Ən son xəbərlər
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və həmin görüşün yekununda imzalanmış Birgə Bəyannamə İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğur Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsini təmin etməklə yanaşı, regional tərəqqi baxımından da böyük imkanlar açdı: “Prezident İlham Əliyevin səyi ilə imzalanan Vaşinqton Bəyannaməsi uzun müddətidi ki, Cənubi Qafqazda mövcud olan hərbi kataklizmlərə, münaqişə və qarşıdurmalara son qoydu. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə siyasi müstəvidə möhkəmləndi. Cənubi Qafqazda sülh və təhlükəsizlik de-fakto təmin edildi. Vaşinqtonda sülh mətninin paraflanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün də ciddi zəmin formalaşdırdı. Ermənistan konstitusiyasıdan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxaracağı təqdirdə, sülh müqaviləsinin imzalanması üçün heç bir ciddi problem qalmayacaq. Vaşinqton Bəyannaməsinin digər bir önəmi Cənubi Qafqazda iqtisadiyyat və sosial rifahın yüksəlməsi üçün yeni imkanlar açması ilə bağlıdır. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması regiona böyük miqdarda investisiyasının cəlb edilməsini, mövcud imkanlardan maksimum şəkildə istifadəni sitimullaşdırdı. Bu isə yalnız Azərbaycanın deyil, bütün regionun adına böyük uğurduyr. Bu misilsiz uğurun müəllifi isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Əminliklə demək olar ki, 8 Noyabr zəfəri kimi 8 avqust zəfəri də tarixin yaddaşında dövlətimizin böyük, təkrarsız nailiyyəti kimi daim yaşayacaq və hər zaman iftixar hissi ilə yad ediləcək”. Seymur ƏLİYEV
Hamısını oxu7 avqust 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzində “Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbridə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, dövlətin veteranlara olan diqqət və qayğısında bəhs edib, bu münasibətin hər kəsə örnək olduğunu bildirib: “Azərbaycanda dövlət tərəfindən veteranların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən veteranlara dövlət qayğısı siyasəti ilk növbədə onların sosial müdafiəsinin təmin olunmasını əhatə edir. Müvafiq qanunvericiliyə əsasən müharibə veteranları müəyyən sosial müavinətlərdən, güzəştlərdən və dövlət dəstəyi proqramlarından istifadə etmək hüququna malikdirlər”. Polkovnik Cəlil Xəlilov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, onların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə etdiyini vurğulayıb: “Dövlətin veteranlara göstərdiyi qayğının mühüm istiqamətlərindən biri də sanatoriya-kurort müalicəsi ilə təmin olunmalarıdır. Sevindiricidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, veteranların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə edir. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzi ilə yanaşı, “Buzovna” Fizioterapiya Mərkəzi, “Şıx” sanatoriyası, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzində yüzlərlə veteran müalicə alır və istirahət edir ki, bu da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlətimizin veteranlarla bağlı siyasətinə sadiqliyinin göstəricisidir”. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov dövlətimizin veteranlara olan qayğısının miqyas və önəmindən danışıb: “Azərbaycanda veteranların dövlət qayğısı ilə yüksək səviyyədə və hərtərəfli təmin edildiyi məlum həqiqətlərdən biridir. Prezident İlham Əliyevin vətən müdafiəçilərinə diqqətinin nümunəsi olan bu qayğı, veteranlarımızın sağlamlığının qorunmasında mühüm rol oynayır, onlar tərəfindən böyük məmnunluqla qarşılanır. Dövlətimizin veteranlara qayğı siyasətinin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışıb, bu istiqamətdə ciddi yeniliklərə imza atıb. Əminliklə bildirirəm ki, bundan sonra da bu məsələdə əlimizdən gələni əsirgəməyəcək, veteranlarımızın sağlamlığı və istirahəti üçün bütün imkanlarımızdan maksimum istifadə etməyə çalışacağıq”. Tədbirdə çıxış edən əmək veteranı Namiq Ağayev, “Günəşli” Sağlamlıq Mərkəzinin direktoru Vüqar Məhərrəmov, “Kurort” QSC-nin direktoru Çingiz Hacıyev də Prezident İlham Əliyevin şəhid ailələri və veteranlara olan qayğısından danışıb, dövlətimizin bu sahədə mühüm layihələr həyata keçirdiyi vurğulayıb. Tədbirin sonunda Respublika Həmkarlar İttifaqının “Günəşli” Sağlamlıq Mərkəzində müalicə alan bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarına qəbulla bağlı üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin B Ə Y A N A T I 30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb. Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır. Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər. Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Astara rayonun Pensər kənd sakini, 1925-ci ildə anadan olan, II Dünya müharibəsinin iştirakçısı Nəhmətov İzzət Məmmədsəfa oğlu 31 iyul 2026-cı ildə yaşadığı Pensər kəndində vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti İzzət Nəhmətovun vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxuBu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar günlə bağlı paylaşım edən Azərbaycanm Respublikasının Prezidenti İlham Əliyev dilimizin və müstəqilliyimizin önəminə diqqət çəkib: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”. Prezident İlham Əliyevin bu paylaşımı Azrbaycan dilinin on milyonlarla insanın həyatının ayrılmaz tərkib hissəsi olduğunu, ana dilimizin sərhədlərimizdən uzaqlarda da yaşadığını, öz mövcudluğunu qoruyub saxladığını göstərir. Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ana dilinə, bu dilin saflığının, təmizliyinin, zənginliyinin qorunub saxlanılmasına mühüm önəm verib, hər bir vətəndaşı dil faktoruna xüsusi həssaslıqla yanaşma səsləyib. Təsadüfi deyil ki, Ümummilli Lider ana dilini müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti adlandırıb, onu qorumağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Azərbaycan dili hər zaman xalqımızın mövcudluğunun, milli özünəməxsusluğumuzun ən böyük göstəricisi olub. Dilimiz minilliklər ərzində olduğu kimi bu gün də xalqımızın həyatında, onun mənəvi dəyərlər sistemində, mədəniyyətində mühüm rol oynayır. Ana dili bizi kənar mədəni təsir və təzyiqlərdən, qlobal kataklizmlərdən qoruyur, xalqımızın mənəvi-mədəni təhlükəsizliyini təmin edir. Bu mənada ana dilinin önəmini yalnız və yalnız ordumuzun önəmi ilə müqayisə edilə bilər. Ordumuz coğrafi, dilimiz milli-mənəvi toxunulmazlığımızın təminatçısıdır. Bu fakt dilimizin xalqımız, dövlətimiz üçün necə mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dilinin qoruyucusu isə müstəqil Azərbaycan dövlətidir. Məhz müstəqillik həm maddi, həm də mənəvi dəyərlərimizin keşikçisi qismində çıxış edir, bizə iqtisadiyyatımız, hərbimiz və s. ilə yanaşı, həm də dilimizi inkişaf etdirməyə imkan verir. Başqa sözlə desək, müstəqilliyimiz maddi-mənəvi diriliyimizin, çoxşaxəli yüksəliş və tərəqqimizin qarantı qismində çıxış edir. Elə buna görə də həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev müstəqilliyimizi xalqımızın ən ali sərvəti, ən böyük milli özünütəsdiqi adlandırıb. Bugünlərdə Almaniyada blogerlərdən birinin iddialarına cavab verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müstəqilliyimizin əvəzsizliyini diqqət çəkərək deyib: “Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyindən daha ali bir dəyər, daha ali bir məqsəd yoxdur və bundan sonra da olmayacaq. Odur ki, hər birimiz bu müstəqilliyin əbədi olması üçün əlimizdən gələni əsirgəməməli, öz işimiz, əməlimizlə bu böyük dəyərə kiçik də olsa töhfə vermək səadətinə nail olmağa çalışmalıyıq. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu, dövlətimizin veteranlara olan qayğıkeş münasibətinin təzahürüdür” Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Vətən müharibəsi iştirakçılarının təsərrüfatlarına baxış keçirilib, bu sahədəki mövcud yeniliklər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, veteranların özünəməşğulluq proqramına cəlb edilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib, buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb edilməsi veteranlarımızın məşğulluq probleminin həlli, onların sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin bu qayğısı veteranlarımıza sosial vəziyyətlərini yaxşılaşırmaqla yanaşı, həm də öz potensiallarını real müstəvidə dəyərləndirməyə, öz bizneslərini inkişaf etdirməyə, bu sahədə daha böyük uğurlar əldə etməyə imkan verir. Bu mənada Müharibə, Əmək vəı Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq müharibə veteranlarının özünüməşğulluq proqtramına cəlb edilməsini alqışlayır, bunu dövlətimizin veteranlara olan yüksək qayğı və diqqətinin bir təzahürü hesab edirik. İnanırıq ki, bundan sonra da müharibə veteranlarının özünüməşğulluq proqramlarına cəlb edilməsi diqqət mərkəzində saxlanılacaq, veteranlarımızın sosial rifahının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə ediləcək. Məlumat üçün qeyd edim ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi də veteranlara və şəhid ailələrinə böyük qayğı göstərir, onlarla bağlı hər bir məsələni xüsusi diqqət mərkəzində