Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib. 

Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib:

“Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır.

Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar.

Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”.

Seymur ƏLİYEV

2025-12-24 19:45:00
2470 baxış

Digər xəbərlər

Лидер, изменивший геополитическую картину Южного Кавказа: Ильхам Алиев

Азербайджан идет к внеочередным Президентским выборам. В этой связи будет уместно и справедливо обратить особое внимание на кандидатуру Ильхама Алиева, на его значимые для истории нашей страны созидательные дела. Под его руководством Азербайджан за последние 20 лет в социально-экономическом, политическом отношении качественно изменился, стал признанной в мире ведущей страной. Целенаправленная внутренняя и внешняя политика Президента позволила Азербайджану не только успешно войти в фарватер мирового развития, но и решить тяжелую, навязанную нам мировым армянством Карабахскую проблему. В результате произошла трансформация традиционной геополитической картины Южного Кавказа. Южный Кавказ – относительно небольшая территория на нашей планете. Но она с давних пор стала предметом мировой политики в силу географического положения и богатства природными ресурсами. Как уникальное связующее звено между Европой и Азией, и насыщенное горючими и минеральными ресурсами Южный Кавказ неизменно формировал манящий эффект у соседей. Исторически здесь непосредственно сталкивались интересы трех империй: Персидской, Османской и Российской. Не безразличны были к данной территории Великобритания и Франция.  С XIX века Россия стала доминировать в этом регионе и, к сожалению, проводить политику арменизации этих земель. Вследствие массового переселения из Ирана, стран Ближнего и Среднего Востока армян в азербайджанские, отчасти грузинские и Северо-Кавказские земли произошли изменения в традиционной этнической картине Южного Кавказа. Этот процесс, как ни странно, продолжался и в ХХ веке, вплоть до распада СССР. Особенно сильно пострадал в результате этих миграционных манипуляций азербайджанский народ, который разными путями вытеснялся из своих исконных земель. В результате Иреван стал Ереваном, Гейчегёлю — Севаном, Карабах — Арцахом, Зангезур — Суником и т.п. Важно подчеркнуть, что заселение обширных территорий армянами в идеологическом отношении поддерживались мифами о «Великой Армении», об «Армении от моря до моря», «Древнем Арцахе» и другими сумасбродными идеями. Ссылаясь на эти мифы армянские политики, без зазрения совести, представляли захват чужих земель как возвращение к историческим истокам. Отсутствие должного ответа международной общественности на эти мистификации содействовало формированию агрессивного армянского мышления, которое противоречит не только международному праву, но и всем канонам цивилизованного общества. Наша окончательная победа в прошлом году в Карабахской эпопее действительно беспрецедентна. Азербайджан победил не только карабахских сепаратистов и армянские войска, но и мировое армянство, которое вот уже полтора столетие вынашивает проекты освоения тюркских земель. Победа стала возможной под руководством Президента страны, Верховного главнокомандующего – Ильхама Алиева. Разве это не является доказательством особой роли личности   в истории!  Продуманная политика Ильхама Алиева позволила мобилизовать все возможности страны для победы. Развитие экономики, создание современной армии, патриотическое воспитание стали определяющими факторами государственной стратегии Азербайджана. Параллельно Президент обращал особое внимание на формирование «мягкой силы». Необходимо было объективно представлять Азербайджан в глобальном коммуникационном пространстве, распространять должную информацию о стране, народе, его чаяниях. Под руководством Ильхама Алиева весь наш потенциал —культурный, дипломатический, экономический, военный был мобилизован на то, чтобы достойно и с наименьшими потерями выйти из этого испытания. Благодаря соответствующей информационной политике, выдающимся программным выступлениям Президента в средствах массовой информации, системному патриотическому воспитанию азербайджанцы прониклись мыслью, что происходящее — это отечественная война. Победа Азербайджана в Карабахской войне открыла принципиально новые перспективы для социально-экономического и научно-технического развития в регионе. Президент страны при этом обращает внимание на сохранение реваншистских сил в Армении, что нужно быть готовым ответить на их возможные вызовы. Учитывая изложенное, думаю, не должно быть никаких сомнений в целесообразности поддержки на выборах Президента Азербайджана кандидатуру Ильхама Алиева. Это настоящий лидер, всесторонне доказавший свою высокую компетентность в управлении страной в интересах азербайджанского народа.   Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики

Hamısını oxu
MN: Ordumuz Kəlbəcərə daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Bir azərbaycanlının qəhrəmanlığı, bir imperiyanın susqunluğu...

Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur.  O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır.   Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Ağaməmməd Mikayılovun xatirəsinə həsr olunmuş tədbir

Hamısını oxu