Ən son xəbərlər
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir. Dövlət başçısının müraciəti canlı yayımlanır:
Hamısını oxu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) da yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, ümumilikdə bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Xaçmaz və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirində Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov, rayon İcra Hakimiyyətlərinin rəsmiləri iştirak ediblər. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu. Silahlı Qüvvələrimizin qüdrəti, yenilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayiş olundu. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız bundan böyük iftixar hissi keçirir. Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib. Beləliklə, indiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub. Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri Qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən, rəşadətindən qürurla bəhs edib, bu böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər.
Hamısını oxu
Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur. Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır. Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: " "Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".
Hamısını oxu
Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb. İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.
Hamısını oxu
Murov döyüşlərində yaralanan Sərxan Yolçuyev müalicəsini başa vurduqdan sonra doğma yurduna, Gəncəyə qayıdıb. Qələbə xəbəri, qalibiyyət sorağı ilə dönən qazimizi dostları, qohumları, doğmaları və Baku TV çəkiliş qrupu qarşılayıb. Döyüşün ilk günlərdə yaralandığını deyən qəhrəman qazimiz hazırda yoldaşlarının Kəlbəcərdə olduğunu, özünün isə onlardan ayrdı düşdüyü üçün kədərləndiyini bildirib: “Qismət olmadı, amma bilirəm ki, onlar məni orda canla-başla əvəz edirlər. Mənim ürəyim onların yanındadı”. Döyüşlər başladığı vaxt cəbhəyə könüllü yollanan Sərxan Yolçuyev dostunun şəhid olması haqqında danışarkən göz yaşlarına hakim ola bilməyib. Ətraflı süjetdə…
Hamısını oxu
Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb. Belə ki, bölgü zamanı ərazidə olan tikililərdən biri Azərbaycan sərhədləri daxilində qaldığı üçün orada olan Ermənistan bayrağı götürülüb. Maraqlıdır ki, sərhədlərin bölgüsündə iştirak edən əsgərlərimiz həmin bayrağı məhz erməni əsgərinin özünə endirtdiriblər. Sözügedən videonu təqdim edirik:
Hamısını oxu
Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan qazinin nitqində qüsurlar yaranıb. Qazimiz döyüş zamanı mühasirəyə düşdüklərini bildirir. O deyir ki, çətinliklə də olsa, mühasirədən çıxıblar. Hətta elə şərait yaradılıb ki, ermənilər öz qazdıqları quyuya özləri düşüb. Qazinin atası Çinar Kazımov övladı ilə fəxr etdiyini bildirir. Torpaqlarımızın işğaldan azad olunmasını uzun illərdir gözlədiyini deyir. Ana ürəyi daha həssas olurmuş. Nə qədər balasından uzaqda olsa da, Kənan Cəbrayılda yaralananda anası Səltənət xanım bunu hiss etdiyini deyir. Ətraflı Baku TV-nin süjetində:
Hamısını oxu
Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib. Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur: “Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Ağsu rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, dəyərli ziyalı, ehtiyatda olan polkovnik Vahid Tağıyevin vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, ruhu şad olsun! Xatırladak ki, Vahid Tağıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 30 sentyabr 2019-cu il tarixdən Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. 1987-2016-cı illərdə Azərbaycan təhlükəsizlik orqanlarında xidmət etmiş, cənab Prezident İlham Əliyev tərəfindən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev Ağadayı oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
25 noyabr tarixində bəzi xəbər saytlarında Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit Elçin Axundzadənin verdiyi açıqlama Respublika Veteranlar Təşkilatının nüfuzuna mənfi təsir edərək, eyni zamanda Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun şərəf və ləyaqətinə xələl gətirməkdən başqa bir şey deyil. Qeyd olunanlar cəfəngiyyatdır. General-polkovnik Tofiq Ağahüseynovun Respublika Veteranlar Təşkilatın sədri olduğu gündən təşkilatda canlanma baş verib. General-polkovnik Tofiq Ağahüseynov Pandemiya dövründə öz şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketləri göndərərək onlara çətin bir dönəmdə dəstəyini əsirgəməyib. Ağdaş rayonunda yaşayan illərdi yataq xəstəsi olan-gözündən və ayaqlarından məhrum olan II Dünya müharibəsi veteranına əlil arabası göndərib. Daha sonra Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubuna dərhal reaksiya verərək problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib. Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsinə dair göstəriş verib. General-polkovnik Tofiq Ağahüseynovun Təşkilatın sədri olaraq fəaliyyətində müsbət istiqamətdə görülmüş işlərin sayı hesabı yoxdur. Son zamanlar Təşkilata qarşı qarayaxma kampaniyası gedir. Verilən informasiyaları hər iki tərəfi dinlədikdən sonra yerləşdirməsi xəbər saytlarının borcudur. Qeyd etmək istərdik ki, Elçin Axundzadənin general-polkovnik Tofiq Ağahüseynov haqqında verdiyi qarayaxma kampaniyasının əsasını təşkil edən bu cür xəbərlər birbaşa dövlətə və dövlətçiliyə qarşı hörmətsizlikdir. Elçin Axundzadə yəqin bilmir ki, general-polkovnik Tofiq Ağahüseynov uzun illər Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi, 6 ildən artıq bir müddətdə isə Ulu Öndər Heydər Əliyevin hərbi müşaviri işləmişdir. Bu günku gün Heydər Əliyev məktəbini keçmiş belə bir şəxsiyyət haqqında Elçin Axundzadənin söylədikləri birbaşa şərəf və ləyaqətə, işgüzar nüfuza xələl gətirməkdir. Bu cür yazılara görə müəllif qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bir nüansı da qeyd edək ki, Silahlı Qüvvələr veteranları kimi general-polkovnik Səfər Əbiyev, general-mayor Məmməd Beydullayevin Təşkilata əlbəttə ki, gələ bilərlər. Təşkilatımızın qapısı hər bir veteranımız üçün açıqdır. Lakin general-polkovnik Səfər Əbiyev və general-mayor Məmməd Beydullayevin təşkilata gəlişinə hər hansı bir məna verərək qalmaqal yaratmaq bəzi qüvvələrin qarayaxma kampaniyası çərçivəsində görülən işlərdən biridir. Belə əsası olmayan informasiyalara inanmaq lazım deyil. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Mətbuat Xidməti
Hamısını oxu
İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var. Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Bildirilib ki, Elçin Əhmədov 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov - “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib. Qeyd edilib ki, uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir: “Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilib, eləcə də mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!”
Hamısını oxu