Ən son xəbərlər
Cəlil Xəlilov: “Yaxın gələcəkdə vətəndaş cəmiyyətlərinin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq” Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb. Saytımıza açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, məlum yeniliyin əhəmiyyətini şərh edib. Polkovnik qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının fəaliyyətinə təkan verməklə yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da dəstək olacaq: “Hər bir ölkənin ictimai-siyasi həyatında vətəndaş cəmiyyətlərinin mühüm rol oynadığı birmənalıdır. Bu baxımdan ölkə başçısının hər zaman media ilə yanaşı, həm də vətəndaş institutlarının fəaliyyətinə dəstək olduğu, bu sektorun inkişafı üçün mütəmadi surətdə ciddi addımlar atdığı məlumdur. Əslində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu inkişafın davamı, onun həm forma, həm də mahiyyət etibari ilə yeni mərhələdə davam etdirilməsi deməkdir. Xatırladım ki, hələ ötən ilin 27 avqust tarixində Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirdi, onların təkliflərini dinlədi, öz tövsiyyələrini verdi. Bu görüşün özü dövlətimizin vətəndaş cəmiyyətlərinin fəaliyyətinə necə böyük diqqət və qayğı göstərdiyinə nümunədir. Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək, onların fəaliyyətinin miqyas və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”. Cəlil Xəlilov qeyd edib ki, məlum yenilik vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə, onların kadr potensialının genişlənməsinə də öz töhfəsini verəcək: “Bu gün ölkəmizdə təxminən üç mindən çox QHT mövcuddur. Onların bəzisi öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırsa da, bu sahədə görülməsi gərəkən hələ bir çox işin mövcudluğu danılmazdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu sahədə də inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. Bu sahədə ixtisaslaşan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq QHT-lərimizin fəaliyyət dairəsini genişləndirməyə, kadr potensialını artırmağa imkan verəcək. Odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasını vətəndaş cəmiyyətlərinin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edirəm. Düşünürəm ki, yaxın gələcəkdə QHT-lərin fəaliyyətindəki inkişaf cəmiyyətimizin həyatının bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.
Hamısını oxu
Bu gün Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatının qonağı olub. Görüş əsnasında Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə tanış olan səfir, təşkilatın muzeyinə də maraqla tamaşa edib, oradakı eksponatlar haqqında ətraflı məlumat alıb. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən səfir Andrey Ravkov, Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən Müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən Andrey Ravkov, bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib. Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkib və bildirib ki, iki dövlət başçısı arasındakı bu dostluq xalqlarımız üçün də nümunədir. Daha sonra Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizəyə toxunan Fatma Səttarova, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun işğalçıları məğlub edərək torpaqlarımızdan qovduğunu, xalqımıza qələbə sevinci yaşatdığını bildirib. Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov Böyük Vətən Müharibəsində Belarusun müdafiəsində, o cümlədən Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlıların yaxından iştirak etdiyini söyləyib. Cəlil Xəlilov Azərbaycan və Belarus dövlətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq etdiyini, ordumuzun arsenalında Belarus istehsalı olan texnikaların mövcud olduğunu diqqətə çatdırıb. Polkovnik qeyd edib ki, iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq davam edir və bu əməkdaşlıq hər iki dövlətin marağına tamamilə uyğundur. Səmimi qəbula görə Respublika Veteranlar Təşkilatının sədrinə təşəkkür edən səfir Andrey Ravkov, Fatma Səttaroviya Belarus istehsalı olan simvolik hədiyyə - gəlincik təqdim edib. Respublika Veteranlar Təşklatının mətbuat xidməti
Hamısını oxu
İkinci Dünya Müharibəsi veteranı Qurbanov Malik Qurban oğlu 98 yaşında əbədiyyətə qovuşub. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti Malik Qurbanovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb. Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb. İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır. Tədbirin sonunda xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Böyük Vətən Müharibəsi iştirakçısı Ömərov Qaflan İslam oğlu ilə görüşüb. Görüş əsnasında Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən, bu mübarizədə göstərdiyi fədakarlıqdan bəhs olunub. 44 günlük Vətən müharibəsi, Azərbaycan ordusunun şanlı qələbəsi də müzakirə edilən məsələlərdən biri olub. Görüşün sonunda Qaflan Ömərov Respublika Veteranlar Təşkilatının sədri tərəfindən medalla təltif edilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Məhəmmədəli Bayram oğlu Ələkbərov 1990-cı ilin oktyabrın 15-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsində iştirak edib. Cəsur döyüşçü oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub, Ağstafa rayonunun Poylu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə ölkə başçısnın 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli və 2 qız atası idi.
