Ən son xəbərlər

10 dekabr 2018-ci il tarixində Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlandı. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyanında Əbədi Məşəl kompleksi önünə əklil qoyuldu, Şəhidlərin xatirəsi anıldı. Anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalıda davam etdirilidi. Tədbiri giriş sözü ilə Təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açdı. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq dedı: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”. T.Ağahüseynov həmçinin ulu öndərlə bağlı xatirələrini bölüşdü. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışdı. Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”. Daha sonra çıxış edən veteranlar ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.
Hamısını oxu
"Azərbaycanın yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutmasını yüksək qiymətləndirirəm. Bu göstərici görülən işlər nəticəsində ölkəmizdə ümumiyyətlə terror təhlükəsinin olmadığının bariz sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və heç bir terror təhlükəsi yoxdur. Hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanlarının ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çox ciddi işlədiyini deyən polkovnik söyləyib ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur: “Bu gün Azərbaycanın terrordan xilasının bir neçə səbəbi var. Bunlardan biri xalqın özüdür. Çünki, Azərbaycan xalqı heç zaman münaqişələri getmir və dövlətlər arasında nifaq salmaqda maraqlı deyil. Digər səbəb Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yüksək səviyyəli daxili və xarici siyasət nəticəsində bütün millət və xalqların tolerant şəkildə yaşamasıdır. Həm azərbaycanlılar, həm də başqa millətlərin nümayəndələri ölkəmizdə eyni hüquqlara malikdir. Bütün bunlarla yanaşı, hüquq mühafizə orqanlarının apardığı profilaktik tədbirlər ölkəmizi terror təhlükəsindən qoruyan səbəblər sırasındadır”. Polkovnik qeyd edib ki, Azərbaycanda terrorun qarşısını alan əsas fəaliyyət ölkədə düzgün idarəetmə, təhlükəsizlik sisteminin olmasıdır: “Belə hadisələrin qarşısı dərhal alınır və hər hansı təhlükənin baş verməməsi istiqamətində bütün tədbirlər görülür. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar günün istənilən saatında rahat şəkildə çöldə gəzə, dincələ bilir. Bütün bunlar ölkədə hökm sürən əmin-amanlıqdan, sabitlikdən xəbər verir. C.Xəlilov əlavə edib ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bu hadisələrin baş vermə ehtimalıdır: “Bu gün Dağlıq Qarabağda erməni terror təşkilatları tərəfindən terrorçular yetişdirilib, hazırlanmaqla yanaşı, kriminal aləmdə tanınan insanlar həmin ərazilərdə saxlanılır. Ən pisi isə onlar Ermənistanın maraqlarının həllinə yönəldilir. Bu azmış kimi işğal altında olan torpaqlarımızda narkotik bitkilər yetişdirilir və digər qanunsuz miqrant fəaliyyəti ilə məşğul olunur. Bu həm Azərbaycan, həmdə qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Dünya ölkələri buna birmənalı münasibət bildirərək, Ermənistandan nəzarət olunmayan ərazilərin işğaldan azad edilməsini tələb etməlidirlər”. Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır. Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi. Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir. İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir. Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır. Müəllif: Nailə Məhərrəmova
Hamısını oxu
Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib. AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək, Ümummilli Liderimizin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən ekspozisiya ilə tanış olublar. Sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz oxunub. Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu vaxtdan 15 il ötür. Lakin Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri olmuş bu böyük siyasi və dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş əbədiyaşar Ali Baş Komandanımız canından əziz bildiyi, uğrunda fədakarlıqlar göstərdiyi Azərbaycanı və qədirbilən xalqımızı cismən tərk etsə də, bu dahi şəxsiyyət xatirələrdə, ürəklərdə yaşayır. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca Heydər Əliyevin xatirəsi də əbədi yaşayacaq. Qeyd olunub ki, ötən 15 il ərzində xalqımız, eləcə də onun ayrılmaz hissəsi olan Ordumuzun şəxsi heyəti Heydər Əliyev ideyalarına həmişə sadiq olub, onun yolu ilə daha parlaq gələcəyə doğru inamlı addımlar atıb. Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanımızın daha da inkişafına, tərəqqisinə, regionun ən güclü dövlətlərindən birinə çevrilməsinə nail olub. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Ulu Öndər ilə görüşlərini yada salıb, xatirə tədbirləri aylığının əhəmiyyətindən danışıb. R.Əliyev birlik, birləşmə, hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində Heydər Əliyevin adı ilə bağlı ünvanlara şəxsi heyətin ekskursiyaları təşkil olunacaq, dahi rəhbərin silahdaşları ilə görüşlər keçiriləcək, əbədiyaşar liderimizin Fəxri xiyabandakı məzarı, Heydər Əliyev muzey və mərkəzləri ziyarət olunacaq. Həmçinin “Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə məşğələlər çərçivəsində məruzə və mühazirələr oxunacaq, filmlərin kütləvi nümayişi və Ulu Öndərə həsr olunmuş əsərlərdən ibarət proqramlar təşkil ediləcək. Ümumiyyətlə, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirilən xatirə tədbirləri aylığı Ulu Öndərə əsgəri ehtiramın və Heydər Əliyev ideyalarının əbədiyaşarlığının nümayişinə çevriləcək. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ulu Öndərimizin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. A.Rəhimzadə Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. O, bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevin XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olduğunu deyib. A.Rəhimzadə diqqətə çatdırıb ki, Heydər Əliyevin dünya siyasət xəzinəsinə daxil olmuş altmış illik titanik fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Heydər Əliyev bu gün də yaşayır, gələcəkdə də yaşayacaq. Dahi rəhbərin ideyalarına həmişə sadiq olan xalqımız, eləcə də Ordumuzun şəxsi heyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt, firavan gələcəyə doğru inamla irəliləyəcək. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Ulu Öndərimizin əbədiyyətə qovuşduğu 15 il ərzində Ümummilli Liderimizin xatirəsinin həmişə əziz tutulduğunu, həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda adının əbədiləşdirildiyini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamı əsasında yaradılan Heydər Əliyev Mərkəzi memarlıq üslubuna görə nadir mədəniyyət ocağıdır. Mərkəzdə xalqımızın böyük oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli iş aparılır. Burada fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və digər sərgi zallarını, xüsusən də zəngin Heydər Əliyev muzeyini hər il yüz minlərlə yerli və əcnəbi vətəndaş ziyarət edir. Burada həm respublika, həm də beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər həyata keçirilir. Dizayn və tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks etdirilir. Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir, Ümummilli Liderin şəxsi əşyaları tamaşaçıların böyük marağına səbəb olur. Rəşad Kərimov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin təşkil etdiyi xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyev Mərkəzinin də qapıları Azərbaycan Ordusunun şəxsi heyətinin üzünə həmişəki kimi açıq olacaq və hərbi qulluqçular burada Ümummilli Liderimizin zəngin irsini daha yaxından mənimsəmək imkanı əldə edəcəklər. Ulu Öndərimizin hələ ötən əsrin 70-ci illərində Azərbaycanın gələcəkdə müstəqilliyini bərpa edəcəyini öncədən duyaraq uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk kursantlarından və məktəbin ilk bayraqdarı olmuş ehtiyatda olan polkovnik, Azərbaycanın Vətən müharibəsi veteranı Şair Ramaldanov Ulu Öndərlə ilk görüşlərini xatırlayıb və Ordumuzun tarixinə şanlı səhifə kimi yazılmış Horadiz əməliyyatından danışıb. O deyib ki, 1993-cü il noyabrın 2-də Ulu Öndərimizin televiziya və radio vasitəsilə xalqa müraciəti ordu quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Əsl Azərbaycan Ordusu məhz bu müraciətdən sonra yaranmağa, formalaşmağa, qüdrətlənməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Füzuli, Tərtər, Ağdam istiqamətlərində bu vaxtadək görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdi. Ali Baş Komandanın ön səngərlərə səfərləri, döyüşçülərlə görüşləri, onların problem və qayğıları ilə yerindəcə tanış olması öz bəhrəsini verdi. Ulu Öndərin xeyir-duası ilə işğal edilmiş əraziləri düşmən tapdağından azad etmək üçün üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış zirehli texnikalarla hücuma keçdik. 1993-cü il dekabrın sonu və 1994-cü ilin ilk yanvar günlərində Ali Baş Komandan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı uğurla nəticələndi. Horadizdə və işğaldan azad edilən digər yaşayış məntəqələrində həyat yenidən canlanmağa başladı, infrastruktur yaradıldı, qaçqınlar, köçkünlər yurd-yuvalarına qayıtdılar. Son 15 il ərzində isə Prezident İlham Əliyevin Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi 22 ildən sonra Aprel zəfərinin qazanılmasına zəmin yaratdı. Aprel döyüşləri Horadiz zəfərinin davamıdır və əminik ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq, Azərbaycanımızın ərazi bütövlüyü təmin ediləcək. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup veteran çıxışlarında Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin veteran hərəkatına göstərdiyi diqqət və qayğını minnətdarlıqla yada salıblar. Onlar veteranları “Azərbaycanın qızıl fondu” adlandıran Heydər Əliyevin Vətənimizin, xalqımızın, dövlətimizin xilaskarı olduğunu diqqətə çatdırıblar. Xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev, Samir Cəfərov və başqaları Ulu Öndərə həsr olunan, eləcə də dahi şəxsiyyətin sevdiyi mahnıları böyük coşqu ilə ifa ediblər. “Heydər Əliyev ideyalarına sadiqik” xatirə tədbirləri aylığının açılışına həsr olunmuş təntənəli mərasim xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Cəmşid Naxcıvanski adına Hərbi Liseyin kursantlarının 2003-cü il aprelin 19-da Ulu Öndərin qarşısında ilk dəfə ifa etdikləri “Naxçıvanskilər marşı”nın (sözləri A.Qurbaninin, musiqisi H.Mirməmmədlinindir) oxunması ilə başa çatıb.
