Ən son xəbərlər
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib.Tədbir “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi, fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır. Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib. Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı özünüzə borc bildik. Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib. Fərid Səfərov Mətbuat katibi
Hamısını oxu
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrant müsabiqəsində “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsi qalib olub. Layihənin icrası 01 iyun 2024-cü il tarixində başlanılıb. Layihənin əsas məqsədi sağlamlığında məhdudiyyətlər olan, lakin əlil olmalarını özləri üçün məhdudiyyət saymayan insanlarla cəmiyyətdə əlilliyi olan digər insanlara nümunə göstərilərək əlilliyi olan insanların hər birinin özünə inananraq, güvənərək cəmiyyətə normal şəkildə inteqrasiya olunmasına kömək edilməsidir. Ümumilikdə fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru “Siz bizlərdən birisiniz” şüarı altında maarifləndirmə istiqamətində tədbirlər təşkil olunacaq. Layihə İmişli, Kürdəmir, Saatlı və Sabirabad rayonlarında yerli icra orqanlarının təşkil etdiyi məkanlarda həyata keçiriləcək. Layihə rəhbəri “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumova
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tanınmış iş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı - qurban payı göndərib. Bütövlükdə Nehrəm qəsəbəsi və ətraf kəndlərdə məskunlaşan 1250 ailə bayram günündə Qurban payı ilə təmin olunub. Bayram günündə şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailəlrin yad edilməsi həssas kateqoriyadan olan şəxslər tərəfindən məmnunluq hissi ilə qarşılanıb. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarıdna dəfələrlə həssas kateqoriyadan olan vəəndaşlara diqqət və qayğı göstərməyi hər bir vətəndaşın mənəvi borcu adlandırıb, iş adamlarını, sahibkarları bütün sahələrdə olduğu kimi bu məsələdə də dövlət siyasətini dəstəkləməyə çağırıb. İş adamı Səfər Əlirzayevin ənənəvi xeyriyyəçilik fəaliyyətini mütəmadi şəkildə genişləndirməsi, bütün bayramlarda şəhdi v əqazi ailələrini bayram sovqatları ilə sevindirməsi sahibkarlarımızın dövlət başçısının bu çağırışını əməli şəkildə dəstəklədiyini göstərir. Biz də Hacı Zeynalabdin Tağıyev məktəbinin davamçısı olan hörmətli iş adamı Səfər Əlizayevə öz xeyirxah əməllərinə görə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır” Son günlər media və sosial mediada, eləcə də parlamentdə veteranlara verilən 80 manat təqaüdün artırılması ilə bağlı təkliflər səslənməkdədir. Mövzu ilə bağlı saytımızın sualını cavablandıran Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bu təqaüdün artırılmasının məqsədəuyğun olduğunu vurğulayıb: “Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılmasına ehtiyac var “Hər şeydən öncə qeyd edim ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü dövlətimizin, Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir və biz buna görə bir daha Müzəffər Ali Baş Komandana öz təşəkkürümüzü bildiririk. Bu fakt bir daha sübut edir ki, şəhid ailəlrinin, müharibə əlillərinin, veteranların sosial rifahınn kompleks şəkildə yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı hesab edirəm ki, indiki şəraitdə bu təqaüdün artırılmasına ehtiyac var. Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır. Məlum olduğu kimi, bu gün müasir dünyada baş verən qiymət artımı, bahalaşma və s. kimi amillər bu və ya digər dərəcədə Azərbaycanda da özünü hiss etdirir. Habelə, son vaxtlar kommunal xidmətlərin də nəzərəçarpacaq dərəcədə artdığı hər kəsə məlumdur. Bu baxımdan veteranlara verilən 80 manatlıq təqaüdün artırılması vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına, onların ailə büdcəsinin daha da güclənməsinə kömək edə bilər. Ona görə də, hesab edirəm ki, əlaqədar qurum və instanasiyalar, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bu məsələyə həssaslıqla yanaşmalı, bu təqaüdün artırılmasını təmin etməlidirlər”. Polkovnik qeyd edib ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması veteranlar üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar: “Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması dövlətimizin veteranlara sistemli qayğısının daha bir nümunəsi olmaqla yanaşı, veteranlarımız üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar. Bundan başqa, bu artım ölkəmizə, dövlətimizin veteranlarla bağlı siaysətinə qarşı informasiya müstəvisində, o cümlədən sosial şəbəkələrdə çirkin təbliğat kampaniyası təşkil edən qüvvələrə də layiqli cavab olar. Bütün dünya bir daha şahid olar ki, ölkəmizdə veteranların sosial rifahının yaxşılaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət praktikada dinamik şəkildə öz əksini tapır”.
