Ən son xəbərlər
Göygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb. Baku TV xəbər verir ki, 25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib. Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır. Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir. V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib. Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.
Hamısını oxu
Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb. Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bəyanatda Türkiyə parlamenti və xalqının, Fransanın həm ölkələrinə, həm də Azərbaycana qarşı düşmən addımlarını nəzərə alacağı vurğulanır.
Hamısını oxu
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan daha bir müəllimin adı açıqlanıb. Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimov Qubadlı rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Hamısını oxu
Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev şəhid olub. Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində paylaşım edib: "Çox acı bir xəbər. Azərbaycanın qəhrəman oğlu Xalid Nəciyev şəhid olub. Allah rəhmət etsin!"
Hamısını oxu
Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...
Hamısını oxu
Müdafiə Nazirliyi İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülərini yayıb.
Hamısını oxu
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.
Hamısını oxu
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib Publika.az-ın məlumatına görə, paylaşımda deyilir: "Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!
Hamısını oxu
Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımız axıdaraq azad etdik. 19 yaşlı Misir Axundov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müharibənin beşinci günündə yaralanıb və ağır şəkildə xəstəxanaya çatdırılıb. Torpaqları işğaldan azad edən müzəffər ordunun hər bir fərdi kimi o da bu döyüşlərdə iştirak etməyindən qürur və fərəhlə danışır. Tək təəssüf etdiyi məqam isə bu şanlı mübarizədə axırıncı günə kimi iştirak edə bilməməsi, əsgər yoldaşlarının yanında olmamasıdır. Elcan Vahabzadə də torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Döyüşlər başlayan vaxt o, Gölgöldəki hərbi hissədə 3 ay idi ki, xidmət edirdi. Sentyabrın 27-dən başlayan Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgərimiz Kəlbəcər istiqamətində yaralanıb. Azərbaycan Televiziyası hər iki qazimiz haqqında süjet hazırlayıb. Həmin süjeti təqdim edirik:
Hamısını oxu
Faiq Qasımov torpaqlarımız yağı düşməndən azad olunmayana qədər hərbi formanı əynindən çıxarmayacağına and içmişdi. Onun qardaşı isə Birinci Qarabağ müharibəsində igidliyi ilə seçilən Həsən Qorxmazdır. Həsən Qorxmaz “Qorxmazçılar” tağımı ilə birlikdə bir neçə dəfə Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərini mühasirədən çıxarıb. O da son nəfəsinə qədər Vətən uğrunda vuruşub və şəhid olub. Faiq Qasımovun digər dörd qardaşı da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib. Azərbaycan Televiziyası Faiq Qasımovun evindən reportaj hazırlayıb. Həmin süjeti təqdim edirik:
Hamısını oxu
Oktay Məmmədovu Vətən sevdası döyüşlərə apardı. Füzulidən başladığı qəhrəmanlıq hekayəsi Şuşada tamamlandı. O, sentyabrın 29-da cəbhəyə könüllü yollanıb. Ailəsi deyir ki, heç kim onun qarşısını ala bilməyib. Deyib ki, Vətən məni çağırır, nəticəsi nə olursa, olsun, getməliyəm. Azərbaycan Televiziyası şəhidimizin ailəsində reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:
Hamısını oxu