saxlayır. Biz19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirdik. Həmin konfrans ərəfəsində, eləcə də konfransdan sonra veteranlar və şəhid ailələri ilə etdiyimiz söhbətlər, keçiridyimiz görüşlər zamanı bu həqiqətə bir daha əmin olduq. Mən buna görə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə də təşəkkür edir, minnətdarlığımı bildirirəm”. Polkovnik Cəlil Xəlilov Laçında müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediaturun təşkilini də yüksək qiymətləndirib: “Müharibə veteranları və onların ailə üzvləri üçün özünəməşğulluq proqramı çərçivəsində yaradılmış keçik biznes sahələrinə mediaturların təşkili olduqca önəmlidir. Bu cür mediaturlar dövlətimizin müharibə veteranların məşğulluq probleminin həlli istiqamətində atdığı addımların effektivlyini göstərməklə yanaşı, həm də dövlət-vətəndaş münasibətlərindəki şəffaflığı təmin edir, yeni ideya və yaradıcı yanaşmaların meydana çıxması üçün əlverişli zəmin yaradır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə oxşar mediaturların digər rayonlarımızda da təşkili arzuedilən olardı”. Seymur ƏLİYEV
Hamısını oxu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub. Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər. Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar. Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.
Hamısını oxu
28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə Səfirliyin müşaviri cənab Vladimir Jezek və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi. Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi. Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın gələcəkdə ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.
Hamısını oxu
27 iyul 2026-cı il tarixində Təşkilatın inzibati binasında Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik hisslərinin və döyüş ruhunun yüksəldilməsində, ordu ilə xalqın mənəvi birliyinin daha da möhkəmləndirilməsində fəal iştirak etdiklərinə görə, həmçinin 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri adından bir qrup veteranımıza Fəxri Fərman, eləcə də respublikamızın veteran hərəkatında fəal işrirak etdiklərinə, ilin 6 aylıq hesabat dövründə fərqləndiklərinə görə Təşkilatımızın üzvlərinə sədr adından Fəxri Fərman, yeni üzlərə isə üzvlük vəsiqələri təqdim edilmişdir.
Hamısını oxu
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə "Yeni Azərbaycan Partiyası – müstəqil Azərbaycanın inkişafının və gələcəyinin siyasi təminatçısıdır" mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə ilk olaraq çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən 33 il ərzində xalqın etimadını doğruldaraq ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib, Azərbaycanın inkişafına, sabitliyinə və milli həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfələr verib. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, Vətən müharibəsində əldə olunan tarixi Qələbə, dövlət suverenliyinin tam bərpası və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bu siyasətin parlaq nəticəsidir. Məmməd Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının ideoloji məktəbi dövlətə sədaqət, xalqa xidmət və yüksək məsuliyyət prinsiplərini formalaşdıran mühüm siyasi məktəbdir və YAP Tovuz rayon təşkilatının bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin yerlərdə uğurla icrasına layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Daha sonra məruzə ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ağır sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılaraq qısa müddətdə ümumxalq partiyasına çevrilib və ölkədə sabitliyin, inkişafın, milli birliyin əsas siyasi təminatçısı olub. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Natiq partiyanın VII Qurultayının təşkilati baxımdan yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayaraq, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdə, eləcə də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi layihələrin ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və vətəndaşların rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Nihad Pənahov həmçinin bildirib ki, YAP Tovuz rayon təşkilatı ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək partiya quruculuğu, gənclərlə iş, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, eləcə də dövlətçilik ideyalarının təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü və rayon təşkilatının təsisçilərindən biri Məzahir Bayramov çıxışında YAP Tovuz rayon təşkilatının yaradılması tarixindən bəhs edərək bildirib ki, rayon təşkilatının təsis