Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubiley münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 ilik yubiley münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

Hörmətli İlqar müəllim,

Sizi və rəhbərlik etdiyiniz kollektivi “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Respublikamızın  aparıcı informasiya agentliyi olmaqla bərabər Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada  geniş oxucu kütləsini əhatə edir.  

Azərbaycanın azad və demokratik media məkanında xüsusi yeri olan “Trend” öz dəqiqliyi, qərəzsiz informasiya mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini tutur. Azad media məkanında çoxsaylı informasiya agentlikləri və portalları içində seçilmək və nüfuz qazanmaq çətin fəaliyyətin nəticəsidir.  

“Trend” Beynəlxalq İnformasiya Agentliyinin əhatə dairəsi yalnız ölkə ərazisi ilə məhdudlaşmır. Agentliyin əməkdaşları Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində fəaliyyət göstərir, müxtəlif ictimai-siyasi, mədəni, idman sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən məqalələri, araşdırmaları ilə də çoxsaylı oxucuların qonağı olur.

Hər bir informasiya agentliyi kimi, “Trend” də etibarlılıq prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları qarşısında yüksək imicə sahib olmağı bacarıb.

Hörmətli İlqar müəllim,

Respublika Veteranlar Təşkilatı adından bir daha Sizi təbrik edir, Sizə cansağlığı,  gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

2025-09-01 16:56:06
2589 baxış

Digər xəbərlər

Şəhidlər ölməz!

Oktyabrın ayının 18-i Nehrəm qəsəbə şəhidliyində  keçirilən anım tədbirində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nehrəm qəsəbə Bələdiyyəsinin nümayəndələri, iş adamı Səfər Əlirzayev, Babək rayon YAP-nın sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin əməkdaşları, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, dini icmanın nümayəndələri, şəhid ailələri, qəsəbə sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, gənclər, qəsəbə məktəbliləri və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət ediblər. Anım mərasimində şəhidin məzarına əklillər qoyulub önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub, xatirələri yad edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu
İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur. Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi. Əli Əkbər Əhmədian vurğuladı ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini dedi. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlandı. Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edildi. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunuldu, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olundu. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi.

Hamısını oxu
İş adamından 8 Noyabr zəfərinin 4-cü ildönümü ilə bağlı nümunəvi addım

Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib Dünən xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü. Veteran.gov.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb. Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığı diqqət mərkəzində saxlayır

Mətbuat cəmiyyət həyatının əksidir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz KİV-lərin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı Məmməd Xəlil oğlu İsayevi qurumun tədbirlərini yüksək səviyyədə işıqlandırdığına və veteran hərəkatının təbliğindəki xidmətlərinə görə diplomla mükafatlandırıb. Mükafatı təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov təqdim edib. Sədr general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin 22 iyul tarixli sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Sədr dövlət mətbuatının nümayəndəsini  təbrik edib, ona məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıb.

Hamısını oxu