Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli ləyaqətimiz milli sərvətimizdir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub, kənd sakinləri ilə görüşüb. Vətəndaşlarla söhbət zamanı Azərbaycanın Vətən müahribəsi zamanı əldə etdiyi tarixi qələbəyə toxunan dövlət başçısı, bundan sonra da xalqımızınm öz ləyaqətini istənilən situasiyada qətiyyətlə qoruyacağına əminliyini ifadə edib:

“Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir. İkinci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı, bir daha deyirəm, bütün dünyaya xalqımızın nəyə qadir olduğunu göstərdi”.

Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev 2020-ci ilin 44 günılük Vətən müharibəsini hər şeydən öncə, milli ləyaqətin bərpası uğrunda aparılan müharibə kimi dəyərləndirib. Ölkə başçısı eyni zamanda hər birimizi şəhid ruhları qarşısında istənilən halda milli ləyaqətimizi qorumağa and içməyə səsləyib.

Prezidentin bu çıxışı dövlət başçısının milli ləyaqət faktoruna necə böyük önəm verdiyini, xalqın öz simasını, qürur və mənəviyyatını qorumağı nə qədər vacib hesab etdiyini göstərir. İlham Əliyevin 11 iyul tarixli bu çıxışı bir daha sübut edir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı üçün milli ləyaqət milli sərvətidir . Neft, qızıl, madi sərvətlər bizim üçün nə qədər dəyərlidirdsə, mənəvi sərvətlər, bu sərvətlərin biri olan milli ləyaqət bizim üçün ondan daha çox dəyərlidir. Çünki mənəvi sərvətlərimiz bizim milli kimliyimizi, xalq olaraq sahib olduğumuz özünəməxsus simamızı, ruhumuzu və xarakterimizi əks etdirir. Məhz bu səbəbdən də mənəvi sərvətlərimiz bizim üçün maddi sərvətlərdən daha qiymətli, daha toxunulmazdır.

Przident İlham Əliyevin mənəvi sərvətlərimizi, milli ləyaqətimizi bundan sonra da qoruyacağımızı bəyan etməsi, bunun üçün hər birimizi şəhid ruhu qarşısında xalqımıza və dövlətimizə and içməyə səsləməsi onu deməyə əsas verir ki, gələcəkdə də milli ləyaqətimizin qorunması dövlət və fərd olaraq əsas missiyamız olaraq qalacaq, hər  bir situasiyada nəzər alacağımız başlıca meyar olacaq.

Seymur ƏLİYEV

 

 

 

2026-07-12 20:42:00
159 baxış

Digər xəbərlər

Avropa çempionatında Azərbaycan rüzgarı: Güləşçilərimizin uğurları idmana dövlət qayğısının məntiqi nəticəsi kimi...

