Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

102 yaşlı müharibə veteranını Qələbə Günü münasibətilə təbrik ediblər

Veteran.gov.az xəbər verir ki, mayın 9-da Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman  Cəlilabad şəhər inzibati  ərazi dairəsi üzrə  nümayəndəliyinin rəhbəri Faiq Məlikov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərovla birlikdə  rayonun Astanlı kəndinə gedib Böyük Vətən Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu öz evində ziyarət ediblər. Onlar 102 yaşlı veteranı 9 May Qələbə günü və alman faşizmi üzərində qələbənin 80 illiyi münasibəti ilə təbrik edərək ona möhkəm cansağlığı  arzulayıblar.

Əbiş dayı göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına  öz  minnətdarlığını bildirib.

2025-05-16 10:21:14
2546 baxış

Digər xəbərlər

“Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq”

“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir: “Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.  Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını  göstərir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi(1919-2019)” yubiley medalı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə təqdim edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Hamısını oxu
Nərimanov rayonunda “5 oktyabr - Müəllimlər Günü” münasibəti ilə bir qrup orta ümumtəhsil məktəblərinin direktorları mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 06 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun iştirakı ilə bir qrup orta ümumtəhsil məktəblərinin direktorları Vətənə sevgi hisslərinin şagirdlər arasında layiqincə təbliğ etdiyinə, uşaq və yeniyetmələrin təlim-tərbiyə işlərində göstərdiyi xidmətlərə görə və “5 oktyabr - Müəllimlər günü” münasibəti ilə fəxri fərman və hədiyyələr ilə mükafatlandırılıblar.   Təltif olunan direktorlar: Gülnarə Cəfərova - 36 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova - 39 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova - 45 nömrəli tam orta məktəbin direktoru Aytən Bağırova – 47 nömrəli tam orta məktəbin direktoru Füzuli Həsənov - 73 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva - 82 nömrəli tam orta məktəbin direktoru Xalidə İbrahimova - 93 nömrəli tam orta məktəbin direktoru Günay Çəndirli - 177 nömrəli tam orta məktəbin direktoru Esmira Quliyeva - Məktəb-Lisey Kompleksin direktoru Arzu Süleymanova - 202 nömrəli tam orta məktəbin direktoru Məlahət Rəhimova - 212 nömrəli tam orta məktəbin direktoru Sədaqət Hüseynova - 258 nömrəli tam orta məktəbin direktoru  

Hamısını oxu
Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fəlakətin bütün əlamətləri göz önündədir: “44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan artıq iki ildən çoxdur ki, müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan, Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ölkəmizə qarşı mina terrorunu davam etdirən, dövlətimiz haqqında beynəlxalq platformalarda yalan və böhtan səsləndirən Ermənistan, bununla postmüharibə dövrünün reallıqlarını dəyişəcəyinə, nələrəsə nail olacağına ümid edir. Halbuki Ermənistanın rifahı və təhlükəsizliyi üçün yalnız bir optimal variant var. Bu variantı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb. Bu yol Azərbaycanın tələbləri ilə razılaşmaq, təxribatlardan və mina terrorundan imtina etmək, ölkəmizin sülh sazişi ilə bağlı şərtlərini dəstəkləməkdir. Ermənistanın nicatı üçün ikinci bir yol yoxdur və heç vaxt da olmayacaq”. Hərbi-siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvan bu aydın həqiqəti nə qədər tez dərk edərsə, bu, Ermənistanın özü üçün bir o qədər faydalı olacaq.

Hamısını oxu