Ən son xəbərlər
Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanov, Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev, eləcə də, universitetin müəllim və tələbə kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında məlumat verdi, xüsusən son illərdə Təşkilatın Respublikada gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində, dövlət siyasətinin təbliği, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Ermənistanın qəsbkar, işğalçı kimi tanıdılması, dünyada sülhün və əminamanlığın qorunub saxlanması üçün həyata keçirmiş olduğu işləri diqqətə çatdırdı. Veteranlara və Respublika Veteranlar Təşkilatına ölkə rəhbərliyinin xüsusi etimadını vurğulayan C.Xəliov üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldikərini bildirdi. Əhalinin sosial təminatının yaxşılaşdırılmasına dair qanun layihələrində veteranların nəzərə alınması, onların problemlərinin qısa zamanda həll edilməsi Prezident cənab İlham Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi. Gəncləri vətənpərvər olmağa səsləyən C.Xəlilov: “Azərbaycan xalqı vətənpərvər, igid, qəhrəman xalqdır. Vətənpərvərlik bizim üçün müqəddəs amaldır. Bizə babalarımızdan qalan vətən sevgisi birliyimizin, məğrurluğumuzun təcəssümüdür. Hər zaman xalqımızın igid oğul və qızları vətənin keşiyində dayanıb, yağı düşməndən torpaqlarımızı qoruyublar. Hər iki dünya müharibəsində, Əfqanıstan və eləcə də Qarabağ savaşlarında qəhrəmanlıqlar göstərib, azərbaycanlı adını layiqincə daşıyıblar. Əziz tələbələr, adlarını iftixarla çəkdiklərimiz qəhrəman oğul və qızlarımız hər birimiz üçün əzizdirlər. Onları unutmamalı, onların həyat və fəaliyyətləri bizlər üçün örnək olmalıdır. Vətən üçün canından keçən, həyatını vətənə həsr edən insanların fəaliyyətini öyrənib, yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Torpaqlarımızın 20 faizi ermənistanın işğalı altındadır. Tarixən bizə düşmənçilik edən mənfur qonşumuz Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni xalqını ölümə sürükləyən “Böyük Ermənistan” xəyalları ilə gənclərini faşizm ideologiyasında tərbiyə edir. Biz dünyada sülhü əminamanlığı, bütün dünya xalqları ilə dostluğu təbliğ etdiyimiz halda Ermənistan bunların tam əksini həyata keçirir. Qonşu dövlətlərə ərazi iddiası, düşmənçilik siyasəti ilə məkrli planlar qurur. Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Gündən-günə güclənən ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır. Maddi texniki təminatı və ixtisaslı kadr potensialı deyilənlərin əyani sübutudur. Aprel döyüşlərində və Naxçıvanda həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar zamanı əldə etdiyimiz qələbə düşməni və onun havadarlarını sözün əsl mənasında sarsıtdı. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsi, onun Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməliyik. Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək olmalı Azərbaycanı daha da irəliyə aparmağı bacarmalıyıq. Bu missiyanı həyata keçirməkdən ötrü hər birimizin üzərinə böyük məsuliyyət düşür. Yüksək təhsilə yiyələnməli, elm-texnologiya əsrində beynəlxalq aləmdə layiqli yerimizi tutmalıyıq. Siz gənclər sahib olduğunuz ixtisasların bütün sirrlərinə bələd olmalısınız. Sizə bu yolda uğurlar və müvəffəqiyyətlər arzulayıram”. II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov keçdiyi döyüş yolundan, Azərbaycan xalqının II Dünya müharibəsində Qələbənin əldə edilməsində göstərdiyi fədakarlıqlardan danışdı. Həm ön cəbhədə igid döyüşçülərimizin, həm də arxa cəbhədə xüsusən Bakı neftçilərinin, azərbaycanlı alimlərin danılmaz əməyini tələbələrin diqqətinə çatdırdı. “Sevindirici haldır ki, bügün hər bir sahədə Azərbaycan nailiyyətlər əldə edib. Bunlar yorulmaz əməyin və tariximizdən gələn əzmkarılığın, əməksevərliyin nəticəsidir. Siz gələcəyin həkimləri, elm xadimləri olacaq dünya elminə tövhələrinizi verəcəksiniz... Bir faktı xatırlamaq istəyirəm ki, II