Ən son xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. AZƏRTAC-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir: "Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".
Hamısını oxu
В последние дни внимание общественности привлекает диалог депутата Милли меджлиса Расима Мусабекова и депутата парламента Армении Ованеса Игитяна, представленном в Ютуб канале. Интерес обусловлен тем, что оба депутата являются экспертами по международной политике, поэтому небезынтересно послушать альтернативные аргументации специалистов о путях решения Карабахской проблемы. Хотя в который раз мы убеждаемся в бессмысленности диалога с представителями армянской элиты, в сознании которых укоренилась параноидальная мысль об их древности, исключительности, дающее им особое право на агрессивность по отношению к соседним народам. Хорошо известны исторические примеры наций, претендующих на историческую исключительность, именно данная политическая болезнь привела в Германии Гитлера к власти и обернулась вскоре крахом для немцев. Собственно, мы опять увидели, что никакого признака раскаяния, сожаления о страшных преступлениях, совершенных за последнее столетие против азербайджанцев армянами, у лидеров армян нет и помине. Создав в начале ХХ века с помощью России на наших землях свое государство, они продолжают зариться на наши территории. Надо отдать должное терпению Расима Мусабекова, он в своих рассуждениях придерживался исключительно канонов международного права и опирался на конкретные социально- политические, исторические факты. В отличие от него Ованес Игитян демонстрировал типичное для армян класс софистики, переиначивал ради своих измышлений исторические события, строил абсурдные сценарии решения карабахской проблемы. Он еще раз подчеркнул, что главной категорией мышления армянских политиков является «безопасность армян Карабаха», ради которого стоит окупировать семь близлежащих районов Азербайджана и сделать беженцами более 600 тысяч человек. В структуре Азербайджана, по его мнению, автономия армян невозможна, так как эта «исключительная» нация не доверяют азербайджанцам. Возникает резонный вопрос: если армяне априори считают Карабах безоговорочно армянской территорией, оккупированные районы обязательной буферной зоной, зачем мы ведем с ними переговоры. Не пора ли кончать эту бессмысленную дипломатию. Как говорил классик, продолжением бессильной политики и дипломатии должна быть война. Ради освобождения наших земель от заблудившихся в своих мистификациях армян готовы встать под ружье не только молодежь Азербайджана, но и наши славные ветераны. ДжалильХалилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики
Hamısını oxu
Cəlil Xəlilov: “Ardıcıl təxribatlar Azərbaycan ordusunu hərəkətə keçirə bilər” Xəbər verdiyimiz kimi, mayın 21-də Şuşada işğaldakı Azərbaycan torpaqlarındakı separatçı rejimin rəhbəri Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verənləri ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirib: “Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması da, orada saxta seçkilərin keçirilməsi də, Şuşada planlaşdırılan andiçmə mərasimi da erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğal rejim beynəlxalq hüquqa nəinki hörmət etmir, bu hüququ nümayişkəranı şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamna açıq hörmətsizlik sərgiləyir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə məraisiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı öz mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır”. C.Xəlilovun sözlərinə görə, düşmənin mayın 21-də Şuşada keçirməyi planlaşdırdığı andiçmə mərasimi Qarabağ probleminin sülh yolu ilə həlli prosesinə zərbə vumaqla yanaşı, düşmənin münaqişənin danşıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir: “Şuşada belə bir tədbirin keçirilməsi heç şübhəsiz ki, Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin slüh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyətini aldatmağa xidmət edir. Odur ki, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir”. C.Xəlilov hesab edir ki, proseslərin bu şəkildə gedişatı Azərbaycanın səbr kasasını daşıra bilər: “Məlumdur ki, Azərbaycan tərəfi dəfərlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gərəkirsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günə qədərki təxribatları problemə hərbi konteksdə yanaşmaq zərurətini artırır. Bildiyiniz kimi, Azərbaycan güclü bir orduya sahibdir və bu ordu Şuşada andiçmə mərasimi planlaşdıran düşmənə bu torpaqları asanlıqla məzara çevirə bilər. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətli məğlubiyyətə hazır olmalıdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı “rejim”in rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırılan “andiçmə mərasimi” ilə bağlı açıqlamasında deyib. Bu addımı ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirən polkovnik Cəlil Xəlilov qeyd edib ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır. “Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Hamısını oxu