Hamısını oxu
Ветеранское сообщество стран СНГ сверяет ориентиры. По итогам Пленума Координационного совета «Международного союза общественных организаций ветеранов (пенсионеров) независимых государств 21 ноября 2018 г. Александр Колотило. Газета Красная Звезда от 03.12.2018 г. Нам есть что вспомнить. Фото автора. Содружеству ветеранов исполняется 32 года. Точкой отсчёта в его истории стало создание в декабре 1986 года единой всесоюзной общественной организации, объединившей в своих рядах ветеранов всех категорий. Ветеранская организация за короткое время стала одним из самых массовых общественных объединений в СССР. С его распадом ветеранское движение оказалось в новой социальной реальности. 2-я конференция Всесоюзной организации ветеранов войны и труда, состоявшаяся в декабре 1991 года, приняла решение о её преобразовании в Содружество (союз) организаций ветеранов независимых государств и избрала его руководящий орган – координационный совет. Прошедшие 27 лет подтвердили правильность и своевременность принятых решений. Все эти годы ветеранское содружество борется за социальные права и интересы ветеранов постсоветских республик, за сохранение дружбы и развитие сотрудничества между народами некогда единой страны. С 1999 года координационный совет Международного союза «Содружество общественных организаций ветеранов (пенсионеров) независимых государств» возглавляет адмирал флота Алексей Иванович Сорокин, заслуженный ветеран Великой Отечественной войны с огромным опытом практической работы по защите Отечества в советское время. Его доклад, прозвучавший на недавнем пленуме координационного совета, был посвящён актуальным вопросам активизации работы ветеранских организаций по решению социально-экономических и медицинских проблем ветеранов Великой Отечественной войны. Организации, входящие в Международный союз, объединяют более 40 миллионов ветеранов и пенсионеров. Ещё два года назад в их числе было более 300 тысяч фронтовиков, два с половиной миллиона тружеников тыла военных лет, полтора миллиона участников боевых действий в локальных войнах и вооружённых конфликтах, более двух миллионов ветеранов военной службы, 23 миллиона ветеранов труда. Однако эти цифры постоянно меняются. За прошедшие семь лет после V съезда Международного союза ветеранов численность активных участников Великой Отечественной войны – фронтовиков – сократилась более чем в три раза. Но фронтовики как были, так и остаются боевым ядром и духовным стержнем ветеранского движения, а забота о них является одной из приоритетных задач не только ветеранских организаций, но и государственных органов. Эта мысль проходила красной нитью в докладе адмирала флота Алексея Сорокина. Он сообщил, что на сегодняшний день во всех 15 бывших союзных республиках, а также в Абхазии и Южной Осетии числится примерно 2 миллиона 300 тысяч ветеранов войны. В России, по официальным данным, на 1 апреля этого года проживало примерно 1600 тысяч ветеранов войны, а фронтовиков, то есть тех, кто непосредственно участвовал в боевых действиях, всего около 15 тысяч. В других республиках их значительно меньше. Важно, чтобы фронтовики, которым сейчас более 90 лет, были на особом учёте в ветеранских организациях. Социальная поддержка фронтовиков должна заключаться в их реальной материальной поддержке, в помощи в жилищной и жилищно-коммунальной сферах, в лекарственном обеспечении, внедрении новых форм оказания медицинской помощи. Организации, входящие в Международный союз, объединяют более 40 миллионов ветеранов и пенсионеров После распада СССР в наихудшем положении оказались ветеранские организации прибалтийских республик. Поскольку они объединяют в своих рядах в основном ветеранов Великой Отечественной войны (правительства этих стран издевательски считают их оккупантами), то ветераны бывшей советской Прибалтики не только лишены заслуженных ими льгот, но и являются в ряде случаев объектами судебного преследования. Особое внимание в докладе адмирала флота Алексея Сорокина было уделено также положению дел в ветеранской организации Украины. Настроение у многих ветеранов на Украине угнетённое, отметил он. В стране действует закон о запрете советской символики, в том числе звезды и гвардейского знака. Следует отметить, что пленум координационного совета проходил в форме совместного заседания с Комитетом ветеранов войны и военной службы. Поэтому вторым докладчиком на мероприятии был заместитель председателя координационного совета – председатель Комитета ветеранов войны и военной службы генерал-майор в отставке Владимир Ткаченко. Его доклад был посвящён задачам повышения социальной активности участников локальных войн и вооружённых конфликтов, ветеранов военной службы в воспитании молодёжи на героических подвигах участников Великой Отечественной войны и боевых традициях защиты Родины в преддверии 75-летия Великой Победы.
