Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Xankəndi: Zəfərin Rəmzi, Birliyin Məkanı
Xankəndi: Zəfərin Rəmzi, Birliyin Məkanı

2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri tarixə yeni bir səhifə yazır. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər ordumuzun qəhrəmanlığının nəticəsidir. Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq, bu mühüm hadisəni dərin qürur və yüksək dəyərlə qarşılayırıq.Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksək səviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Və biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır.İƏT Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunduğunun bariz göstəricisidir. Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil olunan Gənclər Forumu, Laçında baş tutmuş Qadınlar Forumu kimi tədbirlər, indi isə Xankəndidə keçiriləcək yüksək səviyyəli Zirvə görüşü Azərbaycanın azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin beynəlxalq platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi biz veteranların da qürur mənbəyidir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın İƏT daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində İƏT ölkələri tərəfindən daim yüksək dəyərləndirilmişdir. Qarabağda aparılan bərpa və quruculuq işlərinə İƏT üzvü olan qardaş ölkələrin  Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq biz inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan bayrağımızın kölgəsində keçiriləcək bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Və bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşidəcək! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin harmoniya təşkil etdiyi şəhər – Ordubad!
Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin harmoniya təşkil etdiyi şəhər – Ordubad!

Dünyada elə şəhərlər var ki, onlar öz ruhu, təbiəti, tarixi, mədəniyyəti, sakinləri ilə klassik şəhər anlayışına sığmır, bu anlayışın fövqündə, əlahiddə bir ucalıqda qərar tutur. Bu cür şəhərlərlə elə ilk tanışlıq onu həmin adama doğmalaşdırır, insanda bu şəhər haqqında saf, gözəl, sevgi dolu duyğular oyadır. Öz ecazkarlığı, əsrarəngizliyi ilə insanı ovsunlayan, onun qəlbində özünə əbədi yer edən belə şəhərlərdən biri də  Ordubaddır. Ulu öndər Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin bir-birini tamamladığı, harmoniya təşkil etdiyi qədim Ordubad! May günəşinin qızıl şəfəqləri altında tarixi şəhərlə görüş... 19 may 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvanda  “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda keçirilən konfransından sonra bir neçə saatlıq zaman fasiləsindən istifadə edərək Ordubada səfər etməyə qərar verdik. Maşınımız Naxçıvandan Ordubada gedən yolla yüksəkliyə doğru qanadlandıqca dəyişən təbiət mənzərələrini heyranlıqla seyr edir, heç bir epizodu nəzərdən qaçırmamağa çalışırdıq. Şəhərə doğru yaxınlaşdıqca yaşıllıqların sayı sürətlə artır, pak, təmiz hava  insanın ciyərləri ilə yanaşı, ruhuna da süzülürdü. Dağların qoynunda yerləşən və üzü ucsuz-bucaqsız düzənliklərə açılan şəhər bizi uzaqdan xüsusi bir doğmalıqla salamlayır, öz müdrik görünüşü ilə sanki hər şeyi gördüyünü, hər bir qonağın gəlişindən və niyyətindən xəbərdar olduğunu diqqətə çatdırırdı. Ordubad Şəhidlər Xiyabanından müstəqillik tariximizə baxış Ordubadda ziyarət etdiyimiz ilk məkan Şəhidlər Xiyabanı oldu. Şəhidlər Xiyabanınındakı təmizlik və yaşıllıq Ordubad sakinlərinin, eləcə də şəhər rəhbərliyinin qəhrəmanların uyuduğu bu məkana olan ehtiramından, sevgi və həssaslığından xəbər verirdi. Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, Vətən müharibəsində və anti-terror əməliyyatında həlak olan şəhidlərin məzarı yer almışdı ki, bu da cəsur Ordubadın doğma Azərbaycanın müdafiəsi naminə göstərdiyi fədakarlıqdan, verdiyi böyük qurbanlardan xəbər verirdi. Soyuq mərmərdən insanın qəlbinə nüfuz edən isti baxışlar adamı istər-istəməz xalqımızın mütəqillik dövrünə nəzər salmağa, müharibə və mübarizələrlə zəngin yaxın tariximizə boylanmağa vadar edir. Müstəqilliyimizin ilk illərindən etibarən blokada şəraitində erməni faşizminə qarşı mübarizə aparan, sadəcə hərbi deyil, iqtisadi baxımdan da böyük çətinlikləri dəf etməyə məcbur qalan fədakar ordubadlıların qəhrəmanlığı insanda qeyri-iradə rəğbət hissi oyadır. Bu mənada Şəhidlər Xiyabanı açıq səma altında tarix muzeyi təsiri bağışlayır, vətənin azadlığı və müstəqilliyi uğrunda aparılan amansız mübarizələri, ölüm-dirim savaşlarını yada salır. Çinarlar və qızılgüllər şəhəri... Ordubadda diqqəti cəlb edən əsas məqamlardan biri də küçə və parklarda çinar və qızılgüllərin hədsiz çoxluğudur. Bu mənada Ordubadı çinarlar və qızılgüllər şəhəri də adlandırmaq olar. Ordubad tarixən meyvə ağacları ilə məşhur olsa da, buradakı çinarların əzəməti, qızılgüllərin rəngarəngliyi və ətri bu qədim şəhərə qeyri-adi gözəllik bəxş edir. Şəhərdəki yaşıllıq sakinlərin təbiətə olan münasibətindən, sevgi və qayğısından xəbər verir. Dünyamızda ekoloji problemlərin kəskinləşdiyi, yaşıllıqların önəminin artdığı bir zamanda Ordubad ekoloji baxımdan təmiz “yaşıl ada”nı xatırladır. Burada hər şey təbiətin ilkinliyindən, saflığından, insan-təbiət arasındakı münasibətlərin duyarlılığından xəbər verir. Şəhər və onun ətrafındakı bəzi çinarlar ilə sadəcə öz görünüşü ilə deyil, həm də yaşı ilə insanda maraq oyadır. Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, şəhər və onun ətrafında yaşı 500 və daha çox olan qədim çinarlar mövcuddur ki, onların hər biri uzaq tarixin canlı yadigarı sayıla bilər. Onu da qeyd edək ki, bu qədim çinarların bəzisinin gövdəsi içərisinə bir neçə nəfəri sığdıra biləcək qədər böyükdür. Hansı ki, belə çinarların gövdəsində keçirdiyi bir neçə saniyəlik zaman belə insana ən böyük, ən qədim, ən etibarlı evinin məhz təbiət olduğu gerçəyini yada salır. İnsan bu cür çinarların kölgəsi və sərinliyi altında təbiəti qorumağın nə qədər vacib və əhəmiyyətli olduğunu bütün ruhu ilə hiss edir. “Dünyanın borclu olduğu adam”la görüş... Ordubada səfər çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri böyük alim Yusif Məmmədəliyevin ev muzeyi oldu.   İkimərtəbəli muzeyin ikinci mərtəbəsində ekspozisiya zalı yerləşir ki, burada minlərlə eksponat qorunub saxlanılır. Bu eksponatlar sayəsində sadəcə Yusif Məmmədəliyevin həyat və fəaliyyət yolunu deyil, İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının faşizmə qarşı mübarizə tarixini izləmək, eləcə də o dövrdəki elmi-mədəni mühiti öyrənmək mümkündür. Ev muzeyinin direktoru  Elvira İbrahimovanın sözlərindən məlum olur ki, 1975-ci ildən fəaliyyət göstərən və 2005-ci ildə restavrasiya olunan ev muzeyinə maraq kifayət qədər böyükdür. Bunu ev muzeyini ziyarət edən qonaqların sayı da sübut edir. Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edənlər araında xeyli sayda əcnəbiyə də rast gəlmək mümkündür ki, bu da böyük alimin dünya miqyasındakı şöhrətindən, beynəlxalq aləmdə ona olan maraqdan xəbər verir. Heç şübhəsiz, Yusif Məmmədəliyevin bəşəriyyət qarşısındakı ən böyük xidməti onun İkinci Dünya müharibəsi zamanı yüksək oktanlı aviasiya benzinini kəşf etməsidir. Məhz bu icadı ilə Yusif Məmmədəliyev SSRİ-yə faşist ordusu qarşısında ciddi texniki üstünlük qazandırmış, qələbəyə böyük töhfə vermişdir. Müharibə zamanı Yusif Məmmədəliyev “Molotov kokteyli” digər partlayıcıların yeni tərkibdə işlənib hazırlanmasını da təmin etmiş, onun elmi kəşfləri bu sahədə əsl inqilab yaratmışdır. Yusif Məmmədəliyevin ev muzeyi ilə tanışlıq əsnasında bunu da öyrəndik ki, böyük alimin kəşfləri insanların sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına da ciddi təkan verib. Belə ki, görkəmli alim süni kauçukun yeni alınma üsulunu işləyib hazırlamış və onun hazırladığı bu üsul Fransa və digər dövlətlərdə hazırlanan süni kauçukdan daha ucuz və daha keyfiyyətli məhsul əldə etməyə imkan vermişdir. Etil spirti, süni liflər və digər məhsulların da yenidən və effektiv şəkildə işlənməsi Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk kimyaçı akademiki olan Yusif Məmmədəliyevin ev muzeyinin həyətindəki “qızılgül dənizi” də füsunkar gözəlliyi ilə diqqət çəkir, insanı real dünyadan xəyallar aləminə aparır. Ziyarət əsnasında məşhur alimin ev muzeyinin yaxınlığındakı əzəmətli büstünə də baş çəkməyi özümüzə borc bilir, onun böyüklüyü önündə baş əyirik... Ordubad Tarix Diyarşünaslıq Muzeyində tarixə yolçuluq... Ordubada səfər zamanı üz tutduğumuz məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyi oldu. Muzeydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə fəaliyyət göstərir. Hansı ki, həmin guşənin yanında Ulu öndərin Ordubadla bağlı səsləndirdiyi tarixi sözlər yer alır: “Ordubad Azərbaycanın incisidir”. Muzeyin içərilərinə doğru addımladıqca Azərbaycan xalqının zəngin tarixi və mədəniyyətindən xəbər verən çoxsaylı eksponatlar, maddi-mdəniyyət nümunələri sürətlə bir-birini əvəz edir. Burada antik toxuculuq alətlərindən tutmuş çini qablara, müxtəlif sənətkarlıq məhsullarına, eləcə də xalçaçılıq nümunələrinə rast gəlmək mümkündür. Üzərində qədim yazılar olan daş kitabələr də Ordubad Tarix Diyarşünaslıq Muzeyinin zəngin eksponatları sırasına daxildir. Muzeydə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərlə bağlı da ayrıca guşə fəaliyət göstərir ki, burada şəhidlərin şəkli və onlar haqqında məlumatla tanış olmaq mümkündür. Muzey daxilində şəhidlərimizlə bağlı guşənin yaradılması sadəcə Tarix Diyarşünaslıq Muzeyinin deyil, bütövlükdə Ordubad insanının, həmçinin, rayon rəhbərliyinin öz şəhidinə olan sevgi və ehtiram dolu münasibətindən xəbər verir. Dırnıs – “Ordubadın İsveçrəsi”  Ordubad rayonunun özü kimi onun kəndləri də həm qeyri-adi təbiət mənzərələri, həm də burada yaradılan müasir istirahət mərkəzləri ilə diqqət çəkir. Öz tarixi-mədəni keçmişi ilə yanaşı, həm də zəngin təbiəti ilə diqqət çəkən belə kəndlərdən biri də Dırnısdır. Dırnısda təbiət gözəllikləri ilə insan əməyi tam bir vəhdət təşkil edir ki, bu da həmin kəndi bura qonaq gələn hər kəs üçün vazkeçilməz edir. “Səmanın qoynundakı yaşıl cənnət” təəssüratı yaradan Dırnısda bəzən cəmi bir neçə saat içində təbiətin bütün rəngarəngliyini yaşamaq mümkündür. Parlaq günəş şüalarının qısa zamanda qara buludlar və gur yağışla əvəzlənməsi, bahar təravətli dəqiqələrin anidən payıza məxsus tutqun və nisgilli hava ilə əvəzlənməsi Dırnısa xas özünəməxsus xüsusiyyətlərdən biridir. Burada müasir tələblərə cavab verən ictimai iaşə müəssisələri, istirahər mərkəzləri və s. var ki, bu da Dırnısa turist axınını stimullaşdıran əsas amillərdən biridir. Təsadüfi deyil ki, bu kənd sadəcə Ordubadın deyil, bütün Naxçıvan diyarının İsveçrəsi hesab edilir ki, bu da ilk növbədə onun misilsiz təbiəti ilə bağlıdır. Dırnısda inşa edilən süni göl və digər su hövzələrində farel balıqlarına, eləcə də təbiətin digər nadir nümunələrinə rast gəlmək, onları yaxından izləmək mümkündür. “Cənnətdən bir parça torpaq” təsiri bağışlayan bu kənddə qonaq olmaq nə qədər xoşdursa, ondan ayrılmaq bir o qədər çətindir. Və biz də beləcə - Dırnısı görməyin sevinci və ondan ayrılmağın əzabı içərisində vətənimizin bu gözəl guşəsi ilə çətinliklə vidalaşırır və deyirik: “Yenidən görüşənə qədər!” Seymur ƏLİYEV  

