Ən son xəbərlər
“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”. Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir : “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir. T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi. Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib. Hesabatda diqqət çəkən ən mühüm məqam 30 gün ərzində 16 tədbir və yarışın keçirilməsi faktıdır ki, bu da nəinki Bakı şəhəri, ümumilikdə bütün ölkə üzrə rekord göstəricidir. Həmin siyahını oxucularımızın diqqətinə çatdırırıq: Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2021-ci ilin noyabr ayında keçirilmiş tədbir və yarışlar (16 tədbir və yarış): 01 noyabr - Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin məzarının ziyarəti, təhsil aldığı 37 saylı tam orta məktəbdə şəhidin adına sinifin açılışı və şahmat turniri; 02 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Əhədov Mehracın doğum günü münasibəti ilə təhsil aldığı 93 saylı tam orta məktəbdə xatirə tədbiri; 03-09 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda rəsm müsabiqəsi; 04 noyabr - “Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir” devizi altında tədbir və Vətən Müharibəsi iştirakçılarının təltif olunması; 04 noyabr - Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə məktəblilər arasında rayon turniri; 06 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası; 07 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”na ekskursiyası; 11 noyabr - Zəngilan şəhərinin işğaldan azad olunmasının 1 ilinin tamam olması münasibəti ilə məktəblilər arasında keçirilimiş “Zəngilan erməni işğalından azaddır!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması; 12 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin təltif edilməsi; 18 noyabr - "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində WAKO versiyası üzrə Avropa çempionu Ramal Zeynallı ilə 39 saylı tam orta məktəbin şagirdləri ilə görüş; 24 noyabr - məktəblilər arasında “XƏMSƏ” Milli İntellektual oyunu üzrə Nərimanov rayon turniri; 25 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin açılış mərasimi və ilk təlimi (Azərbaycan Kooperasiya Universiteti); 26 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyun (Bakı Biznes və Kooperasiya Kolleci); 26 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Samir Sarıyevin xatirəsinə həsr olunmuş gənclər arasında mini futbol turniri və məzarının ziyarət edilməsi; 27 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi (Bakı Avrasiya Universiteti); 30 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyunu ("Odlar Yurdu" Universiteti).
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 30 noyabr qəzasında şəhid olan sərhədçilərin ailəsinə başsağlığı verib. Başsağlığında deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olmasından kədərlənir və onların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Allah rəhmət eləsin!” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm” “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb: “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”. Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb: “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər. Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb. Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”. Seymur ƏLİYEV
Hamısını oxu
Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Böyük Vətən Müharibəsi veteranı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir: “Böyük Vətən Müharibəsi veteranı Quliyev Kazım Seyid oğlu vəfat edib. Kazım Quliyev 1925-ci ildə Bakı şəhərində anadan olub. İkinci Dünya Müharibəsi dönəmində faşist işğalına qarşı mübarizəyə qoşulan Kazım Quliyev, Qafqaz və Ukrayna cəbhəsinin aviasiya hissələri tərkibində bir çox yaşayış məntəqələrinin faşist işğalından azad edilməsində iştirak edib, hərbi əməliyyatlar zamanı böyük şücaətlər göstərib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə polkovnik-leytenant Kazım Quliyev çoxlu sayda orden və medallarla təltif olunub. İkinci Dünya Müharibəsi iştirakçısı Kazım Quliyevin işıqlı xatirəsi veteranların, o cümlədən onu tanıyan hər kəsin qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!”
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova ilə görüşüb. Görüş əsnasında ölkə gəncliyinin vətənpərvərlik tərbiyəsinin mövcud durumu müzakirə edilib, gənclərin Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan bəhs olunub. Görüşün sonunda Nəcibə Axundova hərbi vətənpərvərlik sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təltif edilib. Məlumat üçün qeyd edək ki, hər il olduğu kimi bu il də Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə vətənpərvərliklə bağlı çoxsaylı tədbirlər həyata keçirilib, maraqlı layihələrə imza atılıb.
Hamısını oxu
Sabir Rüstəmxanlı: “Vətən müharibəsi ilə bağlı bu tamaşanı yüksək qiymətləndirirəm” Noyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzində quruluş verilmiş, tələbələrin ifasında "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub. Tarixi zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirməkdir. Azərbaycan əsgərinin Vətən uğrunda döyüşə atılması, vətənə olan əvəzedilməz sevgisinin tərənnümüdür. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb. Hansı ki, BDU tələbələrinin oynadığı "Qarabağ Azərbaycandır!" tamaşasının ölkəmizin digər ali təhsil müəssisələrinin səhnəsində də göstərilməsi nəzərdə tutulur. Moderator.az-a açıqlamasında məlum tamaşanı təqdir edən millət vəkili Sabir Rüstəmxanlı, bunun gəncliyin yüksək vətənpərvərlik ruhundan xəbər verdiyini vurğulayıb: “Hər şeydən öncə qeyd edim ki, BDU tələbələri tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” tamaşasını yüksək qiymətləndirir və təqdir edirəm. Çünki bu və bu qəbildən olan tamaşalar hər şeydən öncə gəncliyin yüksək vətənpərvərlik ruhundan, milli tarixinə, vətəninə, torpağına bağlılığından xəbər verir. Ordumuzun qazandığı tarixi zəfərin bu cür tamaşalar vasitəsi ilə təbliğ edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, Azərbaycan gəncliyi böyük qəhrəmanlıq göstərdi. Azərbaycan gəncliyinin göstərdiyi bu qəhrəmanlığın elə gənclərimiz tərəfindən də təbliğ edilməsi, yaşadılması müsbət bir haldır. Mən “Qarabağ Azərbaycandır” adlı tamaşanı ərsəyə gətirən tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Düşünürəm ki, BDU tələbələrinin bu addımı digər ali təhsil müəssisələrimizdə təhsil alan tələblərimizə də nümunə olacaq, onlar da Vətən müharibəsini, ordumuzun tarixi zəfərini əks etdirən yaradıcılıq nümunələri ortaya qoyacaqlar”. Seymur ƏLİYEV