Dünya müharibəsində Azərbaycanda 28 hərbi hospital fəaliyyət göstəribdir. Azərbaycan həkimləri on minlərlə yaralının sağlamlığına qovuşmasında əllərindən gələni əsirgəməyiblər. Əziz tələbələr, biz veteranlar sizin bacarığınıza inanır, xalqımızın qəhrəman, əməksevər, əzmkar fəaliyyətini davam etdirəcəyinizə inanırıq”. Digər çıxış edənlər polkovnik Elşad Şabanov və polkovnik Bəhram Atakişiyev gənclərə XX əsr Azərbaycan tarixi, erməni faşizmi və terroru haqqında məlumat veriblər. Gəncləri vətəni sevməyə, vətənpərvər olmağa səsləyiblər. Daha sonra təhsildə fərqlənən universitetin bir qrup əməkdaşı Respublika Veteranlar Təşkilatı tərəfindən mükafatlandırılıb. Sonda veteranlarla tələbələr birgə xatirə şəkli çəkdiriblər.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov 8 mart - Beynəxalq Qadınlar Günü münasibəti ilə Təşkilatın qadın əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırdılar. T.Ağahüseynov bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadınlar Respublika Veteranlar Təşkilatı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etdilər. Sonra birgə xatirə şəkili çəkdirildi
Hamısını oxu
Mart ayının 6 –da Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası açıq elan edən Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov 2019-cu ildə görülən işlər və qarşıda duran məsələləri müzakirə edib, Təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. T.Ağahüseynov bu il cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi haqqında imzaladığı sərəncamlardan danışıb. Bu qanun layihələrində veteranların nəzərə alınmasını onların hər zaman dövlətin diqqət və qayğı ilə əhatə olunduğunu bir daha sübutu olduğunu vurğulayıb. Məruzə ilə çıxış edən Respublika Veteranlar Təşkilatın sədr müavini Cəlil Xəlilov 2019-cu ilin ilk iki ayı ərzində təşkilatın həyata keçirdiyi tədbirlər, görüşlər haqqında məlumat verdi. Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin daha da gücləndirilməsinin zəruriliyini, vətənpərvərlik sahəsində xüsusi proqramların hazırlanması, ali təhsil müəssisələrində gənclərlə görüşlərin keçirilməsi, veteranların sülhün, dövlətçiliyin təbliğində aktiv iştirakının təmin edilməsi və bu kimi məsələri diqqətə çatdırdı. Həmçinin 9 May Qələbə Gününə hazırlıq, Qələbənin 75 illik yubileyinə dair tədbirlər planının layihəsinin hazırlanması və digər gündəlikdə duran məsələlər ətrafında danışdı. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı fəaliyyətində dövlət siyasətini təbliğ etdiyini və təşkilatın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdilər. Sonda ehtiyatda olan polkovnik Nadir İsmayılovun Təşkilatın Rəyasət heyətinə üzvlüyü səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Hamısını oxu
Böyük Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər
Hamısını oxu
Martın 4-də Binəqədi rayon Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə dünyanın 109 ölkəsinin gəncləri ilə "Dünyaya Sülh!" mövzusunda rus və ingilis dillərində tele-körpü keçirilib. Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə keçirilən virtual görüşün məqsədi mövzu ətrafında fikir mübadiləsinin aparılması olub. Tədbirdə Silahlı Qüvvələr, müharibə və əmək veteranları, həmçinin gənclər iştirak edib. Telekörpü vasitəsilə Nərimanov rayon Veteranlar Təşkilatının sədri, istefada olan polkovnik Elşad Şabanov, məktəb-liseyin 11-ci sinif şagirdi Əzim Niyazov çıxış edərək, erməni şovinzmi xüsusi ilə Xocalı faciəsi, Dağlıq Qarabağ həqiqətləri, faşizm kimi narahatlıq doğuran məsələləri diqqətə çatdırıblar. Canlı yayında həmçinin dünyanın tərəqqipərvər qüvvələrinin mənfur qüvvələrə qarşı çıxması və bu yolda Azərbaycanın oğul və qızlarının rəşadətli əməyi vurğulanıb. Tele-konfransın sonunda tədbirin hazırlanmasında və keçirilməsində fərqlənmiş məktəbin bir qrup müəllim və şagirdinə Respublika Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub, xatirə şəkili çəkilib.
