Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir axtarışın qürur verici nəticəsi.

 

Bizə müraciət edən hər bir vətəndaşın razılıq və təşəkkür hissləri fəaliyyətimizin əsasını təşkil edir.

Hər bir axtarışın nəticəsi və razı qalan vətəndaşların minnətdarlığı bizə qürurvericidi.

08 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının elektron poçtuna  Ukrayna Respublikasında yaşayan Orudcov Eduard Hümbət oğlu müraciət edərək babası, Böyük Vətən müharibəsi iştirakçısı Orudcov Qarakişi Hümbət oğlu barədə məlumat toplamağı xahiş etmişdir.

Axtarış nəticəsində müəyyən olunan məlumatlar Orudcov Eduard Hümbət oğluna göndərildi:

 

Orudcov Qarakişi Hümbətovic 1903-cü il təvəllüdlü Zərdab r-nu, Əlvənd kəndində doğulub. Siravi əsgər, 1337 dağ-atıcı alayın 318 dağ-atıcı diviziyada və 1275 atıcı alayın 387 atıcı diviziyasıda döyüşmüş.

«Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə», "Hərbi xidmətlərə görə” və 2 dəfə «İgidliyə görə” medallarla təltif olunmuşdur.

Təltif vərəqəsində (aşağıda) Böyük Vətən müharibəsində göstərdiyi igidlikləri barədə məlumat verilib:

“Krım yarımadasının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Üç dəfə yaralanıb. Kerç yarımadasında alman müdafiə səddinin yarılması zamanı 11.04.1944 il tarixdə yüngül (əl) pulemyotu ilə beş alman əsgərini məhv edib.

24 aprel 1944-cü ildə Sapun dağına hücum zamanı yüngül (əl) pulemyotla səkkiz alman əsgər və zabitini öldürüb. 10 may 1944-cü ildə Sevastopol uğrunda küçə döyüşləri zamanı tüfənglə düşmənin pulemyot mövqelərini məhv edib.”

İkinci Dünya Müharibəsi cəbhələrində Azərbaycan oğullarının şücaəti, qəhrəmanlığı və igidliyi, eləcə də arxa cəbhədəki insanların fədakar əməyi yaddaşımızda əbədi qalacaq.

Təqdirə layiqdir ki, İkinci Dünya müharibəsi veteranlarının nəvələri öz babaları barədə məlumat toplayıb gələcək nəslə - öz nəvələrinə, nəticələrinə ötürür.

 

Orudcov Eduard Hümbət oğlunun təşəkkür məktubunu dərc edirik.

Уважаемые господа! 

От всей души благодарю Вас за ваш труд и доброту!

Трудно передать те чувства, которые я испытываю глядя на документы, которые вы любезно предоставили в моё распоряжение. Это какое-то волшебство. 

Я был ребенком когда мой дедушка покинул этот мир. Я запомнил его очень добрым, спокойным, трудолюбивым человеком, обожающим детей. Я знал, что дед воевал. 

Теперь, когда я сам уже дед, мне просто необходимо иметь больше информации о его жизни. Думаю, что очень важно, чтобы потомки знали побольше о нём, о нашем Герое. 

Невозможно представить себе, что чувствовал человек, уезжая из родного дома, оставляя жену и детей (моему отцу в июне 1941 не исполнилось даже 2 лет). Уезжал в армию, в которой говорили на другом языке и кормили непривычной едой. Я не понимаю как сорокалетний человек, который всю жизнь работал в поле, справлялся с тяжёлым пулемётом. Наши деды были какими-то сверх людьми. 

На мне большая ответственность: я ношу фамилию и отчество моего предка-Героя. Приложу все усилия, чтобы память о нём осталась у потомков.

Огромное спасибо Вам!

 

Старший сержант 

Эдуард Гумбатович Оруджев.

 

2026-07-22 10:43:00
930 baxış

Digər xəbərlər

Azərbaycan və Türkiyənin bayraqları Ağrı dağının zirvəsində dalğalandırılıb

Ankara, 18 sentyabr, AZƏRTAC Türkiyəli alpinist Erkan Yücel Azərbaycan və Türkiyənin dövlət bayraqlarını Ağrı dağının zirvəsində dalğalandırıb. Alpinist Ağrı zirvəsinə aparan 5137 metr yolu 5 günə qət edib. Növbəti idman zəfəri ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbirinə bölüşən alpinist Erkan Yücel deyib: “Bütün fürsətlərdə idman nailiyyətlərimi Azərbaycan-Türkiyə qardaşlığına ithaf etməyə çalışmışam. Ağrı dağının zirvəsini fəth etməkdə məqsədim bir tərəfdən Qarabağ münaqişəsində Azərbaycana mənəvi dəstəyimi göstərmək, digər tərəfdən isə Ermənistanın Türkiyəyə qarşı əsasız iddialarına qarşı mövqe nümayiş etdirmək olub”. Qeyd edək ki, alpinist Erkan Yücel AKUD İdman Cəmiyyətinin üzvüdür. Sabir Şahtaxtı AZƏRTAC-ın xüsusi müxbiri Ankara

Hamısını oxu
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

İyunun 23-də Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar və başqalarının böyük xidmətləri olub.   Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Bu məqsədə çatmaqda 1972-ci ildə açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyinin böyük rolu olub. Məktəbin məzunları erməni təcavüzkarlarına qarşı mübarizədə, habelə müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin hərbi sahənin inkişafına daim diqqət göstərməsi nəticəsində ölkəmiz regionda müstəqilliyin keşiyində duran və dövlətimizin pozulmuş sərhədlərini bərpa etməyə hər zaman hazır olan qüdrətli orduya malikdir.  D.Rzayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılmasının ildönümü azərbaycanlı vətənpərvərlər üçün mühüm hadisədir. Sonra Böyük Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan veteranlarına “Rusiya Veteranları İttifaqı” Ümumrusiya Veteranları İctimai Təşkilatının xatirə nişanları təqdim edilib. D.Rzayev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsinə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Həzi Aslanov” medalını təqdim edib. Həmçinin Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranlarına və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə “Səməd Mehmandarov”, “Əliağa Şıxlinski” medalları təqdim edilib.

Hamısını oxu
Azərbaycan Mətbuatı 145 yaşında

Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ölkənin bütün media təmsilçilərini həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiatında çalışan “Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Ülvi İbrahimlini, qəzetin məsul katibi Şəhla Qarayevanı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Respublika Veteranlar Təşkiatının kollektivi və şəxsən öz adımdan  təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram.   Hörmətlə: Respublika Veteranlar Təşkiatının sədri general-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
ÇAĞIRIŞ

Hamısını oxu