Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 2 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev şəhid Ramil Musayevin ailəsini ziyarət ediblər. Azərbaycan dövlətinin şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirən polkovnik Cəlil Xəilov, bu yanaşmanın cəmiyyətin hər bir fərdi üçün nümunə olduğunu bildirib. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının taleyində və dövlətçilik tariximizdə yeni bir səhifə açdığını vurğulayan Təşkilat sədri, bu tarixi uğura məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində nail olduğumuzu deyib. Görüş zamanı şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Şəhid anası gəlişinə görə polkovnik Cəlil Xəlilov və polkovnik Xaqani Fərzəliyevə təşəkkür edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Seymur ƏLİYEV
Hamısını oxu
“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfətri və Prezident İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanat bir daha sübut etdi ki, Avropa İttifaqı ölkəmizi Cənubi Qafqazda sülhün memarı kimi tanıyır və dövlətimizin sülh səylərini yüksək qiymətləndirir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan 8 Noyabr zəfəri ilə regionda sülh üçün etibarlı zəmin formalaşdırıb və bu gün də bölgədə sabitliyin əsas təminatçısı qismində çıxış edir: “Hər kəsə məlum olduğu kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər Cənubi Qafqaz regionunda yeni hərbi-siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Belə ki, erməni faşizmi 8 Noyabr zəfəri ilə darmadağın edildi ki, bu da Cənubi Qafqazda dinclik və sabitlik üçün əsaslı zəmin yaratdı. Post-müharibə dönəmində rəsmi Bakının yürütdüyü siyasət, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda ABŞ prezidentinin də iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması imkan verdi ki, Cənubi Qafqaz sülhə doğru yeni, prinsipial bir addım atmış olsun. Bu gün Prezident İlham Əliyevin də bildirdiyi kimi, regionda de-fakto sülh mövcuddur. Məhz bu səbəbdən də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevi təbrik etdi, bunu son on illiklərin “ən mühüm hadisəsi” kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın səyi ilə əldə edilən bu sülh ortaq rifah üçün yeni imkanlar açır. Bundan başqa, Avropa Komissiyasının Prezidenti bəyan etdi ki, Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir və sülhü gücləndirməkdə maraqlıdır. Bu, bir daha Avropa İttifaqının Azərbaycanın prinsipial mövqeyi, fədakarlığı ilə ərsəyə gələn sülhə verdiyi önəmi göstərir. İnanıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji xarakter alan əməkdaşlıq Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək, region xalqlarının rifahını yüksəldəcək, inkişaf və tərəqqi üçün yeni imkanlar yaradacaq”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 1 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qəbələdə 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı şəhid olan mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib. Şəhidlərin xalqımızın əbədi qürur və iftixar mənbəyi olduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların işıqlı xatirəsinin heç zaman unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. Görüş zamanı şəhid övladlarına hədiyyələr təqdim olunub, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi yardım göstərilib. Şəhid ailəsinin üzvləri gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, həssas kateqoriyadan olan vətəndaşlara göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şahmurad Abbasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətinin rəhbəri Seymur Əliyev də iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1 iyul 2026-cı il tarixində Qəbələ rayonuna səfər edib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ Rayon Şöbəsində veteranlarla görüşüb. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, rayon ağsaqqalları, müharibə və əmək veteranları iştirak edib. Görüşdə Azərbaycan dövlətinin veteran və şəhid ailələrinə olan qayğısından bəhs edən polkovnik Cəlil Xəlilov, Qəbələdə yerli icra orqanlarının da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını bildirib, buna görə rayon rəhbərliyinə təşəkkür edib. Tədbir əsnasında əmək veteranı Məzahir Şabanov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qəbələ Rayon Şöbəsinin sədri seçilib. Yeni sədrə fəaliyyətində uğurlar arzulayan polkovnik Cəlil Xəlilov, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib, respublikamızın inkişafı və tərəqqisi naminə veteranların bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədovla görüşüb. Görüş zamanı Veteranlar Təşkilatının Quba Rayon Şöbəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Pərviz Nurməmmədova təşəkkür edən Ruslan Bədirov, təhsil sektorunun müdirini Fəxri Fərmanla təltif edib. Təltifə görə Ruslan Bədirova təşəkkürünü bildirən Pərviz Nurməmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV
Hamısını oxu
“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV
Hamısını oxuPrezident İlham Əliyevin sosial media hesablarında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı paylaşım edilib. Veteran.gov.az həmin paylaşımı təqdim edir:
Hamısını oxu
Zərifə Quliyeva: “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir” “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən ərazilərdə keçirilən hərbi yürüş Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən xəbər verir: “Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji nəticələri göz önündədir. Bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızda – Şuşada, Laçında, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Ali Baş Komandanımızın qətiyyətindən, 8 Noyabr zəfərinin əzəmətindən xəbər verir. Silahlı Qüvvələr Günü ilə bağlı ölkəmizin hər bir yerində müxtəlif tədbirlər, bayram şənlikləri keçirilməkdədir ki, bu da xalqın ordu ilə, Müzəffər Ali Baş Komandanla birliyinin, həmrəyliyinin göstəricisidir. Bu fakt bir daha onu sübut edir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz Prezidenti, Silahlı Qüvvələri ilə bir yerdədir və hər zaman da bir yerdə olacaq. Mən 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla, bütün Silahlı Qüvvələrimizi təbrik edir, hər bir hərbçimizə həm şəxsi həyatında, həm də xidməti fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün, təhlükəsizilyin qarantı olmaqda davam edəcək, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün əbədi qürur mənbəyi olaraq qalacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
24 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub. Tədbirdə müxtəlif kateqoriyadan olan veteranlar, Müdafiə Nazirliyinin nümayəndələri, Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, gənclər və s. iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin əhəmiyyətindən danışıb, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında ordumuzun üzərinə düşən şərəfli missiyadan söz açıb: “Öncə hər kəsi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, ordumuza, onun hər bir nümayəndəsinə xidməti fəaliyyətində uğurlar arzulayıram. Hörmətli tədbir iştirakçıları, bu gün müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın milli birliyinin və ordumuzun yenilməz döyüş ruhunun təcəssümü olan Silahlı Qüvvələr Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində formalaşmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yüksək peşəkarlığa, möhkəm nizam - intizama və müasir hərbi texnologiyalara əsaslanan güclü hərbi qüvvə kimi formalaşmışdır. Ordumuzun şəxsi heyəti vətənpərvərlik ruhu, döyüş hazırlığı və yüksək mənəvi dəyərləri ilə seçilir. Şanlı Ordumuz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuş şərəfli bir tarix yazmışdır. Bu əlamətdar gündə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və bütün hərbi qulluqçularımıza minnətdarlığımızı bildiririk. Təşkilatımıza üzvlüyə qəbul olunanlar, sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, siz veteran təcrübəsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli həmrəyliyin gücləndirilməsinə töhfə verəcəksiniz”. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub, təşkilatın inzibati binasında səliqə-səhmanın qorunmasında, abadlıq işlərinin aparılmasında bizə dəstək verdiklərinə görə Nərimanov rayon Mənzil kommunal təsərrüfat birliyinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunublar. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri Vladimir Timoşenko, İmran Əbilov, o cümlədən, 44 günlük Vətən müharibəsi veteranı Ramin Şirinov Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV
Hamısını oxuNə müharibə vaxtında, nə də sülh dövründə... Qarşıdan 26 iyun – Silahlı Qüvvələr Günü gəlir. Düz 6 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi altında vətən torpaqlarının azadlığı mübarizəsinə qalxan və erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edən Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü geniş şəkildə qeyd olunacaq. Ordumuzun Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünü qorunmasındakı rolu hər kəsə məlumdur və bunun ən bariz nümunəsi 2020-ci ilin Vətən müharibəsi, bu müharibə nəticəsində qazanılan şanlı 8 Noyabr zəfəridir. Hərb tariximizə qızıl hərflərlə həkk olunan bu qələbə nəhəng hərbi-siyasi lider, böyük strateq İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşdı və bütün dünyada ciddi əks-səda doğurdu. Bəli, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, bütün regionda yeni status-kvo formalaşdırdı. Eyni zamanda, həm 44 günlük Vətən müharibəsində aldığı qərarlar, həm də post-müharibə dövründə atdığı addımlar onun bir lider kimi bir çox bənzərsiz xüsusiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin müharibə zamanı verdiyi hər bir açıqlama, səsləndirdiyi hər bir fikir, qəbul etdiyi hər bir qərar sübut etdi ki, o, bütün qəlbi, ruhu ilə öz hərbçilərinin yanındadır və müharibənin hər bir ağırlığını, hər bir mərhələsini onlarla birlikdə yaşayır. Ali Baş Komandanın düşmən işğalından azad edilən hər bir yaşayış yeri ilə bağlı məlumatları xalqa şəxsən çatdırması, hər bir şəhid və qazi ailəsi ilə həmrəylik sərgiləməsi, ön xəttə mütəmadi səfərlər edərək hərbçilərlə görüşməsi onun öz ordusu, əsgər və zabitləri ilə eyni duyğuları, eyni düşüncə və həssasiyyəti daşıdığını göstərdi. O, 44 günlük müharibənin heç bir mərhələsində əsgər və zabitlərini bir an belə olsun tək qoymadı. Ali Baş Komandanı post-müharibə dönəmində də öz hərbçilərini yaddan çıxarmadı. Müharibədə yaralanan, travma alan hər bir hərbçinin müalicəsi üçün ölkənin bütün imkanlarıdnan maksimum istifadə edən Ali Baş Komandan, yüzlərlə hərbçimizin xaricdə müalicə olunmasını təmin etdi. Onlar həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından uzaqlarda reabilitasiya mərkəzlərində uzunmüddətli bərpa prosesi keçdi. Şəhid ailələri, müharibə əlillərinin mənzil və çoxsaylı sosial xidmətlərlə təmin olundu. Prezident İlham Əliyev kadr seçimi zamanı da müharibədə can qoyanları unutmadı. Vəzifə təyinatları zamanı öncə qazi və şəhid ailəsi faktoru nəzərə alındı. İstər yüksək dövlət vəzifələri, istərsə də kiçik məmur postlarına daha çox Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak edən şəxslərin təynatına daha çox üstünlük verildi. Əslində, Prezident İlham Əliyev qazi və şəhid ailələri ilə bağlı bu siyasətin praktikada tətbiqinə 44 günlük Vətən müharibəsindən xeyli öncə başlamışdı. Nümunə üçün qeyd edək ki, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 20 iyun 2019-cu ildə - Vətən müharibəsindən bir il öncə təyin olundu. Bu məsələdə Əli Nağıyevin peşəkar çekist kimi zəngin təcrübəsi ilə yanaşı, onun Birinci Qarabağ müharibəsində aktiv iştirakı, düşmənə qarşı diversiya əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlar da mühüm rol oynadı. Nəticədə, uzun illər xüsusi xidmət orqanlarında yüksək vəzifələr tutan Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirildi ki, o, sonrakı fəaliyyətində, eləcə də 44 günlük Vətən müharibəsində bu vəzifəyə layiqliyini sübut etdi. Vətən müharibəsi dönəmində Ermənistan və ona himayədarlıq edən qüvvələrin ölkəmiz daxilində hər hansı təxribata yol verməsinə imkan verməyən Dövlət Təhlükəsizliyi Xidməti Prezident İlham Əliyevin himayəsi, general Əli Nağıyevin rəhbərliyi altında çoxsaylı uğurlara imza atdı. 44 günlük Vətən müharibəsindən sonra bütün dövlət platformalarında şəhid ailə üzvləri və müharibə veteranlarının rəhbər vəzifələrə təyinatına daha çox diqqət ayrıldı. Nazirliklərdən, icra hakimiyyəti orqanlarından, orta məktəb və xəstəxanalardan tutmuş digər dövlət obyektlərinə qədər bütün qurumlarda məlum kateqoriyadan olan vətəndaşlarımıza xüsusi etimad göstərildi. Vətən müahribəsində xüsusi qəhrəmanlıq göstərən, ordu ilə yanaşı, bütün xalqın sevimlisinə çevrilən general-polkovnik Hikmət Mirzəyevin Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli sərəncmı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilməsi buna sübutdur. Və hər bu cür addım, şəhid ailələri və veteranlarla bağlı hər bir xüsusi yanaşma yenə böyük bir həqiqəti yada salır: İham Əliyev müharibədə can qoyanları heç vaxt tək qoymadı. Nə müharibə, nə də sülh dövründə... O, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi hər bir qayğı ilə sübut etdi ki, onun qəlbi hər zaman vətən müdafiəçiləri ilə bir yerdədir və hər zaman da belə olacaq... Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir:
Hamısını oxu