Ən son xəbərlər
“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir: “Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq. Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 fevral 2025-ci il
Hamısını oxu
Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir. Həmin zirvəyə yüksəlmək, sadəcə fiziki güc və cəsarətlə deyil, həm də dərin mənəvi zənginlik, yüksək ideallar və vətənə sevgi ilə mümkündür. Elvinin və ona bənzər şəhidlərin həyatları, bu zirvənin hansı mübarizə və əzmlə qazandığının ən gözəl nümunəsidir.Onlar yalnız döyüş meydanında deyil, eyni zamanda ruhən də bu yolda irəliləyərək bizlərə örnək olurlar. Şəhidlik bir fəxarət, bir şərəfdir. Vətənə sevginin, cəsarətin nümunəsidir, bu bir tək cümlə. Ölümü gözə almaq, vətən, torpaq uğrunda şəhidliyə hazır olmaq hər kişinin işi deyil, ər igidin işidir. Şəhid Elvin İslamovdan qalan tək və yeganə səs yazısıdır. Savaşdan az əvvəl dostuna göndərib: “Şəhid olmağa gedirəm, qardaş!” deyib. O, bir Qazi övladı idi. Atası Elçin İslamov birinci Qarabağ savaşında tarix yazanların sırasında olmuşdu. Atasının vətənpərvərlik yolunu Şəhadəti ilə tamamladı Elvin. Ölümü ilə ölümsüzliyə qovuşdu. Elvinin şəhidliyi, onun vətənə olan sonsuz sevgisinin və vətənpərvərliyinin ən yüksək təcəssümü oludu. Atasının ardınca, bir daha göstərdi ki, bu müqəddəs torpaq uğrunda canını fəda etmək, hər bir vətəndaşın ən böyük şərəfidir. 30 il ərzində aparılan mübarizə yalnız bir döyüşün və ya bir hadisənin nəticəsi deyildi. Hər bir şəhidin və qazinin həyatı, özündə bir roman qədər dərin və mənalı hekayələr daşıyır. Onların hər biri, hər bir addımı ilə bir qəhrəmanlıq yolunu yazdı, ailələrini, yaxınlarını və bütövlükdə xalqını, millətini daha yaxşı bir gələcəyə aparmaq üçün canını fəda etdi. 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində yüksək vətəndaşlıq və fədakarlıq nümunəsi göstərmiş mübariz oğullar qanları, canları bahasına xalqımızın qəhrəmanlıq tarixinə parlaq, şərəfli səhifə yazdılar. Bu mübarizənin, bu zəfərin arxasında təkcə döyüşçülər deyil, həm də onların ailələri, bütün xalq dayanırdı. Hər bir şəhidin və qazinin, həm də onların yaxınlarının göstərdiyi vətəndaşlıq və fədakarlıq nümunəsi, ölkəmizin azadlıq və haqq yolunda mübarizliyini bir daha dünyaya nümayiş etdirdi.Vətən müharibəsi bizə yalnız ərazi bütövlüyünün önəmini göstərmədi, eyni zamanda millətimizin birliyinin, öz gücünə olan inamının və öz hüquqlarını müdafiə etmə əzminin nə qədər böyük olduğunu bir daha təsdiqlədi. Belə mübariz oğullardan biri də Elvin Elçin oğlu İslamovdur.O, 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 158 saylı orta məktəbi bitirmişdir. Əslən Xızıdan olan İslamov 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olmuşdur. O, əsgərliyini başa vurduqdan sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləmişdir.Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Elvin İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Elvin İslamov Bakıda II Şəhidlər Xiyabanda vətən torağına qovulmuşdur. 2020-ci ilin dekabrında Bakının Yasamal rayonunda onun adına şəhid bulağı tikilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Elvin İslamov Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Həmçinin Elvin İslamov ölümündən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Hər bir şəhidin adı, yalnız onun şəxsi mübarizəsinin deyil, həm də bütün bir xalqın müstəqilliyi uğrunda verdiyi mücadilənin xarakteridir. Bu mübarizə, keçmişdən bu günə və gələcəyə qədər böyük bir əlaqə qurur. Elvinin adının, onun qəhrəmanlığının yaşadığı torpaqlarda və qəlblərdə əbədi qalması, həm də millətimizin bu yolu necə yüksək əzmlə davam etdirdiyini göstərir.Onların adlarını və qəhrəmanlıqlarını yaşatmaq, gələcək nəsillərə daşımaq, həm də böyük bir vəzifədir. Elvinin və onun kimi şəhidlərin adları, bizim hər birimizin qəlbində, düşüncələrində və gələcəyimizdə daim yaşamalıdır. Elvin Elçin oğlu İslamovun adına çox abidələr ucaldılacaq, amma özünün ucaltdığı abidədən olmayacaq: Şəhid Elvin İslamov! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı
Hamısını oxu
Cəlil Xəlilov: “İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb” “Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”. Bunu saytımıza açıqlamasında Mharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, əslində Ermənistan nə işğal dönəmində, nə də müharibədən sonra sülh danışıqlarında səmimi olmayıb: “Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra işğal faktorunu aradan qaldırmaq üçün uzunmüddətli diplomatik cəhdlər ortaya qoydu. Lakin 30 ilə yaxın müddətlə problemin sülh yoluyla həlli ilə bağlı rəsmi Bakının ortaya qoyduğu səylər səmərəsiz qaldı. İrəvan bu gün olduğu kimi, həmin dönəmdə də sülh danışıqlarında formal olaraq iştirak etdi. Problemin həlli üçün heç bir real səy, səmimi istək ortaya qoymadı. Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün də eyni saxtakar siyasəti həyata keçirməkdədir. Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır, prosesi məqsədli olaraq yubadır. Bu əsnada, Ermənistan sürətlə silahla siyasəti həyata keçirməkdədir ki, bu da İrəvanın revanşist niyyətlərindən xəbər verir. Görünən odur ki, Ermənistan hələ də 44 günlük müharibənin dərslərindən lazımi nəticə çıxarmayıb və bu gün xam xəyallarla yaşamaqdadır”. Polkovnik qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstəərn Avropa İttifaqının mülki missiyası da sülh prosesinə zərbə vurur, bölgədə gərginliyi artırır: “Bəlli bir müddətdir ki, Ermənistan ərazisində Avropa İttifaqının monitorinq missiyası fəaliyyət göstərir. Bu missiyanın adı monitorinq missiyası olsa da, bu missiya faktiki olaraq təxribatla məşğuldur. Onlar mütəmadi şəkildə bizim mövqelərimizi müşahidə edir, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər. Azərbaycan tərəfi dəfələrlə bununla bağlı öz narahatlığını dilə gətirib və bəyan edib ki, Ermənistan həqiqətən də bölgədə uzunmüddətli, etibarlı sülh istəyirsə, o zaman belə təxribatçı addımlardan çəkinməli, Avropa İttifaqı missiyasını sərhəddən yığışdırmalıdır. Ancaq Ermənistan dövlətimizin bu tələbini də yerinə yetirmək üçün konkret addımlar atmır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, sülh üçün əlavə maneələr yaradır”. Cəlil Xəlilov qeyd edib ki, proseslərin bu şəkildə davam etməsi bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir: “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan sülh üçün əməli addımlar atmalı, silahlanma siyasətindən imtina etməli, 10 Noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Nə qədər ki, bu baş vermir, nə qədər ki, Ermənistan sülhdən daha çox revanş haqqında düşünür, bölgədə sülh üçün təhdidlər qalmaqda davam edəcək. Bununla yanaşı, Ermənistan bilməlidir ki, əgər havadarlarının fitnəsinə uyaraq regionda vəziyyəti gərginləşdirməkdə və yeni təxribatlartörətməkdə davam edərsə, bu, Azərbaycanı qəti və qabaqlayıcı addımlar atmağa vadar edəcək. Bunun isə Ermənistan üçün nəticələri son dərəcədə fəlakətli olacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.Allah rəhmət eləsin!"Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məmmədağa Şiriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Hörmətli "Azerbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı" İctimai Birliyi Sədri, polkovnik Cəlil Xalilov! Mən, Xəlilov Rövşən Elxan oğlu, maldarlıq sahəsində yaşadığım çətinliklərin həlli istiqamətində verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Gösterdiyiniz diqqət və qayğı, bu sahədə işlərimin daha da irəliləməsinə və inkişafına səbəb olmuşdur. Sizin bu dəstəyiniz təkcə mənim üçün deyil, həm də bu sahədə çalışan digər şəxslər üçün böyük stimul və motivasiya mənbəyidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz təşkilat gələcəkdə də vətəndaşlara dəstək olmaqda davam edəcəkdir. Sizə və kollektivinizə uğurlar arzulayır, işlərinizdə daim müvəffəqiyyətlər diləyirəm. Hörmətlə, Xəlilov Rövşən Elxan oğlu Şəxsiyyət vəsiqəsinin nömrəsi: AA3202820 Ünvan və əlaqə nömrəsi: Ucar rayonu, Qazyan kəndi, 055 888 35 36 Müraciətin tarixi: 14.02.2025
Hamısını oxu
Şəhid polkovnik-leytenant Azər Mikayılovun və onun kimi qəhrəmanların həyatları, sanki hər bir təfərrüatında dərin mənalarla yazılmış bir vətən dastanıdır. Onlar, Vətənin bütövlüyünü qorumaq uğrunda canını qurban verən qəhrəmanlar, sanki bir dağ zirvəsi kimi əzəmətlidir. Gözlərindəki işıq, hər bir döyüşdə və hər bir anın içində Vətənin şərəfini qorumaq üçün çəkdikləri əzab və çəkdikləri mübarizənin parlaq əksidir.Hər bir şəhid, bir qəhrəmanlıq dastanının baş qəhrəmanıdır. Onların cismi torpağa qarışsa da, ruhları Vətən torpağında əbədi olaraq qalır. Qanları ilə yazdıqları bu dastan, bu gün də xalqımızın qəlbində oxunur və gələcək nəsillərə örnək olur. Azadlıq və vətən sevgisi, özləri qədər ölümsüzdür. Onlar bir miras qoyub getdilər bu, yalnız fiziki deyil, həm də əxlaqi, mənəvi bir mirasdır ki, onun dəyəri zamanla daha da artacaq. Onların fədakarlığı, heç vaxt unutulmayacaq.Hər zaman yaddaşlarımızda yaşayıb, bizim üçün bir işıq və bir qürur qaynağı olacaq.Vətən torpağını düşməndən azad etmək nə qədər çətindirsə, onu göz bəbəyi kimi qoruyub saxlamaq ondan da çətindir. Biz Azərbaycan xalqı olaraq 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı - Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün canımızı və qanımızı fəda etdik. Lakin müstəqilliyimizin qorunması fonunda baş verən bu ölüm dirim savaşında erməni daşnaqları, xüsusilə də onların havadarları sayəindədədə baba torpaqlarımızı bir qismini itirdik. Lakin 30 ildən sonar dövlətimiz, şanlı ordumuz sayəsində itirdiyimiz torpaqlarımızı, 44 gündə azad etdik. Vətən Müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu müddət ərzində göstərilən qəhrəmanlıq, həm döyüş meydanında, həm də hər bir Azərbaycan vətəndaşının qəlbindəki vətənpərvərlik ruhunda öz əksini tapdı. Dünya hərb tarixinə nümunə olacaq böyük bir tarix yazdıq. Bu yaradılan tarixin öndə gələn müəllifəri sırasında, Şanlı Azərbaycan dövləti, dar gündə bir yumruq kimi birləşən Azərbaycan xalqı, xüsusilə də Qəhrəman Azərbaycan əsgərləri yer almaqdadır. II Qarabağ savaşında - Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri də polkovnik-leytenant Azər Mikayılov olmuşdur. Azər Əmrah oğlu Mikayılov 1980-ci ilin avqust ayında Kəlbəcər rayonunun Quzeyçiкin кəndində anadan olmuşdur. 1997-ci ildə Naftalan şəhəri 33 saylı tam orta məktəbi bitirən Azər Mikayılov. 1998-2002-ci illərdə Ali Hərbi məktəbdə təhsil almışdır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində təhsilini davam etdirmişdir. 2003-cü ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında taqım komandiri kimi xidmətə başlamışdır. Hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışan Azər Mikayılov son hərbi fəaliyyəti dövründə Xüsusi Təyinatlı Hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifələrini icra etmişdir. Azər Mikayılov II Qarabağ Müharibəsi başlayandan Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Azər Mikayılov 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək hərbi hissə komandiri kimi Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərə birbaşa rəhbərlik etmiş, böyük qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr onlarla yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Hadrud istiqamətində baş verən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərən Azər Mikayılov qəhrəmancasına şəhid olmuşdur. Azər Mikayılov hərbi xidmət dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara və nümunəvi xidməti vəzifəsinə görə müxtəlif medallarla təltif olunmuşdur. Ona müxtəlif dövrlərdə təqdim olunan III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları Azər Mikayılovun böyük rəşadətinin, qəhrəmanlığının bariz nümunəsidir. Onun adı bu medallarda əbədiləşmişdir, və onun mübarizəsi, döyüş yolu və böyük qələbəsi heç zaman unudulmayacaq. Bütün bu qəhrəmanlar, üçrəngli bayrağımızın altında, qanları ilə, əzmkarlıqları ilə, yüksək mənəvi dəyərləri ilə öz izlərini qoyublar. Onların hər birinin adı, Azərbaycan xalqının tarixində şanla, qürurla və sonsuz hörmətlə anılacaq. Hər bir şəhidin və igidin adının çəkildiyi zaman, biz yalnız onların keçdiyi mübarizə yolu deyil, həm də onların əziz xatirəsini yaşadırıq. Polkovnik-leytenat Azər Mikayılov kimi qəhrəmanlar, heç vaxt unudulmayacaq, çünki onlar bizim tarixi Zəfərimizin əsasını qoyublar. Onların fədakarlığı, qələbələri ilə qürur keçiririk, bir daha qeyd edim ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi daim anılacaq və bu torpaqlar üzərində dalğalanan üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Milli Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevi ad günü münasibətilə təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir: “Hörmətli Arif müəllim! Sizi 15 fevral – ad gününüz münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda, eləcə də çoxşaxəli yaradıcılığınızın bütün sahələrində uğurlar arzulayıram. Fəxr hissi ilə qeyd edirəm ki, Siz uzun illərdir ki, Azərbaycanı beynəlxalq elmi müstəvidə uğurla təmsil edən, xalqımızın intellektual gücünü bütün əzəməti ilə dünyaya nümayiş etdirən nadir şəxsiyyətlərdənsiniz. Müəllifi olduğunuz 30-dan çox icad, 300-ə yaxın elmi əsər və digər yaradıcılıq nümunələriniz dünya elmi və texnikasının qiymətli örnəklərindən biri kimi yer üzünün dörd bir yanında insanların rifahını yüksəltməkdə, bəşəriyyətin tərəqqisinə xidmət etməkdədir. Ustad pedaqoq kimi yetişdirdiyiniz yüzlərlə kadr milli təhsil və sənayemizin inkişafına böyük töhfələr verməkdə, müstəqil respublikamızın çiçəklənməsində yaxından iştirak etməkdədir ki, bu da hər birimizdə qürur hissi doğurur. Hörmətli Arif müəllim! Bir daha Sizi bütün veteranlar adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib: “Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində Birliyin sədri polkovnik Cəlil Xəlilov və “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abasov arasında görüş keçirilmişdir. Ölkəmizdə veteranlar təşkilatının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən polkovnik Cəlil Xəlilov cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşkilata göstərdikləri dövlət dəstəyini vurğuladı. Görüşdə Təşkilatın sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib. Həmçinin görüşdə hər iki təşkilatın arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.
Hamısını oxu