Ən son xəbərlər
30 aprel tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib. Avropa Parlamentinin məlum qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə vurmaq, yeni münaqişə və qarşıdurmalara rəvac vermək cəhdi kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu qətnamənin qəbuledilməz olduğunu bildirib: “Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində göstərilən ittihamlar, qərəzlidir, yalan və böhtanlardan ibarətdir. Heç bir halda, Azərbaycan xalqı, dövləti tərəfindən qəbul edilə bilməz. Sayca 13-cü olan, bu qətnamə, məzmun baxımından, əvvəlkilərdən çox da fərqlənmir. Qətnamədə qeyd olunan hallar, suveren dövlətin daxili işlərinə müdaxilə, məhkəmə tərəfindən cinayətləri sübut olunmuş şəxslərin, dünya ictimaiyyətinə “hərbi əsir” kimi təqdim olunması, onların həbsdən azad olunması üçün Azərbaycan hökumətinə təzyiqlər edilməsi, Qarabağ ermənilərinin geri qaytarılması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bütün bunlar, Avropalı parlamentarilərin, hələ də ikili standartlardan əl çəkmədiklərini, erməni diasporalarının və lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirdiklərini göstərir. Avropa Parlamenti, 30 il ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı münasibət bildirmədi. Əksinə, Ermənistanı, Qarabağ separatçılarını dəstəkləməklə, dəstəkləməklə, işğala haqq qazandırdı. 44 günlük müharibədən beş ildən artıq vaxt ötüb. Vaşinqtinda ABŞ-nın vasitəçiliyi ilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sərhədlərin delimitasiyası üzərində müştərək iş aparılır. Azərbaycan tərəfindən Ermənistana tranzit yüklər, o cümlədən Azərbaycanın neft məhsulları daşınır. Hiss olunur ki, uzun illərin düşmənçiliyindən sonra iki xalqın barışması, Cənubi Qafqazda sülhün bərqərar olması, bəzi Avropa strukturlarını ciddi şəkildə narahat edir. Ermənistan siyasi hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın, Azərbaycanın “Qarabağ daxil” ərazisini tanıdıqlarını bəyan etməsinə rəğmən, həmin qüvvələr sakitləşmir. Bütün imkanlarını səfərbər etməklə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdə saxlanılmasına çalışırlar. Birmənalı olaraq, demək olar ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Cənubi Qafqazda sülh prosesinə zərbə vurur və regionda gərginliyin artmasına çalışan geosiyasi güclərin maraqlarına xidmət edir”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin birinci rübündə 12 284 unsiya qızıl, 22 053 unsiya gümüşün beynəlxalq və yerli bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib. “AzerGold”dan Veteran.gov.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri (72,5 milyon manat) 26%, pərakəndə satış gəlirləri isə (5,6 milyon manat) 102% artıb. Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində ümumilikdə 572, 3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2,04 milyard manat vəsait cəlb edib. Fəaliyyət dövrü ərzində “AzerGold” QSC tərəfindən dövlət büdcəsinə ümumilikdə 281 milyon manat vəsait ödənilib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşür. Milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb. “AzerGold” QSC əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, fəaliyyət göstərdiyi regionda məşğulluğun genişləndirilməsində də mühüm rol oynayıb. Ötən rübdə Cəmiyyət və onun törəmə müəssisələrində çalışan əməkdaşların sayı 1152 nəfərə çatıb. Hazırda dövlət şirkətinin fəaliyyəti nəticəsində Gəncə-Daşkəsən iqtisadi rayonunda podratçı təşkilatlar da daxil olmaqla, 2595 nəfər daimi işlə təmin edilib. “AzerGold” QSC cari ilin birinci rübündə əldə etdiyi maliyyə göstəriciləri, ixrac və satış həcmlərində müşahidə olunan artım, dövlət büdcəsinə ödənişlər , məşğulluğun genişləndirilməsi, cümlədən yerli icmalara yönəlmiş təşəbbüslərin icrası istiqamətindəki fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.
