Ən son xəbərlər
"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq. Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək. Konfransda: Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq. Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir. Tərtibat qaydası: "Microsoft Word” (A4) formatında, "Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm); Məqalənin həcmi 15 000 - 20 000 , tezislərin həcmi 2 000 - 2 500 işarə arasında olmalıdır; Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə, 11 şriftlə; Məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır. Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:- Problemin qoyuluşu (yaxud Giriş);- Təhlil və qiymətləndirmə;- Nəticə və təkliflər. Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib. Tədbirdə kitabın müəllifi Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova,Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev,Şəmkir Regional Mədəniyyət İdarəsinin rəyisi Zöhrab Adıgözəlov, Tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq,Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər. Tədbiri giriş sözü ilə RİH başçısı İbrahim Mustafayev açaraq qeyd etdi ki, "Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm". Daha sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Ardınca kitabın təqdimatı üçün söz Əkbər Qoşalıya verilib. O çıxışında bunları deyib: "Burada iştirak edən hər kəsi salamlayıram. Bu il 50 illiyini qeyd etdiyimiz Xasiyyət xanım özbək ədəbiyyatının günəşidir. Onun kitabları Avropa, Asiyada, türk dünyasında nəşr olunub. Amma etiraf edək ki, onun Azərbaycana verdiyi dəyər daha yüksəkdir. Bəzən olub ki, qardaş dediyimiz ölkələrdə həqiqətlərimizi çatdırmaqda problemlərlə üzləşmişik. Amma Xasiyyət xanımın timsalında bizim həqiqətlər onun rəhbəri olduğu qəzetdə, yaradıcılığında daim ifadə olunub. Əminəm ki, Xasiyyət xanım həm də gələcəyi yazır. Xasiyyət xanım haqq-ədaləti müdafıə edən şairədir. O 44 günlük savaşımızda bizə misilsiz dəstək oldu. Bizdə bir söz var, heç nə unudulmur heç nə yaddan çıxmır. Xasiyyət xanım bizə ölkəsindən ultimatum göndərdi ki, mən hökmən Şuşaya getməliyəm. Onun arzusu yerinə yetdi. O eyni zamanda dilbər güşələrimizdən biri olan Gədəbəydə oldu. Xasiyyət xanımın yaradılacağında Azərbaycana münasibət davamlıdır. 44 gün ərzində Xasiyyət xanım məqalələr yazdı, hiss-həyəcanını ifadə edirdi. Xasiyyət xanımın indiki Azərbaycan səfərini də bir hadisə adlandırıram. Ən gözəl söz müəllif və onun əsəridir". Daha sonra DGTYB-nin Xasiyyət xanıma və İbrahim Mustafayevə hədiyyələri təqdim olunub .Eyni zamanda Gədəbəy rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən qonağa həfiyyələr təqdim edildi. Şəmkir Regional Mədəniyət idarəsinin rəisi Zöhrab Adıgözəlov bildirdi ki, 44 günlük mübarizəmizdə biz birliyimizlə qalib gəldik : "Bu müharibədə kimin dost və ya düşmən olduğunu gördük. Bir özbək xanımının sərhəd bölgəsinə gəlib kitabının təqdimatında iştirak etməsi böyük hadisədir, eyni zamanda türk qardaşlığının,türk dostluğunun bariz nümunəsidir.Və bu görüş Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafına təkan verən əlamatdar hadisədir. Bir daha xoş gəlmisiniz deyir və sizlərə Regional Mədəniyyət İdarəsi adınnan təşəkkürümü bildirirəm. Sonra Akademik Valeh Cəfərov,Tİbb Universitesinin dosenti Rəşid Mahmudov,tanınmış şair Elsen Əzim,Aşıq məktəbinin direktoru Etibar Əliyev,Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov,İ ncəsənət Univeristetinin müəllimi Nemət Qasımlı və digər qonaqlar mövzu ətrafında çıxış etdilər. 44 gün kitabının müəllifi Özbəkistanlı qonaq Xasiyyət Rüstəm cıxış etdi.,yüksək qonaqpərvərliydən dolayı hər kəsə təşəkkürünü bildirdi,və qeyd etdiki 44 günlük haqq savaşı sizlərin vətən sevgisinin dünyada yeganə nümunəsidir. Tədbirin təşkilatçısı Dünya Gənc Türk Yazarlar birliyininn başqanı İntiqam Yaşar çıxışı zamanı bu günün cox əlamətdar gün olduğunu vurğuladı,Özbəkistanda Xasiyyət xanımın ayağı dəyən hər yerdə Azərbaycan gördüm,və yaşasın Özbəkistan Azərbaycan dostluğu qardaşlığı və kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə minnətdarlığını ifadə etdi. Yekun olaraq RİH başçısı İbrahim Mustafayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək. ““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub. Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. Apa-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin, Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin, Sərəncamda irəli gələn digər məsələləri həll etsin. Müəyyən edilib ki, bu Sərəncamda nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir. İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamdan göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etməlidir. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Hamısını oxu
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə geri dönüb. Fonddan APA-ya verilən məlumata görə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır: 1. Mehtiyev Namiq Mureddin oğlu 2. Həsənov Bəxdiyar Dilqəm oğlu 3. Əliyev Cahangir Gülbala oğlu 4. Hüseynov Tural Araz oğlu 5. Babayev Elnur Əlihüseyn oğlu 6. Cavadzadə Fuad Sənani oğlu 7. Atakişiyev Rəşad Nazim oğlu "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Hamısını oxu
