç bir arqumenti qalmayıb. Olsa da, sadəcə acı gülüş doğurar. Necə ki, doğurur. Son illərdə Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq platformalarda və forumlarda çıxışlarının hamısı vacib, strateji, konseptual olub. İlham Əliyevin bir çox təşəbbüsləri, təklifləri, tövsiyələri beynəlxalq səviyyədə dəstəklənir və sadəcə Azərbaycana deyil, bütün dünyaya fayda verir. Xatırladım ki, bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası da keçirilib. Bir çox məsələlərdə Azərbaycan daim öncül ölkə olub, yol göstərib, təcrübəsi ilə bölüşüb. Azərbaycan bu işləri bacarır, hamıdan yaxşı bacarır. Bütün sahələrdə. Ona görə də bu günlərdə Dünya Bankı etiraf etdi - Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Sosial sahədə əldə etdiyimiz uğurlar, təcrübə bütün dünyada maraq doğurur. Bir çox ölkə bu təcrübədən bəhrələnmək fikrindədir. 44 günlük müharibə bitdi, bitməmiş bir çox ölkə Azərbaycanın hərbi təcrübəsinə diqqətini yetirdi. Azərbaycanın ZƏFƏRi bütün dünyaya maraqlıdır. Ona görə də dünən Prezident İlham Əliyevin dəmir arqumentlərə və səhih faktlara söykənən nitqini MDB ölkələrinin başçıları böyük diqqətlə qulaq asırdı. Bu nitq həm bütün dünyaya əziyyət çəkdirən pandemiyaya, həm Azərbaycan üçün ölüm-dirim savaşı olan müharibəyə və oradakı QƏLƏBƏyə həsr olunmuşdu. Bütün reallıqlar Prezident tərəfindən MDB ölkə rəhbərlərinin diqqətinə çatdırıldı. "Bu müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb" - İlham Əliyev dedi və geniş nitqində bütün reallıqları, həqiqətləri tam təfərrüatı ilə çatdırdı. Prezident vurğuladı: "1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı". Müharibəyə səbəb olan faktorlardan biri: "Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə hər şeyi olduğu kimi - status-kvonu saxlamaq üçün əllərindən gələni edirdilər, xüsusən ona görə ki, onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular". Və ən əsas faktor: "Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, "Qarabağ Azərbaycandır və nida işarəsi". Nəticədə kimin haqlı olduğunu tarix göstərdi". Haqlı olan isə nəticədə, bildiyimiz kimi, Azərbaycan və ölkəyə qələbə yaşadan Ali Baş Komandan oldu. MDB məkanında yeni REALLIQlar yaradan Ali Baş Komandan. Və bu reallıqlarla artıq hamı barışmalıdır, artıq hamı onları qəbul etməlidir. Qarşımızda isə daha bir reallıq, daha bir plan, daha bir hədəf var - Prezident o hədəfə də nitqində toxundu: "İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik". 21-ci əsrin Vətən müharibəsində erməni faşizmi məğlub edilib. 21-ci əsrin digər bəlası - pandemiya ilə mübarizə də qalibiyyətlə bitəcək, buna şübhə yoxdur. Və o zaman Azərbaycanın daha güclü, daha qüdrətli ölkə olması üçün daha çox fürsətlər olacaq. Çünki bunu qalib ölkədən REALLIQ tələb edir... Anar İmanovMilli.Az-ın Baş redaktoru

Hamısını oxu