Hamısını oxu
Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı deyib. Musa Quliyev bildirib ki, proses demək olar, yekunlaşmaq üzrədir: “Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaqlar. Praktika göstərdi ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişibsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılır. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Bununla da statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”. Deputatın sözlərinə görə, eyni proses bir neçə hallarda şəhid ailələri arasında da müşahidə edilib: “Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirsə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”. Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Hamısını oxu
Cəlil Xəlilov: “Hər bir Azərbaycan vətəndaşı bu birliyi qorumaq və gücləndirmək üçün əlindən gələni etməlidir” “Xalq-ordu birliyi təhlükəsizliyimizin qarantı, uğurlarımızın təminatçısıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiltının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində daim güclənən bu birlik, günümüzdə ön yüksək zirvədə qərarlaşıb: “Bu gün ölkəmizdə xalqla ordu arasındakı birliyin yüksək səviyyədə olduğu hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsi bu birliyin dünya miqyasında təcəssümü oldu. Dünya bu 44 gün ərzində şahid oldu ki, Azərbaycan vətəndaşı öz əsgərinin, öz zabitinin yanındadır və hər zaman da yanında olacaq. Təbii ki, biz bu birliyə görə hər şeydən öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun uzaqgörən siyasətinə borcluyuq”. Polkovnik Cəlil Xəlilov bu birliyin hər zaman qorunub saxlanılmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Xalq-ordu birliyinin qorunub saxlanılması həm bu günümüz, həm də gələcəyimiz baxımından son dərəcə vacibdir. Bu birliyi qorumaq üçün hər bir Azərbaycan vətəndaşı səy göstərməli, əmək sərf etməlidir. Məlumat üçün qeyd edək ki, dünən biz Beynəlxalq Muğam Mərkəzində “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirdik. Konfransda ordu nümayəndələri ilə yanaşı, gənclər və veteranlar, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirdi. Bu konfrans, orada səslənən fikirlər, edilən çıxışlar bir daha sübut etdi ki, bu gün ölkəmizdə xalq-ordu birliyi həqiqətən də qürurverici səviyyədədir. Mən konfransda iştirak edən hər kəsə - Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevə, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevə, gənclərimizə və veteranlarımıza öz təşəkkürümü bildirirəm. İnanıram ki, biz gələcəkdə də bu birliyi qoruyub saxlayacaq, onun daim möhkəmlənməsi üçün bütün imkanlardan istifadə edəcəyik”.
Hamısını oxu
General-mayor Müşfiq Məmmədov: “Şəhidlər bizim baş tacımızdır!” “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!” Moderator.az-a xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfransda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov deyib. Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərə görə ilk növbədə şəhidlərə minnətdar olduğumuzu bildirən general, şəhid ailələrinin önündə baş əydiyini vurğulayıb: “Şəhidlər bizim baş tacımızdır. Biz onların ailə üzvlərinin, bütün yaxınları qarşısında baş əyirik. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, hər zaman ehtiramla yad ediləcək”. Seymur ƏLİYEV
Hamısını oxu5 iyun 2024-cü il saat 10:30-da Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirilib. Konfransda kursantlar, müxtəlif qoşun növlərinin nümayəndələri, gənclər və veteranlar, həmçinin, millət vəkilləri, görkəmli ziyalılar, vətəndaş cəmiyyəti institutlatrının nümayəndələri iştirak edib. Konfransdan öncə foyedə rəsm sərgisinə baxış keçirilib, vətənpərvərliklə bağlı əsərlər konfrans iştirakçılarının marağına səbəb olub. Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respubikasının Dövlət Himni ifa olunub. “Xalq-ordu birliyi və 44 günlük Vətən müharibəsi” adlı videoçarx nümayiş olunub. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalq-ordu birliyi ilə bağlı maraqlı fikirlər səsləndirib, bu birliyi təhlükəsizliyimizin qarantı adlandırıblar. Ordu-xalq vəhdətinin 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynadığını bildirən konfrans iştirakçıları, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu birliyin gələcəkdə də qorunub saxlanılanacağına əminliklərini ifadə ediblər. Çıxışlardan sonra müxtəlif layihələrdə uğur və nailiyyətlər əldə etmiş gənclərə diplom və Fəxri Fərmanlar təqdim edilib. Bundan sonra konfransda iştirak edən tələbə və kursantlar çıxış edən rəsmilərə suallar ünvanlayıb, onları maraqlandıran məsələlər haqqında ətraflı məlumat alıblar. Konfransın sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlər bağlı şəkildə yetişdirilməsi, dövlətçilik maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edilib, qarşılıqlı fikir mübafiəlsi aparılıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Nəsimi Rayon Təşkilatının sədri Validə Vəliyeva da iştirak edib.
Hamısını oxu
Naqif Həmzəyev: “İnanıram ki, bu qurum gənc nəslin vətənprəvərlik tərbyəsinə bundan sonra da böyük töhfələr verəcək” 44 günlük Vətən müharibəsində ordumuzun bütün kontingenti kimi hərbi həkimlərimizin də cəsarətlə iştirak etdiyi, 8 Noyabr zəfərinə böyük töhfələr verdiyi şübhəsizdir. Məhz bu səbəbdən də bütün şəhidlərimiz kimi şəhid həkimlərimizin də cəmiyyətə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi bir zərurət olaraq meydana çıxmaqdadır. Qürurvericidir ki, bu məsələdə Prezident Administrasiyası, Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə yanaşı, digər dövlət qurumları da aktiv şəkildə iştirak edir ki, bunlardan biri də Sumqayıt Tibb Mərkəzidir. Qeyd edək ki, Vətən müharibəsində şəhid olan hərbi həkimlərin ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliği istiqamətində sistemli addımlar atan Sumqayıt Tibb Mərkəzində cari ilin aprel ayında şəhid hərbi həkim Eldar Abdullayevlə bağlı bədii-sənədli filmin təqdimatı keçirilmiş, film cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumiyyətlə, Elnur Azadxanovun Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinatından sonra adıçəkilən qurumun fəaliyyətində ciddi dəyişikliklər, müsbət dinamika müşahidə edilməkdədir. Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətincə ardıcıl tədbirlərin görülməsi, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi Elnur Azadxanovun adı ilə bağlıdır. Peşəkar həkimlərin Sumqayıt Tibb Mərkəzinin tabeçiliyindəki müəssisələrə cəlb edilməsi də yeni rəhbərliyin sözügedən qurumun həyatına gətirdiyi mühüm yeniliklərdəndir. Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, Sumqayıt Tibb Mərkəzinin şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması istiqamətində atdığı adımların mənəvi-tarixi əhəmiyyətindən danışıb: “Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu prosesi diqqətdə saxlayır, şəhdilərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır. Dövlətimiz şəhid adlarını əbəədiləşdirməklə yanaşı, onların ailələrinin sosial problemlərinin həll edilməsi, şəhid övladlarının hərtərəfli himayə olunması və s. kimi məsələlərlə bağlı da qətiyyətli siyasət yürüdür. Şübhəsiz, bu siyasət bundan sonra da davam edəcək. Çünki şəhidlərimiz elə bir fədakarlıq göstərib ki, heç nə bu fədakarlıqla müqayisə oluna bilməz. 44 günlük Vətən müharibəsində bizim həkimlərimiz, eləcə də hərbi həkimlərimiz cəsarətlə iştirak etdi, qələbəmizə böyük töhfələr verdi. Həkimlərimiz öz həyatlarını təhlükə altına qoyaraq öz hərbçi yoldaşlarının, döyüş yoldaşlarının həyatını xilas etdilər. Mənfur düşmən müharibə zamanı hərbi konvensiyalara zidd olaraq tibbi maşınları da atəşə tuturdu. Ancaq buna baxmayaraq, həkimlərimiz müharibənin ən qızğın nöqtələrində fəaliyyət göstərmiş, öz müqəddəs missiyalarını əzmlə yerinə yetirmişdilər. Odur ki, bütün şəhidlərimiz kimi həkim şəhidlərimizin də xatirəsinin əbədiləşdirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu mənada Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərlə bağlı layihələri, onların xatirəsinin əbədiləşdiirlməsi, qəhrəmanlıqarının təbliği ilə bağlı atdığı addımlar son dərəcə önəmlidir. Bu addımlardan biri kimi Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü və dəstəyilə çəkilmiş, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş “Şəhidlər evə qayıdır” qısametrajlı bədii-sənədli filmini göstərmək olar. Bu filmdə şəhid Eldar Abdullayevin həyat və döyüş yoluna nəzər salınıb, onun qəhrəmanlıqları, vətən uğrunda sərgilədiyi fədakarlıqlar yüksək peşəkarlıqla öz əksini tapıb. Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərimizin cəmiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımları təqdirəlayiqdir və şəxsən mən bu fəaliyyəti alqışlayıram. Onu da qeyd etməliyəm ki, tanınmış jurnalist Ramil Zeynallının rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi bu sahədə xüsusi ciddi aktivlik sərgiləyir, Mərkəzin fəaliyyətinin təkib hissəsi kimi şəhid həkimlərimiz xatirəsinin əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması istiqamətindəki yenilikləri cəmiyyətə çevik şəkildə çatdırır. Sumqayıt Tibb Mərkəzinin Mərkəz İctimaiyyətlə əlaqələr bölməsi həm media, həm də sosial şəbəkələr üzərindən geniş iş aparır, Sumqayıt Tibb Mərkəzinin həyata keçirdiyi hər bir yenilik kimi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki tədbirlər haqqında ictimaiyyəti operativ şəkildə məlumatlandırır. İnanıram ki, başda hörmətli Elnur Azadxanov olmaqla Sumqayıt Tibb Mərkəzinin bütün dəyərli kolektivi bundan sonra da şəhidlərimizlə bağlı məlum fəaliyyəti uğurla davam etdirəcək, gənc nəslin vətənpərvərlik tərbiyəsinə yeni-yeni töhfələr verəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında mürəkkəb əməliyyatların icrasına daha bir uğurlu əməliyyat əlavə olunub. STM-dən Aztibb.az-a bildirilib ki, anadangəlmə anal atreziya rektouretral fistula diaqnozu ilə doğulan 3 aylıq uşaq STM-nin Uşaq Xəstəxanasına yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilib və əməliyyat edilməsinə qərar verilib. Uşaq cərrahiyyəsinin ağır əməliyyatlarından biri olan anal atreziyanın ləğvi Uşaq Xəstəxanasının uzman cərrahı Araz Hüseynov və cərrah Elnur İsgəndərov tərəfindən icra edilib. Əməliyyat uğurla başa çatıb. Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinin ən müasir tibbi avadanlıqlar ilə təchiz olunması, cərrahiyyənin bütün sahələrində təcrübəli həkimlərimiz tərəfindən mürəkkəb əməliyyatların icra olunmasını mümkün edir.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi, uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.
Hamısını oxu