Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli liderin məzarını ziyarət edib, məzar önünə çələng və gül dəstələri qoyublar. 

 Daha sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər.

 Fəxri Xiyabanda veteranlar qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Ulu öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında Heydər Əliyev siyasi kursunun dayandığını bildirib.

 Veteranlar həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiram hissi ilə yad ediblər.

 

2025-05-09 13:03:53
2683 baxış

Digər xəbərlər

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda beynəlxalq onlayn elmi konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən “Tibbi Biotexnologiya sahəsində Yeniliklər” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd tibbi biotexnologiya sahəsində aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi, müasir yanaşmaların və innovativ texnologiyaların təqdim edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub. Tədbirdə Azərbaycan, Türkiyə və Kipr universitetlərini təmsil edən alim və mütəxəssislər iştirak edərək tibbi biotexnologiyanın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər. Çıxışlarda biotexnologiyanın tibbdə tətbiqi, müasir laborator tədqiqat metodları, infeksion xəstəliklərin diaqnostikasında yeni yanaşmalar, molekulyar biologiya və genetik tədqiqatların perspektivləri kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb. Konfrans çərçivəsində təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb. Onlayn formatda təşkil olunan konfransda müxtəlif elmi və tibbi müəssisələri təmsil edən tədqiqatçılar, həkimlər, müəllimlər, tələbələr və bu sahəyə maraq göstərən mütəxəssislər daxil olmaqla 200-ə yaxın iştirakçı qoşulub. Konfransın sonunda iştirakçılar belə elmi platformaların tibbi biotexnologiya sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbirdə iştirak edənlərə elektron sertifikatların təqdim olunacağı bildirilib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Respublika Veteranlar Təşkilatının nümayəndləri Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini yad ediblər. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb,  Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun şəxsi təşəbbüsü ilə hazırlanmış əklil  “Əbədi məşəl” abidəsinin önünə qoyulub.

Hamısını oxu
Parisdə Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyası keçirilib

Parisdə Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyası və Dünya Veteranlarının Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 121 ölkəsindən 172 veteran iştirak edib. Üç ildən bir keçirilən Baş Assambleyanın budəfəki yığıncağında təşkilatın prezidenti və vitse-prezidenti, eləcə də qitələr üzrə alt komitələrin sədrləri səsvermə yolu ilə yenidən seçiliblər. Təşkilatın katibliyi tərəfindən hazırlanmış hesabatlar dinlənilib, qarşıdakı illər üzrə fəaliyyət planı təsdiqlənib. Federasiyanın prezidenti Dan-Viggo Bergtun təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Federasiya yaxın gələcəkdə böyük tədbirlərindən birinin Azərbaycanda keçirilməsini arzulayır. Qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Dünya Veteranlar Federasiyasına göndərdiyi bəyanat Federasiyanın Parisdə keçirilmiş 29-cu Baş Assambleyasında müzakirəyə çıxarılmışdır. Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin diplomatları Fərid Soltanov və Vüqar Əliyev iştirak ediblər.   Şəhla Ağalarova AZƏRTAC-ın xüsusi müxbiri Paris

Hamısını oxu
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Publika.az DTX-nin saytına istinadən xəbər verir. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.   Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur. Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər.

Hamısını oxu