Hamısını oxu
Misirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş tələbələrin nitq qabiliyyətini təkmilləşdirmək məqsədilə fonetika klubu yaradılıb. Azərtac xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun sədrliyi ilə klubun ilk məşğələsi keçirilib. Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları çərçivəsində sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı hər həftə yeni mövzu seçiləcək və tələbələrə Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin qiraəti üzrə biliklər aşılanacaq. Növbəti həftə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini oxuyan və əzbərləyən misirli gənclər onları Azərbaycan dilində söyləyəcəklər. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar. Qeyd edək ki, misirli gənclər və Qahirədə təhsil alan digər ölkələrdən olan tələbələr diaspor mərkəzimizdə təmənnasız keçirilən Azərbaycan dili kurslarına böyük maraq göstərirlər. Dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın qələbəsi bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə məcburdur” “Soçi bəyanatı Azərbaycanın dövlət başçısının növbəti siyasi-diplomatik qələbəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bidlirib. Sədr müavini qeyd edib ki, bu bəyanat Azərbaycanın hərbi müstəvidə olduğu kimi, diplomatik platformada da söz sahibi olduğunu göstərir: “Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan kapitulyasiyaya bərabər razılaşma imzaladı. Həmin razılaşmaya əsasən Ermənistan işğalda saxladığı digər ərazilərdən öz qoşunlarınıə geri çəkməyə hazır olduğunu bildirdi. 2021-ci ilin 11 yanvar bəyanatı ilə isə regionda bütün nəqliyyat kommunukasiyaların açılması ilə bağlı tərəflərin razılığı elan edildi. Lakin hər zaman təxribat və avantüralara meyilli olan Ermənistan bu dəfə də bölgədə müyyən gərginliklər yaratmağa cəhd edir, Zəngəzur dəhlizinin açılmasına, nəqliyyat kommunukasiyasının canlanmasına mane olurdu. Ancaq cari ilin 26 noyabr tarixində Soçidə imzalanan bəyanatla Ermənistan hər iki bəyanatın – həm 10 noyabr, həm də 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq etdi ki, bu da dövlətimiz adına çox böyük uğurdur. Onu da qeyd edim ki, bu bəyanat sadəcə diplomatik müstəvidə deyil, həm də hərbi müstəvidə qazanılan zəfərin nəticələrini möhkəmləndirməyə xidmət edir. Hansı ki, bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur”. Cəlil Xəlilov qeyd edib ki, 26 noyabr bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə layiqli cavabdır: “Soçi bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə, o cümlədən erməni təxribatlarına ən layiqli cavab kimi də xarakterizə edilə bilər. Çünki bu bəyanatla Ermənistan bundan öncəki bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiqlədi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi həqiqətən bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə, bu reallıqlarla barışmağa məcburdur”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, “Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İşğaldan azad olunmuş Ağdamda "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib. Ağdama səfər çərçivəsində tədbir iştirakçıları Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, işğal dövründə erməni vandalizminə məruz qalan Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə yaxından tanış olublar. Ziyarətlərin ardından tədbir iştirakçıları Ağdam Cümə məscidində camaat namazı qılıb, Allaha şükranlıq duaları ediblər. Ağdam Dövlət Dram Teatrının qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib. Daha sonra səfər çərçivəsində Ağdamın simvollarında hesab edilən Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Rəsmi çıxışların ardından sonra Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavini Qalib Əliyev, "Böyük Qaydış" Gənclər təşkilatının icraçı direktoru Nail Şükürovun iştirakıyla təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib. Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata birgə açıqlama veriblər. Açıqlamada qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam erməni qəsbkarları tərəfindən 30 ilə yaxın bir müddət ərzində istilaya məruz qalmış, dini ibadət yeri olan məscidlərimiz dağıdılmış, təhqir edilmiş, mədəniyyət ocaqları vandalizmə məruz qalmış, rayonun mərkəzi, kəndlər yerlə-yeksan olunmuş, infrastruktur məhv edilmişdir. Bu gün hər birimiz qürurla deyə bilərik ki, Qarabağın cənnət guşəsi Ağdam şəhəri Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Rəşadətli Azərbacan Ordusun qəhrəmanlığı və şücaəti sayəsində erməni vandallarından azad edilərək əldə olunan tarixi Zəfərlə yenidən öz əsl sahibinə qaytarılmışdır. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir. Həmçinin açıqlamada xüsusi olaraq vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər əzimdə birgə tədbir və səfərləri etməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin daha güclü Azərbaycan naminə yorulmadan irəliyə doğru apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir. Bundan sonra da Vətən Müahribəsi Əlillərinə Kömək İctimai Birliyi və "Böyük Qaydış" Gənclər Təşkilatı bu kimi milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.
Hamısını oxu
Dünən Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi, Olimpsport.az saytı, "Olimpiya dünyası" qəzeti və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla "Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib. Tədbirdə, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Olimpsport.az saytının rəhbəri Ramin Allahverdi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, çıxış edərək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolunu qeyd edib. Tədbirdə həmçinin "Olimpiya dünyası" qəzetinin 20 illiyi münasibətilə kollektivə uğurlar arzulanıb. Olimpiya Güləş Mərkəzində keçirilən tədbir çərçivəsində 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün "Master Class" təlimi keçib. Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq Quliyev və Elşad Allahverdiyevin də iştirak etdiyi hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.
Hamısını oxu