Hamısını oxu
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının müraciətinə əsasən təşkilatın bir qrup üzvü Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə səfər edib.Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi veteranlar qrupu hərbi şəhərciyi gəzib, qərargah binasında və digər obyektlərdə yaradılmış yüksək xidməti şəraitlə tanış olub, hərbi aşpazlar kursunun məşğələsində iştirak edib və şəxsi heyətlə görüşərək onların problem və qayğıları ilə maraqlanıblar. Akt zalında keçirilən görüş zamanı veteranlar bu hərbi hissənin timsalında müasir Azərbaycan Ordusunun son illərdəki inkişaf və qüdrətlənməsinin şahidi olduqlarından qürür hissi keçirdiklərini bildiriblər.Laçın rayon Veteranlar Təşkilatının sədri, Böyük Vətən müharibəsi veteranı, 97 yaşlı Əlikişi Cümşüdov, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, İkinci Dünya müharibəsinin hərbi təyyarəçisi Damət Nəbiyev, idman veteranı, 16 qat dünya və Avropa çempionu olmuş Hacı Məhəmməd Müslümzadə çıxış edərək hərbi hissədə gördüklərindən məmnun qaldıqlarını vurğulayıb və Azərbaycan əsgərinin müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə hazır olduqlarına əminliklərini qeyd ediblər.Əfqanıstan və Qarabağ müharibəsinin veteranı, istefada olan polkovnik Adil Haqverdiyev 1994-cü ildə Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanan və komandanlığı altında uğurla nəticələnən məşhur “Horadiz əməliyyatı”nda iştirakını yada salıb və bu qələbənin 22 ildən sonra, 2016-cı ilin aprelində cənab İlham Əliyevin rəhbərliyi altında yenidən təkrar olunduğunu iftixar hissi ilə qeyd edib. “Mən əslən Qusar rayonundanam. Vətən təhlükədə olanda ölkəmizin digər bölgələrinin igid oğulları ilə yanaşı biz qusarlılar da bir nəfər kimi ayağa qalxdıq. Qarabağ uğrunda döyüşlərdə 60 nəfərdən çox şəhid verdik. Onların sıralarında Milli Qəhrəmanlarımız da var. Biz bu gün də Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Silahlı Qüvvələrdən tərxis olunduğum üçün bir neçə ildir ki, hərbi hissələrdə olmurdum. Ancaq bu gün gördüklərim sözün həqiqi mənasında məni heyrətləndirdi. Kim ki, bu inkişafı, bu tərəqqini görmür, qiymətləndirmir yazıq onların halına. Heç olmasa, Ermənistan ordusunda nələr baş verdiyini, ölkəni bürüyən əsgər valideynlərinin etiraz dalğasını, ordudakı özbaşınalıqları görsün və ordumuzun qədrini bilsinlər. Azərbaycan inkişaf yolundadır və Ordumuz günü-gündən daha da qüdrətlənir, maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksəlir. Ordumuz dövlət başçımızın daim diqqət mərkəzindədir və Müdafiə Nazirliyinin rəhbərliyi qarşısına qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir”- ötən əsrin 90-cı illərinin əvvəllərində üç qardaşı ilə birlikdə Qarabağ uğrunda döyüşlərə könüllü yollanmış ehtiyatda olan polkovnik Bəhram Ağakişiyev deyib. Hərbi qulluqçulardan Ədalət Hacıyev, Əbülfət Xəlilov, Humay Akiyeva çıxış edərək qonaqları əmin ediblər ki, onlar ata və babaların qəhrəmanlıq ənənələrini bundan sonra da şərəflə davam etdirəcək, Azərbaycanın hərb tarixinə daha parlaq səhifələr yazacaqlar.Tədbirin sonunda Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Respublika Veteranlar Təşkilatının növbəti təşəbbüsünü də yüksək qiymətləndirib və onlara minnətdarlığını bildirib. Qonaqlara hərbi hissənin komandanlığı adından xatirə hədiyyələri təqdim edilib.
Hamısını oxu
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, İkinci Dünya müharibəsi və Silahlı Qüvvələr veteranı, ehtiyatda olan 1-ci dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko 2018-ci il noyabr ayının 18-də 96 yaşında vəfat etmişdir. Aleksandr Qritçenko uzun illər hərbi xidmət sahələrində çalışmış, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. O, 1940-cı ildə Hərbi Dənizçilik məktəbini bitirmiş, İkinci Dünya müharibəsində həm döyüşçü, həm də hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. A.Qritçenkonun həyatının son 66 ili Azərbaycanla bağlı olmuşdur. O, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəməmişdir. O, Azərbaycan veteranlarını Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova və digər ölkələrdə keçirilən müxtəlif tədbirlərdə layiqincə təmsil etmişdir. A.Qritçenko Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycanın Əməkdar təbliğatçısı" adlarını almış, “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 52 kitabın müəllifi idi. O, yaşının ahıl çağında da yorulmaq bilmədən çalışır, Respublika Veteranlar Təşkilatında səmərəli fəaliyyətini davam etdirirdi. A.Qritçenkonun xidmətləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, xalqlar arasında dostluğun möhkəmləndirilməsində rolu və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək “Şöhrət”, “Qırmızı bayraq” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və çoxsaylı medallarla təltif olunmuşdur. Aleksandr Aleksandroviç Qritçenkonun əziz xatirəsi Azərbaycan veteranlarının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.
