Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu əməliyyat sübut etdi ki, DTX həqiqətən də yüksək peşəkarlığa malikdir”

Elman Məmmədov: “Ayıq-sayıq olmalı, güc orqanlarımıza dəstək verməli, milli həmrəyliyimizi qoruyub saxlamalıyıq”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 yanvar 2025-ci il tarixli məlumatında xarici ölkələrdən birinin Azərbaycanda yerləşən səfirliyinə qarşı terror hücumu həyata keçirməyə cəhd edən şəxslərin saxlanıldığını bildirib.

Sözügedən əməliyyatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“DTX-nın keçirdiyi sonuncu əməliyyat sübut etdi ki, bəzi qüvvələr hələ də Azərbaycanda dincliyi və sabitliyi pozmağa, xaos və gərginlik yaratmağa çalışırlar. Onların niyyəti müxtəlif terror aktları vasitəsilə cəmiyyətdə qarışıqlıq yaratmaq, xof və vahimə formalaşdırmaqdır.

DTX-nın son əməliyyatı nəticəsində saxlanılan şəxslərə nəzər salsaq görərik ki, onların hamısı azərbaycanlıdır. Yəni onların arasında digər millətlərin nümayəndəsi yoxdur. Lakin bu şəxslər xarici xüsusi xidmət orqanlarının, radikal dini dairələrin təsiri altına düşən, onların sifarişlərinin icraçısına çevrilən şəxslərdir.

Hesab edirəm ki, DTX-nın  bugünə qədər həyata keçirdiyi bütün əməliyyatları kimi bu əməliyyat da olduqca əhəmiyyətli, olduqca önəmlidir. Bu əməliyyat sübut etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları yüksək peşəkarlığa və hazırlıq səviyyəsinə malikdirlər. Məhz onların ayıq-sayıqlığı və peşəkarlığı bu cür terror aktlarının qarşısının alınmasını təmin edir. Bununla yanaşı, baş verənlər bizim hər birimiz qarşısında da mühüm vəzifələr qoyur.

Məlum olay sübut edir ki, anti-Azərbaycan qüvvələri öz bəd niyyətlərindən əl çəkməyiblər və bu gün də təxibatçı fəaliyyətlərini davam etdirməkdə qərarlıdırlar. Bu təhlükədən tam olaraq sığortalanmaq, belə halların qaşısını gələckdə də qətiyyətlə almaq üçün milli həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləəşməkdə davam etməli və güc orqanlarımıza informasiya dəstəyi göstərməli, ayıq-sayıq olmalıyıq. Bizi gələcək uğur və nailiyyətlərə aparan yeganə yol budur”.

Seymur ƏLİYEV

 

