Ən son xəbərlər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının mübariz oğullarının İkinci Dünya müharibəsi zamanı bir sıra ölkələrlə yanaşı, Belarusun da faşist işğalından azad edilməsində yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı 17 azərbaycanlı məhz Belarusun müdafiəsində göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Cəlil Xəlilov qeyd edib ki, azərbaycanlılar Brest qalasının müdafiəsində, eləcə də Belarusdakı digər qala-istehkamların, yaşayış məntəqələrinin müdafiəsində böyük igidliklər göstərib, öz qəhrəmanlıqları ilə faşistləri dəhşətə gətirib. Bunlara nümunə olaraq general-mayor Həzi Aslanovun adını çəkən polkovnik, azərbaycanlıların göstərdiyi bu fədakarlığın heç zaman unudulmayacağını, əbədi olaraq ehtiramla xatırlanacağı bildirib. Polkovnik Cəlil Xəlilovun çıxışı Belarus ictimaiyyəti arasında böyük marağa səbəb olub və məmnunluqla qarşılanıb. Qeyd edək ki, polkovnik Cəlil Xəlilovun Belarusda yaşayan azərbayacnlılarla da görüşü nəzərdə tutulur. Seymur ƏLİYEV
Hamısını oxu
29-30 iyun 2024 tarixləria rasında Baku Flame Towers, Fairmont hoteldə keçirilən Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilmişdir. Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. KonqresAzərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunmuşdur .“Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunmuşdur. Beləki, Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi, buruna Dolğu Botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər ələ alınaraq müzakirə olunmuşdur. Konqresin 1 -ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən -Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur. Konqresmizdə dünyaca məşhur Professor Eren Taştanilk dəfə Azərbaycanda RİNOPLASTİKA FƏLSƏFƏSİ VƏ CANLI CƏRRAHİYYƏ KURSU verib. O, Rinoplastika əməliyyatını bütün incəlikləri haqda çıxış etmiş və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənmişdir.Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur Universitet və klinikalarında tədris verən professor-müəllim heyəti tərəfindən həyata keçirilən konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşmüşlər. Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları bütün detallarıyla anladaraq masterklass verib.
Hamısını oxu
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Prezidentinin Milli Saraylar İdarəsi Topkapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşərək, ikitərəfli əməkdaşlığı müzakirə edib. Görüşdə İlhan Kocaman Osmanlı İmperiyasının 600 illik tarixinin 400 ilində Osmanlı sultanlarının yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib, 300.000-ə yaxın arxiv sənədləri ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 3 aprel 1924-cü ildə Cümhuriyyətin ilk muzeyi olduğunu qeyd edib. Topkapı Sarayının Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu qeyd edən dairə başçısı İlhan Kocaman dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını söyləyib. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın qarşılıqlı səfərləri, imzaladıqları sənədlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, muzeylərimiz arasında birgə layihələrin önəmini qeyd edib. O, Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, ölkənin aparıcı muzeyləri haqqında məlumat verərək, dünyanın ən böyük və unikal muzeylərindən olan Topkapı Saray Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasının ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib. Diplomat Topkapı Saray Muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu eksponatların Azərbaycanda da nümayiş etdirilməsi, Azərbaycan mədəniyyətinə dair sərgilərin isə Topkapı Sarayının qalereya və salonlarında sərgilənməsinə dair təkliflərlə çıxış edib. Görüşdə Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topkapı Sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Sarayda Azərbaycan mədəniyyəti həftəliyinin keçirilməsi razılaşdırılmışdır. Bundan başqa, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan İstanbul Dijital Deneyim Müzesi - Rəqəmsal Təcrübə Muzeyi ilə tanış olub, muzey rəhbərliyi ilə Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə olunub. Ənənəvi muzey ziyarətindən fərqli, yeni yanaşma olan Virtual muzey - Rəqəmsal Təcrübə Muzeyində sensor ekranlar, süni intellektlə dəstəklənən interaktiv tətbiqlərə qədər geniş çeşidli texnologiyalardan istifadə etməklə ziyarətçilərə əsərlərlə birbaşa ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı təklif olunur. Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın sonsuz imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dilini yaradılıb. Muzeyin hər bir küncündə ziyarətçilərə incəsənətin müxtəlif ölçüləri ilə qarşılaşmaq imkanı verən interaktiv sərgilər təşkil edilib, nümayiş etdirilən interaktiv dizaynlar və proqram təminatı yerli yaradıcılıq və innovasiyaların nümayişi kimi türk proqram tərtibatçıları və dizaynerləri tərəfindən diqqətlə hazırlanmışdır. 3D və 4D təcrübələri təqdim edən Rəqəmsal Təcrübə Muzeyi hər ziyarətdə yeni hekayə və macəra təqdim edir, hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir. Ziyarət zamanı İstanbul Rəqəmsal Təcrübə Muzeyində ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirilmiş, gələcəkdə Azərbaycan muzeyləri ilə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