Hamısını oxu
13 noyabr 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Tədbirdə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının, Müdafiə Nazirliyinin, digər dövlət orqanlarının təmsilçiləri, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri, İkinci dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və medianın nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənmiş, İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin hazırladıqları, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatı və döyüş yolunu əks etdirən videoçarxa baxmışlar. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbiri açaraq, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığı, ümumiyyətlə İkinci dünya müharibəsində Azərbaycanın iştirakı barədə danışaraq demişdir: “Bu günki tədbirimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr edilmişdir. Bilirsiniz ki, bu yubileyin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən Mehdi Hüseynzadənin, ümumən İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların fəaliyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Bu günkü tədbirimiz Sovet İttifaqı Qəhrəmanı, Mixaylo ləqəbi ilə dünyada tanınan Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi çərçivəsində keçirilir. Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdurr. O, nəinki ölkəmizdə Avropada, mən deyərdim bütün dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə yüz il əvvəl dekabr ayının 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. Qəhrəman Azərbaycan oğlu döyüş zamanı əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulmuşdur. Mehdi Hüseynzadə Yuqoslaviya, Triest, İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparmış, kəşfiyyat-təxribat qrupun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. Müharibə xəbərini Şüvəlandakı bağlarında alan Mehdi dərhal şəhərə qayıdaraq avqustun 9-da cəbhəyə getmişdir. Tiflis hərbi-piyada məktəbini bitirən Mehdi Hüseynzadə şiddətli döyüşlərin getdiyi Stalinqrad döyüşündə iştirak edir. Həmin ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmada ağır yaralanan Mehdi əsir düşür. 1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşı ilə İtaliyadakı düşərgədən qaçır və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunda yaradılan azərbaycanlılardan ibarət rus bölüyünün komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə idi. Mehdi Hüseynzadənin Sizlərə məşhur “Uzaq sahillərdə” filmindən və kitablardan yaxşı məlum olan qəhrəmanlıqları məhz bu dövrdən etibarən başlanmış həlak olduğu 1944-cü ilin noyabr ayının 2-dək davam etmişdir. Təsadüfi deyil ki, Mehdi Hüseynzadə haqqında Azərbaycanlı müəlliflərlə yanaşı, keçmiş SSRİ, Avropa ölkələrinin tarixçiləri, jurnalistləri də dəyərli əsərlər yazıblar. Onun iki nəhəng diversiya aktı (2-22 aprel, 1944-cü il) haqqında məlumatlar “1941-1945-ci illərin xalq azadlıq müharibəsi xronologiyası”na daxil edilmişdir. Mehdi Hüseynzadə tapşırıqdan Çenovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində qəhrəmancasına həlak olmuşdur. Onun nəşi yerli əhali tərəfindən dəfn edilmişdir. Mehdi Hüseynzadənin reallaşdırdığı əməliyyatlardan yalnız birində düşmənin 2 təyyarəsinin, 25 avtomaşınının partladılması döyüşçü, komandir kimi nəyə qadir olduğunu aydın göstərir. Onun rəhbərlik etdiyi kəşfiyyat-təxribat qrupu ilə bacarıqla həyata keçirdiyi uğurlu əməliyyatlar barədə Mehdi Hüseynzadənin həyat və döyüş yolunun tədqiqatçıları yəqin ki, daha geniş danışacaqlar. Mən yalnız bir faktı xüsusi vurğulamaq istəyirəm ki, Mehdi Hüseynzadə qısa, ancaq zəngin fəaliyyətlə dolu ömrü boyu bütün qəlbi ilə sevdiyi Azərbaycana, Vətəninə və xalqına sədaqətlə xidmət göstərib. Mehdi Hüseynzadənin fəaliyyəti Sovet İttifaqının geniş ictimaiyyətinə yalnız 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzeti keçmiş Partizan V.Sokolovun xatirələrinə əsaslanan “Partizan igidliyi” məqaləsini dərc etdikdən sonra məlum olmuşdur. Həmin ilin oktyabrında başqa bir keçmiş partizan – Q.A.Jilyayev “Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” yazdıqdan və əlyazmanı Azərbaycan SSR EA-nın tarix institutuna verdikdən sonra qəhrəman partizanın rəşadəti haqqında əhəmiyyətli miqdarda material toplandı və bununla əlaqədar Azərbaycan KP MK-nın müraciəti ilə leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığı təsdiq edən gizli axtarış aparıldı. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli qərarı ilə Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı adı verildi. Ümumiyyətlə İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları nəyə qadir olduqlarını əzmlə nümayiş etdirmişlər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etmişlər. 124 həmvətənimiz aralarında Mehdi Hüseynzadə də olmaqla ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görülmüşlər. Mehdi Hüseynzadənin, Həzi Aslanovun, İsrafil Məmmədovun, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir və onun adının əbədiləşdirilməsi üçün ölkə miqyasında görülmüş və gələcəkdə də görüləcək işlər bu minnətdarlığın nəticələridir. Bu gün Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğulllara daha böyük ehtiyacı var. Çünki, Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı altındadır. Ölkənin yeniyetməsindən, gəncindən tutmuş ahıl yaşlı insanlarına qədər hər birimiz Vətənin bütövlüyü, ərazilərimizin işğaldan qurtarması üçün hər an hazır olmalıyıq. Doğrudur, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa, torpaqlarımız erməni işğalından qurtarmağa tam qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Ancaq Azərbaycan bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etmək istəyir. Bunun mümkün olmayacağı halda, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında güclü və müasir Azərbaycan ordusunun düşmənə öz yerini göstərəcəyinə əminik. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu tədqiq etmiş, tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərli, “Xatirə” kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, jurnalist Ruqiyə Əliyeva və başqaları çıxış edərək Mehdi Hüseynzadənin və İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücayətindən danışmış, Azərbaycan zabit və əsgərlərinin bu gün öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman oğul və qızlarımızın üçrəngli bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandıracaqlarına inandıqlarını bildirmişlər.
