Vətən Müharibəsi Şəhidlərimiz-Nərimanov rayonu








Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi, 1 nəfərə isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi verilib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlum addımını təqdir edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına münasibətdə bu cür həssaslıq sərgiləməsi, onları həqiqi hərbi xidmətə qəbul etməsi olduqca müsbət və təqdirəlayiq tendensiyasdır. Xarırladım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə də Vətn müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edib, onların bundan sonra da Vətənə hərbçi kimi xidmət etməsinə şərait yaradıb. Mən buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkür edir, onlara öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına olan bu münasibəti digər dövlət qurumları üçün də nümunə olmalı, onlar da müharibə iştirakçılaırnın işlə təminatında aktivlik göstərməli, hər addımda bu kateqoriyadan olan vətəndaşlarımıza qayğıkeş münasibət sərgiləməlidir. Müharibə iştirakçılarına bu cür münasibət hər birimizin mənəvi borcudur. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi qulluğa qəbul edilən şəxlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Hamısını oxu
Aksiya zamanı 50-ə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi xidmət göstərilib Veteran.gov.az xəbər verir ki, 21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin herontoloji briqadası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlar üçün tibbi aksiya keçirib. Aksiya zamanı 50-ə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi yardım göstərilib. Məlumat üçün qeyd edək ki, bu, “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin veteranlarla bağlı həyata keçirdiyi ilk tibbi-sosial aksiya deyil. Adıçəkilən qurum bundan öncə də dəfələrlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında oxşar aksiyalar keçirib, ümumilikdə yüzlərlə veterana pulsuz tibbi yardım göstərib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin direktoru Nailə Əhmədova analoji aksiyaların bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəyini vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov aksiyaya görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin kollektivinə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 2 mart 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər Veteranlar Təşkilatının yaranmasının 35 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Veteranlar Təşkilatının sədri Vaqif Qayıbov Təşkilatın yaranma tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Vaqif Qayıbov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-1980-ci illərdə respublikada bütün sahəlrədə olduğu kimi, veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmiş, dövlətin dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci ildə Respublika Veteranlar Şurasının təsis olunması ilə nəticələnmişdir. Tədbirdə çıxış edən Birinci Qarabağ müharibəsi iştirakçısı Daniyar Mehdiyev ötən əsrin 90-cı illərindəki Qarabağ müharibəsi ilə bağlı iştirakçıları məlumatlandırıb, müharibə ilə bağlı xatirələrini dilə gətirib. 44 günlük Vətən müharibəsi iştirakçısı Həsənxan Həsənli müharibə ilə bağlı təəssüratlarından söz açıb. O, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına öz minnətdarlığını bildirib. İkinci Qarabağ müharibəsi iştirakçısı Anar Ağamalı müharibə dövründə əsgər və zabitlərin qəhrəmanlığından danışıb. Anar Ağamalı qeyd edib ki, müharibə Azərbaycan əsgərinin qorxmaz və mübariz olduğunu, hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etdi. Əmək veteranı Aslan Aslanov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin müdrik kəlamı ilə tədbiri yekunlaşdıırb: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhdiliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Hamısını oxu