Hamısını oxu
Cari il 27 iyun tarixində İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” fərdi sərgisinin açılışı olub. Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycandakı Atatürk Mərkəzi, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası, “Yeni Gallery” Bakı Sənət Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə keçirilib. Tədbirdə İstanbuldakı dövlət nümayəndələri, müxtəlif bələdiyyələrin rəhbərliyi, ictimaiyyət təmsilçiləri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva Azərbaycanın müstəqilliyinin 105-ci, Türkiyənin istiqlaliyyətinin 100, Ulu Öndər Heydər Əliyevin doğumunun 100 illiyinə həsr olunmuş sərginin Türkiyədə də təqdim olunmasının əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz arasında strateji əməkdaşlıq barədə danışıb. Baş konsul sərginin mövzusunun Türkiyədə də maraqla qarşılandığını, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyini vurğulayaraq, əldə edilən zəfərin nümayiş etdirilən rəsm əsərlərində öz əksini tapdığını vurğulayıb. Çıxış edən Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri Zeki Eraslan, TÜRKSOY baş katibinin müavini Sait Yusuf Azərbaycan mədəniyyətinə Türkiyədə daim böyük maraq olduğunu və dünya mədəniyyətinə böyük töhfələr verdiyini bildirərək, rəssamlıq sənətinin qrafika janrında yaradılmış bu unikal əsərlərin böyük tarixi şəxsiyyətlərimiz, Ulu Öndərlər Mustafa Kamal Atatürk, Heydər Əliyev, habelə ibaşqa sərkərdələr, ədəbiyyat simalarının portretləri gənclərəmizə milli vətənpərvərlik hisslərini aşılamaqla yanaşı, onların irsinə mühüm töhfə olduğunu qeyd ediblər. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət adlandırdığı Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın genişləndiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edib. Samir Abbasov hər bir xalqın dünyada öz mədəniyyəti və sənəti ilə tanındığını vurğulayaraq, mədəniyyətin inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti ilə Azərbaycan xalqının haqlı olaraq fəxr etməli olduğunu bildirib. O, rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edildiyini söyləyib. Diplomat Azərbaycan-Türkiyə qardaşlığı, zəfərimizə həsr olunmuş sərgi haqqında danışaraq, rəssam Eldəniz Babayevin bir qələmlə yaratdığı unikal rəsmlərdə tarixi şəxsiyyətlərimizin obrazları, onların iç dünyaları da mükəmməl şəkildə yaradıldığını, rəssamın Türk dünyasına olan böyük sevgisinin hiss olunduğunu qeyd edib. Çıxış edən Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Xalq rəssamı Arif Hüseynov Azərbaycan-Türkiyə dostluğu haqqında danışaraq, Eldəniz Babayev əsərlərində yüksək professionallıq və sənətinə olan dərin bağlılığın hiss olunduğunu, onun əsərlərinin təkrarsızılığı, rəssamlıq, qrafika sənətində özünəməxsus xüsusiyyətlərini qeyd ediblər. Sonda rəssam Eldəniz Babayev çıxış edərək keçirilən sərgidə nümayiş etdirilən əsərlər haqqında danışıb, Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfərə dair əsərlər yaratdığı üçün xoşbəxt olduğunu və bu möhtəşəm sərgiyə dəstək göstərdikləri üçün Azərbaycan və Türkiyənin müvafiq qurumlarına öz təşəkkürünü bildirib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin incəsənətə, rəssamlıq sənətinə qayğısından bəhs edən video material nümayiş etdirilib. Tədbirdə Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki “Xəzər” Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri “Sarı gəlin”, “Naz eləmə” milli rəqslərimizi ifa etmiş, müğənni Vüsalə Əsgərova milli musiqilərimizi ifa ediblər. “Zafer müjdesi” adlı sərgi çərçivəsində rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətinə həsr olunmuş kitab- kataloq təqdim olunub. Qeyd edək ki, sərgidə Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfər, xalqımızın məişəti, adət-ənənələri və mədəniyyətini əks etdirən ümumilikdə 80-ə yaxın qrafika və rəngkarlıq işi nümayiş etdirilir. Sərgi Atatürk Mədəniyyət Mərkəzində iyul ayının 5-ə kimi fəaliyyət göstərəcək.