Məşhur Məmmədov: “Üzləşdiyimiz bəlaların bir çoxuna səbəb məhz unutqanlığımız olub” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm” Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Vətən naminə”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” sənədli filmləri, o cümlədən Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə ərsəyə gələn “Mənəvi borc” filmi Xəzər televiziyasında nümayiş etdirilib. Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi, habelə erməni vandalizmi tərəfindən törədilən vəhşiliklərin unudulmaması baxımından bu cür filmlərin hazırlanmasının tarixi-ictimai və mənəvi əhəmiyyəti nədən ibarətdir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu filmləri xalqımız və dövlətimiz qarşısında mühüm tarixi xidmət kimi dəyərləndirmək mümkündürmü? Saytımıza açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi filmlərin bugünümüzlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Tarix sübut edir ki, bizim başımıza gələn bir çox bəlalara səbəb məhz bizim unutqanlığımız olub. Elə buna görə də tariximiz, keçmişimizlə bağlı həqiqətləri daim diqqət mərkəzində saxlamaq, onların unudulmasına yol verməmək üçün bu cür filmlərin çəkilməsi vacibdir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi. Hərbçilərimiz düşmən işğalındakı torpaqları çox qısa zamanda işğaldan azad etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bir bir daha şahid olduq ki, düşmən bu torpaqlarda böyük vəhşiliklər, dağıntılar və talanlar həyata keçirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də sözügedən komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilən filmlərdə həm xalqımızın müharibədə göstərdiyi əzm və fədakarlıq, həm də erməni faşizminin anti-insani mahiyyəti parlaq şəkildə öz əksini tapır. Bu filmlər tariximizin qorunması, olduğu kimi xatırlanması, yaşadılması üçün mühüm önəm kəsb edir. Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaq üçün belə filmlərin çəkilməsi olduqca əhəmiyyətlidir. Bu cür filmlər gələcək nəsillərə imkan verəcək ki, onlar tariximizə dərindən bələd olsunlar, üzləşdiyimiz bəlalardan dərs çıxarsınlar və daim ayıq-sayıq olsunlar. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm. İnanıram ki, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də digər dövlət qurumlarının dəstəyi ilə bu cür filmlərin hazırlanması gələcək nəsillərin maariflənməsi baxımından mühüm rol oynayacaq, hər zaman gələcək nəsillərə hərbçilərimizin qəhrəmanlığından, erməni vandallarının törətdiyi vəhşiliklərdən danışacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Nəsib Məhəməliyev: “Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi önəmi gələcək nəsillərə ötürülməlidir” Cari tədris ilindən etibarən orta məktəblərdə “Zəfər tarixi” tədris olunacaq. Bununla bağlı veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu ildən etibarən orta məktəblərdə Zəfər tarixinin öyrənilməsinə başlanması olduqca doğru və zəruri addımdır. Hər bir xalqın kimliyini təsdiq edən əsas amillərdən biri də, onun keçdiyi tarixi yoldur. Azərbaycan xalqı qədim dövürlərə söykənmiş zəngin tarixi keçmişə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə isə, bu tarixin ən şərəfli səhifələrindəndir. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilimiş Zəfər tarixi dərindən öyrənilməlidir. Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi əhəmiyyəti gələcək nəsillərə ötürülməlidir. Hesab edirəm ki, burada sistemli yanaşma olmalıdır. Nəzərə almaq lazımdır ki, bilavasitə Silahlı Qüvvələrin döyüş meydanında apardığı əməliyyatlarla yanaşı, diplomatiya, informasiya və başqa sahələrdə də geniş miqyaslı müharibə aparılmışdır. Uzun illər ərzində ən müasir standartlara uyğun Silahlı Qüvvələr formalaşdırılmış, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən hüquqi normativ sənədlər alınmışdır. Regionda maraqları olan beynəlxalq güclərin, erməni diasporasının və lobbist qrupların neytrallaşdırılmasına nail olunmuşdur. Misli görünməmiş milli birlik təmin olunmuş, xalq ölkə daxilində və xaricində dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşərək, bütün dünyaya Azərbaycan dövlətinin gücünü nümayiş etdirmişdir. Təbii, iqtisadi faktorlar da qeyd olunmalıdlr. Əgər dövlətin iqtisadi imkanları olmasaydı, belə bir güclü ordunun qurulmasından danışmaq mümkün olmazdı. Tarixi qələbəmizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından hökumət tərəfindən əhəmiyyətli layihələr icra olunur. Hərbi Qənimətlər Parkının, Zəfər muzeyinin, Vətən müharibəsi memorial kompleksinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar, peşəkar hərbçilərdən, siyasətçilərdən, pedaqoqlardan, sosioloqlardan ibarət mütəxəssislərin iştirakı ilə sistemləşdirilməli, dərslik şəklində nəşr olunmalıdır. Zəfər tarixi yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu
44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır. Böyük Qayıdış ən yüksək səviyyədə təmin ediləcək Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi. Ermənistana növbəti ciddi xəbərdarlıq Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir. Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir. Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Veteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar. Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.
