Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Daha bir şəhidimiz torpağa tapşırıldı

Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlu dəfn olunub. Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasimi keçirilir.
 
Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanına gətirilib.  Mərasimdə deputat Qənirə Paşayeva, Müdafiə Nazirliyinin rəsmiləri, rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edir.   Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, müddətli həqiqi hərbi xidmətdə olan Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Bildirək ki, Məmmədov Elşadın yeddi aylıq övladı var.

2020-07-13 00:00:00
3605 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında hesabat yığıncağı keçirilib

26 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında başa çatmaqda olan cari illə bağlı hesabat yığıncağı keçirilib. Hesabatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəli sükutla yad edilib. Tədbiri açıq elan edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov 2025-ci ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman olduğu kimi, bu il də gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsini diqqət mərkəzində saxladığını bildirən polkovnik, Təşkilata üz tutan hər bir veteranın müraciətinə həssaslıqla yanaşıldığını, bu müraciətlər əsasında konkret addımlar atıldığını bildirib. Təşkilat sədri 2025-ci il üçün nəzərdə tutulan məqsədlərə nail olunduğunu, gələn ilin fəaliyyət planının təsdiq edildiyini vurğulayıb. Daha sonra Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Kərim Rzayevin məruzəsi dinlənilib. Yığıncaqda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran Rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Şuşa Rayon Təşkilatının sədri Ağalar Əliyev, Sabunçu Rayon Təşkilatının sədri Sabir Allahverdiyev, Xaçmaz Rayon Təşkilatının sədri Abbasyar Heydərov 2025-ci ildə Birlik tərəfindən görülən işləri müsbət qiymətləndirib, hesabatın qənaətbəxş olduğunu bildiriblər. Daha sonra polkovnik Cəlil Xəlilov Birliyin Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi veteranı İmran Əbilovu 90 illik yubiley münasibətilə təbrik edib, ona zəngin fəaliyyətində uğurlar arzulayıb. Millət vəkili Eldar İbrahimov, Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyf İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri, Həmkarlar İttifaqının sədri Elnur Atayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da çıxışlarında İmran Əbilovu yubiley münasibətilə təbrik edib, ona müxtəlif hədiyyələr və təltiflər təqdim ediblər. Tədbirdə Müdafiə Nazirliyinin Baş İdarə rəisi general Müşfiq Məmmədov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib. Tədbirin sonunda Təşkilatın fəaliyyətində aktiv iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.  

Hamısını oxu
1.9 mln vətəndaşı əhatə edən sosial paket

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı layihənin icrasına başlayıb. Layihə əslən başqa millətdən olan Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş  olan oğul və qızlarımızın əziz xatirəsinə həsr olunur. Layihə müddətində 3Ali Təhsil ocağına paylanılması üçün Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsindən bəhs olunacaq kitabça hazırlanıb çap olunacaq.  Eyni zamanda yeniyetmə və gənclərimizin maarifləndirilməsi üçün Koronavirus (COVİD-19) virusundan qorunma və gigiyenik qaydalara əməl olunması qaydalarını özündə əks etdirəcək məlumatlandırma bukleti hazırlanacaq. Bundan əlavə layihə dövründə 30 şəhid ailəsinə ərzaq yardım paketləri çatdırılacaq. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır,  milli mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.

Hamısını oxu
Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur

Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanımın zəngin fəaliyyətini, gördüyü xeyirxah işləri sadalamaqla bitməz. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.Mehriban xanım Əliyevanın fəaliyyəti öz zənginliyi və genişhəcmli olması ilə diqqəti çəkir. O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi gündən xalqın ümid yerinə çevrilmiş, vətəndaşlar problemlərinin həlli üçün, xəstələrinin şəfa tapması üçün həmişə ona müraciət etmiş, edilən heç bir xahiş, yazılan heç bir kömək məktubu cavabsız qalmamışdır.Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru uğurlu nəticələr əldə edibRespublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür.Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib.Qarşıda çox illər var. Mehriban xanım Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcək.   Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu