Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  baş  mütəxəssisi Nəbi Hacıyev 15 yanvar 2024 –cü ildə Nizami rayonunda tədbirdə iştirak edib. Tədbir Nizami rayonunda yerləşən Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə baş tutub.

20 yanvar  Ümumxalq Hüzn Gününün 34–cü il dönümü ilə əlaqədar tədbirdə Nizami rayon VT-nın sədri Yəhya Ağayev, ”20 Yanvar “İctimai Birliyinin sədri Sultan Əzimzadə, 44 günlük Vətən müharibəsi iştirakçısı Abbas Məmmədov, məktəbin direktoru Kamran İsalı, şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Kamran İsalı açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib.

İlk olaraq çıxış üçün soz Nizami rayon VT-nın sədri Yəhya  Ağayevə verilib. Yəhya Ağayev 20 yanvar faciəsindən, onun səbəb və nəticələrindən ətraflı bəhs edib.

Daha sonra ”20 Yanvar “İctimai Birliyinin sədri Sultan Əzimzadə və Nəbi Hacıyev çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib

 

 

2024-01-16 14:53:26
3332 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

“Rusiya Ermənistanı işğal etdiyi torpaqları tərk etməyə məcbur edə bilər” “Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində MDB məkanındakı bütün konfiliktlərə son qoyulması arzuedilən olardı” Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, bu ölkədə keçirdiyi görüşlər həm Rusiya, həm də Azərbaycanda böyük maraq və məmnunluqla qarşılanmaqdadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu səfər və onun milli maraqlarımız, Azərbaycan-Rusiya münasibətləri baxımından önəmini şərh etməyə çalışdıq.   -Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azəraycanla yanaşı, Rusiya ictimaiyyətində, mediasında da böyük marağa səbəb olmaqdadır. Sizcə bu səfər Azərbaycanın dövlət maraqları, eləcə də, iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından nə dərəcədə önəmlidir?   -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq,strateji əməkdaşlığa söykənir.. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Mehriban xanımdan öncə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca faydalı və əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibari ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanımın Rusiyada həm prezident, həm baş nazir, həm də digər rəsmilər səviyyəsində yüksək qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir.   -Cəlil müəllim, Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfiliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər?   -Biz Qarabağ məsələsində Rusiyadan dəstək gözləyirik. Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanı təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır.  Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münaibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyib. Çünki Rusiyada yaxşı başa düşürlərki  Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq.   -Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir?   -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Biz Rusiya rəhbərliyi ilə münasibətləri inkişaf etdirməklə yanaşı, oradakı soydaşlarımıza, onların problemlərinə də diqqət və  qayğı göstərməliyik. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında  həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiaysının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi.   -Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik.   -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki,  MDB Veteranlar Təkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım.  Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında  iki siyasət və iki strategiya,II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu  əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əlivin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqətinə çatdırdım.  Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən,  tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalşmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər  haqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim  əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynda, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir.   -Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı hansısa müzakirə aparıldımı?   -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki,  müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin baçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfiliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq.Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konfilikt və qarşıdurmaların həlli baxımından faydalı olar.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını doğum günü və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Sabir müəllim! Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli təltif Sizin ana dilimizin, milli kimliyimizin və vətənpərvərlik ideyalarının təbliğinə həsr etdiyiniz yaradıcılıq yoluna və dövlətçiliyimizə olan sonsuz sədaqətinizə verilən ən yüksək qiymətdir. Veteranlarımız adından Sizə ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.  

Hamısını oxu
“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley sikkə kolleksiyasını ictimaiyyətə təqdim edib. Kolleksiya “AzerGold” QSC-nin ötən on il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələri əks etdirir. Qızıl və gümüş sikkələrin ön hissəsində “AzerGold”un korporativ üslubunu və fəaliyyət istiqamətini simvolizə edən elementlər, mərkəzi hissədə isə Cəmiyyətin loqosu yerləşdirilib. Kompozisiyanı əhatə edən konsentrik dairəvi xətlər davamlı inkişafı, hərəkəti və gələcəyə yönəlmiş strateji baxışı ifadə edir. Sikkənin əsas elementi olan "10" rəqəmini əhatə edən spiral relyef açıq tipli mədən karxanasının yuxarıdan görünüşünü xatırlatmaqla mərkəzə doğru enən pilləli quruluş təsiri yaradır. Karxana təsviri yerin dərinliklərindəki sərvətlərin insan əməyi, elm və texnologiyanın vəhdəti sayəsində iqtisadi dəyərə çevrilməsini vurğulayır. Sikkələrin üzərində “2016–2026” tarixlərinin əks olunması isə “AzerGold”un 10 illik fəaliyyət yolunu simvolizə edir. Kolleksiya dövlət şirkətinin ölkəmizdə hasil etdiyi qızıl və gümüş xammalından hazırlanıb. Həm estetik görünüşü, həm də xatirə əhəmiyyəti ilə diqqət çəkən məhsullar məhdud sayda istehsal olunub. Sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Hamısını oxu