Hamısını oxu
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilata məxsus veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib. Müharibə veteranlarının, media təmsilçilərinin, ictimai-siyasi xadimlərin qatıldığı mərasimi giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov, saytın yeni versiyasının hazırlanmasını zəruri edən səbəblərə toxunub. 44 günlük Vətən müharibəsində dövlətimizin düşmənə qarşı həm də informasiya cəbhəsində ciddi mübarizə apardığını bildirən Cəlil Xəlilov, bu mübarizənin bu gün də davam etdiyini bildirib. Polkovnik qeyd edib ki, düşmənlə informasiya müharibəsinin hələ də davam etməsi, o cümlədən müasir dünyamızda çevik informasiya təminatının artan rolu daha təkmil və müasir informasiya vasitələrinə sahib olmağı zəruri edir. Veteran.gov.az saytının yeni versiyasının məhz bu səbəbdən hazırlandığını bildirən polkovnik, yeni saytın kiber hücumlara, kənar müdaxilələrə qarşı daha mükəmməl müdafiə sisteminə malik olduğunu, yeni dizaynla fəaliyyət göstərəcəyini bildirib. Saytın yeni versiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən hazırlandığını bildirən polkovnik Cəlil Xəlilov, göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə, o cümlədən həmin nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirib, onları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanları ilə təltif edib. Veteran.gov.az saytı haqqında tədbir iştirakçılarına məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Günay Əhmədova, saytın yeni versiyasının müasir tələblər əsasında hazırlandığını bildirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dövrdə medianın roluna diqqət çəkib, istər cəmiyyətin operativ şəkildə məlumatlandırılmasında, istər düşmənlərəə qarşı informasiya mübarizəsində medianın mühüm platformalardan biri olduğunu bildirib. Dövlətimizin şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həm də veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Vüqar Rəhimzadə, veteranların məlumatlandırılmasında, habelə onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənc nəslin məlumatlandırılmasında medianın müstəsna əhəmiyyət kəsb etdiyini bildirib, veteran.gov.az saytının fəaliyyətinə uğurlar arzulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Cavid Osmanov: “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməklə tariximizin, mədəniyyətimizin izlərini yenidən bərpa etməliyik” “Tarixi-mədəni abidələrə olan münasibətimiz erməni toplumu ilə aramızdakı fərqin nə qədər böyük olduğunu göstərir” İşğaldan azad edilən ərazilərin bərpası və tərəqqisi prosesində Qarabağ Dirçəliş Fondunun üzərinə mühüm vəzifələrin düşdüyü, Fondun bu istiqamətdə ciddi addımlar atdığı məlumdur. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ Dirçəliş Fondu 17 avqust tarixli məlumatında işğaldan azad edilmiş ərazilərdə erməni faşizmi tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin də bərpa ediləcəyini bildirib, vətəndaşları Fondun fəaliyyətinə dəstək verməyə səsləyib. Moderator.az-a açıqlamasında Qarabağdakı maddi mədəniyyət abidələrinin bərpasının zəruriliyini vurğulayan millət vəkili Cavid Osmanov, bunun hər şeydən öncə tariximizə, mədəni irsimizə sahiblənməyimiz baxımından zəruri olduğunu bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz müsahibələrində dəfələrlə vurğulayıblar ki, Qarabağ və ətraf rayonlarda hansı dinə mənsubluğundan asılı olmayaraq, bütün abidələr bərpa ediləcək və qorunacaq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun işğaldan azad edilən rayonlarımızda maddi mədəniyyət abidələrinin bərpası ilə bağlı səsləndirdiyi fikirlər mühüm əhəmiyyətə malikdir. Hər şeydən öncə qeyd edim ki, bu abidələr bizim tariximizdən, mədəniyyətimizdən, xalqımızın qəhrəmanlıq keçmişindən xəbər verir. Bu baxımdan həmin abidələrin