Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri birgə bəyanatla çıxış ediblər

Moskva, 10 oktyabr, AZƏRTAC Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov, Sergey Lavor və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən danışıqlar başa çatıb. AZƏRTAC xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan edib. Bəyanatda deyilir: “Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəliblər: 1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; 4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

2020-10-10 00:00:00
3216 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub. Azərtac xəbər verir ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və bayram sovqatı təqdim edib. Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə, həmçinin arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən danışıb. General-mayor xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur hissi ilə qarşılayırıq. Bildirib ki, dövlətçiliyimizin ən şərəfli səhifəsi olan tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub. N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi adlandırıb. Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət, qayğı göstərildiyini bildirib.  

Hamısını oxu
Ali Baş Komandana mahnı həsr olundu: “Qalib sərkərdə”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur.  Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir.    Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb.

Hamısını oxu
“Soyqırım Memorial Kompleksi faciə qurbanlarına olan ümumxalq ehtiramının zirvəsidir”

“Xocalı şəhərində, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı, Prezidentin və birinci xanımın iştirakı tarixi hadisədir. Soyqırım Memorial Kompleksinin məhz hadisənin baş verdiyi ərazidə inşa olunması, tarixi yaddaşın qorunması, erməni faşist-millətçilərinin həyata keçirdikləri soyqırım siyasətinin gələcək nəsillərə çatdırılması baxımından ən doğru vasitə, dərin düşünülmüş qərardır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, kompleks erməni faşizminin ifşasına da böyük töhfə verəcək: “Qətliamın törədilməsindən 34 il ötür. Hər il fevral ayının 26-da, ölkəmizdə və soydaşlarımızın məskunlaşdığı bir çox ölkələrdə, böyük hüznlə faciənin qurbanları yad edilir, ruhlarına dualar oxunur. Əfsuslar olsun ki, Xocalıda baş verənlərə dünya birliyi biganə yanaşdı. Azərbaycan hökuməti, paralel olaraq Heydər Əliyev Fondu tərəfindən, soyqırımının dünyada tanıdılması üçün sistemli siyasət aparıldı. Nəticədə, dünya Xocalıda baş verənlərdən məlumatlıdı. 10 dan artıq dövlət, ABŞ-nın bir çox ştatı tərəfindən tanındı. Gələcəkdə daha çox dövlətlər tərəfindən tanınacağına şübhə yoxdur. Bu gün əminliklə deyə bilərik ki, Xocalıda və digər bölgələrdə şəhid olmuş soydaşlarımızın ruhu şaddır. Torpaqlarımız tamamilə işğaldan azad olunub. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdırlar. Dövlət Başçısının açılışını etdiyi Soyqırım Memorial Kompleksi, faciə qurbanlarına olan ehtiramın zirvəsi hesab oluna bilər. Kompleks funksional olaraq, möhtəşəmliyi ilə seçilir və erməni faşizminin ifşası baxımından son dərəcə əhəmiyyətli abidədir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu