Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi etdi

Moskva görüşündə Prezident İlham Əliyev ortaq bəyanatın ilkin mətninə dəyişiklik edib.

Publika.az
 xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

Qəzet qeyd edir ki, ilkin mətn 5 maddədən ibarət olub: “Maddələrdən biri məhkumlar və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”.

Qeyd edək ki, müharibə başa çatandan (10 noyabr) sonra Azərbaycab Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı zamanı erməni hərbçilər əsir götürülüb. Rəsmi məlumata görə, Azərbaycanda 62 erməni hərbçi həbs edilib. Rəsmi Bakı bu şəxslərin Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacağını açıqlayıb. Nikol Paşinyan da görüşdən sonra “hərbi əsirlərlə bağlı razılıq əldə olunmadı” deyə qeyd edib.

Bu, erməni silahlıların hələ də qaldığı ərazilərin də Azərbaycan qanunvericliyi ilə idarə olunması məsələsində Bakının prinsipial mövqeyidir.

Asif

2021-01-12 00:00:00
3393 baxış

Digər xəbərlər

Slovakiya səfirliyinin hərbi atteşesi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 19 iyun 2026-cı il tarixində Slovakiya Respublikasının hərbi atteşesi Juraj Beskid Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında iki ölkənin veteran təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə edilib, habelə, II Dünya müharibəsi zamanı Slovakiyanın faşistlərdən azad edilməsində iştirak edən azərbaycanlıların qəhrəmanlığından danışılıb. Slovakiyanın azadlıq mübarizəsində iştirak edən azərbaycanlılarla bağlı məlumatların daha da dəqiqləşdirilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, sağ qalan azərbaycanlılarla görüş də müzakirə edilən məsələlər sırasında olub. Görüş zamanı qarşılılqı təmasların davam etdiirlməsi qərara alınıb.  Görüşün sonunda hərbi atteşə ölkəsi ilə bağlı kitabı polkovnik Cəlil Xəlilova hədiyyə edib. Seymur ƏLİYEV

Hamısını oxu
Son təxribatlar İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”. Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”. Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Hamısını oxu
Su Çərşənbəniz mübarək!

Hörmətli Veteranlar, Şəhid və Qazi Ailələri, Əziz Kollektiv! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi və baharın müjdəsi olan Su Çərşənbəsi münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu gün həyatın təzələnməsi, sevincin və ümidin yenidən canlanması anlamına gəlir. Su Çərşənbəsi təkcə təbiətin deyil, həm də insanların ruhunun təzələnməsi deməkdir. Bu günü xalqımızın ən böyük qəhrəmanları olan şəhidlərimiz, veteranlarımız və qazilərimizin ailələri ilə birgə olmağı, onların göstərdiyi qəhrəmanlıq və vətənə olan sonsuz sevgisini xatırlamağı unutmamalıyıq. Onların fədakarlıqları, bizə ən yüksək dəyərləri - Vətənə bağlılığı, vətənpərvərliyi aşılamışdır. Onlar hər zaman bizim ürəyimizdə, düşüncəmizdə və həyatımızda əvəzsiz yer tutur. Bu əziz gündə bütün varlığı ilə vətənə, onun bir parçası olan şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə və əmək veteranlarına xidmət edən, onlara ehtiram hissi ilə yanaşan təşkilatımızın hər bir üzvünü də təbrik edir,onlara can sağlığı uzun ömür arzulayıram. Qoy bu Su çərşənbəsi hər bir ailəyə sevinc, səadət gətirsin. Bulaqlarımız, çeşmələrimiz daim qaynasın, axar çaylarımız qurumasın! Su Çərşənbəniz mübarək!          Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,          polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Qəhrəmanlıq Zirvəsinə Ucalan Ömür – Məmməd Mərdanov!

Vətən uğrunda canından keçənlər millətin yaddaşında əbədi yaşayır. Qazax rayonunda keçirilən ziyarətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin rayon sədri Azər Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranlarını təmsil edən ictimai birliyin rayon sədri Xasay Balayev, şəhid ailələri və qazilər bir araya gələrək qəhrəmanların xatirəsini ehtiramla yad etdilər. Bu görüş xalqın öz igidlərinə sədaqətinin ifadəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən danışan Azər Məmmədov bildirdi ki, şəhid ailələrinin dərdini azaltmaq mümkün olmasa da, onların yanında olmaq hər birimizin mənəvi borcudur. Çünki bu qələbə qəhrəmanların qanı ilə yazılıb. Belə igidlərdən biri də Məmməd Ələddin oğlu Mərdanovdur. 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan Məmməd sadə, zəhmətkeş və vətənpərvər bir gənc idi. Taleyinə isə ən uca zirvə – şəhidlik yazıldı. 22 sentyabr 2021-ci ildə Barxudarlı və Sofulu kəndlərinə texnika ilə yol açarkən minaya düşərək şəhid oldu. Bir gün sonra doğma kəndində torpağa tapşırıldı. Məmməddən iki qız və bir oğul yadigar qalıb. Onun adını yaşadan bulaq isə doğma kəndində daim axaraq qəhrəman ömrünün rəmzinə çevrilib. Görüş zamanı şəhid atası Ələddin Mərdanov övladı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Məmməd Mərdanovun ömrü qısa, amma şərəfli oldu. O, adını tarixə qanı ilə yazdı. İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu torpağın azadlığı uğrunda canından keçənlərin adı daim qürurla çəkiləcək.  Şəhidlər ölməz, Vətən bölünməz.  

Hamısını oxu