Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı ölkəmizə qarşı növbəti təxribatdır

Cəlil Xəlilov: “Ardıcıl təxribatlar Azərbaycan ordusunu hərəkətə keçirə bilər” Xəbər verdiyimiz kimi, mayın 21-də Şuşada işğaldakı Azərbaycan torpaqlarındakı separatçı rejimin rəhbəri Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verənləri ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirib: “Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması da, orada saxta seçkilərin keçirilməsi də, Şuşada planlaşdırılan andiçmə mərasimi da erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğal rejim beynəlxalq hüquqa nəinki hörmət etmir, bu hüququ nümayişkəranı şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamna açıq hörmətsizlik sərgiləyir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə məraisiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı öz mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır”. C.Xəlilovun sözlərinə görə, düşmənin mayın 21-də Şuşada keçirməyi planlaşdırdığı andiçmə mərasimi Qarabağ probleminin sülh yolu ilə həlli prosesinə zərbə vumaqla yanaşı, düşmənin münaqişənin danşıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir: “Şuşada belə bir tədbirin keçirilməsi heç şübhəsiz ki, Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin slüh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyətini aldatmağa xidmət edir. Odur ki, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir”. C.Xəlilov hesab edir ki, proseslərin bu şəkildə gedişatı Azərbaycanın səbr kasasını daşıra bilər: “Məlumdur ki, Azərbaycan tərəfi dəfərlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gərəkirsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günə qədərki təxribatları problemə hərbi konteksdə yanaşmaq zərurətini artırır. Bildiyiniz kimi, Azərbaycan güclü bir orduya sahibdir və bu ordu Şuşada andiçmə mərasimi planlaşdıran düşmənə bu torpaqları asanlıqla məzara çevirə bilər. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətli məğlubiyyətə hazır olmalıdır”.   Seymur ƏLİYEV  

2020-05-18 00:00:00
3325 baxış

Digər xəbərlər

“Zatulinin Azərbaycan və Türkiyəni hədəfə alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsidir”

“Rusiya  Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil”. Bunu saytımıza açıqlamaısnda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülünc ittihamları ilə tarixi həqqiətləri təhrif edir: “Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu, açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləmək cəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşı məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə düşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiya daxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımı törədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban, qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guya Qarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa bir şey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilən ermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllü şəkildə tərk etdiyi bütün dünyaya  məlumdur. Bunu Qarabağdan köçən ermənilərin televiziya və digər media orqanlarına verdikləri  açıqlamalar da təsiqləyir. .  Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlı imperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrif edir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onun kimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bu gün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdə ittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan və ona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyük cinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulinin ermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğu qədər də iyrəngdir”.  Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov veteran qadınları 8 Mart münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə veteran qadınları təbrik edib, onlara ən xoş arzularını bildirib: “8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə başda Təşkilatımızın sədri Fatma xanım Səttarova olmaqla, bütün veteran qadınlarımızı ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. Veteran qadınlarımız xalqımızın qəhrəmanlığının, fədakarlığının, mübarizə ruhunun rəmzidir. Onlar müharibə vaxtı həm ön cəbhədə, həm də arxa cəbhədə xarüqələr yaratmış, öz cəsarətləri, zəhmətkeşlikləri ilə nümunə olmuşdular. Onlar gənc nəslin mill-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasında da mühüm rol oynamış, yeniyetmə və gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmişdilər. Əminəm ki, hər zaman olduğu kimi bundan sonra da cəmiyyətimiz bütün qadınlarımıza, eləcə də veteran qadınlara diqqət və qayğı göstərəcək, onlara xüsusi hörmət və ehtiramla yanaşacaq. Bir daha veteran qadınlarımızı bayram münasibətilə təbrik edir, bütün arzularının ən qısa zamanda reallaşmasını diləyirəm”.  

Hamısını oxu
İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan

Prezident: Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır. İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.

Hamısını oxu
2021-ci il Azərbaycan üçün uğurlu və əlamətdar oldu

2021-ci il başa çatmaq üzrədir. Bu il də dünyanın mənzərəsi həm rəngarəng, həm də ziddiyyətli və mürəkkəb oldu. Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi.   Zəfər yürüşünün davamı   Yola salmağa hazırlaşdığımız il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir.   Ardıcıl islahatlar və uğurlu siyasi dialoq prosesi Azərbaycanın qüdrətini artırır   2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu.  Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir.   Həmrəyliyimiz milli gücümüzdür   Həmrəylikdən  bəhs edərkən xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək öz qüdrətini bütün dünyaya göstərən Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki biz qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələriyik!   Burada haşiyə çıxaraq bir daha xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli Liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və Vətən müharibəsində biz bunun canlı şahidi olduq. Bu gün də dünya azərbaycanlıları Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir, milli məfkurəmiz olan azərbaycançılıq ətrafında sıx birləşib.   Yeni mərhələ və yeni hədəflər   Müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, ümummilli məqsədlərə və strateji hədəflərə çatmaq uğrunda inamla addımlar. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”. Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu