Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan gəncliyi “Dəmir yumruğ”un əsas özəyi, dövlətimizin zərbə qüvvəsidir”

Elşən Hüseynov: “Prezidentin gənclərə, gənclərin isə Prezidentə olan sevgi və inamı milli birliyimizin göstəricisidir”

Prezident İlham Əliyev mayın 10-da Şuşa sakinləri ilə görüşüb, şəhərdəki son quruculuq işləri ilə tanış olub. Ölkə başçısı Şuşadakı çıxışında Azərbaycan gəncliyi, onun Vətən müharibəsindəki rolu haqqında yüksək fikirlər səsləndirib. Prezident qeyd edib ki, torpaqlarımızı azadlığına görə Azərbaycan gəncliyinə borcluyuq, çünki sinəsini qabağa verərək torpaqları azad edən onlar oldu.

Prezidentun gənclər haqqındakı bu açıqlaması Azərbaycan gəncliyinin vətənpərvərliyinə, milli-mənəvi dəyərlərə bağlılığına verilən ən yüksək qiymət hesab oluna bilərmi?

Moderator.az-a açıqlama verən Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov Prezidentin hər zaman ölkə gəncliyinə çox böyük etimad göstərdiyini vurğulayıb:

“Cənab Prezident Vətən müharibəsindən sonra vətəndaşlarımızla görüşlərində, mediaya verdiyi müsahibələrdə gənclərimizin 44 günlük müharibədəki qəhrəmanlığını hər zaman yüksək qiymətləndirib. Dövlət başçısı daim qeyd edib ki, qələbənin əldə edilməsində Azərbaycan Ordusunun göstərdiyi rəşadət həlledici rol oynayıb. Azərbaycan Ordusunun avanqard qüvvəsi isə Azərbaycan gəncliyidir.

İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən xalqa, xüsusilə gənclərə xitabən belə bir söz işlətdi. Prezident bildirdi ki, mən sizə güvənirəm, siz də mənə güvənə bilərsiniz. Prezident hər zaman Azərbaycan gəncliyini dövlətimizin, dövlətçiliyimizin arxa-sayağı hesab edib. Özü də gənclərimizə arxa-dayaq olub. Prezidentin gənclərə, gənclərin isə Prezidentə olan sevgisi, inamı, etimadı ölkəmizdəki birliyin göstəricisidir. Prezidentin də öz çıxışlarında vurğuladığı kimi, dövlətimizin gələcəyi gənclərimizə bağlıdır.

Azərbaycan gəncliyi 2023-cü ilin 19-20 sentyabr tarixində gerçəkləşən lokal antiterror tədbirlərinə də öz gücünü göstərdi, öz sözünü dedi. Prezident Şuşadakı çıxışında Ermənistana, onu himayə edən Fransa kimi güclərə xitabən bildirdi ki, onlar Ermənistanı nə qədər silahlandırmağa çalışsalar da, Azərbaycan lazımi məqamda lazım bildiyi addımı atacaq. Anti-Azərbaycan qüvvələrə qarşı istər diplomatik, istərsə də hərbi mütəvidə mübarizə məsələsində Prezidentin güvəndiyi yenə də Azərbaycan gəncləridir. Azərbaycan gəncliyi “Dəmir yumruğ”un özəyi, dövlətimizin zərbə qüvvəsidir.

Prezidentin gənclərlə bağlı sonuncu çıxışı gənclərimizə olan sevgi və inamın nümunəsidir. Biz fəxr edirik ki, ölkəmizdə  vətəninə, dövlətinə, milli-mənəvi dəyərlərinə sadiq olan bu cür gənclik var”.

Seymur ƏLİYEV

 

2024-05-11 17:22:11
2904 baxış

Digər xəbərlər

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 aprel 2023-ci il tarixində  Səbail rayonunda tədbir təşkil etdilər. Tədbir Səbail rayonunda yerləşən Eldar Əliyev adina 162 saylı tam orta məktəbdə baş tutub. Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ”Ulu Öndər Heydər Əliyevin  irsi milli sərvətimizdir” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Arzu Nəzərova, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri məktəbin direktoru Arzu Nəzərova açıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib: “ Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir. Vətəni ,xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün əbədi lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Mən bu gün sizlərin qarşısında çıxış etməklə, siz sagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları,  Heydər Əliyev irsini öyrənəsiniz. Çünki Azərbaycanımızın xoşbəxt gələcəyini siz yaşadacaqsız. Çıxışımın sonunda Ulu Öndər Heydər Əliyevə, torpaqlarımızın qorunmasında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.      

Hamısını oxu
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib

Sentyabr ayının 27-də və 28-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib. Yarışlar “E”, “L” koteqoriyaları üzrə 27 sentyabr, “M*” kateqoriyası üzrə isə 28 sentyabr tarixində keçirilib. Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər. “E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yerin sahibi olub. “L” kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Aleks 1” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “Lothar 41” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışların sonuncu turu sentyabr ayının 28-də “M*” kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Qeyd olunan kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla birinci, “Murad” atçılıq klubunun idmançısı İya Firsova “Clima” ləqəbli atla ikinci, “Elano C” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla üçüncü, “Gilan” atçılıq  klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışın sonunda birinci yerin sahiblərinə “Mahir Muradov Kuboku”, ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu
Polkovnik Cəlil Xəlilova “Fəxri professor” adı verilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri professor” adına layiq görülüb. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edən  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan nümayəndəsi, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə Respublika Veteranlar Təşçkilatının sədri Fatma Səttarovanın iştirakı ilə “Fəxri professor” diplomunu polkovnik Cəlil Xəlilova təqdim edib.    

Hamısını oxu
İlham Əliyev çıxış etdi - MDB konfransı

MDB dövlət başçılarının toplantısı başlayıb. Publika.az Axar.az-a istinadla xəbər verir ki, dövlət başçıları hazırkı situasiyanı və siyasi, iqtisadi, sosial və mədəni sahədə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edirlər. Hazırda Prezident İlham Əliyev çıxış edir və o, Vətən müharibəsi haqda ətraflı danışır.

Hamısını oxu