Ən son xəbərlər
Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur. O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu23 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirdən öncə polkovnik Cəlil Xəlilov və icra başçısı Elxan Usubov Ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısındakı heykəlini ziyarət edib, heykəl önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və resublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Eklxan Usubov tariximizin qəhrəmalıqlarla zəngin olduğunu bildirib. Xalqımızın İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində mühüm rol oynadığını bildirən icra başçısı, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını, respublikamızın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. İcra başçısı çıxışında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib, bu fəaliyyətin həm qəhrəmanlıq tariximizin təbliği, həm də vətənpərvərlik ruhunun qorunması baxımından mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1945-ci ildə xalqımızın alman faşizmi üzərində əldə etdiyi qələbəni 2020-ci ildə erməni faşizmi üzərindəki tarixi zəfərlə təkrarladığını bildirib. Təşkilat sədri qeyd edib ki, Azərbaycan gəncliyi cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın etməklə öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirib, xalqımıza böyük zəfər bəxş ediblər. Bununla yanaşı polkovnik Cəlil Xəlilov Vətən müharibəsindəki həmrəyliyin bundan sonra da qorunub saxlanılmasının vacibliyini vurğulayıb: “Azərbaycan xalqı Vətən müharibəsində öz böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi qələbəni təmin etdi. Bütün dünyaya göstərdi ki, xalq öz ordusunun, öz Ali Baş Komandanının yanındadır. Biz bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, dövlətimizin, dövlət başçımızım hər bir çağırışını dəstəkləməliyik. Bu gün dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Şəhid ailələrinə, veteranlara dövlətimiz tərəfindən göstərilən qayğı göz qabağındadır. Bizim üçün qürurvericidir ki, Prezidentimizin bu siyasəti yerlərdə də yüksək səviyyədə təşkil olunur. Şəki Şəhər İcra Hakimiyyətinin bu istiqmaətdə gördüyü işləri xüsusilə vurğulanmalıdır. Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də şəhərdəki digər dövlət qurumlarının yetkililəri vətəndaşlarla mütəmadi görüşlər keçirir, onları qayğı və istəkləri ilə maraqlanır, dövlətimizin inkişafı üçün bir bütöv olaraq əllərindən gələni əsirgəmirlər. Hazırda çoxsaylı sosial layihələrin icrasını təmin etməklə yanaşı, dövlətimiz Silahlı Qüvvələrimizi daha da gücləndirmək üçün mühüm addımlar atır. Müdafiə və təhlükəsizliyimin etibarlı şəkildə təmininin bir nömrəli vəzifə kimi daim diqqət mərkəzində saxlayır. Bütün bunların fonunda bizim dövlətimizin yanında olmağımız mütləqdir və əminəm ki, xalqımız hər zaman olduğu kimi bundan sonra da ordusu, Prezidenti, dövləti ilə həmrəy olmaqda davam edəcək”. Tədbirdə çıxış edən İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun övladı Cavanşir Cəbrayılov atasının döyüş yolundan bəhs edib, müasir Azərbaycan gəncliyinin qəhrəmanlıq tarixinə, milli-mənəvi dəyərlərə sadiqliyindən qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsi qazisi Taleh Qurbansoy döyüş xatirələrindən danışıb, qalib müharibənin qalib əsgəri olmaqla fəxr etdiyini bildirib. Tədbirin sonunda şəhid ailələri, veteranlar, gənclər və ctimai fəallarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu
II Dünya Müharibəsi dünya xalqlarını sınağa çəkdi. Bu sınaq təkcə hərbi mübarizə ilə bitmədi, eyni zamanda insanlığın qarşısında ən böyük əxlaqi və mənəvi sınağını qoydu. Azərbaycan xalqı da II Dünya Müharibəsində fədakarlıq göstərərək canlarını fəda etmişdir, digər tərəfdən isə arxa cəbhədə fəaliyyət göstərərək ölkəmizin müharibəyə dəstəyini təmin etmişlər. Bütün bu döyüşlərin və həyatın gətirdiyi ağrıların fonunda Azərbaycan xalqının qəhrəmanlıq ruhu, birlik və bərabərlik əzmi, bizə bugünkü müstəqil və inkişaf edən Azərbaycanı qurmaq üçün parlaq bir nümunə oldu. Xatırladığımız hər bir şəhid və qazimiz bizə yalnız müharibənin acı nəticələrini deyil, həm də mübarizə, azadlıq və insan hüquqlarına olan dərin hörməti öyrədir. Bu müharibə bir daha bizə göstərdi ki, xalqın birliyi və müqaviməti qarşısında heç bir çətinlik duruş gətirə bilməz. Abbas Quliyev də həmin mübarizənin qəhrəmanlarındandır. Abbas Quliyev müharibə dövründə bir çox döyüşlərdə göstərdiyi qəhrəmanlıqla xalqımıza böyük bir nümunə olmuşdur. 1916-cı ildə Naxçıvan qəzasının indiki Babək rayonu Şəkərabad kəndində dünyaya gələn Abbas Quliyev gənc yaşlarından əməksevərliyi və elmə, təhsilə olan bağlılığı ilə seçilirdi. 1930-cu ildə ibtidai məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya üz tutdu və burada fabrik-zavod şagirdliyi məktəbində oxudu. Təhsilə olan həvəsi onu 1936-cı ildə pedaqoji məktəbi bitirməyə qədər apardı. Eyni zamanda incəsənətə olan marağı onu Naxçıvan Dövlət Dram Teatrında aktyorluq fəaliyyətinə gətirdi. Lakin II Dünya Müharibəsi başlayanda o da milyonlarla sovet vətəndaşı kimi silaha sarıldı. 1942-ci ildə Topçular Məktəbini bitirib cəbhəyə yollandı. Bryansk, "Mərkəz", 1-ci Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas kimi strateji bölgələrdə, Dnepr, Visla və Oder çayları uğrundakı döyüşlərdə iştirak etdi. Varşavanın azad olunmasında göstərdiyi igidlik nəticəsində qvardiya kapitanı rütbəsinə qədər yüksəldi. 1945-ci ilin martında Almaniyanın Noyştetin şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanan Abbas Quliyev müalicə aldıqdan sonra həmin ilin avqustunda I dərəcəli Vətən Müharibəsi əlili kimi ordu sıralarından tərxis olundu. Abbas Quliyevin hərbi xidmətinə verilən ən böyük qiymət isə 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən Visla çayı uğrunda döyüşlərdə göstərdiyi şəxsi qəhrəmanlıq və bacarığı yüksək qiymətləndirildi. Eyni zamanda o, Lenin ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Aleksandr Nevski ordeni, Qırmızı Bayraq ordeni və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur. Müharibədən sonra da Abbas Quliyev cəmiyyət üçün çalışmaqdan vaz keçmədi. 1945-ci ildən yenidən Naxçıvan Dövlət Dram Teatrına qayıdaraq direktor vəzifəsində çalışdı. 1946–1953-cü illərdə Maarif Nazirinin müavini, Ali Sovetin Rəyasət Heyətinin katibi kimi yüksək vəzifələrdə çalışdı. Daha sonra Naxçıvan şəhər İcraiyyə Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Əmək fəaliyyətinə və ictimai xidmətlərinə görə o, ittifaq əhəmiyyətli təqaüdçü statusu ilə təltif olunmuşdu. IV, IX və X çağırışlarda Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Abbas Quliyevin həyat yolu müharibə meydanından mədəniyyət sahəsinə, dövlət idarəçiliyinə qədərki geniş bir spektri əhatə edir. O, həm igid döyüşçü, həm də məsuliyyətli vətəndaş kimi Azərbaycan tarixində əbədi iz buraxmışdır. II Dünya Müharibəsinin başa çatmasından 80 il keçməsinə baxmayaraq yalnız tariximizin ən qaranlıq səhifələrindən birini deyil, həm də bu səhifələrdə yazılmış qəhrəmanlıq hekayələrini, mübarizələri və döyüşləri xatırlayırıq. Biz, II Dünya Müharibəsi dövründə həyatlarını itirən hər bir şəhidin, öz torpağını qorumaq uğrunda mübarizə aparan hər bir qəhrəmanın, habelə onların ailələ üzvülərinin önündə dərin ehtiramla baş əyirik.
Hamısını oxu16 апреля делегация во главе с председателем организации ветеранов войны, труда и вооруженных сил полковником Джалилем Халиловым посетила Республику Дагестан Российской Федерации, в ходе визита провела ряд встреч. В беседе с полковником Джалилем Халиловым мы рассказали о мероприятиях, проведенных во время визита, и о важности этих мероприятий: - Джалиль муаллим, прежде всего, мы хотели бы узнать ваши мысли и впечатления о поездке в Дагестан. Какие аспекты этой поездки вы считаете наиболее полезными? Я считаю визит в Дагестан, встречи, которые мы провели во время этого визита, весьма полезными как с точки зрения расширения связей дружбы и сотрудничества между ветеранами Азербайджана и Дагестана, развития историко-культурного единства наших народов, так и пропаганды наших исторических истин. Для информации отметим, что мы посетили Дагестан по приглашению председателя Дагестанского регионального отделения Всероссийской организации ветеранов войны, труда, Вооруженных сил и правоохранительных органов аликанова махарама рамалдановича. 17 апреля в городе Дербенте мы приняли участие в совместном форуме ветеранов Дагестана и Азербайджана, посвященном 80-летию Победы над фашизмом. Форум был организован на довольно высоком уровне. На форуме мы обратили внимание на историческую победу, достигнутую над фашизмом в результате совместной борьбы наших народов, рассказали о том, как эта победа была достигнута ценой больших жертв и героизма. Также на форуме мы с чувством гордости и гордости вспомнили летописи героизма, проявленного отважными сынами народа Азербайджана и Дагестана на войне. Снова и снова отмечалась бакинская нефть, роль этого фактора в победе над фашизмом. В художественной части форума прозвучали песни на языках народов Дагестана и Азербайджана, были представлены образцы танца, принадлежащего национальным культурам. Этот форум еще раз показал, что исторические дружеские связи между народами Дагестана и Азербайджана столь же вечны и неразрывны, как и вечны. В форуме приняли участие известные государственные и общественно-политические деятели Республики Дагестан, а также многочисленные ветераны. Муслимов Энрик Селимович, глава городского округа “город Дербент” Ахмед Гулиев, председатель Махачкалинского городского совета ветеранов гариманов ферезулла агакеримович, председатель Дагестанского регионального отделения Всероссийской организации ветеранов войны, труда, Вооруженных сил и правоохранительных органов I заместитель Баркуев барку Магомедович, председатель Дербентского городского совета ветеранов Гаджимурад Яджимурад Ибрамович, ветеран правоохранительных органов Агагулов Амирбек Хыдырович, Ветеран труда Гусейнов Гусейнбала Яхьяевич и другие. Я благодарен всем этим лицам, в частности главе Республики Дагестан Сергею Меликову, послу Российской Федерации в Азербайджанской Республике Михаилу Евдокимову, представителю Республики Дагестан в Азербайджане генерал-майору Алияру Абдуллаеву. В то же время я благодарен Администрации Президента Азербайджанской Республики, всем заинтересованным государственным структурам за поддержку, оказанную нам в поездке. -Какие еще встречи вы провели в рамках визита? - После форума мы также посетили Центральную библиотеку имени Мирзы Казым-Бека в Дербенте, подарили руководству библиотеки книги о покойном государственном деятеле Азизе Алиеве, Общенациональном лидере Гейдаре Алиеве. Нам было очень приятно, что в Центральной библиотеке в Дербенте есть ценные книги по истории Азербайджана, и эти книги охраняются с большой заботой. Созданные в Центральной библиотеке условия, большая забота и любовь к информации о тысячелетнем прошлом наших народов свидетельствуют о высокой оценке дружественным дагестанскому народу своей истории, культуры, пройденного исторического пути Азербайджана. 18 апреля мы также посетили город Махачкала, посетили памятник-комплекс покойного государственного деятеля Азиза Алиева, возложили букеты цветов. И я, и Аликанов Махарам Рамалданович, выступая перед ветеранами, школьниками, общественно-политическими активистами, рассказали об исторической роли Азиза Алиева в развитии дружественных связей между народами Дагестана и Азербайджана. Во время визита в Махачкалу мы также посетили гимназию в этом городе. Наряду с уровнем знаний учащихся, обучающихся здесь, нас буквально поразил высокий патриотический дух. Одним словом, эта поездка подарила нам новую информацию и друзей о Дагестане, открыла широкие перспективы для нового сотрудничества. - Джалиль муаллим, какие шаги вы планируете предпринять в ближайшем будущем для развития сотрудничества между ветеранами Дагестана и Азербайджана? - Считаю, что расширение сотрудничества между ветеранами Дагестана и Азербайджана имеет важное значение с точки зрения интересов не только ветеранских организаций, но и наших народов в целом. Ни для кого не секрет, что время от времени между двумя дружественными народами возникали коварные силы, которые пытались посеять семена недоверия, пытаясь поставить эти народы лицом к лицу. Однако и Дагестанский, и азербайджанский народ решительно сказали “Нет” этим силам, разоблачив их. Наши народы сохранили свою бдительность, солидарность, единство. Такие поездки приводят к еще большему укреплению сплоченности среди ветеранов, которые являются частью народа, что сужает поле для подрывных сил, внешнего вмешательства. Кроме того, факты, озвученные во время этого визита, обсуждаемые исторические факты, показывают молодому поколению, что дружба, братство народов Дагестана и Азербайджана уходит корнями в долгие века, я бы сказал, в тысячелетия. Наш долг-поддерживать, развивать и продвигать эти дружеские, братские связи. В этом смысле в ближайшем будущем планируется предпринять ряд шагов для дальнейшего развития взаимодействия между ветеранами Дагестана и Азербайджана. Надеюсь, что в текущем году мы добьемся визита дагестанских ветеранов в нашу страну, продолжим обсуждение Дербента и Махачкалы в Баку и других регионах наших республик. Организация визита делегации на освобожденные от оккупации территории, презентация нашим друзьям больших благоустроительных работ, проведенных нашим народом под руководством победоносного Верховного Главнокомандующего Ильхама Алиева, также являются одними из наших главных пожеланий. Для развития связей между ветеранами Дагестана и Азербайджана предусмотрен еще ряд шагов, о которых мы будем регулярно информировать общественность. Уверен, что предпринятые нами шаги еще больше укрепят азербайджано-дагестанскую дружбу, создадут большие возможности для развития этой дружбы для будущих поколений. Сеймур Алиев
Hamısını oxuAprelin 16-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib, səfər əsnasında bir sıra görüşlər keçirib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə səfər əsnasında keçirilən tədbirlər və bu tədbirlərin önəmindən bəhs etdik: -Cəlil müəllim, öncə Dağıstan səfəri ilə bağlı fikir və təəssüratlarınızı bilmək istərdik. Bu səfəri hansı aspektlərdən daha faydalı hesab edirsiniz? -Mən Dağıstan səfərini, bu səfər əsnasında keçirdiyimiz görüşləri həm Azərbaycan-Dağıstan veteranları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həm xalqlarımızım tarixi-mədəni birliyinin inkişafı, həm də tarixi həqiqətlərimizin təbliği baxımından olduqca faydalı hesab edirəm. Məlumat üçün qeyd edək ki, biz Dağıstana Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviçin dəvəti əsasında səfər etmişdik. 