Hamısını oxu
Hər bir cəmiyyətdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təminində polisin müstəsna rol oynadığı birmənalıdır. Polisin “adi” hüquqpozmalardan tutmuş ağır və xüsusilə ağır cinayətlərə qədər ən müxtəlif qanun pozuntularına qarşı apardığı mübarizə vətəndaşların konstitusyon hüquqlarının qorunmasını təmin edir, fərdi təhlükəsizlikdən tutmuş ictimai təhlükəsizliyə qədər hər cür təhdid və təhlükəni zərərsizləşdirir. Bu mənada Azərbaycan polisinin qanunla ona həvalə edilən missiyanın üzərindən yüksək peşəkarlıqla gəldiyi şübhəsizdir. Bu gün daxili ilər orqanlarının əməkdaşları cinayətkarlığın bütün növ və üsullarına qarşı effektiv mübarizə aparır ki, bunlardan da biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Polis cəmiyyətin fiziki və mənəvi sağlamlığının keşiyində! Müasir dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin kəskinləşməsi baxımından ciddi aktuallıq kəsb etməkdədir. Cəmiyyəti fiziki və mənəvi baxımdan şikəst etmək hesabına milyonlar qazanmağa cəhd edən cinayətkar dəstələr, bəzi hallarda həm də ölkəmizdən narkotiklərin daşınmasında tranzit kimi istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycan polisinin ayıq-sayıqlığı, xidməti peşəkarlığı sadəcə vətəndaşlarımızın deyil, həm də digər xalqların təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Sevindiricidir ki, mövcud statistika hüquq-mühafizə orqanlarının əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə apardığını, bu sahədə böyük uğurlara nail olduğunu göstərir. Bu mübarizənin miqyas və nəticələri haqqında daha aydın təsəvvürə malik olmaq üçün cari ilin may ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən işlərə nəzər salmaq kifayətdir. Xatırladaq ki, 2024-cü ilin may ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə ölkə ərazisində toplam 31 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində “qara bazar”dan dəyəri 13 milyon manat olan narkotik çıxarılıb, 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 39 nəfər həbs edilib. Bütün bu rəqəmlər Azərbaycan polisinin narkotik alverçilərinə qarşı sistemli və səmərəli mübarizəsindən xəbər verir. Polis milli-mənəvi dəyərlərimizin müdafiəçisidir! Qeyd edək ki, ölkəmizdə polis həm də milli-mənəvi dəyərlərin müdafiəçisi rolunda çıxış edir. Hansı ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərin qorunmasının xalqımızın və dövlətimizin gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini bildirib, xalqımızın 44 günlük Vətən müharibəsində məhz bu dəyərlər sayəsində qalib gəldiyini vurğulayıb. Bu isə o deməkdir ki, polisin xalqımızın mənəvi dəyərlərinin keşiyində dayanması, milli əxlaq və dəyərlərə zidd olan hallara qarşı ciddi mübarizə aparması daxili işlər orqanı əməkdaşlarının milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətidir. Onu da qeyd edək ki, polis əməkdaşları milli-mənəvi dəyərləri nümayişkəranə şəkildə pozan, qeyri-etik addımlar atan, əxlaqa zidd çağırışlar edən bu cür şəxslərə qarşı həm real həyatda, həm də internet resurslarında - müxtəlif sosial şəbəkələrdə aktiv mübarizə aparır. Bu mübarizədə məqsəd qeyri-etik danışıq və davranışları ilə ictimai əxlaqa zidd addımlar atan şəxsləri cəzalandırmaqla yanaşı, həm də gənc nəsli bu cür zərərli təsirlərdən qorumaq, xalqımızın sağlam gələcəyini təmin etməkdir. Bir sözlə, bu gün Azərbaycan polisinin çoxşaxəli fəaliyyəti ölkəmizdə ictimai sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həm də sağlam cəmiyyət və gəncliyin formalaşmasına hesablanıb ki, bu da ikiqat uğur, ikiqat nailiyyətdir. 2 iyul – Polis Günü ilə əlaqədar olaraq bütün polis əməkdaşlarını təbrik edir, onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.