2026-02-01 20:06:00
2268 baxış

Digər xəbərlər

Qlobal Arenada Azərbaycan İmzası: Prezident İlham Əliyev

XXI əsrin mürəkkəb geosiyasi mənzərəsində öz yolunu dəqiq seçmək, milli maraqları qorumaqla qlobal proseslərə yön verə bilmək yalnız müdrik və qətiyyətli liderlərin işidir. Azərbaycan Prezidenti İlham Əliyevin illərlə ardıcıl, sistemli və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan təkcə regional güc deyil, beynəlxalq aləmdə əhəmiyyətli söz sahibinə çevrilmişdir. Onun rəhbərliyi ilə aparılan siyasət həm milli maraqların təmin olunmasına, həm də ölkənin qlobal miqyasda nüfuzunun artmasına səbəb olmuşdur. Azərbaycan bu gün dünya xəritəsində strateji anlamda yeni bir məna kəsb edir. İstər enerji, istər nəqliyyat, istərsə də diplomatik fəaliyyət sahələrində ölkəmiz Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Zəngəzur nəqliyyat qovşağı kimi layihələr bir zamanlar ideya səviyyəsində olan yolları real infrastruktur layihələrinə çevirib. Bu böyük uğur yalnız maddi resurslarla deyil, siyasi iradə, beynəlxalq etimad və düşünülmüş strateji yanaşmalarla mümkün olmuşdur. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğuladığı kimi "söz imzadır", yəni Azərbaycan bu gün beynəlxalq razılaşmalarda etibarlı tərəfdaş, sözünə sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində əsas yer tutan məqamlardan biri balanslı, çoxvektorlu və praqmatik yanaşmadır. Bu gün ölkəmiz həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində fəal iştirak edir. May ayının önəmli hadisələri - Avropa Siyasi Birliyi Zirvəsində iştirak, Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvəsi, Prezidentin Macarıstana işgüzar səfəri və strateji bəyanatları Azərbaycanın qlobal miqyasda artan rolunun aydın göstəricisidir. Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər "onun sözü imzasına bərabərdir", "ondan öyrənməliyik" bu etimadın yalnız protokol səviyyəsində deyil, real siyasi münasibətlər səviyyəsində formalaşdığını göstərir. Azərbaycanın qazandığı Qarabağ Zəfəri yalnız bir torpaq uğrunda aparılan mübarizədəki qələbə olmayıb, o həm də bütöv bir region üçün sülhə aparan yeni başlanğıc idi. Savaşdan sonra sülhü qurmaq, keçmiş düşməni dialoqa cəlb etmək, dayanıqlı barışa zəmin yaratmaq, bütün bunlar yalnız bacarıqlı və uzaqgörən liderlərin edə biləcəyi işlərdir. Bu mənada Prezident İlham Əliyev yalnız Zəfərin lideri deyil, həm də sülhün təşəbbüskarı və daşıyıcısıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştdə səsləndirdiyi “Müzəffər Prezident, əziz Qardaşım bölgəyə sülhü gətirəcək Lider olaraq tarixə adını yazdıracaq” fikri bu liderliyin region miqyasından çıxaraq türkdilli dünyada və qlobal siyasətdə qəbul olunduğunun sübutudur. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti bu həmrəyliyin ideoloji və iqtisadi sütunlarına çevrilib. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər 20 milyard dollar sərmayə, 11 milyon tonluq tranzit, 50-dən çox ticarət gəmisi təkcə iqtisadi deyil, həm də siyasi çəkini artıran amillərdir. TDT-nin 12-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi həm ölkə siyasətində təşkilata verilən əhəmiyyətin, həm də Azərbaycanın liderliyinin göstəricisidir. "Yaşıl enerji", "rəqəmsal dəhliz", "türk kimliyi layihəsi" bunlar müasir türk birliyinin konturlarını cızan layihələrdir və Azərbaycanın aparıcı rolu ilə həyata keçirilir. Bugünkü dünya şəraitində liderlər çoxdur, lakin öz millətini qlobal siyasətdə layiqincə təmsil edən, gələcəyin təhlükələrini qabaqlaya bilən, eyni zamanda dost və tərəfdaş ölkələr üçün dayaq olan liderlər azdır. Prezident İlham Əliyev bu baxımdan öz siyasi məktəbini yaradan liderlər sırasındadır. Onun fəaliyyəti, təkcə bir ölkənin yox, regionların və sistemlərin taleyinə təsir edə bilən uzaqgörənlik, təmkin və qətiyyət nümunəsidir. Bu gün Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi mənada da regionun mərkəzinə çevrilibsə, bu uğurun arxasında Prezident İlham Əliyevin milli dəyərlərlə qlobal baxışları uzlaşdıran strateji idarəçilik fəlsəfəsi dayanır. Prezident İlham Əliyevin siyasətinin təməlində milli maraqlara sədaqət, beynəlxalq platformalarda isə açıq və çevik baxış dayanır. Regionda sülh təşəbbüsləri irəli sürən və qlobal etimad qazanan bir dövlət obrazı Azərbaycanın yeni simasıdır. Prezident İlham Əliyev quran, yön verən və qoruyan dövlət başçısıdır. Onun siyasətində bu günlə yanaşı, gələcəyin də konturları aydın görünür. Elə buna görə də bu gün Azərbaycan oyunçu deyil, oyunun qurucusudur. Qarabağ Zəfəri ilə bərqərar edilən tarixi ədalət yalnız torpaq üzərində deyil, beynəlxalq səviyyədə də qələbə kimi qəbul olunub. Dünya artıq Azərbaycanı təkcə enerji ölkəsi kimi yox, sülh təşəbbüsləri irəli sürən, dialoq körpüləri quran və əməkdaşlıq çağırışları edən nüfuzlu bir dövlət kimi tanıyır. İlham Əliyevin liderliyində prinsipiallıqla diplomatik çeviklik, milli maraqlarla beynəlxalq məsuliyyət, daxili stabilliklə xarici aktivlik ahəng içində addımlayır. Azərbaycan adı çəkiləndə etibarlılıq, dayanıqlılıq və səmimiyyət düşünülür. Bu, adi bir siyasi təbliğatın deyil, reallığın və uğurla nəticələnən liderliyin səsidir. Bu baxımdan Prezident İlham Əliyevin liderliyi təkcə idarəçilik nümunəsi deyil, milli ideyanın qlobal dildə ifadəsidir. Azərbaycan bu gün yalnız sabit bir ölkə deyil, həm də təlatümlü dünyada sabitliyin mənbəyidir. O, gücü necə bölüşəcəyini və necə bölüşərək gücləndirəcəyini bilən müdrik və güvənilir tərəfdaşdır. Azərbaycanın nailiyyətləri və artan nüfuzu artıq “Azərbaycan Modeli” adlandırılan bir dövlətçilik fəlsəfəsinin formalaşmasına səbəb olub. Bu modelin memarı isə Prezident İlham Əliyevdir. Bu uğurların ən çox sevindirici tərəfi isə onların xalqla birlikdə və xalq üçün qazanılmasıdır. Bu uğurlar eyni zamanda Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının da qürur mənbəyidir. Veteranlar yaxşı bilirlər ki, bu gün əldə olunan uğurlar sülh, sabitlik, güc və nüfuz, eyni zamanında göstərilən fədakarlıqların, əzmkarlığın və vətənpərvərliyin bəhrəsidir. Təşkilat adından səslənən bu birlik və etimad bir daha sübut edir ki, Azərbaycanın gücü təkcə ordusunda deyil, xalqının həmrəyliyində və liderinə olan sarsılmaz inamındadır. Bu inamın ən parlaq nümunələrindən biri də Prezident İlham Əliyevin müharibə veteranları və qazilərlə keçirdiyi görüşlərdir. Bu görüşlər formal deyil. Onlar dövlətin yaddaşının, şəhidlərə və qazilərə olan mənəvi borcunun canlı ifadəsidir. Hər bir görüşdə Prezidentin göstərdiyi diqqət, sədaqətli xidmətlərə verdiyi yüksək qiymət, Təşkilata bəslədiyi etimad veteranlar üçün böyük bir mənəvi dayaqdır. Veteranlar bu diqqəti yalnız şəxsi ehtiram kimi deyil, dövlətin öz tarixinə, mübarizə yoluna və qəhrəmanlarına sahib çıxmasının nümunəsi kimi dəyərləndirirlər.Təşkilatın üzvləri bu görüşləri ömrün ən qürurlu anları kimi yaşayıb, bir səslə bəyan edirlər “Biz Prezident İlham Əliyevlə görüşümüzlə fəxr edirik!Bu görüş bizim üçün şərəfdir, gücdür,Vətənə xidmətin dövlət səviyyəsində təsdiqidir!” Bu sözlərdə təkcə təşəkkür yox, bir tarix yatır. Bu fəxarət hissi yalnız keçmişə bağlılıq deyil,  gələcək nəsillərə örnək olacaq bir xalq-lider birliyinin təntənəsidir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycan Prezidenti: ““Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:  

