Digər xəbərlər
Реализация социальных пакетов положительно сказывается на благосостоянии граждан. Большинство азербайджанских ветеранов в СНГ охвачены заботой и вниманием. С начала 2019 года президент Ильхам Алиев издал различные указы и распоряжения по усилению социальной защиты населения и решению их проблем. Реализация социальных пакетов положительно влияет на благосостояние граждан, различных социальных, малообеспеченных и привилегированных групп, в том числе ветеранов, и их социальные проблемы решаются. Президент Азербайджана прилагает значительные усилия для улучшения благосостояния населения. Об этом заявил полковник Джалил Халилов, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики в своем интервью АзерТАдж . По словам Халилова, президент Ильхам Алиев реализует лозунг «В основе нашей политики лежит гражданин Азербайджана, его проблемы, его проблемы, его благополучие». Глава государства всегда рассматривал решение социальных вопросов членов семьи тех, кто служит Родине и народу. Другим важным шагом в этом направлении является подписанный в этом году Указ главы государства об учреждении президентской стипендии Азербайджанской Республики для ветеранов войны. «Социально-экономические консультации, проведенные при президенте Ильхаме Алиеве, показали, что законодательные акты, подписанные в 2019 году, внесли позитивные изменения в жизнь пенсионеров, инвалидов, ветеранов войны и семей с низкими доходами. Эта консультация подтверждает, что результаты реформ в этой области находятся в фокусе. В целом, шаги, предпринятые в социальной сфере, охватывают почти четыре миллиона граждан. Указы, подписанные президентом Ильхамом Алиевым в первой половине этого года, способствовали улучшению благосостояния каждого гражданина, укреплению социальной защиты и усилению общественной заботы о них. Эти документы еще раз подтвердили, что забота и проблемы граждан Азербайджана находятся под постоянным контролем нашего государства. Политический курс Азербайджана социально ориентирован, Он отметил, что рост экономической мощи Азербайджана также создал условия для надежного обеспечения социальной защиты военнослужащих. Согласно соответствующим указам, повышение заработной платы специальных военных и правоохранительных органов и гражданского персонала еще раз подтвердило доверие, оказанное патриотам. Кроме того, повышение минимальной заработной платы окажет положительное влияние на благосостояние малообеспеченных семей в Азербайджане. Успехи в экономической сфере значительно повысили социальную защищенность граждан страны. В целом революционные шаги на следующем этапе социальных реформ подтвердили тезис президента Ильхама Алиева о том, что «человеческий фактор находится в центре государственной политики в Азербайджане». Вице-президент отметил, что президент Азербайджана подписал ряд приказов и указов, направленных на усиление социальной защиты ветеранов, ветеранов войны и инвалидов. В связи с этим азербайджанские ветераны очень внимательно и с вниманием относятся ко всем странам СНГ. Улучшение благосостояния ветеранов всегда вдохновляет. Азербайджанские ветераны поддерживают внутреннюю и внешнюю политику, проводимую главой нашего государства. Недавние заказы свидетельствуют о значительном прогрессе в социальной сфере. Поэтому ветераны будут и впредь делать все возможное в единстве народа и в патриотическом воспитании молодежи.
Hamısını oxuCəlil Xəlilov: “Sülhməramlıların vətəndaşlarımızın sərbəst hərəkətinə maneçilik törətmək haqqı yoxdur” “Xankəndində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir”. Veteran.gov.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əgər Xankəndində yaşayan ermənilər bundan sonra da bu ərazidə yaşamaq istəyrisə, o zaman Azərbaycan qanunvericiliyə tabe olmalıdır: “Xankəndi Azərbaycann bir hissəsidir və orada yaşayan ermənilər yalnız Azərbaycan qanunvericiliyinin tələblərinə tabe olduqları hadla burada yaşaya bilərlər. Çünki qanun hamı üçün birdir və heç kim istisnalıq təşkil etmir. Şuşada ermənilərin törətdiyi ekoloji terror əleyhinə keçirilən aksiyaya gəlincə, bu aksiya olduqca önəmlidir. Azərbaycan xalqı bu aksiya ilə bütün dünyaya göstərir ki, onlar ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi talanlardan, ekoloji cinayətlərdən xəbərdardırlar və bununla barışmaq niyyətində deyillər. Əslində, bu etiraz aksiyası məntiq və mahiyyət etibarı ilə həm də sülhməramlıların hərəkətsizliyinə, onların erməni vəhşiliklərinə göz yummasına yönəlik bir aksiyadır. Çünki ermənilər bütün bu cinayətləri, talan və qarətləri sülhməramlıların gözləri qarşısında törədirlər. Lakin əfsuslar olsun ki, Rusiya sülhməramlıları bu qanunsuzluğun qarşısnı almaq üçün hər hansı addım atmayıb və bu gün də atmır. Məhz buna görə də sadə azərbaycanlılar öz etirazlarını ortaya qoyaraq sülhməramlıları erməni cinayətlərinin qarşısını almağa səsləyir, prinsipial mövqe ortaya qoyurlar. Onu da qeyd edək ki, Laçın yolunu aksiyaçılar deyil, Rusiya sülhməramlıları bağlayıb və buna görə də yolun bağlanması ilə bağlı bütün məsuliyyət də məhz onların üzərinə düşür. Aksiya fonunda müşahidə edilən məqamlardan biri də bəzi hallarda sülhməramlıların azərbaycanlı jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq cəhdidir. Hansı ki, bu, qətiyyən yolverilməzdir. Birincisi, ona görə ki, həmin jurnalistlər azərbaycanlıdır və onlar öz vətənlərində sərbəst şəkildə gəzib dolaşmaq hüququna malikdirlər. Heç kim, o cümlədən sülhməramlılar onların bu hüququnu məhdudlaşdıra bilməz. Ümumiyyətlə, sülhmrəamlıların hansısa jurnalistimizin və ya digər vətəndaşımızın gediş-gəlişini əngəlləmək hüququ yoxdur. Yaxşı olar ki, sülhməramlılar azərbaycanlıları Azərbaycan ərazisində güdməklə deyil, 10 noyabr Bəyanatında təsbit edilən missiyaları ilə məşğul olsunlar. Bu missiya isə bölgədəki erməni silahlılarını ərazidən çıxarmaq, sülh və sabitliyi təmin etmək, talan və qarətə imkan verməmək, bütün cinayətlərin, eləcə də ekoloji cinayətlərin qarşısını almaqdır”.