bərpa edilməsi tariximizə, mədəniyyətimizə sahib çıxmağımız, onu qorumağımız, gələcək nəsillərə çatdırmağımız baxımından mühüm əhəmiyyətə malikdir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə maddi mədəniyyət abidələrinin bərpası dünya birliyinə, bəşərəriyyətə də bir mesajdır. Bu, Azərbaycan xalqının öz tarixininə, mədəniyyətinə, ümumilikdə sivilizasiyaya nə qədər mühüm önəm verdiyini göstərir. Erməni faşizminin barbarbarlığı və vəhşiliyi fonunda bu cür quruculuq prosesi xalqımızla erməni toplumu arasındakı fərqin nə qədər böyük və müqayisəedilməz olduğunu göstərir. Bu baxımdan, Qarabağ Dirçəliş Fondunun maddi mədəniyyət abidələrinin bərpası ilə bağlı açıqlamasını alqışlayır, hər bir vətəndaşımızı Fondun fəaliyyətinə dəstək verməyə səsləyirəm. Biz imkanlarımız daxilində Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək vermək, ona ianələr etməklə öz tariximizin, mədəniyyətimizin izlərini yenidən bərpa etməli, gələcəyə öz keçmişimizdən güc alaraq, bu keçmişi yaşadaraq addımlamalıyıq. Və əminəm ki, ölkə başçısının rəhbərliyi, Qarabağ Dirçəliş Fondunun koordinasiyası və səyi ilə biz bu məqsədimizə də çatacağıq”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Qarabağımızın bərpasını arzulayan hər kəsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə səsləyirəm” “Biz quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik” Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 70-dən artıq QHT nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Səfərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlkilov da iştirak edib. Saytımıza açıqlamasında səfərlə bağlı təəssüratını dilə gətirən polkovnik Cəlil Xəlilov, belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğualyıb: “30 ilə yaxın işğal altında qalan rayonlarımızda Ermənistanın böyük vəhşiliklər törətdiyi, hər şeyi məhv etdiyi, amansızcasına taladığı məlumdur. Ağdam şəhəri də uuzn illər ərzində erməni faşizminin talıanına məruz qalıb. Şəhər erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb, məhv edilib. Bu talanın, bu vəhşiliyin miqyası həddindən artıq böyükdür. Odur ki, Vətən müharibəsi başa çatsa da, erməni vəhşiliyinin büqtün dünyada ifşası prosesi davam etdirilməli, erməni faşizminin anti-insani mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Səfər əsnasında bizi sevindirən məqmalar da oldu. Bu məqamlardan biri dövlətimizin qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda mühüm layihələrə start verməsi oldu. Səfər əsnasında işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsinə, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradıldığına şahid olduq. Görülən işlərin miqyas və keyfiyyəti söyləməyə əsas verir ki, prezidentimizin rəhbərliyi altında qısa zamanda işğaldan azad edilmiş ərazilər daha müasir şəkildə bərpa ediləcək, Qarabağ və ətraf rayonlarımız öz əzəli gözəlliyinə qovuşacaq Təbii, bu işdə hər birimiz dövlətimizə, Ali Baş Komandan dəstək verməli, əlimizdən gələni əsirgəməməliyik. Qarabağımızın bərpa olunmasında, dirçəlməsində iştirak etmək istəyən, bu müqəddəs işə töhfə verməyə çalışan hər bir vətəndaş Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu prosesdə çox asanlıqla iştirak edə bilər. Bunun üçün Qarabağ Dirçəliş Fondu tərəfindən hər cür imkan yaradılıb. Biz hamımnız üçün doğma olan bu Fonda dəstək verməklə öz arzularımızı reallaşdıra bilərik. Bunu da qeyd edim ki, Qarabağ Dirçəliş Fondu qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizmi tərəfindən məhv edilən meşələrimizin bərpasıdır. Biz Qarabağımızın füsunkar təbiətini bərpa etmək, onun flora və fauna aləminin zənginliyini təmin etmək istəyiriksə, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməli, quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”. Seymur ƏLİYEV
Hamısını oxu