Hamısını oxu
Azərbaycan veteran ictimaiyyətinə ağır itki üz vermişdir. Hüquq-mühafizə orqanları və əmək veteranı, baş ədliyyə müşaviri, prokurorluq orqanlarının fəxri işçisi Nəsirov Cahangir Əmir oğlu 12 noyabr 2018-ci ildə, 83 yaşında vəfat etmişdir. Cahangir Nəsirov 19 dekabr 1935-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vuraraq, elə həmin il Quba-Xaçmaz Birləşmiş rayonlararası Komsomol Komitəsinin katibi seçilmişdir. 1964-1967-ci illərdə Qazax rayon prokurorluğunun baş müstəntiqi, 1967-1975-ci illərdə Azərbaycan SSR Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, 1975-1991-ci illərdə isə Yevlax, Qazax və Bakı şəhərinin indiki Səbail, Xəzər rayonlarında prokuror vəzifəsində işləmişdir. C.Nəsirovun xidmətləri nəzərə alınaraq, 1982-ci ildə Əmək veteranı medalı, 1983-cü ildə prokurorluq orqanlarının fəxri işçisi döş nişanı ilə təltif edilib. Təcrübəli əməkdaş olan C.Nəsirov 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsində prokuror vəzifəsində işləmişdir. O, 10 aprel 1997-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Cahangir Nəsirovun ictimai-siyasi fəallığı, təşkilatçılıq qabilyyəti və peşəkarlığı yüksək qiymətləndirilərək 2015-ci il mart ayının 2-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nəzarət-təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 5 övladı var. Nəsirov Cahangir Əmir oğlu Sumqayıt şəhərində dəfn olunmuşdur. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti
Hamısını oxu
Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, məktubda Dan-Viqqo Berqtun Dünya Veteranlar Federasiyasının oktyabrın 16-19-da Bakıda keçirilmiş tədbirlərdə iştirak edən nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq edir. Dan-Viqqo Berqtun Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyinə həsr olunan tədbirlərin, xüsusilə də Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının onda dərin təəssüratlar yaratdığını bildirir, bunun Dünya Veteranlar Federasiyasının üzvləri üçün yaxşı nümunə olduğunu vurğulayır. “Bu, Azərbaycana ilk səfərim idi və mən bu səfərdən olduqca məmnun qaldım. Bakıda hökm sürən sabit, xoş mühit məndə çox yaxşı təəssürat yaratdı”, - deyə Dan-Viqqo Berqtun məktubunda qeyd edir. Xatırladaq ki, Dünya Veteranlar Federasiyasının nümayəndə heyəti ötən ay Bakıda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə, “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Hamısını oxu
В Баку состоялась Международная научно-практическая конференция «Безопасность в современном мире: глобальные и региональные вызовы». Конференция была организована Советом ветеранов войны, труда и вооруженных сил Азербайджанской республики при поддержке Академии управления при Президенте Азербайджана, Национальной академии наук, Министерства образования Азербайджана. Конференция была посвящена 30-летию создания Организации ветеранов. В работе конференции приняли участие более 150 человек, в том числе из 22-х стран мира. Имеет глубокий смысл, что данная конференция была организована Советом ветеранов. Абсурдность войн, ценность каждой жизни человек глубже начинает понимать с возрастом. Можно сказать, что мудрость в определенный момент восстает против насилия, против гибели людей ради надуманных политических, религиозных и иных целей. Не случайно умудренные жизненным опытом ветераны остро переживают конфликты и войны. Ветераны представляют собой ключевую социальную силу, формирующий духовный климат, нравственные ориентиры для новых поколений. Это обстоятельство имеет особую значимость. Руководство Азербайджана прекрасно понимает это и поддерживает деятельность ветеранов. Участники конференции были восхищены условиям, которые созданы в Азербайджане ветеранам. Программа конференции была емкой, она охватывала как сугубо теоретические, научные, так и конкретные, практические вопросы. В Пленарном заседании были заслушаны 13 содержательных докладов, потом было их бурное обсуждение и принятие соответствующей резолюции. Конференцию открыл Председатель ветеранской организации Азербайджана, генерал-полковник – Тофик Агагусейнов. Он обратил внимание на многогранность понятия безопасность, что можно говорить о природной, социальной, экономической, информационной безопасности, при этом подчеркнул, что наша конференция ориентирована на рассмотрение военной безопасности. Это чрезвычайно актуально для Азербайджана. Находясь на перекрестке Европы и Азии, Азербайджан исторически не раз подвергался опустошительному разорению варварских орд. В начале ХIХ века шла ожесточенная геополитическая борьба между Ираном и Россией за территории Азербайджана. В итоге страна была поделена на Северный и Южный Азербайджан. В ХХ веке Азербайджан в составе СССР стал участником второй мировой войны и сыграл ключевую роль в победе Советского Союза, обеспечивая нефтью, военными поставками, продовольствием потребности