Hamısını oxu
Cəlil Xəlilov: “Respublikamızın sürətli inkişafında onun əməyi danılmazdır” “Azərbaycan Respubliklasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə Mehriban Əliyevanı təbrik edən Cəlil Xəlilov, onun çoxşaxəli ictimai-siyasi, sosial-mədəni fəaliyyətinə diqqət çəkib: “Mehriban Əliyeva və onun rəbərikl etdiyi Heydər Əliyev Fondu respublikamızın bir çox bölgələrində çoxsaylı layihələr həyata keçirib, vətəndaşların sosial rifahının yaxşılaşması, onların yaşam səviyyəsinin yüksəldilməsi üçün böyük əmək sərf edib. Sağlamlıq problemi olan şəxslərin müalicəsindən tutmuş şəhid ailələrinin, veteranların mənzillə təminatına qədər müxtəlif müstəvilərdə sistemli fəaliyyət ortaya qoyan Mehriban xanım, həm də böyük mədəni layihələrin müəllifidir. Qədim tarixi abidələrin qorunması, onların yenidən bərpası və təbliği Mehriban xanımın bütün ictimai-mədəni fəaliyyətinin əsasını təmin edib. Milli musiqimizin, adət-ənənlərimizin yaşadılması və dünyada təbliği də Mehriban xanımın adı ilə bağlıdır. Unutmaq olmaz ki, məhz Mehriban xanımın dəstəyi ilə ölkəmizdə bir neçə dəfə muğam müsabiqələri həyata keçirilib, bu müsabiqələr yüzlərlə musiqiçidə muğama hədsiz maraq yaradıb, onları bu sahəni tədqiq etməyə həvəsləndirib. Mən ad günü münasibətilə hörmətli Mehriban xanımı təbrik edir, ona ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”. Polkovnik Mehriban Əliyevanın ictimai-mədəni fəaliyyətinin yalnız ölkəmizlə məhdudlaşmadığını, dünyanın bir çox dövlətlərini əhatə etdiyini bildirib: “Mehriban xanımın yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mədəni layihələr həyata keçirdiyi, tarixi abidələrin bərpası istiqamətində mühüm addımlar atdığı heç kimə sirr deyil. Mehriban xanımın bu fəaliyyətinə Avropanın bir çox ölkəsində, eləcə də müxtəlif coğrafiyalarda rast gəlmək mümkündür. Bütün bunlar onu göstərir ki, Mehriban xanım öz fəaliyyətində milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərləri rəhbər tutub, bütün insanlığın mənafeyini müdafiə edib. Bu, Mehriban xanımın timsalında Azərbaycan insanının, Azərbaycan qadınının mənəvi ucalığından xəbər verir”. Sədr müavini vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu veteranlara və şəhid ailələrinə də böyük diqqət göstərir, onlardan qayğısını əsirgəmir: “Heydər Əliyev Fondu Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatına da mütəmadi qayğı göstərir, veteranlarımızı tək qoymur. Biz uzun illərdir ki, hörmətli Mehriban xanımın, Heydər Əliyev Fondunun bu dəstəyini öz üzərimizdə hiss edirik. Heydər Əliyev Fondu veteranların, şəhid ailələrinin problelərinə də daim həssaslıqla yanaşıb, bu probemlərin həlli istiqamətində qəti addımlar atıb. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur. Mehriban xanımın tapşırığına uyğun olaraq Fond tərəfindən ötən ilin oktyabr ayına qədər 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, onlarla Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir. Mehriban xanım Birinci vitse-prezident kimi də uğurla fəaliyyət göstərməkdə, dövlətimizin maraqlarını siyasi-diplomatik platformalarda müvəffəqiyyətlə müdafiə etməkdədir. Mən bütün bu xidmətlərinə görə bütün veteranlar adından Mehriban xanıma təşəkkürümü bildirir, onu yubiley münasibətilə təbrik edirəm. Əminəm ki, Mehriban xanım bundan sonra da mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, şəhdi ailələrinin və veteranların əsas himayədarı olaraq qalacaq”.
Hamısını oxu
Hörmətli media nümayəndələri, Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu. Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır. Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi. 1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi. Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur. Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu. Hörmətli media nümayəndələri, Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik. Dərin hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu