Ən son xəbərlər
12 dekabr 2025-ci il tarixində respublikamızın bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub, çoxsaylı tədbirlər keçirilib, ehsan süfrələri açılıb. Bu cür ehsan süfrələrindən biri də tanınmış iş adamı Cəlil Nağıyevin təşkilatçılığı ilə Novxanı və Binəqədidə təşkil olunub. Yüzlərlə vətəndaşın iştirak etdiyi ehsan süfrələrində Ümummilli Lider Heydər Əliyevin tarixi xidməltərindən bəhs ounub, Ulu Öndərin ruhuna dualar oxunub, onun parlaq ideyalarından danışılıb. (https://veteran.gov.az/az/news/3096-novxanida-ulu-onder-heyder-eliyevin-anim-gunu-ile-bagli-ehsan-sufresi-teskil-edilib ). Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Eıman Məmmədov dövlət qurumları ilə yanaşı, iş adamlarının da bu kimi tədbirlərdə aktiv iştirakını təqdir edib, bunun Ulu Öndərə olan sonsuz sevgi ilə əlaqələndirib: “Şübhəsiz ki, iş adamlarımız tərəfindən Ulu Öndərin anım günü ilə bağlı ehsan süfrələrinin təşkili, onun xatirəsinin şəhid ailələrinin, qazilərin, həssas kateqoriyadan olan digər şəxslərin də iştirakı ilə yad edilməsi olduqca mühüm bir addım, nəcib bir təşəbbüsdür. Mən buna görə iş adamlarımıza təşəkkür edir, minnətdarlığımı bildirirəm. Respublikamızın bir çox bölgələrində, eləcə də Novxanı və Binəqədidə bu cür tədbirlərin təşkili xalqımızın Ulu Öndərə olan sonsuz sevgi və ehtiramının təzahrdür. Bu fakt bir daha sübut edir ki, Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın qəlbində yaşamaqda, onun böyük ideyaları bu gün də təbliğ edilməkdə, nəsildən-nəsilə ötürülməkdədir. Əminəm ki, illər, əsrlər sonra da Heydər Əliyevin xatirəsi, onun xalqımızın, dövlətimizin xilası və gələcəyi üçün gördüyü işlər insanlarımız tərəfindən dərin hörmət və minnətdarlıq hissi ilə yad ediləcək, hər zaman hörmətlə anılacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirib. Tədbir başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu gün Ümummilli Liderin arzuları reallaşmışdır. Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Ermənistanın əsarətdə saxladığı torpaqlarımızı işğaldan azad edilmişdir. Tədbirdə Beynəlxalq Heydər ata mükafatı laureatı Gülbala Teymur, şəhid atası Mehman Əliyev, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə nümayəndəsi Cavidan Rəşidov, tanınmış qələm adamları Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevə olan ehtiramlarını bildirmiş, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış böyük zəfərdən, doğma Qarabağımızda gedən quruculuq işlərindən danışıblar.
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad şəhər Heydər Əliyev Mərkəzi ilə birlikdə Şanlı Zəfərimizin 5 illiyi münasibətilə şeir müsabiqəsi keçirib. Müsabiqənin məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə sitimil vermək olub. Tələbə və şagirdlər arasında keçirilən müsabiqədə münsiflər heyəti tərəfindən 20 baldan yuxarı qiymət alanlar 2-cu turda iştirak etmək hüququ qazanıblar. Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqənin final mərhələsində vətənpərvərlik mövzusunda yazılmış şeirlərin ən yaxşı ifaçılarından 5 nəfər qalib seçilib və onlara Təşəkkürnamə və hədiyyələr verilib.
Hamısını oxu12 dekabr 2025-ci il tarixində Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 210 nəfərə qədər şəxs iştirak edib. Tədbiri giriş sözü ilə açan məscidin axundu Hacı Ələsgər Mikayılzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xidmətlərinə toxunub, onun xilaskarlıq missiyasından bəhs edib. Ehsan süfrəsində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, BDU-nun tələbəsi Nüsrət Mirzəyev, tanınmış ziyalı Hacı Natiq Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu, müasir Azərbaycanın məhz Ümummilli Liderin siyasi kursu, işıqlı ideyaları sayəsində öz inkişaf və əzəmətinin zirvəsində qərarlaşdığını vurğulayıblar. Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev ideyalarının bundan sonra da təbliğinin zəruri olduğunu vurğulayıb, Ulu Öndərin güclü, müstəqil Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb: “Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri, bu xidmətlərin Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasında, gücünə güc qatmasındakı önəmi hər kəs məlumdur. Heydər Əliyev yadelli işğala məruz qalan, daxili qarşıdurmalardan əziyyət çəkən, sosial-iqtisdi vəziyyəti sürətlə ağırlaşan, milli-mənəvi dəyərlər sistemi aşınmaya məruz qalan Azərbaycanı yalnız bu bəlalardan xilas etməklə qalmadı. Xalqımızın böyük oğlunun bənzərsiz siyasi dühası sayəsində ölkəmiz tarixi və qarşısıalınmaz yüksəliş dövrünə qədəm qoydu. Qısa zamanda nizami ordunun formalaşması, daxili parçalanmalara son qoyulması, mərkəzi hakimiyyətin gücləndirilməsi, idarəetmənin bütün istqiamətləri üzrə gənc kadrların yetişdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və onun beynəlxalq tələblər səviyyəsində yenidən qurulması həyata keçirildi. Bütün bu addımlar Azərbaycan xaqlının və dövlətçiliyinin gələcəyini xilas etdi, onun təməllərini gücləndirməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu da artıtdı. Bizim üçün qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Müzəffər Ali Baş Komandanımızın tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir. Biz də bir fərd, bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, Heydər Əliyev ideyalarının təbliğində də fəal iştirak etməli, gənc nəslin bu ideyaları dərindən mənimsəməsini təmin etməliyik. Bu, həm milli kimliyimizin və tariximizin qorunub saxlanılması, həm də gələcək uğurlarımızın təminatı baxımından həyati əhəmiyyətə malikdir”. Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub, Prezident İlham Əliyev siyasətinə dəstək ifadə olunub. Seymur ƏLİYEV
Hamısını oxu
1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyininnəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi. Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və so-sial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır. Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur. Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumat-lar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvə-zinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısınaçevrilmişdi. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi. Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qo-yurdu: “Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi artıq dirçəlib, formalaşıb, öz gücünü toplayıb və həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət təhlükəsizliyini təmin etməyə, qorumağa qadirdir. Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük və-zifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və pre-zident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir. Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər görməlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapda-lanmasın, heç kəsin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”. Onun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsitədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanın-da Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yö-nəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi. Bundan başqa, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanun-suz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və s. istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı. Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə edildi. Onun təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qa-baqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması, ümumiyyətlə, müasir dövrdə Azərbay-canın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zaman-da, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir. MTN-in əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində 1994-1997-ci illərdə Azərbaycan Respublikası əleyhinə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin qarşısı əsasən alınmış, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 213 ölkə vətəndaşı aşkarlanmış, onlardan 27 nəfəri casusluq fəaliyyətinə görə məhkum olunmuş, 186 nəfər isə profilaktik iş aparılmaqla cinayət yolundan çəkindirilmiş, 13 əcnəbi casus ifşa edilmişdir. Respublikada 3 dəfə vətəndaş müharibəsi təhlükəsinin, 7 dövlət çevrilişi cəhdinin qarşısı alınmış, 5 cəhd hazırlıq mərhələsində lokal-laşdırılmış, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir. Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sar-sılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti) Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilmə-sində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti) ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. MTN Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışmışdır. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əliyevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azər-baycanda daxili təhlükəsizliyintəminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterrorkoalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasınanail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır. Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisi-yasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır”. Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil dövlətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun müharibədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məşğul olmağa başladı. Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terror-çuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azər-baycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niyyətlərini gizlətməyən təcavüzkar Ermənistanın, o cümlədən bəzi dövlətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliyyətləri Azərbaycanın təhlükəsizlik orqanlarını düşünülmüş və qabaqlayıcı addımlar atmağa sövq edir. Heydər Əliyevin rəhbərliyi altın-da MTN əməkdaşlarının gərgin əməyi, öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönəldilmiş bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında alınmış və müvafiq tədbirlər görülmüşdür. Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəm-ləndirilməsiistiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir. Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokra-tik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya etdirir, qloballaşma-ya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. DTX-nın dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər forma-larına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur. Ölkədə sabitlik təmin olunduqdan sonra Milli Təhlükəsizlik Nazirliyində işlər öz məcrasına düşdükcə onun təşəkkülü ilə bağlı lazımi hüquqi sənədlər də imzalanırdı. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə fərman (1 fevral 1999-cu il), «Narkotik vasitələrin, psixotropmaddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (4 avqust 1999-cu il, 24 avqust 2002-ci il), «Terrorizmə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (30 avqust 1999-cu il), «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (11 noyabr 1999-cu il və 24 avqust 2002-ci il) və sair hüquqi sənəd-lərin qəbul edilməsi MTN-in fəaliyyətinin istiqamətlənməsində, hüquqi bazanın yaradılmasında əvəzsiz rol oynadı. Bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əli-yevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənəd-lərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir. Hazırda qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsiişinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da iştirak edib.
Hamısını oxu
Bakı. Trend: Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır. “Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir”, - deyə R.Mustafayev əlavə edib.
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib. Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.
Hamısını oxu
“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir: “Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir. Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını göstərir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi və dövlətçilik gücünü və qüdrətini misilsiz şəkildə artırdığı bir zamanda Azərbaycan dövlətinin əldə etdiyi böyük tarixi uğurları qəbul etmək istəməyən qüvvələrin sərgilədiyi xəyanətkar əməllərə qarşı cəmiyyət haqlı olaraq həssaslıqla təpki verir və bu yöndə qətiyyətli və barışmaz mövqe ortaya qoyur. Ramiz Mehdiyev və Əli Kərimli kimi fiqurlar ətrafında gedən müzakirələr, həmçinin bəzi müxalifət dairələri daxilindəki qeyri-şəffaf proseslər bir daha göstərir ki, ölkənin sabitliyini sarsıtmaq potensialı daşıyan istənilən davranış xalq tərəfindən birmənalı şəkildə rədd edilir və qətiyyətlə pislənilir. Azərbaycan özünün inkişaf və təhlükəsizlik strategiyasını heç bir köhnəlmiş siyasi oyuna, heç bir manipulyativ ritorikaya və heç bir xarici təsir cəhdinə güzəşt etməyən, sarsılmaz və prinsipial dövlətçilik iradəsi üzərində qurub. Azərbaycan bu gün regionda qüdrətini artıran, dünyada gedən siyasi və iqtisadi dalğalanmalar fonunda özünün sabit inkişafını təmin edən bir dövlətdir. Lakin məhz bu yüksəliş dövründə bəzi şəxslərin köhnə siyasi manipulyasiya üsullarına qayıtmaları, səhnəarxası koordinasiyalarla məşğul olmaları və məsuliyyətsiz siyasi davranış nümunələri sərgiləmələri cəmiyyətin haqlı narazılığına səbəb olur. Xalqın mövqeyi qəti və aydındır ki, Azərbaycanın siyasi taleyi köhnə oyunların meydanı ola bilməz! İctimai fikirdə “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin müxtəlif dövrlərdə siyasi proseslərə dolayı təsir göstərməsi ilə bağlı səslənən fikirlər, eləcə də onun Əli Kərimli ilə paralel görünən bəzi davranışları Azərbaycan cəmiyyətində narahatlıq yaradan məqamlardandır. Milli Şura layihəsinin fiaskosu isə bu narahatlığın təsadüfi olmadığını bir daha üzə çıxardı. Bu layihənin uğursuzluğu göstərdi ki, Azərbaycan cəmiyyətində köhnə siyasi fiqurların köhnəlmiş davranışlarına yer yoxdur. Əli Kərimlinin “Qafqaz baharı” kimi məsuliyyətsiz şüarları və bu şüarların arxasında duran populist ritorika isə haqlı olaraq siyasi proseslərə zərər vuran, reallıqdan uzaq və cəmiyyətin gözləntiləri ilə uyğunlaşmayan çıxışlar kimi qiymətləndirilir. Azərbaycanın mövqeyi, təhlükəsizlik mühiti və regiondakı rolu belə radikal çağırışlara, süni şəkildə qızışdırılan gərginliklərə yol verəcək qədər zəif deyil. İctimai diskussiyalarda o da xüsusi vurğulanır ki, Ramiz Mehdiyevin “ənənəvi müxalifət daim öndə olmalıdır” məzmunlu yanaşmaları müxalifətin yenilənməsini deyil, köhnə simaların və köhnə ideyaların qorunmasını təşviq edən xəttin tərkib hissəsi kimi görünür. Cəmiyyət artıq bu modellərin ölkəyə nə verdiyini, daha doğrusu, nə vermədiyini çox yaxşı bilir. AXCP-nin fəaliyyət istiqamətləri ilə bağlı ictimai müzakirələrdə səslənən suallar da diqqətdən yayınmır. Rusiyada yaşayan müəyyən dairələrlə əlaqələr və diaspor üzərindən siyasi təsir ehtimalları müxtəlif xarici mərkəzlərin regionda nüfuz savaşı apardığı bir vaxtda xüsusilə təhlükəlidir. Bu iddialar rəsmi təsdiqini tapmasa belə, bu yöndə müzakirələrin mövcudluğu özü göstərir ki, siyasi proseslər milli təhlükəsizlik prizmasından incəliklə qiymətləndirilməlidir. Siyasi arenada Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin səhnəarxası oyunlarının və onların şəxsi hesablaşmalarının dövlətçiliyə heç bir faydası yoxdur və ola da bilməz. Cəmiyyət bu cür köhnəlmiş siyasi taktikaların qalıqlarını çoxdan rədd edib. “Xəyanətin ifşası” kimi emosional ifadələrin ictimai müzakirələrdə yer alması da, hər nə qədər güclü emosional çalar daşısa da, xalqın bu cür davranışlara münasibətinin harada dayandığını kifayət qədər açıq göstərir. Qafqaz bölgəsinin bu gün son dərəcə həssas geosiyasi şəraitdə olduğu nəzərə alınanda, daxildə siyasi sabitliyi pozmaq potensialı daşıyan istənilən davranış, istər bilərəkdən olsun, istər bilməyərəkdən, dövlət üçün ciddi risk kimi qiymətləndirilir. Bu səbəbdən AXCP daxilindəki qeyri-şəffaf proseslərin təhlükəsizlik prizmasından araşdırılması tamamilə əsaslıdır və bu, dövlətin üzərinə düşən məsuliyyətin bir hissəsidir. Azərbaycan dövləti milli maraqlara qarşı yönəlmiş heç bir xətti, heç bir təmayülü, heç bir gizli siyasi oyunu qəbul etməyəcək qədər güclüdür. Dövlətin təhlükəsizlik doktrinası aydındır: heç bir köhnəlmiş siyasi ssenari, heç bir xarici təsirə uyğunlaşdırılmış proses və heç bir manipulyativ çağırış Azərbaycanın sabitlik xəttinə müdaxilə edə bilməz. Xalqın iradəsi də qəti və aydındır: Azərbaycan siyasi meydanı köhnə intriqaların, “boz kardinal” üslubunun, radikal çağırışların və köhnə müxalifət oyunlarının təsiri altında ola bilməz. Xalq nəzarət edir, dövlət tədbir görür və bu dövlətçilik birliyi qarşısında heç bir köhnə siyasi fiqur öz ambisiyalarını milli maraqlardan üstün tuta bilməz. Vasif Qafarov Milli Məclisin deputatı
Hamısını oxu
Azərbaycanın hüquq-mühafizə orqanının ehtiyatda olan polkovniki, yazıçı, hərbi jurnalist İlqar Quliyev vəfat edib. 69 yaşında Bakıda infarktdan dünyasını dəyişən polkovnik Göyçayda dəfn olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə polkovnik İlqar Quliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Polkovnik qeyd edib ki, İlqar Quliyev hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edib, hansı qurumda çalışmasından asılı olmayaraq, öz vəzifə borcunu layiqincə yerinə yetirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, İlqar Quliyevin işıqlı xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, onun zəngin irsi gənc nəsil üçün ilham mənbəyi olacaq. Məlumat üçün qeyd edək ki, polkovnik İlqar Quliyev bir çox məqalə və kitabların müəllifidir.
Hamısını oxu
Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi. Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı. Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı. Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi. İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi. Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi. Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir. Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi. Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir. Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir. Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq. s.e.f.d., dos. Murtəza Həsənoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsinin dekanı
Hamısını oxu