Minval.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb. Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: – yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; – xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; – bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması; – “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; – dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; – bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması; – tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; – qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması; – ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; – istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; – muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; – nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması; – ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; – tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; – idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); – masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması. Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu təlimlər həm ordumuzun peşəkarlığın artırılması, həm də qoşunlar arasında birgə fəaliyyətin koordinasiyası baxımından önəmlidir” Məlum olduğu kimi, mayın 18-dən 22-nə qədər Azəbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Təlimlərdə 10 min nəfərə qədər şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, eləcə də 200-dək raket texnikası iştirak edəcək. Moderator.az-a açıqlamasında qarşıdakı təlimləri şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Azərbaycan ordusunun təlimləri hər şeydən öncə hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlər zamanı hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər. Təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyytinin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyətin təmin edilməsi müharibə zamanı qələbə əldə etmək, hər hansı çaşqınlıq və anlaşılmazlığın baş verməsini önləmək, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir. Bu baxımdan Azərbaycn ordusunun 18-22 may təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan bir addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol bu cür təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur; • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür; • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla); Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Eyni zamanda, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə: • muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur; • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir. Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması; • “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; • toy məclislərinin təşkilinin qadağan olunması; • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılması; • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • masaj və hamam xidmətlərinin göstərilməsi. Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan, COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
Hamısını oxu
Referans Medical Group” hüquq-mühafizə orqanlarının və Müdafiə Nazirliyinin bütün əməkdaşlarına 15 faizlik xüsusi endirim kampaniyasına start verib. “Referans Medical Group”un ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyası yayılmağa başlayan andan etibarən ölkə rəhbərliyinin “Biz birlikdə güclüyük” devizi ilə həyata keçirdiyi sosial layihələrə “Referans Medical Group” daxilindəki klinikalar (Leyla Medical Center, LOR Hospital, Referans Klinik Laboratoriya Mərkəzi, Referans Poliklinikası və filialları) vasitəsilə endirim kampaniyaları, pulsuz müayinə və müalicə aksiyaları ilə dəstək olur. Həyata keçirdiyi kampaniyalar silsiləsinin davamı olaraq, “Referans Medical Group” bu dəfə də 9 May - Qələbə Günündən başlayaraq 28 May - Respublika Gününə qədər hüquq-mühafizə və müdafiə sahəsində çalışan əməkdaşlara tibbi xidmətin bütün istiqamətləri üzrə xüsusi endirimlər təklif edir. Ən az həkimlər qədər operativ və dinamik xidmət göstərən Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə, Müdafiə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və onların birinci dərəcəli qohumları (ana-ata, həyat yoldaşı və uşaqlar) mayın 9-dan 28-dək “Leyla Medical Center”də və “Referans” poliklinikasında (Mərdəkan filialı da daxil) laborator, poliklinik və diaqnostik müayinələrdən 15 faiz endirimlə yaralana bilərlər. Kampaniya cərrahi əməliyyatlar, keysəriyyə və doğuş üçün də keçərlidir. Karantin qaydalarına əsasən öncədən qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat zamanı endirimdən yaralanmaq üçün aidiyyəti üzrə xidməti vəsiqələrin təqdim olunması vacibdir. Ətraflı məlumat üçün “Leyla Medical Center”in və ya “Referans” poliklinikasının Çağrı Mərkəzi və WhatsApp dəstək nömrələri 24/7 xidmətinizdədir. Çağrı Mərkəzi: *0101 və ya *0033 WhatsApp dəstək nömrəsi: +994 55 455 0111 Ünvanlar: 1. Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) Xətai rayonu, Yusif Səfərov küç.19 2. Referans Poliklinikası: M.Mirqasımov 25A (Nəsimi bazarının yaxınlığı) 3. Referans Poliklinikasının Mərdəkan filialı Sergey Yesenin küç, 58.
