Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu gün Şuşada, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən xəbər verir”

Zərifə Quliyeva: “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir”

“Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir”.

Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən ərazilərdə keçirilən hərbi yürüş Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən xəbər verir:

“Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji nəticələri göz önündədir. Bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızda – Şuşada, Laçında, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Ali Baş Komandanımızın qətiyyətindən, 8 Noyabr zəfərinin  əzəmətindən xəbər verir.

Silahlı Qüvvələr Günü ilə bağlı ölkəmizin hər bir yerində müxtəlif tədbirlər, bayram şənlikləri keçirilməkdədir ki, bu da xalqın ordu ilə, Müzəffər Ali Baş Komandanla birliyinin, həmrəyliyinin göstəricisidir. Bu fakt bir daha onu sübut edir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz Prezidenti, Silahlı Qüvvələri ilə bir yerdədir və hər zaman da bir yerdə olacaq.

Mən 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla, bütün Silahlı Qüvvələrimizi təbrik edir, hər bir hərbçimizə həm şəxsi həyatında, həm də xidməti fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün, təhlükəsizilyin qarantı olmaqda davam edəcək, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün əbədi qürur mənbəyi olaraq qalacaq”.

Seymur ƏLİYEV

 

 

 

2026-06-26 15:18:00
956 baxış

Digər xəbərlər

“Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”

Cəlil Xəlilov: “Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq” “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, yardım aksiyasında Təşkilatın həm mərkəzi aparatı, həm də rayon təşkilatları aktiv iştirak edib:   “Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minləlrə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə və təəssüfinə səbəb olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti Türkiyəyə xilasedicilər, tibbi ləvazimatlar, humanitar yardım vasitələri çatdırıb, qardaş ölkəyə ilk dəstək verən dövlət olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyeva da ilk dəqiqələrdən Türkiyədəki zəlzələdə zərərçəkənlərə ciddi dəstək verib, qardaş ölkəyə irimiqyaslı humanitar yardımların göndərilməsini təmin edib. Hansı ki, bu yardımlar hazırda da davam edir.   Zəlzələdən dərhal sonra Azərbaycanda  Türkiyəyə yardım məqsədi ilə geniş aksiya və kampaniyalara start verilib. Bu cür yardım aksiyalardan biri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən həyata keçirilib. Aksiyada Təşkilatımızın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da aktiv iştirak edib, xüsusi fəallıq sərgiləyiblər.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir çox üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə  məişət əşyaları,  yataq dəstələri və digər vasitələrlə də köməklik göstəriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bildiririk ki, Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq.   Zəlzələdə həlak olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Azərbaycan xalqı hər bir fərdi  ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq”.     Seymur ƏLİYEV

Hamısını oxu
Vətən müharibəsində böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayıb

Tovuz döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcı, xalqımızın şərəf tarixidir. Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı. 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik deyib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birlik və mübarizə əzmini də nümayiş etdirdi. Bu döyüşlər sadəcə ordumuzun düşmən təxribatına qarşı qəhrəmanlıq mübarizəsi ilə məhdudlaşmır. Tovuz döyüşləri həm də Azərbaycan xalqı ilə ordumuz arasındakı birlik və bərabərliyin nümunəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onu qətiyyətlə dəstəkləyir. Qeyd edilib ki, Tovuz döyüşlərindən sonra xeyli sayda vətəndaşımız düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün əlaqədar dövlət qurumlarına müraciət etdi, kütləvi şəkildə cəbhəyə üz tutmağa hazır olduqlarını bildirdi. Tovuz döyüşləri və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı otuz illik işğalla nəinki barışmayıb, bu torpaqları işğaldan azad etmək üçün qanından və canından keçməyə hazırdır. Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla yanaşı, daha 11 hərbçimiz şəhid oldu, o cümlədən bir mülki şəxs həyatını itirdi. Ordumuz, elə Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin qisasını aldı, çoxlu sayda düşmən hərbçisi, o cümlədən onun hərbi texnikası məhv edildi. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, bu döyüşlər Vətən müharibəsi üçün də uğurlu başlanğıc oldu. Tovuz döyüşlərindən qısa müddət sonra - sentyabrın 27-də düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı. “Azərbaycan xalqı bütün şəhidlərini, o cümlədən Tovuz döyüşlərində həlak olan şəhidlərinin xatirəsini hər zaman ehtiramla anır. Bundan sonra da onları böyük ehtiramla xatırlamaqda və xatirəsini sevgi ilə yaşatmada davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.  Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və  həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb. Seymur ƏLİYEV    

Hamısını oxu
Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 sentyabr 2024-cü il

Hamısını oxu