Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

 
Bildirilib ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir. Qeyd edək ki, bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb. video  

2020-09-09 00:00:00
3546 baxış

Digər xəbərlər

ABŞ-ın MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA-nın uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır. İlk 10 xüsusi təlim keçmiş it Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq çatdırıldı.   Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasimi Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.   Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır. 30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşaiyət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatçılığının azalmasını təmin etmək, habelə, Azərbaycana gəldikdə iqlimləşmə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.   ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.  

Hamısını oxu
Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə onlayn konfrans keçirilib

Bu gün faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman İdarəsi və Sabirabad Rayon Veteranlar Təşkilatı tərəfindən  onlayn konfrans keçirib.   Tədbirdə adıçəkilən qurumların rəhbərləri ilə yanaşı, bir sıra təşkilatların nümayəndələri, habelə Böyük Vətən Müharibəsi veteranlarının övladları, Qarabağ müharibəsi veteranları və s iştirak edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, xalqımızın faşizmə qarşı mübarizəsindən danışıb, bu mübarizədəki fədakarlığına diqqət çəkib.   Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova, Qarabağ müharibəsi qazisi Rəhman Bağırov da faşizmə qarşı mübarizəni Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidmət

Hamısını oxu
Vətən müharibəsi qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində tanınmış şair-publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevə həsr etdiyi poemanın təqdimat mərasimi keçirilib. Təqdimatda şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin, İctimai birliklərin və yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər. Öncə Dövlət himni səsləndirilib və  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, həmin kitaba dəyərli və geniş ön söz yazmış Respublika Veteranlar Təşkilatının sədri,  polkovnik Cəlil Xəlilov, XTQ qazisi "Qarabağ" ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və Vətən Müharibəsi  veteranları ilə işin təşkili" şöbəsinin müdiri Füzulu Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, XTQ- nin qazi və şəhid ailələri İctimai birliyinin sədri Bəhruz Məmmədzadə və başqaları çıxış edərək Vətən Müharibəsində qazandığımız zəfərdən, şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıb, qəhrəmana həsr olunmuş əsərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını xüsusi vurğulayıblar. Kitabın müəllifi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü,  Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 44 günlük Zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı "Murovun Aslanı" poeması üzərində yaradıcılq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Ölməz qəhrəman Rəşad Abdullayevin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşüblər və təqdimat mərasiminə gələnlərə  öz minnətdarlıqlarını bildiriblər. Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.

Hamısını oxu
“İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”

Cəlil Xəlilov: “Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb və ona qarşı beynəlxalq kampaniyalarda yer almayıb”    “İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Azərbaycanın dost münasibəti fonunda İranın bu adddımı təəssüf hissi doğurur:   “Azərbaycan hər zaman bütün qonşulara, o cümlədən İran dövlətinə münasibətdə xoş davranış sərgiləyib, mehriban qonşuluq siyasəti yürüdüb. Tarixə nəzər salsaanız görərsiniz ki, Azərbaycan heç vaxt İrana qarşı qlobal güclərin həyata keçirdiyi təzyiq siyasətinə dəstək verməyib, anti-İran xarakterli beynəlxalq kampaniyalara qoşulmayıb. Azərbaycan ərazisində İran əleyhinə hər hansı bir fəaliyyət həyata keçirilməyib. Azərbaycan hər zaman İrana münasibətdə hörmət və həssaslıqla yanaşıb.Lakin təəssüflər olsun ki, İran tərəfi torpaqlarımız işğaldan azad ediləndən sonra sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlərə start verib ki, bu da başadüşülən deyil. İran hər zaman özünü dünya miqyasında İslam təəssübkeşi olan dövlət kimi təqdim edib. Lakin təəssüflər olsun ki, məscidləri dağıdan, viran qoyan Ermənistanın son 30 ildə həyata keçirdiyi vəhşiliklərə etiraz etməyib. Bununla bağlı İran tərəfindən rəsmi səviyyədə qəti bir mövqe ortaya qoyulmayıb. Yalnız, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu bu torpaqları erməni faşizmindən azad edəndən sonra bütün bu barbarlığa son qoyuldu.   Hesab edirəm ki, İran tərəfi Azərbaycanın haqlı narahatlığını başa düşməli, qonşuluq münasibətinə xələl gətirən bu kimi addımlara yol verməməlidir”.  

Hamısını oxu