Slovakiya səfirliyinin hərbi atteşesi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının qonağı olub
Veteran.gov.az xəbər verir ki, 19 iyun 2026-cı il tarixində Slovakiya Respublikasının hərbi atteşesi Juraj Beskid Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.
Görüş əsnasında iki ölkənin veteran təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə edilib, habelə, II Dünya müharibəsi zamanı Slovakiyanın faşistlərdən azad edilməsində iştirak edən azərbaycanlıların qəhrəmanlığından danışılıb. Slovakiyanın azadlıq mübarizəsində iştirak edən azərbaycanlılarla bağlı məlumatların daha da dəqiqləşdirilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, sağ qalan azərbaycanlılarla görüş də müzakirə edilən məsələlər sırasında olub.
Görüş zamanı qarşılılqı təmasların davam etdiirlməsi qərara alınıb.
Görüşün sonunda hərbi atteşə ölkəsi ilə bağlı kitabı polkovnik Cəlil Xəlilova hədiyyə edib.
Seymur ƏLİYEV