Hamısını oxu
Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.APA xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Təhsil İdarəsinin müdiri Sumqayıt şəhəri 37 nömrəli məktəbin buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdləri ilə görüş keçirib Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavini Aynur Rüstəmova və Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüşdə iştirak ediblər. Məktəbin tədris mühiti ilə tanışlıq aparılıb, X siniflərdə dərs prosesi izlənilib. Dərslərin təşkili, müəllim-şagird münasibətləri, tətbiq olunan müasir təlim metodları və şagirdlərin fəallığı yerində müşahidə edilib. Daha sonra XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə buraxılış siniflərinin əsas hədəfləri, imtahanlara hazırlıq səviyyəsi, gələcək təhsil planları və motivasiya məsələləri müzakirə olunub, şagirdlərə müvafiq tövsiyələr verilib. Qeyd edək ki, buraxılış imtahanlarında iştirak edən 96 şagirdin nəticələri yüksək olub. Şagirdlərin 44%-i 200 və daha yüksək bal toplayıb, 45%-i isə 150–200 bal aralığında nəticə göstərib, 100 baldan aşağı nəticə isə ümumiyyətlə qeydə alınmayıb. Maksimum nəticə 292 bal, minimum nəticə isə 121 bal olub. Eyni zamanda, şagirdlərin 89%-i 50%-dən yuxarı nəticə əldə edib. Fənlər üzrə göstəricilər də müsbət dinamikanı əks etdirir: tədris dili üzrə 74, riyaziyyat üzrə 52, xarici dil üzrə isə 71 orta nəticə qeydə alınıb. Xüsusilə qeyd olunmalıdır ki, IX siniflə müqayisədə orta balda 29 ballıq artım müşahidə olunub və şagirdlərin 52%-i nəticələrində irəliləyiş göstərib. Bu statistik göstəricilər “Tam orta məktəb” layihəsinin məktəbdə uğurla tətbiq olunduğunu, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdiyini və tədris prosesinin keyfiyyətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu aydın şəkildə nümayiş etdirir. İdarə müdiri məktəbin pedaqoji kollektivi ilə də görüş keçirib. Görüş zamanı tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, tam orta təhsil layihəsinin effektiv tətbiqi və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Hamısını oxu
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan islahatlar bu qurumdakı şəffaflığı artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsinə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son illər bu qurumda aparılan islahatlar, həyata keçirilən yeniliklər artıq öz müsbət nəticəsini verməkdədir: “General-mayor Mürsəl İbrahimovun rəhbərliyi dövründə SHXÇDX-də fundanmental islahatların aparıldığı, qurum daxilində, eləcə də Xidmətlə vətəndaşlar arasındakı münasibətləri şəfaffaflaşdırmaq və sağlamlaşdırmaq istiqamətində mühüm addımların atıldığı göz önündədir. Bu addımlardan ən önəmlisi Xidmətdə çalışan və fəaliyyətində nöqsanlara yol verən, xüsusilə də rüşvətə bulaşan şəxslərin işdən azad edilməsi, məsuliyyətə cəlb olunmasıdır. Təkcə bir faktı qeyd edək ki, 2025-ci ildə SHXÇDX-nin 172 əməkdaşı məsuliyyətə cəlb olunub. Bu rəqəmin özü Xidmət daxilində aparılan islahatların necə böyük və miqyaslı olduğundan xəbər verir. Hazırda SHXÇDX-də aparılan təqdirəlayiq islahatlardan biri də bu qurumun neqativ hallara qarşı mübarizədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə geniş şəkildə əməkdaşlıq etməsidir. Bir məqamı da qeyd edim ki, SHXÇDX-də aşkarlanan neqativ hallarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdrəsinə bütün məlumatlar əksər hallarda elə Xidmətin özü tərəfindən verilir. Yəni SHXÇDX-i hər hansı bir bölmə və ya şöbədə ciddi neqativ hal aşkar edəndə, o zaman məsələyə hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına müraciət edir. Bundan sonra həmin şəxslərin əməllərinin araşdırılması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə desək, Xidmət hər hansı neqativ halın gizlədilməsində deyil, aşkarlanmasında, ictimaiyyiləşdirilməsində maraqlıdır və bu faktın özü SHXÇDX-nin şəffaflıq amilinə necə böyük önəm verdiyinin göstərir. Lakin təəssüf hissi ilə vurğulayıram ki, bəzi hallarda media və sosial mediada SHXÇDX-nin