Hamısını oxu
Cəmil Quliyev: “Dünyada bu səpgili muzeylərin sayı artmaqda, ekspozisiyası genişlənməkdədir” Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədri müavini, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamada maraqlı təkliflə çıxış edib. Gələn il II Dünya Müharibəsinin 75 illiyinin qeyd olunacağına diqqət çəkən C.Xəlilov, Azərbaycanın bu müharibədə iştirakçını əks etdirən muzeyin yaradılmasını təklif edib. C.Xəlilovun sözlərinə görə, belə bir muzeyin yaradılması həm xalqımızın faşizm üzərindəki qələbədəki rolunun təbliği, həm də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından faydalı olar. Moderator.az-a açıqlama verən görkəmli kinorejissor, professor Cəmil Quliyev bu təklifi müsbət qarşıladığını vurğulayıb: “Belə bir muzeyin yaradılması böyük bir hadisə olardı. Çünki muzey əslində böyük bir mədəniyyətdir. Mən Beynəlxalq Muzeylər Şurasının üzvü kimi onu deyə bilərəm ki, dünyada bu səpgili muzeylərin sayı artıb. Onların ekspozisiyası genişlənir. O ki qaldı II Dünya Müharibəsində Azərbaycanın iştirakını əks etdirən muzeyin yaradılmasına, bu, çox böyük bir hadisə olardı. Çünki Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbədə misilsiz xidmətləri var. Həm arxa, həm də ön cəbhədə Azərbyacan çox böyük fədakarlıqlar göstərib. Xalqımızın yüz minlərlə oğlan və qızı bu müharibədə həlak olub. Xeyli sayda vətəndaşımız göstərdiyi igidliklərə görə orden və medallarla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Sovet ittifaqı Azərbyacan nefti hesabına bu müharibədə qələbə çaldı. Azətbaycan neftçilərinin rəşadətli əməyi qələbənin qazanılmasında mühüm rol oynadı. Odur ki, hesab edirəm ki, belə bir muzeyin yaradılması sevindirici bir hadisə olardı”. Seymur ƏLİYEV
Hamısını oxu
Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar fevralın 25-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə anım tədbiri keçirilib. Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məruzə ilə çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Cəlil Xəlilov: “Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində - 8 ailə tamamilə məhv edilmişdir; - 56 insan işgəncə ilə öldürülmüşdür; - 27 ailənin yalnız 1 üzvü qalmışdır; - 25 uşaq hər iki valideynini itirmişdir; - 130 uşaq valideynlərindən birini itirmişdir; - 230 ailə öz başçısını itirmişdir; - 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); - 1275 insan əsir götürülmüşdür; - 1165 insan girovluqdan azad edilmişdir; - 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və faciəyə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı ilk əməli təşəbbüs 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Eyni zamanda ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında“ 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər nümayiş etdirilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır”. Tədbirdə çıxış edən digər şəxslər də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlərdən danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.
Hamısını oxu“Kaspi” liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə nünayiş etdirilən rəsmlər veteranlarda dərin təəssuratlar oyadıb. Daha sonra tanınmış yazıçı, publisist Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış kompazisiya nümayiş etdirilib. Şagirdlər ifaları ilə öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın vətən nisgilini, el-oba həsrətini və düşdükləri çarəsiziyi gözlər önünə gətirdi. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilmiş və qaçqınlığın bu gün dünyanı narahat edən problemə çevrilməsinə xüsusi diqqət yetirilmişdir. Kompozisiya yadda qalan olmuşdur. Tədbirdə Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona xanım Vəliyeva Xocalı faciəsinin 27-cü ildönümü ərəfəsində rellaşan tədbirin məqsədi barədə məlumat verib. S.Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri, milli yaddaşımızın möhkəmlənməsi baxımından belə tədbir və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələri, qətliamları “dənizdən dənizə böyük Ermənistan” xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğunu diqqətə çatdırıb. S.Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olmalıdırlar. Bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlərin aparıldığını vurğulayan S.Vəliyeva faciəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Diqqətə çatdırıb ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Sonrakı dövrdə də Ulu Öndər Xocalı faciəsi ilə bağlı bir neçə sərəncam imzalayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun son illərdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi ardıcıl fəaliyyət nəticəsində son illərdə dünyanın ondan çox ölkəsinin Xocalı soyqırımını tanıdığını vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Soyqırımın tanınmasında dövlətimizin apardığı ardıcıl və məqsədyönlü siyasətdən danışıb. Gələcəkdə belə halların təkrarlanmaması üçün gənclərin elmə təhsilə yiyələnməsinin vacibliyini qeyd edib. “Azərbaycanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir. Biz düşmənə layiqli cavab verməyi bacarırıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər insanlar yerinə yetirə bilər. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar Təşkilatı da yeniyetmə və gənclərimizin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl işlər görür. Veteranlarla gənclərin görüşləri təşkil edilir, onların vətənpərvər ruhda tərbiyəsi məqsədi ilə əməli tədbirlər həyata keçirilir. Veteranlar məktəblərdə keçirilən hərbi dərslərdə aktiv iştirak edir. Biz düşməndən güclüyük və bu gücü qoruyub daim saxlamaq üçün elmə yiyələnməliyik. Bunun üçün siz üzərinizə düşən məsuliyyəti anlamalı və dərslərinizə daha da məsuliyyətlə yanaşmalısınız”. Sonra Böyük Vətən müharibəsi veteranı Ulduz Səttarov çıxış edib. Tarixin ən qanlı müharibəsini görmüş bir döyüşçü kimi gənclərə tövsiyyələr verib. Onlara vətəni sevməyin vacibliyini bildirib. O həmçinin: “Biz Böyük Vətən müharibəsində faşizmi gördük və onun acılarını yaşadıq. Faşizmi yer üzündən silmək, azadlıq və vətən üçün döyüşdük, canımızı, gəncliyimizi bu yolda fəda etdik. Müharibə bitdiyində biz faşizmi tamamən məhv edə bilmədik. Daha qəddar olan erməni faşizminin 1992-ci ildə fevralın 26-da bir daha şahidi olduq. Mən sizə qətiyyətlə bildirirəm ki, Erməni faşizmi daha qəddar və daha amansız olmuşdu. Onarın murdar xislətinin misli bərabəri olmamışdır”. Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə Kaspi” liseyinin təhsildə fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Hamısını oxu22 fevral 2019-cu il tarixdə Respublika Veteranlar Təşkilatı Bakı şəhəri Nizami rayonunda yerləşən 4 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirib. Tədbirdə Təşkilatın Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik Adil Haqverdiyev, aparıcı mütəxəssis Nəbi Hacıyev , mütəxəssis İsmayıl İsmayılov, ”Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Şəhla Qarayeva, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi İsa Hüseynov, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, liseyin direktor əvəzi Samir Abdullayev, metodik işlər üzrə direktor müavini Aytac Rzayeva, şagirdlər və müəllim kollektivi iştirak edib. Tədbiri liseyin metodik işlər üzrə direktor müavini Aytac Rzayeva açaraq qonaqları salamlayıb, Xocalı soyqrımı haqqında məlumat verib, daha sonra sözü Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik Adil Haqverdiyevə verib. E/o polkovnik Adil Haqverdiyev ilk növbədə RVT-nın sədri general-polkovnik Tofiq Ağahüseynov və onun müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Daha sonra polkovnik Haqverdiyev erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələr barəsində məlumat verərərək 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib. Şagirdlərin vətənpərvər ruhda yetişməsində göstərdikləri xidmətə görə bir neçə müəllim Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif olundular. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Hamısını oxu
Parisdə Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyası və Dünya Veteranlarının Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 121 ölkəsindən 172 veteran iştirak edib. Üç ildən bir keçirilən Baş Assambleyanın budəfəki yığıncağında təşkilatın prezidenti və vitse-prezidenti, eləcə də qitələr üzrə alt komitələrin sədrləri səsvermə yolu ilə yenidən seçiliblər. Təşkilatın katibliyi tərəfindən hazırlanmış hesabatlar dinlənilib, qarşıdakı illər üzrə fəaliyyət planı təsdiqlənib. Federasiyanın prezidenti Dan-Viggo Bergtun təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Federasiya yaxın gələcəkdə böyük tədbirlərindən birinin Azərbaycanda keçirilməsini arzulayır. Qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Dünya Veteranlar Federasiyasına göndərdiyi bəyanat Federasiyanın Parisdə keçirilmiş 29-cu Baş Assambleyasında müzakirəyə çıxarılmışdır. Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin diplomatları Fərid Soltanov və Vüqar Əliyev iştirak ediblər. Şəhla Ağalarova AZƏRTAC-ın xüsusi müxbiri Paris
Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Şəmistan Əlizamanlının Azərbaycan xalqı və mədəniyyəti qarşısında, eləcə də gənclərlə vətənpərvərlik işinin həyata keçirilməsindəki böyük xidmətlərini nəzərə alaraq Təşkilatın təsis etdiyi “General Səməd bəy Mehmandarov” yubiley medalı və “Diplom”u ilə yubliyarı təbrik etmişdir. Mükafatları yubiley mərasimində Təşkilatın Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov təqdim etmişdir. Şəmistan Əlizamanlıya yeni-yeni yaradıcılıq uğurları, cansağlığı və uzun ömür arzulayırıq.
Hamısını oxu
“Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklifi ilə çıxış etmişik” Gələn il İkinci Dünya Müharibəsinin 75 illiyi dünyanın bir çox ölkələrində, xüsusilə də faşizmə qarşı ciddi mübarizə aparan, bu yolda böyük qurbanlar verən, fədakarlıqlar göstərən dövlətlərdə, eləcə də ölkəmizdə qeyd ediləcək. Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə Azərbaycanın faşizm üzərindəki qələbədəki rolunu şərh etməklə yanaşı, Azərbaycanın bu qələbədəki rolunun təbliği istiqamətində atılması gərəkən addımlara da aydınlıq gətirməyə çalışdıq. -Siyavuş bəy, gələn il faşizm üzərindəki qələbənin 75 illiyi qeyd olunacaq. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında belə bir təkliflə çıxış edib ki, ölkəmizin II Dünya Müharibəsində iştiakını əks etdirən muzeyin açılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin gənc nəslə təbliği baxımından da mühüm əhəmiyyət kəsb edər. Bu təkliflə bağlı fikrinizi bilmək isəterdik. -Hesab edirəm ki, ölkəmizdə belə bir muzeyin yaradılması məqsədəuyğun olar. Çünki Azərbaycan II Dünya Müharibəsində həqiqətən də aktiv iştirak edib, faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib. Həm insan resursu baxımından, həm də təchizat baxımından Azərbaycan SSRİ məkanında faşizmə qarşı mübarizəyə ən çox töhfə verən ölkədir. Biz əhalinin o vaxtkı sayına görə müqayisə etsək görərək