Hamısını oxuRespublika Veteranlar Təşkilatının rəhbərliyi faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov MDB dövlətlərinin təşkilatçılığı ilə 9 May - Qələbə günü münasibəti ilə keçirilmiş telegörüşlərə qatılıb, Azərbaycan xalqının qələbəyə verdiyi töhfələrdən, bu gün veteranlara göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən telekonfransda isə general-polkovnik T.Ağahüseynov Azərbaycanın oğul və qızlarının İkinci Dünya müharibəsində rəşadətli döyüş yolundan söhbət açıb, gəncləri vətənpərvər olmağa, sülhü və əmin-amanlığı qorumağa səsləyib. Qeyd edib ki, gənclərimiz Böyük Vətən müharibəsi veteranlarının göstərdiyi igidliklərdən xəbərdar olmalı, erməni faşizminə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar. Polkovnik Cəlil Xəlilov telekonfransda çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığını, əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının şanlı tarixinin bir parçasıdır. Qələbənin canlı yaddaşı isə veteranlardır. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Mayın 9-da bir sıra xarici dövlətlərin veteran təşkilatlarının rəhbərləri Qələbə Günü münasibəti ilə Azərbaycan veteranlarını təbrik ediblər. Bundan başqa, Heydər Əliyev Fondunun, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri veteranları evlərində ziyarət edib, onlara sovqatlar çatdırıblar. Müharibə iştirakçılarına Qələbə Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib. Xatırladaq ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü və 77-ci milli diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Faşizm üzərində qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.
Hamısını oxu
Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və elə buna görə də adı tarixə sağlığından əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev həqiqəti bütün təhrif və saxtalaşdırma cəhdlərini puça çıxarıb. Onun qüdrətinin əvəzsizliyinin təbliğə ehtiyacı qalmayıb. Heydər Əliyev həqiqəti yozulan yox, məhz görünən həqiqətdir, zamanın sınağından çıxdığı uçün əbədiliyinə tarix təminat veribdir. Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident - dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Ümummilli Lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vətəndaş kimi, nəhayət, ailə başçısı kimi öyrənməlidir; dövlət quruculuğunu və dövləti idarəetməni, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, milli ənənəsi olmadığı halda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə - xalqa təmənnasız xidməti, əsldən-nəsildən və köklü ocaqdan gələn ənənə ilə nümunəvi ailə yaratmağı öyrənməlidir. Heydər Əliyev Prezident - dövlət xadimi kimi Azərbaycan Prezidentini tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaq, tənzimləməklə respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Heç şübhəsiz, qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən qat-qat asandır. Tale isə sanki Heyder Əliyevi işıqlı dünyaya Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətirmişdi. Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq iki dövrə ayırmaq olar ki, milli müstəqilliyə qədər və milli müstəqillikdən sonrakı dövrlər. Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi müqəddəs bir amala - Azərbaycana xidmət amalına sonsuz sədaqətidir. Amal isə dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi-psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarekter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi. Tanrı bütün bəndələrinə qarşı mərhəmətlidir, amma onun sevgisini qazanmaq hər bəndəyə nəsib olmur. Bəli, Heydər Əliyev Tanrının sevdiyi bəndədir. Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o çümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əslində əldə edilən uğurları qoruyub saxlamağa və daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər. Heydər Əliyev Ali Baş Komandan kimi Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ Sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Əhali, xüsusən gənclər arasında hərb sənətinə neqativ münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin çoxsaylı etirafları bir daha sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməyə başlanıldı. Keçmiş SSRİ-nin harasında xidmət etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Heydər Əliyev ordu quruculuğunu peşəkarcasına bilən, ən başlıcası isə milli zabit kadrların yeganə qayğıkeşi və himayədarı imicini qazanmışdı. Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev danışmaq əvəzinə əməli iş görürdü - milli ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın mənafe və marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi. İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayanda müqəddəs amal naminə silaha sarılan ən vətənpərvər gənclər də az müddətə bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Siyasi “xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət murəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsl sərkərdəyə ehtiyacı artırdı. Vətənə və xalqa sərkərdə lazım idi. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı dəyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq poetik nitqlər söyləməkdən, gəlişi gözəl vədlər verməkdən qat-qat çətin idi və nəticəsi konkret əməli işdə görünən fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürən gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını başa düşdü. Bu gün Heydər Əliyev Silahlı Qüvvələr, o cümlədən milli təhlükəsizlik orqanının əməkdaşları, Sərhəd Qoşunlarının şəxsi heyəti üçün qanuni yolla seçilmiş ümumxalq sevgisi qazanmış xilaskar sərkərdədir. Heydər Əliyev Ümummilli Lider kimi Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, o da xalqa inanırdı, ən başlıcası bu inamını gizlətməyə çalışmırdı. Bu cəhət onun başqa bir özünəməxsusluğu ilə bağlıdır. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev ilk növbədə xalqa müraciət etdi, bəla, xəyanət haqqında xalqa açıq, dolğun məlumat verdi, ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun səmimiyyəti, cəsarəti, obyektivliyi gecənin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu yalnız qanuni Prezidentinin səsinə səs vermədi, eyni zamanda tarixində ilk dəfə tapdığı xilaskarının - liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev ümummilli lider olduğunu əməli işlə təsdiq edib. O, bu fəxri və şərəfli ada Prezident olandan sonra yox, əksinə Prezident olmamışdan əvvəl layiq görülüb. SSRİ dövründə respublikanın rəhbəri işləyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zahirən kommunist ideologiyasının təbliğatçısı olub, amma əslində milli təhlükəsizliyin tərkib hissəsi olan milli ideologiyanın formalaşaraq təsiredici gücünün qorunub saxlanmasına çalışıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycan rəhbərliyinin görməli olduğu, amma görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev sadəcə olaraq vəzifə borcunu yerinə yetirməyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldubdur. 1993-cü ilə qədər Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev isə xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial durumun stabilliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Lissabon Sammitinin nəticəsi əslində Heydər Əliyev diplomatiyasının tarixi qələbəsidir. Mən əminəm ki, gələcəkdə dünya diplomatları və siyasətçiləri Lissabon Sammitini çıxılmaz vəziyyətdən maksimum fayda ilə çıxmağı bacaran Heydər Əliyevin qələbəsi kimi ciddi şəkildə öyrənəcəklər. Heydər Əliyevin təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün olmadığı üçün mən sonda bir məsələyə toxunmaq istəyirəm. Heydər Əliyev ata kimi də hər bir vətəndaşa örnəkdir. Uzun illər hakimiyyətinin ən yüksək pilləsində dayanan külli-ixtiyar sahibi kimi o, yeganə oğluna hər cür şərait və təminat yarada bilərdi. Heydər Əliyev oğlu İlham Əliyevi gərgin mübarizələrlə dolu siyasət meydanına tək buraxdı və ən ağır sınaqdan çıxmağı - özünütəsdiqə özünün nail olmasını ona ömür yolu olaraq müəyyənləşdirdi. Hazırda Prezident İlham Əliyev siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır, artıq özünü peşəkar və kamil siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq hörmət qazana bilibdir. Cənab İlham Əliyevin uğurları isə yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda Prezident, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik. Biz bu sərvətin qədrini bilərək incəliyinə qədər öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazana bilərik. Cəlil Xəlilov,Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik
Hamısını oxu