Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident onlara fəxri adlar verdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar elm xadimi”

 
Həsənli Yadulla Həmdulla oğlu “Əməkdar müəllim” Abbasov Qəzənfər Əli oğlu Əliyev Məhəmməd Ələkbər oğlu Əliyev Ümüdvar Qənbər oğlu Fərzəliyev Məzahir Həmzə oğlu Hacıyev Nazim Özbəy oğlu Həsənov Vəkil Səfiyar oğlu Həsənova Zöhrə Bilal qızı Hüseynov Vəkil Neymət oğlu Kərimov İrşad Abdul oğlu Quliyev Asiman Aydın oğlu Məmmədov Məmməd Hümbət oğlu Məmmədov Zahid Fərrux oğlu Osmanov Tofiq Ramazan oğlu Rzayev Rövnəq Mirzə oğlu Rzayeva Gülnarə Namik qızı Sadıqov Mustafa Məmməd Sadıq oğlu Şıxlinskaya Gülnarə Teymur qızı Vəliyev Fazil Əli oğlu Yaqubov Sakit Məmədi oğlu.

2020-09-24 00:00:00
3521 baxış

Digər xəbərlər

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları!

General-Polkovnik Hikmət Mirzəyev: Aprel Döyüşlərinin və Qarabağ Zəfərinin Sərkərdəsi Azərbaycan tarixində qəhrəmanlıq dastanları çoxdur. Xalqımızın hər dövrü igidlərin, qəhrəmanların və vətənpərvərlərin şücaəti ilə yazılıb. Əsrlər boyu millətimizin azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzi olan qəhrəmanlardan bəzilərinin adını çəkmək kifayətdir: Şah İsmayıl Xətayi, Babək Xürrəmi, Cavanşir, Koroğlu, Həzi Aslanov, Mehdi Hüseynzadə, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov, Zaur Nudirəliyev, İlqar Mirzəyev və daha yüzlərlə igidimiz... Onların hər biri Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü və xalqımızın şərəfi naminə döyüşüb, ölməzliyə qovuşub. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi yalnız hərbi zəfər deyil, həm də xalqımızın milli birliyinin, qürurunun və sarsılmaz iradəsinin təntənəsi idi. Bu şanlı müharibənin ən parlaq simalarından biri isə Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general-polkovnik Hikmət Mirzəyev oldu. Onun rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Cəbrayılın, Füzulinin və xüsusən də Şuşanın azad olunması Azərbaycan tarixinin ən möhtəşəm qəhrəmanlıq səhifələrindən birinə çevrildi. Hikmət Mirzəyev döyüş meydanında göstərdiyi soyuqqanlılıq, qətiyyət, cəsarət və strateji zəkası ilə düşmənə sarsıdıcı zərbələr endirdi, əsgərlərinə inam və ruh yüksəkliyi aşıladı. Düşmənin ən güclü müdafiə xəttlərini yararaq əlbəyaxa döyüşlərdə öz qüvvələrini qələbəyə apardı. Onun rəhbərliyi altında olan xüsusi təyinatlılar az sayda silah və texnika ilə, lakin böyük ruh yüksəkliyi və igidliklə düşməni geri oturtdular. Şuşanın azad olunması ilə Azərbaycanın qüruru və milli ruhu yenidən dirçəldi. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi, sarsılmaz iradəsi və qətiyyətli qərarları nəticəsində həyata keçirilən əməliyyatlar Azərbaycan Ordusunun qüdrətini, peşəkarlığını və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun döyüş ruhunun parlaq təzahürü oldu. Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsən etdiyi təbrik isə general-polkovnik Hikmət Mirzəyevə göstərilən yüksək etimadın, inamın və dərin hörmətin ifadəsi idi. Bu təbrik, eyni zamanda onun rəhbərlik etdiyi qoşun hissələrinə yeni ruh, qürur və məsuliyyət hissi aşıladı. General-polkovnik Hikmət Mirzəyev üçün bu etimad daha böyük uğurlar və qələbələr naminə mübarizəni davam etdirmək üçün güclü stimul oldu.    Hikmət Mirzəyev yalnız 44 günlük müharibənin deyil, həm də 2016-cı ilin Aprel döyüşlərinin və Birinci Qarabağ müharibəsinin qəhrəmanıdır. Onun sərkərdəliyi, xüsusi təyinatlıların döyüş bacarığı, müasir texnikadan səmərəli istifadəsi və insan amilinə verdiyi önəm onu müasir Azərbaycan hərb tarixinin ən parlaq simalarından birinə çevirmişdir. Bizim hər birimiz ücün Şuşa sadəcə bir şəhər deyil, milli ruhun, mədəniyyətin, tarixin dirçəldiyi məkandır. Onun azadlığı üçün aparılan əməliyyat Hikmət Mirzəyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq nümunəsi oldu. General həmin günləri belə xatırlayırdı: “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanım içimdə öz cavabını tapmışdı. O vaxta qədər daim əziyyət çəkirdim. Orada bunu hiss etdim.” Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən etibarən Hikmət Mirzəyev peşəkar hərbçi kimi daim inamla yüksəlmiş, öz fədakarlığı və xidmətləri ilə orduda xüsusi hörmət qazanmışdır. 2002-ci ildə general-mayor, 2020-ci ildə general-leytenant, daha sonra general-polkovnik rütbəsinə layiq görülüb. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı”, “İgidliyə görə” və digər orden, medallarla təltif olunub. Bu təltiflər onun vətənə sədaqətinin və xidmətinin ən yüksək qiymətidir.  Təşkilatımızın üzvləri çiyin-çiyinə döyüşdükləri silahdaşlarını, Vətən müharibəsinin müqəddəs Zəfərini qazanan igidlərimizi, arxa cəbhədə dua və inamla ordumuza mənəvi güc verən xalqımızı, şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir və minnətdarlıqlarını bildirirlər. Tanrı sizi qorusun, cənab sərkərdə Hikmət Mirzəyev! Tanrı Azərbaycanı, onun qəhrəman oğullarını və bu xalqın yenilməz ruhunu daim uca eləsin!  Qarabağ Azərbaycandır və əbədi belə qalacaq!

Hamısını oxu
QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADI

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Rusiya Federasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatını ziyarət edib, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.   Görüş əsnasında Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verilib, Rusiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.   Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcudluğuna diqqət çəkən Fatma Səttarova, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bu dostluğun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da ətraflı danışıb.   Daha sonra çıxış edən Rusiya Federasiyasının səfiri Mixail Boçarnikov səmimi qəbula görə Fatma Səttarovaya təşəkkürünü bildirib, təşkilat sədrinə gül dəstəsi təqdim edib.  Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Mixail Boçarnikov Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini yüksək qiymtələndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Mixail Boçarnikov onu da qeyd edib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izləyir.   Görüşün sonunda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib. Respublika Veteranlar Təşkilatına bu cür mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun timsalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova, Azərbaycan-Rusiya dostluğunun bundan sonra da davam edəcəyinə inamını ifadə edib.   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib.  İclasda son 6 ayın yekunları müzakirə edilib, habelə, qarşıdakı 6 ay ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvəər Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın son 6 aydakı fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etsə də, qarşıdakı dönəmdə daha yüksək nəticələr əldə etməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman öz fəaliyyətində müasir çağırış və tələbləri daim diqqət mərkəzində saxlayıb və bundan sonra da öz ənənəsinə sadiqlik sərgiləyəcək.

Hamısını oxu