olunması Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq insanların ətrafında birləşməsinin məntiqi nəticəsi olub. O vurğulayıb ki, ötən 33 il ərzində rayon təşkilatı dövlət siyasətinin yerlərdə uğurla həyata keçirilməsinə, partiya sıralarının genişlənməsinə, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr verib. Tədbirdə həmçinin partiya veteranı Qasım Hüseynov, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin direktoru, ərazi partiya təşkilatının sədri Nigar Səfxanova, Tovuz şəhəri A.S. Puşkin adına tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Adil Əsgərov, eləcə də gənc partiya üzvü, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Vətəndaş müraciətləri və iş şöbəsinin baş mütəxəssisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Məhəmməd Abbasəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlərdən, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, dövlət suverenliyinin tam bərpasından, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs ediblər. Çıxışlarda, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, qadınların ictimai-siyasi həyatda fəal iştirakının, təhsilin inkişafının və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğu qeyd edilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən fəaliyyəti ilə ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinə bundan sonra da mühüm töhfələr verməyə davam edəcəkdir. Tədbirin sonunda yubiley yaşları münasibətilə partiya veteranları Cəfərov Nadir Heydər oğluna (90 illik), Vəliyev Nizami Aslan oğluna (70 illik), antiterror əməliyyatları şəhidi Niftalı Orucovun anası Eynalova Təlxanım Abbas qızına (65 illik) və partiya fəalı Şirinova Günəş İzzət qızına (50 illik) Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri, rayon təşkilatında könüllülük fəaliyyəti göstərmiş gənclərə isə sertifikatlar təqdim olunub. Həmçinin YAP Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Hamısını oxu
Hörmətli Eldar müəllim! Sizi 75 illik yubileyiniz münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin ömür yolunuz Vətənə və xalqa sədaqətli xidmətin, dövlətçilik prinsiplərinə bağlılığın, yüksək ziyalılığın və fədakar əməyin parlaq nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi, elm-təhsil və iqtisadi həyatında göstərdiyiniz səmərəli fəaliyyət, Azərbaycan kooperasiya sisteminin inkişafına verdiyiniz mühüm töhfələr, iqtisad elminin inkişafı istiqamətində apardığınız fundamental tədqiqatlar və gənc nəslin yetişdirilməsi sahəsində gördüyünüz işlər Sizi cəmiyyətimizin böyük hörmət və rəğbət qazanan ziyalılarından birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev şərəfli əməyinizə yüksək qiymət verərək Sizi dəfələrlə dövlət mükafatları ilə təltif etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin uzun illər deputatı kimi dövlətimizin qanunvericilik fəaliyyətində, ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən mühüm qərarların qəbulunda fəal iştirakınız, beynəlxalq parlament platformalarında Azərbaycanın maraqlarını layiqincə təmsil etməyiniz yüksək dövlətçilik məsuliyyətinizin bariz ifadəsidir. Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətimizdə həmrəylik və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz ardıcıl işlər də xüsusi ehtiramla qarşılanır. Sizin fəaliyyətiniz Təşkilatımız tərəfindən daim yüksək qiymətləndirilir. Veteranlarla səmimi münasibətləriniz, onların təşəbbüslərinə verdiyiniz dəstək və milli maraqlar naminə göstərdiyiniz həmrəylik təşkilatımızın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, zəngin həyat və idarəçilik təcrübəniz, yüksək intellektiniz və vətənpərvər mövqeyiniz bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətimizin tərəqqisinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfələr verməyə davam edəcəksiniz. Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizə xoşbəxtlik, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy həyat yolunuz daim uğur, ehtiram və xalqımızın sonsuz məhəbbəti ilə müşayiət olunsun. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Redaktor.az xəbər portalının təsisçisi və redaksiya heyəti ilə görüş keçirib. Səmimi şəraitdə baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlıq imkanları, gələcək birgə layihələr və media ilə əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində çay süfrəsi arxasında söhbət davam etdirilib. Sonda polkovnik Cəlil Xəlilov Redaktor.az-ın bir qrup əməkdaşını media sahəsindəki səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif edib. Aytəkin TOFİQQIZI
Hamısını oxu