Ölkəmizdə idmana dövlət tərəfindən ciddi qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin uzunmüddətli və sistemli qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan bayrağını zirvələrə daşımaqdadır. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin 7-si qızıl medal olmaqla toplam 16 medal qazanması gerçəyi bunun ən böyük isbatıdır. Hansı ki, Azərbaycan güləşçilərinin bu nəticə ilə yalnız Avropanı deyil, bütün dünyanı təlatümə gətirdiyi, dövlətimizdən, idmançılarımızda heyrətlə söz açdırdığı günümüzün qürurverici həqiqətləri sırasındadır. Güləşçilərimizdən tarixi zəfər: Dövlətin və dövlət başçısının etimadına layiq qələbə! Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. İdmançılarımızın kütləvi şəkildə uğurlu nəticə sərgiləməsi güləşçilərimizin komanda hesabında da birinci yerdə qərarlaşması ilə nəticələndi. Hansı ki, Prezident İlham Əliyev idmançılarla görüşündə bu amilə xüsusi diqqət yetirmiş, qələbənin ağır rəqabət fonunda əldə edildiyini vurğulamışdı: “Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”. (//president.az/az/articles/view/55638 ). Göründüyü kimi, dövlət başçısı güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib. Bu baxımdan, güləşçilərimizin əldə etdiyi bu tarixi zəfəri sözün həqiqi mənasında dövlətin və dövlət başçısının etimadına layiq qələbə adlandırmaq olar. Prezidentdən gənc idmançılara böyük diqqət və böyük təqdir Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyinin ən bariz nümunələrindən biri də martın 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarınının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Görüş əsnasında idmançıları göstərdikləri yüksək nəticəyə görə təbrik edən Prezident İlham Əliyev, Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir kəs daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir: “Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər”.  Şübhəsiz, Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması faktının özü dövlət başçısının idmana  və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyəcəkdir. İdman uğurları gənc nəslin mənəvi inkişafını necə stimullaşdırır? Gənclərimizin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da böyük təkan verməsi faktı ilə bağlıdır. Belə ki, idman arenasında əldə edilən hər qələbə, bu qələbələrlə bağlı ictimaiyyətə təqdim edilən hər bir informasiya uşaq və yeniyetmələrin idmana marağını artrmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə, daha çox gəncшт sağlam həyat tərzinə üstünlük verməkə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının media və sosial media müstəvisindəki fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan Güləş Federasiyası həm rəsmi saytı, həm sosial şəbəkədəki hesabları vasitəsi ilə ölkə ictimaiyyətini güləşçilərimizin qatıldığı hər bir yarış və bu yarışların gedişatı haqqında çevik şəkildə məlumatlandırır, bu idmançıları ictimiyyətə tanıtmaqla uşaq və yeniyetmələr üçün real və parlaq nümunələr təqdim edir. Bu isə uşaq və yeniyetmələr arasında idmana marağın artmasına, onlarda mübarizə əzminin yüksəlməsinə, dövlətə və xalqa faydalı olmaq arzusunun inkişafına səbəb olur. Nəticədə, uşaq və gənclərin mənəvi inkişafı üçün də geniş imkanlar yaranmış olur. Bir sözlə, idman uşaq və yeniyetmələrin sadəcə fiziki inkişafını deyil, həm də ruhi-mənəvi inkişafını şərtləndirir. Bu isə dövlətimizin uşaq və gənclərlə bağlı siyasətinin əsas tərkib hissəsi, ana xəttidir və bu xətt bugünə qədər olduğu kimi bundan sonra da dəyişməz olaraq qalacaqdır! Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub

24 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub. Tədbirdə müxtəlif kateqoriyadan olan veteranlar, Müdafiə Nazirliyinin nümayəndələri, Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin  kollektivi, gənclər və s. iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin əhəmiyyətindən danışıb, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında ordumuzun üzərinə düşən şərəfli missiyadan söz açıb: “Öncə hər kəsi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, ordumuza, onun hər bir nümayəndəsinə xidməti fəaliyyətində uğurlar arzulayıram. Hörmətli tədbir iştirakçıları, bu gün müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın milli birliyinin və ordumuzun yenilməz döyüş ruhunun təcəssümü olan Silahlı Qüvvələr Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində formalaşmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yüksək peşəkarlığa, möhkəm nizam - intizama və müasir hərbi texnologiyalara əsaslanan güclü hərbi qüvvə kimi formalaşmışdır. Ordumuzun şəxsi heyəti vətənpərvərlik ruhu, döyüş hazırlığı və yüksək mənəvi dəyərləri ilə seçilir. Şanlı Ordumuz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuş şərəfli bir tarix yazmışdır. Bu əlamətdar gündə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və bütün hərbi qulluqçularımıza minnətdarlığımızı bildiririk. Təşkilatımıza üzvlüyə qəbul olunanlar, sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, siz veteran təcrübəsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli həmrəyliyin gücləndirilməsinə töhfə verəcəksiniz”. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub, təşkilatın inzibati binasında səliqə-səhmanın qorunmasında, abadlıq işlərinin aparılmasında bizə dəstək verdiklərinə görə Nərimanov rayon Mənzil kommunal təsərrüfat birliyinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunublar. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri Vladimir Timoşenko, İmran Əbilov, o cümlədən, 44 günlük Vətən müharibəsi veteranı Ramin Şirinov Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV

Hamısını oxu
ANAMA yanında İctimai Şuranın ilk iclası keçirilib

2021-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda üzvlər tərəfindən fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyən edilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.   ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlarla yüksək çirklənmə səviyyəsini həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır.   Görüşdə önəmli müzakirə mövzularından biri də BMT-nin Mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə Ümumdünya Vəkili Daniel Kreyqə, İctimai Şuranın üzvləri tərəfindən Azərbaycandakı mövcud vəziyyətə dair müraciətlə bağlı idi. Müraciət məktubunun məzmunu müzakirə edildi, müvafiq əlavələrdən sonra yaxın bir müddətdə məktub minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.   İctimai Şura üzvləri azad edilən ərazilərə işgüzar səfərlər planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təkliflər müzakirə edilir, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir.  

Hamısını oxu