Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ölkə başçısının Həzi Aslanovla bağlı sərəncamı alqışalayiqdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.  Moderator.az-a açıqlamasında ölkə başçısının məlum sərəncamını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu sərəncamın ölkəmizin dünəni və bu günü baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:  “Həzi Aslanov yalnız Azərbaycanın deyil, dünya hərb sənətinin ən böyük simalarından biridir və onun faşizmə qarşı apardığı mübarizə, bu mübarizədə göstərdiyi şücaətlər yalnız Azərbaycanda deyil, MDB məkanında, dünyada  böyük qəhrəmanlıq nümunələri hesab edilir. Ölkə başçısının general Həzi Aslanovun anadan olamsının 110 illiyi ilə bağlı imzaladığı bu sərəncam hər şeydən öncə, cənab prezidentin hərb tariximizə, ordumuza, qəhrəmanlarımıza verdiyi önəmdən, onun tariximizə olan bağlılığından xəbər verir.  Müharibə şəraitində olan, torpaqları hələ ki, işğal altında qalan Azərbaycanda belə bir sərəncamın verilməsi, bu günün reallıqları baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür sərəncamlar, bu sərəncamlar əsasında tarixi qəhrəmanlarımızın təntənəli şəkildə yad edilməsi, minnətdarlıq hissi ilə xatırlanması, onların xatirəsinin uca tutulması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, onların milli tariximizə, dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Odur ki, mən bu sərəncamı alqışlayır, bunu cənab prezidentin xalqımız, ordumuz,  milli tariximiz qarşısındakı növbəti xidməti hesab edir və ürəkdən dəstəkləyirəm”.   Seymur ƏLİYEV

2019-12-29 00:00:00
5239 baxış

Digər xəbərlər

Türkiyədə bu il dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş Beynəlxalq Elmi Konfrans və müsabiqə keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Avrasya Yazarlar Birliyinin rəhbəri Yaqub Ömeroğlu ilə görüşmüşdür. Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycan – Türkiyə arasında ədəbi əlaqələrin inkişafı, Azərbaycan ədəbiyyatının Türkiyədə, Türk dünyasında daha çox tanıdılması, birgə tədbirlər və layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Görüş zamanı Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncanı ilə Türkiyədə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyətimizin təbliği ilə yanaşı, mədəni-ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan ədəbiyyatının, dilinin təbliği məqsədi ilə layihələrin planlaşdırıldığını və bu istiqamətdə Avrasya Yazarlar Birliyi ilə əməkdaşlığın önəmli olduğunu qeyd edib. O, Türk dünyası arasında münasibətlərin inkişafında mədəniyyət, ədəbiyyatın mühüm rolu olduğunu və ortaq ədəbi layihələrlə bağlı Avrasya Yazarlar Birliyinin həyata keçirdiyi işlər barədə Yaqub Ömeroğlu ilə fikir mübadiləsi aparıb. Yaqub Ömeroğlu Avrasya Yazarlar Birliyinin əsas məqsədinin mədəniyyət və ədəbiyyat sahəsinin insanları arasında yaradıcılıq sahəsində əlaqələrin genişləndirilməsi, ölkələr, icmalar və insanlar arasında mədəni-ədəbi əlaqələri, habelə bütün Türk dillərini inkişaf etdirmək, bəşəriyyətin ən köklü dillərindən biri olan türkcənin bütün ləhcələrində danışan xalqların yazarlarının bir-birlərinin əsərləri ilə tanış olmasını təmin etmək, Türk ədəbiyyatını bütün dünyada daha yaxşı tanıtmağa çalışmaq olduğunu bildirib. O, Azərbaycanla ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin və birgə layihələrin həyata keçirildiyini qeyd edib. Yaqub Ömeroğlu Avrasya Yazarlar Birliyinin hazırda bir sıra mühüm layihələrin reallaşdırdığını, Beynəlxalq Mahmut Kaşqarlı hekayə müsabiqəsi və Dədə Qorqud Teatr Əsər müsabiqəsi kimi ədəbi tədbirlərin keçirildiyini, Türk dünyasında  yeni şair və yazıçıların yetişdirilməsi üçün “Yazı Seminarları”, tanınmış ədəbiyyat simalarının yubiley və anım günlərinin, habelə bu mövzuda yeni nəşr olunmuş kitab təqdimatlarının təşkil edildiyini bildirib. Görüşdə Azərbaycan ədəbiyyatının nümunələrinin Türk dilinə tərcüməsi məsələsi, tərcümə işi sahəsində mövcud vəziyyət, klassik və müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin Türk dilinə tərcüməsi və onların tədqiqi, tanınması istiqamətində görülən işlər barədə fikir mübadiləsi və müzakirə olub. Samir Abbasov 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən böyük Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncamı ilə əlaqədar Avrasiya Yazarlar Birliyi ilə birgə dahi şairə həsr olunmuş şeir müsabiqəsinin təşkili, Azərbaycan ədəbiyyatından Türk dilinə tərcümələr həyata keçirən mütəxəssislərlə görüşün keçirilməsi, Yazarlar Birliyində professional tərcümələr həyata keçirən nəzm və nəsr sahəsinə dair mütəxəssislər üçün təlimlərin keçirilməsinə dair təkliflərlə çıxış edib və məsələyə dair razılıq əldə olunub. Daha sonra 2024-cü ilin oktyabr ayında Ankarada keçiriləcək Beynəlxalq Kitab-Sərgi Yarmarkasında Azərbaycanın geniş təmsil olunması, ədəbi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlər səsləndirilib. Tərəflər cari ilin payız aylarında Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə, Türk dünyası və digər ölkələrin Füzulişünas alimlərinin iştirakı ilə Beynəlxalq Elmi Konfransın keçirilməsini və bununla bağlı birgə iş aparılmasını razılaşdırıblar.    

Hamısını oxu
Masallıda Qəhrəmanlar Parkının açılışı olub

Parkın açılışında millət vəkili Məşhur Məmmədov, icra başçısı və digər yetkililər iştirak edib   Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Masallıda Qəhrəmanlar Parkının açılışı olub. Bu barədə millət vəkili Məşhur Məmmədov özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Məlumatda deyilir:   “Bu gün Masallı rayonunda Anım Gününü qeyd etdik. Tədbir Heydər Əliyev Mərkəzində Heydər Əliyevin heykəli önünə gül dəstələri düzüb xatirəsini yad etməklə başladı. Daha sonra Masallı rayonundan I və II Qarabağ müharibəsində canlarını fəda etmiş 242 şəhidin xatirəsinə əbədiləşdirilən Qəhrəmanlar Parkının açılışı oldu. Tədbirdə Masallı RİH başçısı Şahin Məmmədov, həmkarım Anar İsgəndərov və rayonun digər vəzifəli şəxsləri ilə yanaşı Şəhid ailələri, qazilər iştirak edirdi. Hər birimiz Şəhidlərin Vətən üçün, xalq üçün dəyərindən, onların xatirələrinin daim qəlblərdə yaşayacağından söhbət açdıq, şəhidlərin xatirəsinə ağac əkdik. Qəhramanlar unudulmur! Allah cəmi şəhidlərə rəhmət eləsin!”   Seymur ƏLİYEV    

Hamısını oxu
Müharibə veteranlarına paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün  genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına cari ilin iyul ayından etibarən paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-pokovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilmişdir.          

Hamısını oxu
ÇAĞIRIŞ

Hamısını oxu