Hamısını oxu
Qərbi Azərbaycanın igid oğlu: Nəbi Nuriyev Balı oğlu
Qərbi Azərbaycanın igid oğlu: Nəbi Nuriyev Balı oğlu

Elə anlar var ki, insanı sınağa çəkir, elə anlar da var ki, insan özü tarixə çevrilir. Nəbi Nuriyev Balı oğlu da elə bu tarixə çevrilən ömürlərdən biri idi. O, təkcə əsgər kimi yox, müəllim kimi, vətəndaş kimi, yurd həsrəti ilə yoğrulmuş bir xalqın siması kimi yaddaşlara həkk olunan bir şəxsiyyətdir. 1922-ci ildə Qərbi Azərbaycanın qədim, xatirələrlə dolu Örs kəndində dünyaya göz açmışdı. O kənd ki, onun hər daşında bir tarix, hər səsində bir nəğmə yaşayır. O torpaqlar təkcə bir coğrafi məkana deyil, minilliklərin daşıdığı türk ruhuna, Azərbaycan mədəniyyətinə şahidlik edən müqəddəs yurda çevrilmişdi. Ancaq bu torpaqlar eyni zamanda göz yaşı, sürgün, yurd nisgili ilə də yoğrulmuşdur. Nəbi müəllimin ömrü həmin ağrıların aynası idi. O, doğulduğu yurdun daşına, torpağına, havasına könül vermişdi. Amma tarix zalım olanda yurd da yarım qalır, yuxular da. O da minlərlə həmsoydaşı kimi köçkünlüyün acısını yaşadı. Doğma Örs kəndinə qayıtmaq ümidi ilə yaşasa da, bu arzu elə onunla birgə əbədiyyətə qarışdı. Amma Nəbi Nuriyev təkcə bir yurd həsrətlisi deyildi, o, həm də qəhrəman idi. 1940-cı ildə hərbi xidmətə çağrıldı. Böyük Vətən Müharibəsi başlayanda Vətənin səsinə ilk hay verənlərdən oldu. Səngərlərdə, cəbhə xəttində, qanın, barıtın, odun içində mərdliklə döyüşdü. 130-cu atıcı alayın tərkibində döyüşlərə qatıldı, bölmə komandiri rütbəsinə qədər yüksəldi. Təkcə Avropanın qanlı səhnələrində yox, uzaq Yaponiyada Vadlin şəhərinədək uzanan döyüş yolunda da qəhrəmanlıqlar göstərdi. Kvantun ordusunun təslim olmasında iştirak etdi.  Bu, bir ömrün yazdığı fəxarət səhifələrindən idi. Göstərdiyi igidliyə görə Nəbi müəllim bir çox orden və medallarla təltif olundu: II dərəcəli "Vətən Müharibəsi" ordeni, Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları, SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeni və ən nəhayət, Heydər Əliyevin sərəncamı ilə təqdim edilən “1941–1945-ci illər müharibəsi veteranı” nişanı. Bütün bu təltiflər onu yalnız əsgər kimi yox, həm də milli yaddaşda yaşayan bir obraz kimi yerini təsdiqlədi. Müharibə bitdi, mədəni mübarizə isə davam edirdi. Nəbi müəllim 1993-cü ilə qədər Azərbaycan ordusunda çalışdı. Bu illərdə o, yalnız silahla yox, ağlı, biliklə, təcrübə ilə, vətən sevgisi ilə mübarizə apardı. Müəllim oldu, tərbiyəçi oldu, yol göstərən oldu. Çünki o bilirdi: əsl qələbə yalnız cəbhədə deyil, həm də ruhda, şüurda, gənc nəsildə qazanılır. O, heç vaxt boyun əymədi. Nə sürgünə, nə ağrıya, nə zamanın sərt üzünə. Daxilində daşıdığı yurd həsrətini susaraq deyil, yaşayaraq göstərdi. Nəbi Nuriyev həyatı bir xalqın dərdini, ləyaqətini, inadını və dirənişini daşıyan ömür idi. Bu gün onu yalnız bir müharibə iştirakçısı kimi deyil, həm də bir yurdun, bir millətin vicdanı kimi xatırlayırıq . Qərbi Azərbaycanın yetirdiyi minlərlə igiddən biri olaraq Nəbi müəllim bizə göstərdi ki, yurd itə bilər, amma yurd sevgisi ölməz. Çünki o sevgi bir ömür boyu içimizdə yaşayan məşəldir. Və bu məşəli bizə Nəbi Nuriyev kimi igidlər verib.

Hamısını oxu
Türk dünyasının hərbi gücü artır
Türk dünyasının hərbi gücü artır

Hamısını oxu
2 İyul – Azərbaycan Polisi Günü: Dövlətçilik və Asayişin Qoruyucuları
2 İyul – Azərbaycan Polisi Günü: Dövlətçilik və Asayişin Qoruyucuları

Hər il 2 iyul tarixində ölkəmizdə Azərbaycan Polisi Günü qeyd olunur. Bu mühüm tarix hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların cəmiyyətin təhlükəsizliyi və qanunun aliliyinin təmin olunmasında göstərdikləri fədakarlığa dərin ehtiramın ifadəsidir. Azərbaycan polisi öz şərəfli tarixinə 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli polis qurumunun yaradılması barədə qəbul etdiyi qərarla başlamışdır. Bu mühüm qərar müstəqil dövlətin əsas sütunlarından biri olan hüquq-mühafizə sisteminin təməlini qoydu. Polis orqanları ötən bir əsrdən artıq müddət ərzində müxtəlif tarixi dönəmlərdən keçmiş, sınaqlardan çıxaraq bu gün peşəkar, müasir və güclü bir qurum kimi formalaşmışdır. Xüsusilə Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra hüquq-mühafizə sistemində mühüm islahatlar həyata keçirilmiş, qanunçuluğun və hüquq normalarının qorunmasında polis əməkdaşlarının rolu daha da artmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hüquq-mühafizə orqanlarının dövlətçiliyin qorunmasında və ictimai asayişin təminində oynadığı rolu hər zaman yüksək qiymətləndirmişdir. Ulu Öndər deyirdi: "Polis xalqın keşiyində duran, onun hüquq və azadlıqlarını qoruyan bir orqandır. Onun fəaliyyəti dövlətçiliyin dayaqlarından biridir." Məhz onun təşəbbüsü və rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının strukturunda, fəaliyyət mexanizmlərində və hüquqi bazasında köklü dəyişikliklər aparıldı. Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla polis əməkdaşlarının sosial müdafiəsi, təhsil imkanları və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu Öndərin siyasi iradəsi və dəstəyi ilə hüquq-mühafizə sistemi yenidən təşkil olunaraq, müasir çağırışlara cavab verən bir formaya salındı. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsallaşma, şəffaflıq və insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Azərbaycan polisini daha da gücləndirmişdir. Bu gün Azərbaycan polisi təkcə ictimai asayişin deyil, həm də dövlətçiliyimizin keşiyində dayanır. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, hüquq və azadlıqların qorunmasında, fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsində ön sıradadırlar. Xüsusilə son illərdə yaşadığımız mühüm tarixi hadisələr - COVID-19 pandemiyası zamanı karantin rejiminin təmin olunması, 44 günlük Vətən müharibəsində vətənpərvərliklə xidmət etmələri Azərbaycan polisinin xalq qarşısındakı məsuliyyət və sədaqətinin bariz nümunəsi oldu. Polis əməkdaşlarının müharibə dövründə arxa cəbhədə sabitliyi qorumaq, təxribatların qarşısını almaq və cəbhə bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri fədakarlıq daim hörmətlə xatırlanır. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri olaraq ölkəmizin hüquq-mühafizə orqanlarında xidmət edən bütün əməkdaşlara səmimi təbriklərini çatdırır, onların dövlətimizə və xalqa xidmətini yüksək qiymətləndirir. Bu bayramda biz bir daha vurğulayırıq ki, polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətləri xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin sabitliyinə xidmət edir. Azərbaycan Polisi Günü münasibətilə vəzifəsini ləyaqətlə və vicdanla yerinə yetirən bütün hüquq-mühafizə orqanları əməkdaşlarını ürəkdən təbrik edirik. Onlara şərəfli vəzifələrində uğurlar, möhkəm cansağlığı, ailə səadəti və daha böyük nailiyyətlər arzu edirik. Onların daim xalqın və dövlətin etimadını doğrultmaları, hüququn aliliyinin təminində sarsılmaz iradə nümayiş etdirmələri Azərbaycanın daha təhlükəsiz və ədalətli gələcəyi üçün möhkəm zəmin yaradır. Azərbaycan Polisi Günü mübarək olsun! Cəlil Xəlilovun : Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“8 Noyabr” Elektrik Stansiyası – Zəfərin Enerjiyə, Qələbənin İnkişafa Çevrildiyi Milli Layihə
“8 Noyabr” Elektrik Stansiyası – Zəfərin Enerjiyə, Qələbənin İnkişafa Çevrildiyi Milli Layihə

Azərbaycanın enerji sektorunda mühüm və tarixi bir mərhələ tamamlandı: Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının təntənəli açılışı gerçəkləşdi. Bu layihə təkcə mühəndislik və texnologiya baxımından deyil, həm də mənəvi-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu stansiya Azərbaycanın 2020-ci ildə əldə etdiyi Şanlı Qələbənin davamı, Vətən müharibəsindəki zəfərin iqtisadi gücə və dayanıqlı inkişafa çevrilməsinin parlaq nümunəsidir. “8 Noyabr” qələbə tariximiz olmaqla yanaşı, həm də bir rəmz, bir güc, bir inkişaf yolunun başlanğıcıdır. “Bu, sadəcə bir tarix deyil. Bu, Azərbaycanın müasir tarixinin şanlı səhifəsidir,” deyə Prezident İlham Əliyev çıxışında bildirmişdir. Dövlət başçısının bu sözləri “8 Noyabr” adının təsadüfi seçilmədiyini açıq şəkildə göstərdi. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı azad etdi və bu gün 1880 meqavat gücündə müasir enerji nəhəngi də həmin tarixlə əbədiləşdi. Bu addım həm rəmzi, həm də strateji cəhətdən dövlət siyasətinin düşünülmüş, ardıcıl və gələcəyə yönəlik mahiyyətini ifadə edir. Azərbaycanın enerji təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Stansiya təkcə ölkə daxilində enerji təchizatının sabitliyini möhkəmləndirmir, eyni zamanda ixrac potensialını da artırır. Təxminən ölkə üzrə elektrik enerjisinin 15 faizini təmin edə biləcək bu nəhəng layihə Azərbaycanın enerji balansında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu stansiyanın istismara verilməsi bizə təkcə əlavə güc qazandırmır, eyni zamanda Azərbaycanın enerji ixracında sabitlik yaradır. “8 Noyabr” Elektrik Stansiyası cəmi iki il ərzində tikilərək istifadəyə verilib. Dünya praktikasında bu gücdə bir stansiyanın belə qısa zamanda istismara verilməsi nadir haldır. Bu fakt Azərbaycan dövlətinin çevik idarəçilik modelinin, təşkilati potensialının və milli texniki imkanlarının təntənəsidir. Müasir SCADA sistemləri ilə təchiz olunan stansiyada idarəetmə və nəzarət maksimum səviyyədə optimallaşdırılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz bu stansiyanı iki ilə tikdik. Bu, bizim iradəmizi, texniki imkanlarımızı və təşkilati potensialımızı göstərir. “8 Noyabr” Elektrik Stansiyası yalnız güc baxımından deyil, ekoloji üstünlükləri ilə də diqqət çəkir. Ən son texnologiyalarla təchiz edilmiş stansiyada karbon emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılıb. Bu isə Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Eyni zamanda, stansiyanın fəaliyyətə başlaması ilə şərti yanacaq sərfiyyatının azalması, təbii qaza qənaət və bərpaolunan enerji layihələrinin genişlənməsi üçün zəmin yaradılır. Yeni stansiyanın Mingəçevirdə yerləşməsi təsadüfi deyil. Mingəçevir artıq illərdir ki, Azərbaycanın enerji mərkəzi kimi tanınır. Bu layihə şəhərin iqtisadi və sosial həyatına yeni nəfəs verəcək. Tikinti mərhələsində minlərlə insanın işlə təmin olunması, stansiyanın daimi fəaliyyət dövründə isə yüzlərlə mütəxəssisin işlə təmin olunması, layihənin həm texniki, həm də sosial layihə olduğunu təsdiqləyir. Stansiyanın açılışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji əməkdaşlığından da bəhs edərək, İtaliya və Çinlə strateji tərəfdaşlığın önəmini vurğulayıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Çinlə isə daha çox bərpaolunan enerji sahəsində əməkdaşlıqların gücləndirilməsi gündəmdədir. Bu isə göstərir ki, Azərbaycanın enerji strategiyası təkcə daxili deyil, həm də beynəlxalq miqyasda dayanıqlı inkişaf üzərində qurulub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə raket zərbələri endirməsi, enerji obyektlərini hədəfə alması faktı bir daha sübut edir ki, düşmən ölkənin planlarında Azərbaycanın enerji təminatını sarsıtmaq əsas məqsədlərdən biri olub. Lakin bu cür təhdidlər qarşısında Azərbaycan dövləti daha da güclənərək, məhz Mingəçevirdə belə bir nəhəng enerji stansiyası inşa etdi. Bu, əslində, tarixə qarşı yönəlmiş hücuma gələcək üçün verilmiş sarsıdıcı cavabdır. “8 Noyabr” Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil bu, milli iradənin, dövlət gücünün və xalq birliyinin mühəndisliklə qovuşduğu bir məfkurə layihəsidir. Bu stansiya Zəfər Günü ilə başlayıb gələcəyə uzanan inkişaf yolunun texniki dayağı, iqtisadi dirəyi və siyasi sabitliyin təntənəsi kimi tarixə düşür. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan bu gün həm enerji təminatında, həm də siyasi iradədə güclü dövlətdir. Bu gücümüzün əsas mənbəyi xalqımızın birliyidir.” “8 Noyabr” tarixə yazılmış zəfərin enerjiyə, milli iradənin isə davamlı inkişafa çevrildiyi bir nümunədir. Azərbaycanın bu uğuru təkcə regional deyil, qlobal enerji xəritəsində də öz yerini daha da möhkəmləndirir. Bu layihə göstərdi ki, Azərbaycan yalnız zəfər çalmır – o zəfəri uzunmüddətli və dayanıqlı uğura çevirir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə mühəndislər, energetiklər və iqtisadçılar üçün deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün qürurverici hadisə oldu. Xüsusilə də bu uğura ən çox sevinənlər müharibə və əmək veteranları, eləcə də Silahlı Qüvvələrin təqaüddə olan üzvləridir. Onlar yaxşı anlayırlar ki, bu günün təməlində həm zəhmət, həm də qanla yazılmış bir tarix durur. Bu stansiya əslində, müharibədəki qələbənin davamı, əmək cəbhəsindəki zəhmətin nəticəsidir. Onilliklər ərzində ölkənin müdafiəsi, quruculuğu və inkişafı naminə çalışan minlərlə vətənpərvər bu nailiyyəti böyük fəxr hissi ilə izləyir. “Biz bu zəfəri illərlə gözləmişdik, bu gün onun bəhrəsini görürük,” deyə veteranlar bildirirlər. Veteran təşkilatlarının nümayəndələri qeyd edirlər ki, “8 Noyabr” Stansiyası həm də yeni nəsillər üçün nümunədir. Necə ki, bir vaxtlar müharibə və əmək meydanlarında şücaət göstərilirdisə, bu gün həmin ənənə elm, texnologiya və dövlətçilik sahəsində yaşadılır. Zəfərin ruhu artıq yalnız tarixdə deyil – o, iqtisadiyyatda, təhsildə və sənayedə də yaşayır. Əmək veteranları bu stansiyanı “xalqın zəhmətinin abidəsi”, müharibə veteranları isə “Zəfərin davamı” adlandırır. Onların qoruduğu sabitlik bu gün böyük uğurlara çevrilir. “8 Noyabr” Elektrik Stansiyası müasir Azərbaycanın enerji ordusuna qoşulan yeni bir “əsgər”dir. O, ölkənin iqtisadi gücünü artıracaq, sosial rifahını yüksəldəcək və Azərbaycanın beynəlxalq nüfuzuna töhfə verəcək. Bu layihə həm keçmişə ehtiram, həm də gələcəyə çağırışdır.Çünki biz birlikdə güclüyük, irəliləyirik və qalibik!   Cəlil Xəlilov: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
Qadın Qəlbinin Cəbhə Səsi: Cəvahir Abbasovanın və Azərbaycan Xalqının Şanlı Mübarizəsi
Qadın Qəlbinin Cəbhə Səsi: Cəvahir Abbasovanın və Azərbaycan Xalqının Şanlı Mübarizəsi

Tarixdə elə dönəmlər olur ki, bir xalqın yalnız həyatı deyil, vicdanı, iradəsi, ruhu da sınağa çəkilir. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi məhz belə bir dövr idi. Qan və barıtın içində bəşəriyyətin sarsıldığı, amma eyni zamanda insan ləyaqətinin, vətən sevgisinin ucaldığı illər idi. Bu müharibədə Azərbaycan xalqı təkcə səngərdə deyil, neft buruqlarında, zavodlarda, hospital və məktəblərdə, ürəklərində, dualarında döyüşdü. Azərbaycan bu müharibədə təkcə ön cəbhədə vuruşmadı. Arxa cəbhə qəhrəmanlığı ilə də ad yazdı tarixə. Bu xalqın övladları torpağın müdafiəsinə silahla, zəhmətlə və inamla qoşuldular. Xüsusilə Azərbaycan qadınlarının müharibədəki rolu zamanın yaddaşına əbədi həkk olundu. Onlar həm analıq etdilər, həm də cəbhə yoldaşı oldular. Ərini, oğlunu, qardaşını cəbhəyə yola salan qadın, sonra onun yerini zavodda, neft mədənində, hospitallarda, bəzən isə birbaşa döyüş meydanında tutdu. Bu qəhrəman qadınların sırasında Cəvahir Abbasova Rza qızının adı qürurla çəkilir. O, 1919-cu ilin oktyabrında Şəkidə dünyaya göz açdı. Uşaqlıq və gənclik illərinin sakitliyi 1943-cü ilin fevralında yerini fırtınaya verdi. Cəvahir könüllü olaraq cəbhəyə yollandı. Və o gündən etibarən artıq təkcə bir qadın yox, bir xalqın əzmini təmsil edən sima oldu. O, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəldi, 95-ci Hava Hücumundan Müdafiə Diviziyasında fədakarlıqla xidmət göstərdi. Qan içində, yaralıların harayları içində, bombalanmış hospitalların dağıntıları arasında o, həyat xilas edirdi. Zərif əlləri ilə sarıdığı hər yara əslində bir xalqın sağalmağa doğru atdığı addım idi. Onun qəhrəmanlığı dövlət tərəfindən bir neçə medalla təltif olundu: ·         “Qafqazın müdafiəsinə görə” ·         “Yaponiya üzərində qələbəyə görə” ·         “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” Amma bu mükafatların ən böyüyü xalqın qəlbində qazanılan hörmət idi. Onun adı yaddaşlarda, irsi isə tarixdə yaşayır. Cəvahir Abbasova tək deyildi. Azərbaycan xalqı bu savaşda saysız qəhrəmanlar yetirdi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general Həzi Aslanov, Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyova, döyüş təyyarəçisi Züleyxa Seyidməmmədova kimi fədakarlar bir millətin necə ayağa qalxa bildiyini sübut etdilər. Onların igidliyi ilə 1944-cü ilin sonlarında düşmən SSRİ ərazisindən qovuldu. Bu zəfər təkcə silahın yox, inamın, ruhun, vətən sevgisinin qələbəsi idi. Azərbaycanın arxa cəbhədəki rolu isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bakı nefti Sovet ordusunun döyünən ürəyi idi. Faşist Almaniyasının Qafqaz uğrunda apardığı mübarizənin əsas səbəbi məhz bu idi. 1941-ci ildə SSRİ-nin ümumi neft hasilatının 75%-i Azərbaycana məxsus idi. Bu zəfərin arxasında qadınlarımız dayanmışdı ki, onlar kişi işi hesab edilən sahələrdə - neft quyularında, metallurgiya zavodlarında, o cümlədən tikiş fabriklərində çalışmışdılar. Bunlar bəlkə də səssiz qəhrəmanlıqlar idi, amma böyük tarixlər məhz belə səssizliyin içində yazılır. Böyük Vətən Müharibəsi bir xalqın ruhunun, vicdanının imtahanı idi. Və Azərbaycan bu imtahandan alnıaçıq, başıuca çıxdı. Bu xalq Cəvahir Abbasova kimi qadınların, əməkçi neftçi qadınların və sadə kəndli analarımızın əli ilə öz şərəfini, ləyaqətini, torpağını qorudu. Bu gün biz azad nəfəs alırıqsa, o nəfəsin içində Cəvahir Abbasovanın tərləri, əsgərlərimizin qanı, analarımızın duaları var. Hər nəfəsimiz tarixlə yoğrulub, mübarizə ilə bəzənib, zəfərlə tamamlanıb. Unutmayaq: Bu tarix bizimdir. Bu zəfər bir millətin birlik ruhunun, bir xalqın vicdanla döyüşən qəlbinin nəticəsidir. Cəvahir Abbasova sadə bir Şəki qızı, lakin əzəmətli bir millətin qeyrət nümunəsidi. Bu gün gənc nəsil aynaya baxanda yalnız öz simasını deyil, Cəvahir Abbasova kimi qəhrəmanların əksini də görməlidir. Onun kimi olmaq cəsarətli olmaqdır, vicdanla yaşamaqdır, vətən üçün lazım gəldikdə hər şeydən keçməkdir. Çünki bəzən bir qadının əliylə sarılan yara, bir xalqın sağalmağa başlayan tarixidir. Və o tarix bizim tariximizdir. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...

Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də  dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir. Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir. Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər... Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir. Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir. Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir. Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir. Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır. Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram... Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir. Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş,  Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı,  şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir. Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir. İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Когда закончится беспредел?
Когда закончится беспредел?

Мы выражаем свое возмущение в связи с провокацией специальных служб России против граждан азербайджанской национальности, произошедшей 27 июня в городе Екатеринбурге. «Доблестные» правоохранители одновременно, в шесть часов утра взломали двери в 10 квартирах наших соотечественников и на глазах жен, и детей более часа жестоко избивали ни в чем не повинных людей.    В результате этой провокации погибли 2 и более 10 человек получили увечья, и были арестованы. Судьба некоторых из них до сих пор неизвестна.  Объяснения официальных лиц российского государства по поводу сотворенного варварского беззакония, по меньшей мере, вызывает удивление. Заместитель председателя Государственной Думы   Петр Толстой в очередной раз проявил свою тупость и нацистскую сущность, заявив, что эти действия сугубо внутреннее дело России. Напомним псевдо депутату, что конфликт между Россией и Украиной был инициирован именно в связи с ущемлением языковых прав украинских граждан русской национальности. Потом нарушение прав человека преступление против человечности и страна, являющаяся членом ООН, должна отвечать за подобные действия. Разумеется, произошедшее событие мотивирует протест в Азербайджане и негативно будет сказываться на традиционных отношениях между Азербайджанской Республикой и Российской Федерацией. Общественное Объединение «Организация ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики» считает, что по данному делу незамедлительно должно быть проведено открытое расследование и виновные в нарушении правовых норм и насилие привлечены к ответственности. Вместе с тем считаем уместным обратить внимание российской общественности на проявляющееся в последнее время уничижительное отношение некоторых официальных структур Российской Федерации к диаспорским организациям, этническим меньшинствам. Это находит рельефное отражение и в средствах массовой информации России. Так, в течении этого года были силовые нападения на граждан Киргизии, Узбекистана и Таджикистана, которые, так или иначе, оправдывались.  Смысл подобных, по – существу, антироссийских действий двоякий. Во-первых, очистить Россию от мигрантов путем их дискредитации, прямого запугивания, что противоречит официальной государственной миграционной политике; во-вторых, разорвать отношение со странами СНГ. Последнее кажется неправдоподобным. Однако неявно, целенаправленно определенными политическими кругами России ведется работа именно по ее отчуждению от стран Центральной Азии и Закавказья. Иначе трудно объяснить эти жестокие, бессмысленные действия спецслужб. Совершенно очевидно, что такая политика абсолютно не отвечает подлинным интересам России и может оправдываться только ее врагами. Экс депутат Милли Меджлиса, генерал-майор Тимошенко В.В.

Hamısını oxu
“Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmi təqdim olunub
“Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmi təqdim olunub

2025-ci il iyunun 25-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə “Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmin təqdimatı keçirilib. Filmin təqdimatında göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, həmçinin çəkilişlər zamanı yaradılan əlverişli şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova və onun əməkdaşlarına təşəkkür bildirilir Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun çıxışı ilə açıldı. O, bu kimi layihələrin mədəni irsin təbliğindəki əhəmiyyətini vurğuladı və filmin ərsəyə gəlməsində əməyi olan “Sağlamlığın Qorunması” İctimai Birliyinə və yaradıcı heyətə təşəkkürünü bildirdi. Daha sonra “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Yazgül Abdıyeva xüsusi olaraq vurğuladı ki, təqdim olunan film vasitəsilə Gədəbəy rayonunun zəngin mədəni və tarixi irsinin daha geniş auditoriyaya tanıdılması, eyni zamanda bu irsin gələcək nəsillərə ötürülməsi başlıca məqsədlərdəndir. Onun sözlərinə görə, bu cür təşəbbüslər həm milli kimliyin qorunması baxımından mühüm rol oynayır, həm də regionun turizm potensialının artırılmasına töhfə verir. Tədbirin əsas hissəsində Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmi təqdim olundu. "Qaladan Qala" – “Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi Azərbaycanın qədim tarixinin izlərini özündə yaşadan Gədəbəy rayonunun zəngin mədəni irsini, arxeoloji və memarlıq abidələrini, folklor və etnoqrafik xüsusiyyətlərini tamaşaçılara təqdim edir. Film, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəydə yerləşən qala qalıqları, qədim körpülər, yaşayış məntəqələri, türbələr və daş abidələr vasitəsilə bölgənin tarixi yaddaşını canlandırır. Eyni zamanda ekran əsəri yalnız daş abidələrlə kifayətlənmir – aşıq sənəti, dastan və nağıl ənənəsi, bölgədə yaşayan Malakan icmasının gündəlik həyatı və qəhrəmanlıq tarixi də filmin əsas mövzularındandır. Kamera qarşısında canlanan bu irs, sadəcə keçmişə bir nəzər deyil, həm də gələcəyə tutulan güzgüdür. Film, qədim oğuz türklərinin bölgədə qoyduğu izləri, sıldırım qayalar üzərində ucalan qalaların monumental gözəlliyini və bu irsin qorunmasının vacibliyini dolğun şəkildə əks etdirir. Sənədli film vasitəsilə tamaşaçılar təkcə daşlar və divarlar arasında səyahət etmir, həm də bir xalqın ruhuna, yaddaşına və milli kimliyinə doğru mənəvi bir yolçuluğa çıxırlar. Layihə mədəni irsin qorunması və bu irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm bir sənədli töhfə hesab olunur. Filmin nümayişindən sonra Media Təhlil Mərkəzinin audiovizual layihələr üzrə eksperti, telejurnalist Səidə İbrahimli çıxış edərək sənədli filmin çəkiliş prosesi və maraqlı məqamları barədə danışdı. O qeyd etdi ki, belə filmlər vasitəsilə bölgələrin mədəni və tarixi potensialı daha geniş auditoriyaya çatdırılır. N.Tusi adına klinikanın direktoru Afət Məhəmmədli sağlamlıqla mədəni irs arasında əlaqədən bəhs etdi. O vurğuladı ki, cəmiyyətin sağlam inkişafı yalnız fiziki deyil, mənəvi sağlamlıqla da sıx bağlıdır və bu baxımdan mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Şair-publisist Etibar Nadiroğlu bölgəyə dair ədəbi-bədii duyğularını bölüşdü. O, Gədəbəyin təbiətindən, tarixindən və insanlarının ruhundan ilham alan poetik təəssüratlarını dinləyicilərlə paylaşdı. AMEA-nın əməkdaşı, tarix elmləri doktoru İlham Həsənov Gədəbəyin tarixi abidələrinin elmi dəyərləndirilməsinə toxundu. O qeyd etdi ki, bölgədəki abidələr Azərbaycanın qədim dövlətçilik ənənələrinin sübutu kimi mühüm tədqiqat obyektləridir. “İntellektual Hüquq Mərkəzi”nin direktoru, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, AYB üzvü, prezident təqaüdçüsü İlqar Türkoğlu isə çıxışında türk dünyasının ortaq irsində Gədəbəyin rolunu vurğuladı. Onun fikrincə, belə layihələr türk xalqları arasında tarixi bağların möhkəmlənməsinə töhfə verir. AMEA Folklor İnstitutunun dosenti, t.ü.f.d. Aynur İbrahimova “Gədəbəy folklor mühiti: etnoqrafik zənginlik və milli düşüncə” mövzusunda çıxış edərək bölgənin elmi-folklor yaddaşını təqdim etdi. O bildirdi ki, Gədəbəyin şifahi ənənələri və etnoqrafik materialları Azərbaycan mədəni irsinin mühüm hissəsidir. Prezident mükafatçısı, şair-publisist Aybəniz Qafarlı Gədəbəyin ədəbi-mədəni mühitinə dair fikirlərini bölüşdü. O vurğuladı ki, bu torpaq təkcə təbiəti ilə deyil, yetirdiyi sənətkar və ziyalılarla da zəngindir. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar isə gənclərin yaradıcılığı və mədəni irsin təbliği istiqamətindəki təşəbbüslərin önəmini qeyd etdi. O bildirdi ki, yeni nəsillərin bu irsə sahiblənməsi milli kimliyimizin gələcəyi üçün mühüm şərtdir. Çıxışlarda Gədəbəyin zəngin tarixi, mədəni və mənəvi irsi, bu irsin nəsillərarası ötürülməsi, sənədli filmin rolu və yaradıcı gənclərin dəstəklənməsi vurğulandı. Tədbirin bədii hissəsində qum rəssamı Lalə Hüseynzadənin və rəssam-ifaçı Emin Saqinin rəsmləri nümayiş olundu. Həmçinin Emin Saqi tərəfindən “Gədəbəy Tarixi” mahnısı səsləndirildi. Y.Abdıyeva, eyni zamanda, film çəkilişləri zamanı yaradılan şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinə təşəkkürünü ifadə edib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq Orxan Mürsəlova təşəkkürnamə təqdim edib. Tədbirdə Gədəbəy sakinləri, icra nümayəndələri və müxtəlif peşə sahibləri ilə yanaşı, Bakıdan və Rusiyadan da qonaqlar iştirak ediblər. Qeyd edək ki, çəkilişlər “AS Production” tərəfindən həyata keçirilib.  

Hamısını oxu
107 yaşlı Azərbaycan Ordusu
107 yaşlı Azərbaycan Ordusu

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunub
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunub

26 iyun 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvələr Günü qeyd olunub, bayram süfrəsi açılıb.   Bayram tədbirində çıxş edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin önəminə diqqət çəkib, Azərbaycan Silahlı Qüvvələrinin regionda sülhün və təhlükəsizliyin təminindəki roluna diqqət çəkib: “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə Müzəffər Ali Baş Komandanımızı, o cümlədən, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik edir, respublikamızın təhlükəsizliyi və rifahı uğrundakı fəaliyyətlərində onlara bütün veteranlar adından yeni uğrular və müvəffəqiyyələr arzulayıram. Azərbaycan Silahlı Qüvvələri düz 5 il bundan öncə misilsiz tarixi uğura imza atdı. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində erməni faşizmi darmadağın edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu. 44 günlük Vətən müharibəsindəki qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi gücünə görə deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir və Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır. Bu qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Bugünə qədər Azərbaycanın torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər, 8 Noyabr zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün bugünə qədər istifadə etdikləri imkan və vasitələri birdəfəlik itirdilər.    8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtiylə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər, 8 Noyabr zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı, dinclik və əmin-amanlığın başlığa qarantıdır. Vətən müahribəsindən sonra ordumuzda aparılan islahatlar onun peşəkarlığının, maddi-texniki təchizatının yüksəldilməsi istiqamətində atılan addımlar Silahlı Qüvvələrimi daha güclü, daha yenilməz edib. Prezident İlham Əliyev də çıxışlarında bildririb ki, müasir Azərbaycan Ordusu Vətən müharibəsindəki ordudan dəfələrlə güclü və qüdrətdlidir. Bir daha bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edir, bu əlamətdar gündə şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, Azərbaycan Silahlı Qüvvələri bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizə, xalqımıza yönəlik hər cür təxribatın qarşısını qətiyyətlə alacaq və vətən torpaqlarının keşiyində hər zamankı kimi ayıq-sayıq dayanacaqlar”. Tədbirdə çıxş edən Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani  Azərbaycan Ordusunun yaranma tarixinə nəzər salıb. Polkovnik qeyd edib ki, müasir Azərbaycan Ordusunun yaranması xalqımızın Ümummilli lderi Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz Ulu öndərin zəhməti və fədakarlığı sayəsində Azəraycanda nizami ordu formalaşmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı islahatlar nəticəsində ordumuz öz peşəkarlığını, döyüş hazırlığını daha da yüksəltmişdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı şanlı qələbə Silahlı Qüvvələrimizin gücünü, qüdrətini əməli şəkildə sübut etdi. Bu qələbə sadəcə Silahlı Qüvvələrimizin qələbəsi olmadı. Bu qələbə həm də Azərbaycan xalqının, onun böyük liderinin, Heydər Əliyev ideyalarının və güclü iqtisadiyyatımızın qələbəsi oldu”. Millət vəkili Azər Allahverənov da çıxışında Azərbaycan Ordusunun keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, Silahlı Qüvvələrimizin regionda sülhün və təhlükəsizlyin əsas qarantı olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbə respublikamızın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni status-kvo formalaşdırdıki, bu da ümumilikdə bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətlidir. Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və müharibə veteranları da bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib, Azərbaycan Ordusuna sevgi və ehtiramlarını ifadə ediblər. Tədbirdə Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən hərbi-vətənpərvərlik mahnıları ifa olunub. Seymur ƏLİYEV  

Hamısını oxu