həyata keçirdiyi bu islahatlar tamam başqa konteksdə ictimaiyyətin diqqətinə çatdırılır, bəzi qüvvələr Xidmət rəhbərliyinin həyata keçirdiyi bu islahatlardan onun özünə qarşı istifadə etməyə çalışırlar. Məsələn, bugünlərdə SHXÇDX-də çalışan 8 vəzifəli şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu. Onların həbsinə səbəb isə həmin şəxslərin vətəndaşlardan rüşvət almasına əsaslı şübhələrin olması olub. Məlum həbslərdən sonra bəzi saytlarda SHXÇDX və onun rəhbərliyi ilə bağlı tənqidi yazılar üzə çıxdı ki, onların heç birinin məntiqi əsası yox idi. Çünki bu həbslərin özü SHXÇDX-nin neqativ hallara qarşı necə ciddi, necə prinsipial mübarizə apardığını göstərir. Hansı ki, buna görə Xidməti, onun rəhbərliyini tənqid etmək yox, alqışlamaq lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə biz media nümayəndələrinin SHXÇDX-dəki islahatlara daha obyektiv yanaşmasına şahid olacaq, cəmiyyət olaraq müsbət yenilikləri təqdir etməklə Xidmət rəhbərliyini daha böyük uğurlara həvəsləndirəcəyik. Unutmamalıyıq ki, Silahlı Qüvvələri insan resursu təmin edən SHXÇDX-dir. Bu isə o deməkdir ki, SHXÇDX nə qədər şəffaf, nə qədər sağlamdırsa, ordu da bir o qədər güclü, bir o qədər möhkəm, bir o qədər yenilməzdir”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Daxili Qoşunların rəhbər vəzifəli şəxsləri ilə birlikdə hərbi hissədə hərbi qulluqçularla görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin büstünün və Şəhidlər abidəsinin önünə gül dəstələri düzülərək, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbirdə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazası, hərbi qulluqçuların məişət şəraiti yaxşılaşdırılıb, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bunun nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsi və Antiterror əməliyyatında iştirakı, 4 hərbi qulluqçunun “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülməsi barədə geniş məlumat verilərək, bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb. Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.
Hamısını oxu
Мероприятия в области социального обеспечения ветеранов В Баку есть места, которые несут в себе память о доброте, заботе и внимании. Одно из таких мест — дом престарелых, возникший благодаря человеку, чьё имя сегодня кажется легендой: Гаджи Гаджиага Дадашов. На первый взгляд это всего лишь социальное учреждение, но именно Дадашов стал первым, кто основал дом для престарелых в Азербайджане. В современном Азербайджане социальную систему невозможно представить без Первой леди, Президента Фонда Гейдара Алиева Мехрибан ханым Алиевой. Личная миссия, именно её деятельность стала символом милосердия в Азербайджане. Фонд Гейдара Алиева определил одним из приоритетов помощь людям старшего поколения, ветеранам, инвалидам войны и труда, детям-сиротам — всем тем, чьи судьбы требуют особой заботы и внимания.Под четким руководством Мехрибан ханым Алиевой в пансионатах и социальных учреждениях начались масштабные программы реконструкции зданий, создание новых реабилитационных центров, оснащение их современными медицинскими оборудованиями, организация культурных встреч, новогодних мероприятий, праздников, обеспечение современными средствами ухода. Мехрибан ханым Алиева заложила основу новой культуры социальной ответственности. В этой деятельности ей помогают дочери — Лейла Алиева и Арзу Алиева. В проекты, которые готовят Лейла Алева и Арзу Алиева в сфере заботы и поддержки входят регулярные визиты в дома престарелых, сиротские учреждении, реабилитационные центры, также инициативы по обеспечению детей и пожилых людей необходимой помощью, одеждой, лекарствами, игрушками, средствами ухода. Сегодня в домах престарелых пожилые люди чувствуют не одиночество, а внимание и тепло. В Азербайджане старость под пристальном государственном вниманием. Касаясь вопросов о заботе ветеранов войны всех категорий и ветеранов труда, они также ежегодно проходят медицинскую диспансеризацию и амбулаторное лечение. Все