Hamısını oxu
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib. Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Səfir Ravkov Andrey Alekseyeviç ölkəsinin faşist işğalından azad edilməsinin 80 illik yubileyi münasibətilə Fatma Səttarovanı Belarus Prezidenti adından medalla təltif edib, Belarus torpağının azadlığı uğrunda döyüşən azərbaycanlıların tarixi qəhrəmanlığına diqqət çəkib. Diqqətinə görə Belarus dövlətinə öz təşəkkürünü bildirən Fatma Səttarova, Belarus və Azərbaycan xalqının bu gün də tarixi dostluq ənənələrini davam etdirməsindən məmnunluğunu bildirib. Daha sonra polkovnik Cəlil Xəlilov Belarus səfirinə Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı haqqında ətraflı məlumat verib, iki dövlətin veteran təşkilatları arasındakı əməkdaşlığı daha da genişləndirməyin vacibliyini vurğulayıb. Görüşdə Belarus səfirinin müavini, müşavir-elçi Çuşev Vladimir Nikolayeviç və Səfirliyin I-ci katibi Xlebakazov İvan Sergeyeviç də iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu
“2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında antiterror əməliyyatının nəticəsi yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu, həm də böyük bir mənəvi üstünlükdür”. Bu sözləri Silahlı Qüvvələr Günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatında keçirilən tədbirdə Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev bildirib. Administrasiya rəsmisi qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfəri ölkəni yeni inkişaf səviyyəsinə qaldırıb. Seymur ƏLİYEV
Hamısını oxu
TƏBİB-in tabeleyindəki Sumqayıt Tibb Mərkəzi (STM) və "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyin Sumqayıt şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Mənim qalib ordum” adlı tədbir keçirilib. Bu barədə Veteran.gov.az-a STM-dən xəbər verilib.Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin sədri Elvin Mahmudzadə, XTQ-nin ehtiyatda olan baş giziri, Vətən Müharibəsi qazisi, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədov, STM-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri, eləcə də, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin "Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır",- fikrini şüar tutaraq Azərbaycan ordusunun sözün bütün mənalarında bunu haqq etdiyini vurğulayıblar. 44 günlük "Vətən müharibəsi" zamanı şanlı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq bunu bir daha sübuta yetirir. 106 il öncə yaradılan şanlı ordu bu illər ərzində müxtəlif mərhələlərdən keçərək formalaşıb. Ordunun ən yüksək səviyyədə inkişafı və nizam-intizamı isə müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu müqəddəs amalı Prezident İlham Əliyev uğurla davam etdirir.Ordu quruculuğunda həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan ordusu qalibdir və torpaqlarımız düşmən tapdağından tam azad edilib.Silahlı Qüvvələrin yaradılmasının 106 illiyinə həsr edilən "Mənim Qalıb Ordum" adlı tədbirdə məhz ordumuzun keçdiyi inkişaf yolundan və əzmkarlığından söz açılıb. Vətənə, şəhidlərimizə, qazilərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.Sonda Heydər Əliyev və Azərbaycanda ordu quruculuğuna aid sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti ilə həyata keçirilib. Tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər. İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib. Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb. Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə dəstək göstəriləcəyini qeyd edib. Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar. Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər. Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər. Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib. Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər. Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub. Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə veteranlar, gənclər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin önəminə toxunub, ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib. Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs edib. Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacağını bildirib. Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.
Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.
Hamısını oxu