фронта. Республика в годы войны потеряла 350 тысяч своих граждан на полях сражений. Это была десятая часть населения Азербайджана. После второй мировой войны наметился оптимизм в сознании людей, появилась вера в светлое будущее. К сожалению, это оказалось иллюзией. В 90-е годы была навязана Арменией Карабахская война. Мы потеряли цветущие города, многочисленные культурные памятники и более 10 тысяч человек. Сейчас положение таково: Нагорный Карабах и семь прилегающих к нему районов - 20 процентов территории Азербайджана разорены и остаются под оккупацией Армении. Карабахская проблема остается центральной для правительства и народа Азербайджана. Под эгидой Минской группы ОБСЕ уже 25 лет ведутся переговоры, но они пока ни к чему не привели. Несмотря на сложности, многочисленные противоречия мы продолжаем надеяться на победу разума, здравого смысла, на мирное разрешение данной проблемы. Агагусейнов также отметил, что Азербайджан находится недалеко от очагов жестоких военных действий, ведущихся в последние годы в Сирии. В целом обстановка на Ближнем Востоке создает дополнительную угрозу безопасности Азербайджана. С приветственным словом обратился Президент Всемирной ветеранской федерации господин Дан-Вигго Бергтун (Норвегия). Он высоко оценил активную деятельность Ветеранской Организации Азербайджана и пожелал плодотворной работы участникам конференции. Обосновывая тематику конференции, председатель Оргкомитета, заместитель ветеранской организации Азербайджана, полковник, доктор философии по политическим наукам Джалил Халилов подчеркнул ряд вопросов, которые нуждаются во всестороннем обсуждении и освещении, и на них следует обратить внимание мировой общественности. Первое, - это неоднозначное отношение к международному праву и резолюциям ООН в современном мире. Так, Советом безопасности ООН были приняты четыре резолюции по освобождению оккупированных территорий Азербайджана, но Армения продолжает их игнорировать. Санкции против Армении не принимаются. Наоборот, страна-агрессор поддерживается многими международными организациями. Это вопиющий пример двойного стандарта в мировой политике. Мировая общественность не должна оставаться равнодушным к экспансионистской политике Армении. Второе, - это героизация фашизма и фашистов, пособников гитлеровского режима в некоторых странах. В их честь чеканят монеты, ставят памятники, снимают фильмы, их именами называют площади, проспекты. Возвеличивание военных преступников, виновных в совершении многочисленных античеловеческих деяний, противоречит здравому смыслу и гуманистической линии мирового развития. Третье, - сейчас в результате военных действий оккупированные территории нередко превращаются в прибежище для террористов и «серую зону», где невозможно гарантировать соблюдение элементарных правовых норм. Необходима тщательная международная инспекция этих территорий. Известно, что при деградации социальных условий проявляется инстинктивная жестокость человека. Многие едут в те места, где жестокость и убийства поощряются, так пополняются ряды ИГИЛ, ряды, так называемых, "ополченцев" в Карабахе. В - четвертых, - в наше время центральным вопросом становится определение содержания и эффективных методов патриотического воспитания. Необходимо формирование культуры патриотизма на основе принципов мультикультурализма и устойчивого развития. Если мы хотим мира, то нужно понимать друг друга. Представляется необоснованной односторонняя критика политики мультикультурализма в некоторых ведущих европейских странах. Азербайджан край, где представители различных национальностей и конфессий проживали и проживают в атмосфере мира, взаимопонимания и диалога. О мультикультуральном прошлом азербайджанского народа свидетельствуют литературные, философские, политологические источники. В центре государственной политики современного Азербайджана, лично Президента Азербайджана Ильхама Алиева находятся вопросы мультикультурализма и устойчивого развития. Совет ветеранов Азербайджана считает своим долгом и почетной обязанностью участвовать в решении этих фундаментальных вопросов, которые в совокупности ведут к гармонизации общественных отношений, повышению уровня и качества жизни людей в стране. В пятых, особый смысл и особое значение имеет сохранение единого культурного пространства в СНГ. Недопустимо уничижительное отношение к многонациональной советской культуре. Именно благодаря этой культуре во всех уголках бывшего Советского Союза знают Самеда Вургуна, Расула Гамзатова, Михаила Шолохова, Кара Караева, Дмитрия Шостаковича, Таира Салахова, Муслима Магомаева и многих других выдающихся деятелей литературы и искусства. Это достояние советского периода нуждается в поддержке и развитии. Высокий уровень конференции определили доклады: «Исторический процесс и феномен безопасности» (доктор философских наук, профессор Российской академия