ki, Azərbaycan bu məsələdə həqiqətən də öncül mövqeyə malikdir. Bu baxımdan Azərbaycanın II Dünya Müharibəsində iştirakını, faşizm üzərindəki qələbədə göstərdiyi fədakarlıqları əks etdirən belə bir muzeyin yaradılması hesab edirəm ki, işin xeyrinə olar. Bu, gənclərin, yeni nəsillərin maariflənməsi, ölkəmizə gələn qonaqların məlumatlandırılması baxımından da faydalı olar. Bu baxımdan hesab edirəm ki, belə bir muzeyin yaradılması məqsədəuyğundur. -Azərbaycanın II Dünya Müharibəsində insan faktoru baxımından da yaxından iştirak etdiyini vurğuladınız. Bu iştirakçılıq rəqəmlərdə necə əks olunub? -Azərbaycan II Dünya Müharibəsində 600 min nəfərlə cəbhələrdə təmsil olunurdu. Hansı ki, onun 300 mini faşizməq arşı döyüşlərdə qəhrəmancasına həlak oldu. Geri qayıdanların isə yarısı əlil vəziyyətində geri qayıtdı. Azərbaycan kifayət qədər böyük canlı qüvvə ilə bu müharibədə iştirak etdi. -Faşizm üzərindəki qələbədə Bakı neftinin önəmi həm yerli, həm də xarici ekspertlər tərəfindən zaman-zaman qeyd olunub. Hətta mərhum prezident Heydər Əliyev bildirirdi ki, əgər Bakı nefti olmasaydı, o zaman müharibənin taleyi sual altına düşə bilərdi. Sizcə bu amil faşizm üzərindəki qələbədə Bakı neftinin əlahiddə əhəmiyyətə malik olduğunu isbatlamırmı? -Təbii ki, Bakı neftinin faşizm üzərindəki qələbədəki rolu böyükdür. Daha dəqiq desək, faşizm üzərindəki qələbədə Bakı nefti həlledici əhəmiyyətə malik olub. Çünki həmin vaxtı SSRİ-dəki bir sıra neft yataqları hələ kəşf edilməmiş, istismara verilməmişdi. Tümen və s. kimi neft yataqları yalnız sonradan istifadəyə verildi. Belə olan halda müharibənin bütün ağırlığı neft Bakısının üzərinə düşürdü. Müharibədə iştirak edən bütün təyayrələrin, tankların, döyüş maşınlarının 70%-dən çoxu məhz Bakı nefti ilə hərəkətə gətirilirdi. Buna görə də Hitleürin əsas planlarındna biri Bakını tutmaq idi. O, Bakını tutmaqla SSRİ-nin yanacaq təchizatından məhrum etmək, müharibənin taleyini həll etmək istəyridi. Yəni Bakı həm də bir sənaye şəhəri, neft şəhəri kimi II Dümya Müharibəsində fəal iştirak edib. -Lakin təəssüflər olsun ki, göstərdiyi bütün fədakarlıqlara rəğmən Bakıya “Qəhrəman şəhər” adı verilmədi... -Bəli. Bu, həqiqətən də təəssüf doğuran bir məsələdir. Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsini qaldırmışıq. Çünki Bakı bu ada artıqlaması ilə layqidir. Qeyd etdiyimiz kimi ön xəttə bütün təchizat Bakıdan gedirdi. Bakının faşizm üzərindəki qələbədəki rolu doğrudan da böyükdür. Bakıda II Dünya Müharibəsində SSRİ-nin müxtəlif bölgələrindən gətirilən qaçqınlar məskunlaşdırılıb. Buradakı qospitallarda alman faşizmi ilə döyüşlərdə yaralanan minlərlə insan müalicə alıb. Bakının, Azərbaycanın bu müharibədəki mövqeyi birmənalı olub. Əgər biz Qərb ölkələrinə baxsaq görərik ki, onların bir çoxunda bu məsələyə birmənalı baxış olmayıb. Yəni orada insanlaırn bir qismi faşizmə qarşı döyüşsə də, digər qismi alman faşizminin sıralarında vuruşurdu. Azərbaycanda isə SSRİ-nin tərkibində faşizmə qarşı yekdil mübarizə həyata keçirilirdi. Təəssüflər olsun ki, Azərbaycandan olan, faşizmə qarşı mərdliklə döyüşən insanlarımızın bir qismi də öz layiqli qiymətini almayıb. -Sizcə cəbhələrdə böyük qəhrəmanlıqlar göstərən azərbaycanlıların hamısının layiqincə qiymətləndirilməsinə nə mane oldu? -Buna səbəb o vaxt SSRİ rəhbərliyində ermənilərin geniş şəkildə təmsilçiliyi idi. O vaxt SSRİ-nin həm Müdafiə Nazirliyində, həm Xarici İşlər Nazirliyində, həm SSRİ Mərkəzi Komitəsində və digər qurumlarda çoxlu sayda erməni erməni var idi. Onlar azərbaycanlıların orden və medallarla təltif edilməsinə, onların layiqincə qiymətləndirilməsinə maneçilik törədirdilər. Onlar cəbhə xəttindən mərkəzə göndərilən təltiflərlə bağlı təqdimatlara mane olurdular. Bunun özü də vacib araşdırma tələb edən məsələlərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə ciddi, fundamental araşdırmaların aparılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Seymur ƏLİYEV
Hamısını oxu