Hamısını oxu
Məstan Aslan oğlu Əliyev 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cü ildə orduya xidmətə gedib. Məstan Əliyev müharibə başladığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olub, Berlin ətrafında döyüşlərdə iştirak edib. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilib. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürü, şəxsən özü isə 20 nəfərə qədər faşist məhv etdi. Məstan Əliyev 1945-ci il aprelin 23-də Berlin uğrunda döyüşlərdə həlak olub. Məstan Əliyev 1945-ci il mayın 31-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Almaniyada dəfn edilən soydaşımızın adı doğma kəndindəki məktəbə verilib.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 14 aprel 2021-ci il tarixində Binəqədi rayonunda veteranlarla görüş keçirib. Tədbirdə Binəqədi rayon VT-nin müavini Teyyub Həsənov, Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Telman Vəliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Xaliq Namazlı, əmək veteranları Rəna Əliyeva, Zakir Əliyev və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan Teyyub Həsənovun təklifi ilə ərazi bütövlüyü uğrunda canından keçən şəhdilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev müharibə iştirakçılarının sağlamlıq durumu və döyüş yolu ilə maraqlanıb. Vətən müharibəsində ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında işğalçıları tarixi torpaqlarımızdan qovduğunu bildirən Adil Haqverdiyev, bundan sonra da ölkə başçısı ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. Çıxışdan sonra Adil Haqverdiyev tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
8 aprel 2021-ci il tarixində Masallı şəhər sakini 1924-cü il təvəllüdlü İkinci Dünya Müharibəsi iştirakçısı Məmmədov Qulamhüseyn Fərman oğlu 97 yaşında vəfat edib. Müharibə veteranı Masallı şəhər qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Qulamhüseyn Məmmədov gənclərin dostu kimi tanınıb, onların vətənpərvərlik ruhunda tərbiyəsində hər zaman yaxından iştirak edib. Respublika Veteranlar Təşkilatı Qulamhüseyn Məmmədovun vəfatı ilə bağlı ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Hamısını oxu
Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın". Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında düşmənlə təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində döyüşə girib və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində iştirak edib. Şəxsi igidliyi ilə fərqlənən Pəncəli Teymurov 3 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb. Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli, ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonundda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və 20-dən çox hərbçi məhv edib. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Gənclər və İdman İdarəsi və “İdea” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi leytenant Ənvər Əliyevin xatirəsinə həsr edilmiş onlayn beynəlxalq şahmat turniri keçirilib. Turnirin açılış mərasimində şəhidin atası Nizami Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Şərur rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov, Qadınlardan ibarət şahmat üzrə yığma komandanın baş məşqçisi Fikrət Sideyifzadə, Naxçıvan Şahmat Federasiyasının müəllimi Hüseyn Əliyev, Şərur rayon Uşaq Gənclər Şahmat Məktəbinin direktor müavini Rafiq Bayramov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər. Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ənvər Əliyevin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin atasına minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib. Digər çıxışlarda da Vətəninə və xalqına sədaqətini layiqincə sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağı bildirilib. Şəhid Ənvər Əliyevin atası Nizami Əliyev turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb, övladlnın xatirəsinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildirib. İsveçrə sistemi üzrə keçirilən onlayn yarışda Azərbaycan, Türkiyə Gürcüstan və Amerikadan (1 nəfər) ümumilikdə 157 nəfər şahmatçı iştirak etmişdir. Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Rəvan Uğuzov, qızlar arasında isə Xanım İsmayılova birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Məmməd Məmmədzadə (U-10), Yusif Mustafazadə (U-12) ilk pillələrdə qərarlaşıblar. Qeyd edək ki, Şərur rayonun Axaməd kənd sakini olan Ənvər Əliyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hamısını oxu
Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində, ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: “Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned". Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir. O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi. Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. 1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Hamısını oxu