17 aprel tarixində Dərbənd şəhərində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan və Azərbaycan veteranlarının birgə forumunda iştirak etdik. Forum olduqca yüksək səviyyədə təşkil edilmişdi. Biz Forumda xalqlarımızın birgə mübarizəsi nəticəsində faşizm üzərində əldə edilən tarixi zəfərə diqqət çəkdik, bu zəfərin necə böyük qurbanlar və qəhrəmanlıqlar bahasına əldə edildiyindən danışdıq. Həmçinin, Forumda Azərbaycan və Dağıstan xalqının igid övladlarının müharibədə göstərdiyi qəhrəmanlıq salnamələrini qürur və iftixar hissi ilə xatırladıq. Bakı nefti, bu faktorun faşizm üzərindəki qələbədəki rolu da dönə-dönə qeyd edildi. Forumun bədii hissələrində Dağıstan və Azərbaycan xalqlarının dilində mahnılar səsləndirildi, milli mədəniyyətlərimizə məxsus rəqs nümunələri təqdim edildi. Bu Forum bir daha göstərdi ki, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələri əzəli olduğu qədər əbədi və qırılmazdır. Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə təşəkkür edirəm. Eyni zamanda, səfərdə iştirakımıza verdiyi dəstəyə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, bütün əlaqədar dövlət qurumlarımıza minnətdaram. -Səfər çərçivəsində daha hansı görüşlər keçirdiniz? -Biz Forumdan sonra Dərbənd şəhərində Mirzə Kazım bəy adına olan mərkəzi kitabxanaya da səfər etdik, kitabxana rəhbərliyinə mərhum dövlət xadimləri Əziz Əliyev, Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə etdik. Bizim üçün olduqca xoş oldu ki, Dərbənddəki mərkəzi kitabxanada Azərbaycan tarixinə aid qiymətli kitablar mövcuddur və bu kitablar böyük qayğı ilə qorunmaqdadır. Mərkəzi kitabxanada yaradılan şərait, xalqlarımızın minillik keçmişinə aid məlumatların böyük qayğı və sevgi ilə qorunması dost Dağıstan xalqının özünün və Azərbaycanın tarixinə, mədəniyyətinə, keçdiyi tarixi yola verdiyi yüksək qiyməti göstərir. 18 aprel tarixində biz Mahaçqala şəhərinə də səfər etdik, mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət etdik, gül dəstələri qoyduq. Həm mən, həm də Alicanov Maharam Ramaldanoviç veteranlar, məktəblilər, ictimai-siyasi fəallar qarşısında çıxış edərək Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin inkişafındakı tarixi rolundan danışdıq. Mahaçqala səfəri zamanı biz bu şəhərdəki gimnaziyada da olduq. Burada təhsil alan şagirdlərin bilik səviyyəsi ilə yanaşı, yüksək vətənprəvərlik ruhu bizi sözün əsl mənasında heyran qoydu. Bir sözlə, bu səfər Dağıstan haqqında bizi yeni məlumatlar və dostlar qazandırdı, yeni əməkdaşlıqlar üçün geniş perspektivlər açdı. -Cəlil müəllim, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın inkişafı üçün yaxın gələcəkdə hansı addımlar atmağı planlaşdırırsınız? -Hesab edirəm ki, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın genişlənməsi sadəcə veteran təşkilatlarının deyil, ümumilikdə xalqlarımızın mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, zaman-zaman iki dost xalq arasında etimadsızlıq toxumları səpməyə çalışan, bu xalqları üz-üzə qoymağa çalışan məkirli qüvvələr olub. Lakin həm Dağıstan, həm də Azərbaycan xalqı bu qüvvələrə qətiyətlə “yox” deyib, onları ifşa edib. Xalqlarımız öz sayıqlığını, həmrəyliyini, birliyini qoruyub saxlayıb. Bu cür səfərlər xalqın bir hissəsi olan veteranlar arasında birliyin daha da güclənməsinə səbəb olur ki, bu da təxribatçı qüvvələr, kənar müdaxiləlr üçün meydanı daraldır. Bundan başqa, bu səfər əsnasında səsləndirilən faktlar, müzakirə edilən tarixi həqiqətlər gənc nəsillərə də göstərir ki, Dağıstan və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı uzun əsrlərə, mən deyərdim ki, minilliklərə söykənir. Bizim borcumuz bu dostluq, qardaşlıq əlaqələrini qorumaq, inkişaf və təbliğ etməkdir. Bu mənada yaxın gələcəkdə Dağıstanla Azərbaycan veteranları arasında qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bir sıra addımların atılması nəzərdə tutulub. Ümid edirəm ki, biz cari ildə Dağıstanlı veteranların ölkəmizə səfərinə nail olacaq, Dərbənd və Mahaçqala müzakirələrini Bakı və respublikalarımızın digər bölgələrində davam etdirəcəyik. Nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfərinin təşkili, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın bu ərzilərdə həyata keçirdiyi böyük abadlıq işlərinin dostlarımıza təqdim etmək də əsas istəklərimiz sırasındadır. Dağıstan və Azərbaycan veteranları arasındakı əlaqələrin inkiaşfı üçün daha bir sıra addımlar nəzərdə tutulur ki, bu haqda mütəmadi şəkildə ictimaiyyətə məlumatlar verəcəyik. Əminəm ki, atdığımız addımlar Azərbaycan-Dağıstan dostluğunu daha da möhkəmkəndirəcək, gələcək nəsillərə bu dostluğu inkiaşf etdirmək üçün daha böyük imkanlar yaradacaq. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 18 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub. Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb: “Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib. Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib: “2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”. Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib. Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib. Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç, Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Seymur ƏLİYEV
Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dağıstan Respublikası və Azərbaycan Respublikası veteranlarının birgə forumunda iştirak edib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan Respublikası və Azərbaycan Respublikası veteranlarının Dərbənddə keçirilən birgə forumunda iştirak edib. Forum Rusiya Federasiyası və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səslənməsilə başlayıb. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, general Həzi Aslanovun, Mehdi Hüseynzadənin və digər qəhrəmanların gənclərimiz üçün örnək olduğunu bildirib. Polkovnik qeyd edib ki, məhz Bakı nefti faşizm üzərində qələbəni təmin etmiş, "qəhvəyi taun"un məğlub edilməsində həllledici rol oynayaraq bütün bəşəriyyətə nicat vermişdir. Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin erməni faşizminə qarşı apardığı mübarizədən də bəhs etmiş, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin edildiyini bildirmişdir. Təşkilat sədri Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələrinə də toxunmuş, bu əlaqələrin qorunması və inkişafının böyük önəm kəsb etdiyini vurğulamış, mərhum dövlət xadimi Əziz Əliyevin fəaliyyətindən ətraflı bəhs etmişdir. Forumda Müharibə, Əmək və Silahlı Qüvvəlır Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri polkovnik Samir Musayev, Nərimanov Rayon Veteranlar Təşkilatının sədr müavini polkovnik Süleyman Əlibəyov da iştirak edib. Qeyd edək ki, Forumun keçirilməsində əsas məqsəd Dağıstan və Azərbaycan Respublikasının veteranları və xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, İkinci Dünya müharibəsində xalqlarımızın şücaətinin genetik yaddaşının qorunması, gənc nəslin hərbi-vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsidir. Onu da vurğulayaq ki, Forumun təşkilatçısı Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsidir.
Hamısını oxu
Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib. Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb. Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb. Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.
Hamısını oxu
Alman faşizmi üzərində qələbənin 80 illiyi... ...1942-ci ilin məşəqqətli günləri idi. Bu o vaxtlar idi ki, ölkəmizə qəfildən hücum edən alman-faşist qoşunları artıq Şimali Qafqazın ətəklərinə qədər gəlib çıxmışdılar. Mozdak şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Belə bir ağır zamanda Fətulla da Cəlilabad rayonunun Pakrovka (indiki Günəşli) kəndindən cəbhəyə yola salınır. Fətulla Niftullayev o qanlı-qadalı günləri belə xatırlayırdı: -İlk döyüş yolum Stalinqrad cəbhəsindən başlayıb. 1942-ci ilin iyun ayı idi. Kotelnikov yaşayış məntəqəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Faşistlər şəhəri talan etmiş, taxıl anbarları olan yerləri yandırıb külə döndərmişdilər. Birdən komandirimiz Aleksandr Zolotnikovun və vzvod komandiri Baloğlan Şükürovun “İrəli, hücum!” sözlərini eşitdik. Mərmilər böyrümüzdə partlayır, güllələr qulaqlarımızın yanından keçirdi. Azğın faşistləri geri oturtmaq üçün sinəmizi qabağa vermişdik. Düşmən məğlub olmaq istəmirdi. Yoldaşlarımızla hücuma keçib düşməni məhv etmək qərarına gəldik. Elə düşündüyümüz kimi əməliyyatı da həyata keçirtdik. Ağır yaralandığım üçün huşumu itirmişdim. Qospitalda gözlərimi açıb özümə gələndə yanımda rayonumuzun Suluçeşmə kəndindən olan Qəhrəman Atayevi və general Həzi Aslanovu gördüm. Həzi Aslanov qayğıkeşlik göstərib dodaqlarımı su ilə islatdı, sifətimdəki qanı sildi. Sonra alnımdan öpərək ayrıldı... Fətulla Niftullayev sağaldıqdan sonra yenidən ön cəbhəyə, 77-ci diviziyanın döyüşdüyü cəbhəyə göndərilir. O, Krasnodar diyarının azad edilməsində, Ukraynanın Zaparojye, Xerson, Krım vilayətlərinin alman-faşist işğalçılarından təmizlənməsində fəal iştirak edir. Fətulla Stalinqradın, Rostov-Don, Novorossiysk, Simferopol, Sevastopol, Taqanroq və başqa yaşayış məntəqələrinin azad olunmasında və müdafiə edilməsində döyüş yoldaşları ilə birgə böyük rəşadət göstərir. 1944-cü ildə Fətulla Niftullayevin döyüş yolu Keniqsberqdən keçir. Qızğın döyüşlərin birində ağır yaralandığı üçün əsir düşür. Onun uzaq yerlərdə - əsir düşərgəsində çətin və məşəqqətli günləri başlayır. Nəhayət, əsir düşərgəsindən qaçıb Fransa partizanlarına qoşulur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı olur. Alman faşizminə qarşı fransız partizanları ilə birgə mübarizə aparır. Partizanlar arasında böyük nüfuz qazana bilir. Fransa KP MK-nın rəhbəri olan Marsen Kaşen şəxsən özü onunla tanış olub igid qafqazlı balasına xeyir-dua verir. Fətulla Niftullayev alman faşistlərilə müharibənin bizim qələbəmizlə başa çatması xəbərini də elə Fransada olarkən eşidir.. Vətənin müdafiəsi naminə müharibəyə könüllü gedən Fətulla Niftullayev döyüş cəbhələrində rəşadətli əsgər kimi göstərdiyi şücaətlərinə görə “I dərəcəli Şərəf”, “I dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Qafqazın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Simferopolun alınma- sına görə”, “Varşavanın alınmasına görə”, “Kensbirqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində torpaqlarımızı düşmənlərdən qorumaq üçün təkcə Cəlilabad rayonundan 6440 nəfər müharibəyə yola salınmışdı. Faşistlərin şeytan yuvası olan Reyxstaq üzərinə Qələbə bayrağı sancılandan sonra cəbhədən yaralılarla birlikdə cəmi 2800 nəfər cəlilabadlı geri dönə bilmişdi. Onlardan biri də Fətulla Niftullayev idi. O, böyük qələbədən xeyli sonra öz elinə qayıtdı. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışdı, döyüş cəbhəsində olduğu kimi əmək cəbhəsində də öz yoldaşlarına nümunə oldu, onların rəğbətini qazandı. Hər il faşizm üzərində qələbənin ildönümünü qeyd edəndə Fətulla Niftullayev kimi igid oğulları bir daha ehtiramla yad edir, onların qəhrəmanlıqları ilə qürur duyuruq. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin aprel ayının 7-də veteranlarla görüşündə haqlı olaraq demişdir: “1941-1945-ci illlər Azərbaycan xalqının tarixində də görkəmli yer tutur, xalqımızın parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlayırıq. Bu dövrün insanlarını – həm həmin dövrdə döyüşən və həlak olanları, cəbhədə yaralanları, həm də rəşadət göstərib bu gün yaşayanları, həyatlarını dəyişənləri həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”. Bu qələbənin qazanılmasında doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. Böyük Vətən müharibəsində Vətənimizin xilası yolunda, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş Fətulla Niftullayev kimi müharibə iştirakçılarının xatirəsini ehtiramla yad etmək bu gün bizim mənəvi borcumuzdur. Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu gün Fətulla Niftullayevin də əziz xatirəsi qəlbimizdə yaşayır. Od-alov içindən keçmiş döyüşçünün adının əbədiləşdirilməsi üçün Cəlilabadın geniş küçələrindən birinə onun adı verilib. Fərəhli haldır ki, Sverdlovsk vilayətində yerləşən “Krasnıy kult” orta məktəbi də həmyerlimiz Fətulla Niftullayevin adını daşıyır... Ədalət SALMAN, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri
Hamısını oxu