Hamısını oxu
"Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, “Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İşğaldan azad olunmuş Ağdamda "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib.   Ağdama səfər çərçivəsində tədbir iştirakçıları Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, işğal dövründə erməni vandalizminə məruz qalan Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə yaxından tanış olublar. Ziyarətlərin ardından tədbir iştirakçıları Ağdam Cümə məscidində camaat namazı qılıb, Allaha şükranlıq duaları ediblər.   Ağdam Dövlət Dram Teatrının qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.   Daha sonra səfər çərçivəsində Ağdamın simvollarında hesab edilən Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Rəsmi çıxışların ardından sonra Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavini Qalib Əliyev, "Böyük Qaydış" Gənclər təşkilatının icraçı direktoru Nail Şükürovun iştirakıyla təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.   Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata birgə açıqlama veriblər. Açıqlamada qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam erməni qəsbkarları tərəfindən 30 ilə yaxın bir müddət ərzində istilaya məruz qalmış, dini ibadət yeri olan məscidlərimiz dağıdılmış, təhqir edilmiş, mədəniyyət ocaqları vandalizmə məruz qalmış, rayonun mərkəzi, kəndlər yerlə-yeksan olunmuş, infrastruktur məhv edilmişdir. Bu gün hər birimiz qürurla deyə bilərik ki, Qarabağın cənnət guşəsi Ağdam şəhəri Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Rəşadətli Azərbacan Ordusun qəhrəmanlığı və şücaəti sayəsində erməni vandallarından azad edilərək əldə olunan tarixi Zəfərlə yenidən öz əsl sahibinə qaytarılmışdır. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir.   Həmçinin açıqlamada xüsusi olaraq vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər əzimdə birgə tədbir və səfərləri etməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin daha güclü Azərbaycan naminə yorulmadan irəliyə doğru apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir.   Bundan sonra da Vətən Müahribəsi Əlillərinə Kömək İctimai Birliyi və "Böyük Qaydış" Gənclər Təşkilatı bu kimi milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.  

Hamısını oxu