Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir

Azərbaycan Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu Azərbaycan Prezidentinin ilin ikinci rübündə - aprel, iyun ayları ərzindəki fəaliyyətinin əks olunduğu "İnam İndeksi" nəşrinin üçüncü buraxılışı və "Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə" mövzusunda ictimai rəy sorğusuna dair hesabatın ictimai təqdimatına həsr olunan brifinqdə deyib. O qeyd edib ki, belə ki, rəyi soruşulanların 70,7 %-i, yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür: "24,6% respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə Prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, Prezidentə olan inam və etimadının artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta, inam və etimadının azaldığını bildirən 2,6% respondentin 27,6%-i də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir". O davam edərək deyib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9%-i tərəfindən çox səmərəli, 32%-i tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5% respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, prezidentə olan inam və etibarının artdığını bildirən 24,6% respondentin 68,6%-i kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6% respondentin isə 8%-i kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2%-i onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi-74,3%-i korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir". E.Mirbəşiroğlu qeyd edib ki, ölkə Prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırki mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilmişdir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54%-i təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9%-i əsasən səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5%-ni təşkil edir. Sözügüdən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7% respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib. Milli.Az

2020-09-02 00:00:00
3449 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Hörmətli cənab Prezident,   Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.   Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işartılarını görürük. Əminik ki, bu günlərdə yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar. Biz veteranlar qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğumuzu bildirir, döyüş əmrinizi gözləyirlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, bir əmriniz ilə Vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq! Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.   Biz, müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz, düşməni görüb üzərinə getmişik. Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətimiz sonsuzdur. Odur ki, torpaqlarımızın azad olunması uğrunda istənilən əmrinizə hazırıq, veteran ordusu hər daim döyüşə hazırdır. Qəlbimiz hər zaman Vətənimiz-Azərbaycanla döyünür.   Ölkəmizin inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Biz çoxsaylı veteranlar Sizin rəhbərliyiniz ilə Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən sonsuz qürur duyuruq.   Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADI

Hamısını oxu
Şuşa işğaldan azad edildi

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi! Gözün aydın Azərbaycan! Yaşa, yaşa Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Hamısını oxu
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb

Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik. Keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: dünyada bütün türk aləmini məhv etmək. Onlar bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur. Bunu AZƏRTAC-a müsahibəsində polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib. Qeyd edək ki, bu məsələ oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında da qaldırılıb. Dövlət başçısı öz çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi. C.Xəlilov deyib ki, uzaq 1878-ci ildə İsveçrədə “Qnçaq” adlı erməni millətçi təşkilatı yaradılıb. Bu partiyanın proqramında yazılmışdı: “Bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək”. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” adlı daha bir millətçi erməni təşkilatı yaradıldı. Hər iki təşkilat həmin vaxt “böyük dövlətlər” tərəfindən dəstəklənirdi. Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər. C.Xəlilov əlavə edib: “Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə “ermənilərin müstəsnalığı” ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır”. Onun sözlərinə görə, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi. Polkovnik qeyd edib: “Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik”. Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər. Bu cinayətlərin fonunda ermənilərin dünya ictimaiyyəti qarşısında əzabkeş, qədim nəcib xalqın nümayəndələri kimi dayanması da paradoksaldır. Öz diasporunun usanmaz informasiya fəaliyyəti nəticəsində Avropa, həm də Rusiyada ermənilər mələk, türklər və azərbaycanlılar isə qatil şəkilində təqdim olunublar. Erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər. Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib. C.Xəlilov vurğulayıb ki, bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: “Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb”.

Hamısını oxu