народного хозяйства и государственной службы при Президенте РФ Низами Мамедов); «Безопасность в современном мире» - Иван Гордейчук (генерал-майор, Председатель Белорусского общественного объединения ветеранов); «Безопасность Центральной Азии» (Айткали Исенгулов, генерал-майор, заместитель председателя Республиканского общественного объединения ветеранов Казахстана); «Роль ветеранских организаций в обеспечении духовной преемственности и формировании гуманистических установок» (Владимир Ткаченко, генерал-майор, заместитель председателя Координационного совета международного союза «Содружество общественных организаций ветеранов независимых государств»); «Безопасность в мире: российская оценка современной международной обстановки»(Александр Кравчук, генерал-лейтенант, руководитель аппарата комитета российского союза ветеранов); «Героизация нацизма в Армении - пересмотр принципов современного мироустройства" ( Олег Кузнецов, доктор исторических наук, профессор), «Двойные стандарты в современной международной политике» (Наджиба Мустафаева, доктор философии по юридическим наукам, доцент Азербайджанского государственного университета); «Международный безопасность и Карабахская проблема" (Ибрагим Гулиев, доктор юридических наук, профессор). Как известно, в Преамбуле Устава ЮНЕСКО провозглашается, что «мысли о войне возникают в умах людей, поэтому в сознании людей следует укоренять идею защиты мира». Простые, гениальные слова... И общим лейтмотивом данной конференции можно считать призыв: осознать смысл этих мудрых слов и бороться всеми силами за их реализацию. Гончарова Юлия Сергеевна, заместитель декана факультета журналистики Российской академии народного хозяйства и государственной службы при Президенте РФ.
Hamısını oxu29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri olduğunu qeyd etdi. C.Xəlilov Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon stuktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm olaraq tədbirlərin keçirilməsindən danışaraq, diqqəti Azərbaycanın bu gün Ermənistan Respublikasının işğalı altında olan ərazilərinin azad olunmasında bu işlərin daha yüksək səviyyəyə qaldırılmasının mühüm əhəmiyyət daşıdığına yönəltdi. Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibəti ilə tədbir iştirakçılarını və bütün türk xalqını Təşkilat rəhbərliyi və veteranlar adından təbrik edərək, Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən danışdı. L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli xüsusi bukletin buraxılması barədə geniş məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layihələr maliyyə ayırmasını təqdirəlayiq hal saydı. O, bildirdi ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir ölkənin yaşından asılı olmayaraq bütün insanları vətənpərvər olmalıdırlar. Ancaq tərbiyə olunmağa, vətənpərvərlik ruhunda yetişdirilməyə gəlincə, başlıca hədəf yeniyetmə və gənclərdir. Azərbaycanın körpəsindən tutmuş tələbəsinə, bu gün ölkə həyatının müxtəlif sahələrində çalışan, müəyyən təcrübəyə malik gəncinə qədər hər kəs vətənpərvər olmasa biz Ermənistan Respublikasının işğalı altında olan ərazilərimizi azad edə bilmərik. O, xüsusi olaraq vurğulamışdır ki, Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hər an hazır olmaq Təşkilat yeniyetmə və gənclərə məhz bu keyfiyyətləri aşılamağa çalışır. 2016-cı ilıin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa daim hazırdır. Tədbirdə çixış edən layihənin eksperti Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, “Şəhid ailələrinə qayğı cəmiyyəti” təşkilatının Nizami rayon Təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu tipli layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar. Tədbirdə eyni zamanda, 3 ay müddətində həyata keçirilmiş “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə müzakirələr aparıldı, fikirlər səsləndirildi, təkliflər verildi. Tədbirin sonunda 95 yaşı tamam olan İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Mehmandarov yubiley medalı” ilə təltif olundu.
Hamısını oxu
23 oktyabr 2018-ci il tahrixdə Bakı şəhəri, Binəqədi rayonu 83 nömrəli məktəb Liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə və Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müharibə, Əmək ve Silahlı Qüvvələr Veteranları Təşkilatın gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin və həmin şöbənin mütəxəssisləri İsmayıl İsmayılov, Nəbi Hacıyevin iştirakı və liseyin pedaqoji, şagird kollektivi ilə görüş keçirilmişdir. Görüşdə məktəbin direktoru, riyaziyyat elmləri namizədi Nəbi Mahmudov müntəzəm olaraq liseyin pedaqoji və şagird kollektivinin Respublika Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə Təşkilatın 30 illik yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamnada vətənpərvərlik işində fəal iştiraklarına görə liseyin bir qrup müəllim və şagirdləri Fəxri Fərmanla təltif olunmuşdur.
Hamısını oxu