нуждающиеся ветераны получают стационарное и санитарно-курортные лечения. Участники и инвалиды Второй Мировой Войны обеспечиваются талонам на ежегодный проезд в страны СНГ железнодорожным, морским и авиатранспортом. Ветераны в количестве 2-х человек, нуждающиеся в улучшении жилищных условий будут обеспечены квартирами в новых построенных домах. Проводится работа в направлении социальной защиты ветеранов, организовано сотрудничество с исполнительными органами, Министерством труда и социальной защиты населения, министерством здравоохранения, профсоюзными организациями и другими соответствующими органами. В настоящее время во всем мире, в том числе в Азербайджане, идет процесс старения населения. Учитывая это, возникла необходимость создания ”Бакинского городского геронтологического центра" Министерства здравоохранения. Таким образом, в 2020 году при поликлинике “Зона здоровья” появился центр, призванный уделять более пристальное и специализированное внимание пожилым людям, их состоянию здоровья. "Бакинский городской геронтологический центр” создан для оказания специализированных, качественных медицинских услуг пожилым и пожилым людям. Принимая во внимание классификацию Всемирной организации здравоохранения (ВОЗ) по возрасту, люди в возрасте от 60 до 74 лет считаются пожилыми, люди в возрасте от 75 до 89 лет считаются пожилыми, а люди старше 90 лет считаются долгожителями. Азербайджан также всегда был известен как страна долгожителей. В нашей республике со времен СССР заботятся о пожилых людях. В 1962 году профессор Шукур Гасанов создал поликлинику “Зона здоровья”. В 1976 году в поликлинике был создан “гериатрический кабинет”. То есть, еще со времен СССР в Азербайджане проявляли особое внимание здоровью, социальному положению и благосостоянию пожилых людей. В центре ведется профилактика здорового старения и особенно здорового старения.Профилактика здорового старения начинается, согласно рекомендациям ВОЗ, с 0 лет. Курс здорового старения применяется к людям в возрасте 60 лет и старше. В настоящее время, как геронтологический В центр охватывает все регионы Азербайджана. Согласно статистическим данным, подготовленным Государственным комитетом статистики в 2024 году, общая численность населения города Баку составляет 2 миллиона 344 тысячи 888 человек. В возрасте 60 лет и старше проживает 404 тысячи 556 жителей. В процентном выражении этот показатель составляет около 17 процентов населения города Баку. Для сравнения, в 2014 году в Баку проживало 2 миллиона 181 тысяча 854 человека. Если в 2014 году в возрасте 60 лет и старше проживало 216 тысяч 589 человек, то в 2024 году эта цифра, как я уже сказал, составила 404 тысячи 556 человек. Если в 2014 году население города Баку в возрасте 60 лет и старше составляло около 10 процентов от общей численности населения, то в 2024 году эта цифра составила около 17 процентов. В городе Баку в 2014 году было 1611 человек в возрасте 90 лет и старше, то в 2024 году этот показатель составил 4 тысячи 553 человека. Увеличение числа пожилых людей связано со своевременным и правильным обследованием, профилактикой и лечением заболеваний. Также если в 2014 году в Баку проживало 49 тысяч 308 человек в возрасте 75-89 лет, то в 2024 году этот показатель достиг 64 тысяч 184. Число людей в возрасте 60-74 лет в 2014 году составило 165 тысяч 670 человек, в 2024 году-335 тысяч 819 человек. Согласно статистике 2024 года, в возрасте 90 лет и старше 2 тысячи 68 мужчин и 2 тысячи 485 женщин. 