Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində görüş keçirilib

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində  Birliyin sədri polkovnik Cəlil Xəlilov və “Alyans”   Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abasov arasında görüş keçirilmişdir. Ölkəmizdə veteranlar təşkilatının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən polkovnik Cəlil Xəlilov  cənab Prezident İlham Əliyevin və  Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşkilata göstərdikləri dövlət dəstəyini vurğuladı.

 

Görüşdə Təşkilatın sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.

 

 

Həmçinin görüşdə hər iki təşkilatın arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

2025-02-12 14:40:46
3322 baxış

Digər xəbərlər

Veteran Fərrux Baxışov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 7, m 11-də məskunlaşan veteran Baxışov Fərrux Ağasəf oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib. Təşkilatın sədri polkovnik Cəlil Xəlilova ünvanlanan məktubda deyilir: “Hərmətli sədr! Mənə göstərdiyiniz diqqət və köməkliyə görə sizə səmimi təşəkkürümü bildirirəm. Qəbul zamanı müraciətimə operativ və məsuliyyətli yanaşmağınız nəticəsində üzləşdiyim çətinlik müsbət şəkildə həllini tapdı. Veteranlara göstərdiyiniz qayğı və diqqət yüksək qiymətə layiqdir. Göstərdiyiniz köməkliyə görə bir daha minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram”.  

Hamısını oxu
Milli Qəhrəman Riad Əhmədov dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub. Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər. Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.        

Hamısını oxu
Çingiz Quliyev-85!

ATU-nun Uşaq cərrahlığı kafedrasının professoru, tibb elmləri doktoru, Çingiz Bayram oğlu Quliyevin 85 yaşı tamam oldu.  Əmək fəaliyyətinə 1968-ildən başlayan Çingiz Quliyev bütün ömrü boyu bir yerdə, ATU-da işləyib. Ömrünün düz 57 ilini bu Universitetə həsr edib.  Universitetin Uşaq cərrahlığı kafedrasında əmək fəaliyyəytinə başlayan Çingiz Quliyev 23 il həmin kafedranın rəhbəri olub. Bir neçə dərslik, monoqrafiya və çoxsaylı elmi işlərin müəllifi olan Ç.Quliyev həm elmi, həm də  praktik kadrların  yetişməsi üçün çox işlər görüb. Çoxsaylı elmlər namizədi və elmlər doktoru hazırlayıb. Çingiz Quliyev mənim də bir alim və praktik həkim kimi yetişməyimdə müstəsna rol oynamışdır. Bu il yanvar ayının 30-da Çingiz Quliyevin 85 illik yubileyini qeyd edəcəyik. Bunun üçün beynəlxalq səviyyəli konfrans keçirilməsi üçün hazırlıq işləri görürük. Allahdan ona uzun və sağlam ömür arzulayıram. Hörmətlə: Tələbəniz, tibb üzrə fəlsəfə doktoru Mahmud İsmayılov.

Hamısını oxu
Yeni tv

Hamısını oxu