23 декабря 2025 года в целях проведения безвозмездного медицинского осмотра ветеранов различных категорий Министерством здравоохранения Азербайджанской Республики был подготовлен договор с публичным юридическим лицом “Бакинский городской геронтологический центр”, и геронтологическая бригада этого юридического лица провела медицинскую акцию для ветеранов в организации ветеранов войны, труда и Вооруженных Сил. Центр провел совместное просветительское мероприятие с республиканской организацией ветеранов. Основной целью деятельности центра является диспансеризация больных гериатрической возрастной группы (60 лет и старше), осуществление санитарно-гигиенической просветительской работы среди них, оказание лечебно-консультативной помощи пациентам данной возрастной группы и обследование-лечение больных гериатрической возрастной группы с целью профилактики преждевременного старения и охраны здоровья населения. В ходе акции 62 ветерана были бесплатно обследованы и им была оказана медицинская помощь, 50 ветеранов были проинформированы о деятельности центра. Сегодня в домах престарелых Азербайджана пожилые люди, ветераны чувствуют не одиночество, а внимание, тепло и заботу со стороны государства. Председатель Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики полковник Джалил Халилов
Hamısını oxu
Cəlil Xəlilov: “1915-ci il hadisələrində qətliama məruz qalan ermənilər yox, türklər olub” “Nyu-York meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını bildirməli, sərt mövqe sərgiləməlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Zohran Kvame Mamdani 1915-ci il hadisələri ilə bağlı “X” platformasında tarixi həqiqətləri təhrif edilmiş formada təqdim edib ki, bu da yolverilməzdir: “Zohran Kvame Mamdaninin “X” platformasındakı paylaşımında 1915-ci il hadisələrinə tamamilə yanlış şəkildə, erməni diasporunun maraqları aspektindən yanaşdığı, tarixi həqiqətləri kobud surətdə təhrif etdiyi göz önündədir. Heç kimə sirr deyil ki, 1915-ci ildə Osmanlı dövlətinin başının I Dünya müharibəsinə qarışmasından istifadə edən ermənilər, türklərə qarşı qətliam törədib, qadınları, uşaqları, mülki insanları amansızcasına qətlə yetiriblər. Yəni 1915-ci il olaylarında ermənilər qurban deyil, qatil rolunda çıxış ediblər. Belə olan halda, erməniləri 1915-ci il olaylarının qurbanı kimi təqdim etmək sadəcə tarixi həqiqətə deyil, həm də əxlaqa və mənəviyyata ziddir. Hesab edirəm ki, Nyu-York şəhər merinin 1915-ci il olayları ilə bağlı paylaşımı türk dünyasına atılan ləkədır və bu yalana qarşı yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını ortaya qoymalıdır. Türk xalqlarının böyük ziyalıları, ictimai-siyasi xadimləri, QHT təmsilçiləri, media nümayəndələri Nyu-York merinin yalanını ifşa etməli, bu cür təxribatçı fikirlərin ABŞ-la türk dövlətləri arasındakı münasibətlərə yalnız xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırmalıdır. 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün atdığı addımlar da Zohran Kvame Mamdani tərəfindən təhrif olunmuş şəkildə təqdim olunub, Nyu-York meri bu məsələdə də açıq-aşkar birtərəfli və qərəzli mövqe tutub. Maraqlıdır ki, Nyu-York meri bu paylaşımını Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcud olduğu, ikitətərfli münasibətlərin yaxşılaşmağa başladığı, sülh müqaviləsinin imzalanması üçün əlverişli zəminin formalaşdığı bir dönəmdə yayımlayıb ki, bu da özlüyündə ciddi suallar doğurur. Maraqlıdır, Zohran Kvame Mamdaninin belə həssas bir mqəamda bu cür qızışdırıcı və təxribatçı mövqe ortaya qoyması kimin və ya kimlərin marağına xidmət edir? Nyu-York meri bununla, həm də Prezident Donald Trampın siyasətinə qarşı çıxdığını anlayırmı? Xatırladaq ki, dövlətimizin beynəlxalq hüquqla təsbit edilən öz suverenliyini qorumaq cəhdini tənqiq edən Nyu-York meri, nədənsə uzun illər ərzində ermənilərin xalqımzı qarşı həyata keçirdiyi soyqırımı və işğal siyasətinə nəzər salmağa “lüzum görməyib”. Halbuki, bir tək Xocalı soyqırımı ermənilərin Azərbaycan və bütövlükdə türk dünyasına, ümumilikdə, insanlığa qarşı necə böyük cinayətlər törətdiyinə nümunədir. Bu həqiqətlərin də yalnız Azərbaycan deyil, bütün türk dünyası tərəfindən dilə gətirilməsi vacibdir və inanıram ki, yaxın gələcəkdə biz bu və bu kimi məsələlərdə türk dövlətlərinin daha koordinasiyalı fəaliyətinə şahid olacağıq”. Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərə etiraz edir, bu cür fikirləri beynəlxalq ictimaiyyəti çaşdıran, tarixi reallıqları təhrif edən mövqe kimi dəyərləndiririk. Hesab edirik ki, istər 1915, istərsə də 2020-2023-cü illərdəki hadisələri təhrif edilmiş şəkildə, tarixi reallıqdan daha çox siyasi maraqlar çərçivəsində təqdim edən Zohran Kvame Mamdaninin məlum paylaşımı, sadəcə tarixə xəyanət faktı deyil, həm də Cənubi Qafqazdakı sülh prosesinə zərbə cəhdidir. Nyu-York şəhər meri tərəfindən irəli sürülən təxribatçı fikirlər Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən, ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilən sülh siyasətinə kölgə salır, Ermənistandakı revanşist qüvvələr üçün mənəv sitimul rolu oynayır ki, bu da hər şeydən öncə əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 2020-2023-cü illərdəki hadisələrlə bağlı həqiqətdən uzaq fikirləri Prezident İlham Əliyevin sülhpərvər siyasəti haqqında yanlış fikir formalaşdırmaqla yanaşı, həm də ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Xatırladırıq ki, məhz Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Cənubi Qafqaz xalqlarının həyatında yeni bir səhifə açıb, onların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün əlverişli zəmin formalaşdırıb. Belə bir halda Nyu-York merinin anti-Azərbaycan, anti-türk ruhlu paylaşımı, erməni diasporunun maraqlarına uyğun olaraq “məzlum erməni” obrazını təbliğ etmək cəhdi Donald Trampa məxsus siyasi kursa açıq-aşkar meydan oxumaq deməkdir. İnanırıq ki, Nyu-York şəhər merinin yalan və təxribat xarakterli bu paylaşımı ABŞ Prezidenti tərəfindən də cavabsız qalmayacaq, cənab Tramp Zohran Kvame Mamdaninin bəd əməlinə layiqli cavabı verəcək. Biz Nyu-York şəhərinin meri Zohran Kvame Mamdanini “X” platformasındakı məlum paylaşımını silməyə, gələcəkdə bu cür hallara yol verməməyə, hadisə və proseslərə obyektiv şəkildə, bütün tərəflərin prizmasından yanaşmağa səsləyirik. Ümid edirik ki, Nyu-York şəhərinin meri Azərbaycan və ümumilikdə türk dünyasının bu məsələdəki həssaslığını anlayacaq, öz mövqeyindən imtina etməklə sözügedən paylaşımın qərəzdən deyil, məlumatsızlıqdan qaynaqlandığını sübut edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub. Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulmuşdur.
Hamısını oxu23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “AzərGold”ASC maraqlı layihəyə imza atıb. Belə ki, Daşkəsən və Göygöl rayonlarında quraşdırılmış “Kitab köşkləri”nin fəal oxucuları Quşçu kənd sakinləri Zakir Sadıqlı, Gülxanım Bayramova, eləcə də Göygöl rayon sakini Məhbubə İbrahimovaya xatirə hədiyyələri təqdim olunub. Maraqlıdır, rayonlarda kitab köşklərinin quraşdırılması, eləcə də, fəal oxucuların müəyyən edilərək mükafatlandırılması gənc nəslin kitaba, mütaləyə marağının artırılması baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən təhsil eskperti Gülnarə Hüseynova mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hesab edirəm ki, kitabla bağlı hər bir layihə, hər bir addım vətənpərvər və intellektual gəncliyin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki məhz kitab gənclərin şəxsiyyət kimi yetişməsində böyük rol oynayır, onlara zəngin dünyagörüşü, dərin bilik, ali məziyyətlər qazandırır. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə intellektual və milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasının önəmini qeyd edib, bunun dövlətimizin gələcək tərəqqisi və təhlükəsizliyi baxımından həyati rol oynadığını bildirib. Bu baxımdan “AzərGold”ASC tərəfindən regionlarda kitab köşklərinin yaradılması, minlərə yeniyetmə və gəncin bu köşklərdən istifadəsinin təmin olunması olduqca böyük və təqdirəlayiq bir hadisədir. Mən bu nəcib, xeyirxah təşəbbüsə görə “AzərGold”ASC-ə öz təşəkkürümü bildirirəm. Eyni zamanda hesab edirəm ki, gənclərimizin maariflənməsi, onlarda kitaba marağın artırılması baxımından bu təşəbbüs və təcrübənin daha da genişləndirilməsinə ciddi ehtiyac var. İnanıram ki, yaxın gələcəkdə kitabla bağlı bu layihə daha da genişlənəcək, xalqımıza və dövlətimizə vətənpərvər ruha malik yeni intellektlər qazandıracaq”. Seymur ƏLİYEV
Hamısını oxu