Ən son xəbərlər
Həyatda elə insanlar var ki, onların bütün ömrü, həyat və fəaliyyəti dövlətin təhlükəsizliyinin, onun suverenliyinin, rifah və səadətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Onlar sanki dünyaya bu missiya ilə gəlir, sona qədər bu ilahi missiyaya sadiq qalırlar. Bu qəbildən olan vətənpərvərlərdən biri də həyatının önəmli bir qismini Azərbaycanın sərhəd təhlükəsizliyinin təmininə həsr edən, bu gün də dövlətimizin bütövlüyünün, sabitlik və tərəqqisinin keşiyində dayanan ehtiyatda olan polkovnik-leytenant, iqtisadçı və iş adamı Əhmədov Maarif Talış oğludur. Naxçıvan Sərhəd Dəstəsindən başlayan xidmət yolu: Vətən sərhədlərinin keşiyində! Maarif Əhmədovun xidmət yolu Naxçıvan Sərhəd Dəstəsindən başlayıb. 1994-cü ildə Naxçıvan Sərhəd Dəstəsində xidmətə başlayan Maarif Əhmədov, qısa zamanda sərhədçi peşəsinin incəliklərini dərindən öyrənməyə, komandanlığın rəğbətini qazanmağa nail olur. Qeyd edək ki, ötən əsrin 90-cı illəri Azərbaycan üçün bütün müstəvilərdə olduğu kimi, sərhəd təhlükəsizli sahəsində də ağır, keşməkeşli illər idi. Belə ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanın sərhəd təhlükəsizliyinin təminatında ciddi çətinliklər meydana çıxmışdı. Sərhədlərin qorunması üçün gərəkli texnika və müşahidə qurğuları çatışmır, ən əsası, bu sahədə ixtisaslaşdırılmış kadrlara ciddi ehtiyac duyulurdu. Yaranmış vəziyyət sərhədlərimizin qorunmasında iştirak edən hər kəsdən ikiqat diqqət və fədakarlıq tələb edirdi. Məhz belə bir zamanda Naxçıvan Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov, verilən tapşırıqları yüksək səviyyədə, əsl peşəkarlıqla yerinə yetirməsi, hər bir məsələyə yaradıcı yanaşması, novatorluq ruhu ilə diqqət çəkirdi. Qısa zaman keçməsinə baxmayaraq, Maarif Əhmədov Naxçıvan Sərhəd Dəstəsində hər kəsin xüsusi ehtiram və hörmət bəslədiyi birinə çevrilmişdi. 1995-ci ildə ölkə daxilində qarışıqlıq və gərginlik yaranan zaman Naxçıvan Sərhəd Dəstəsindən Ulu Öndər Heydər Əliyevin çağırışına səs verən şəxslərdən biri də Maarif Əhmədov oldu. “Azərbaycan Bayrağı” ordenli qəhrəman! 1995-ci ildə ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətinə, xalqın iradəsinə qarşı baş verən təxribatlar, bu təxribatlar əsnasında yaranan gərginlik və qarşıdurma milli qüvvələrin birliyini, onların mərkəzi hakimiyyət ətrafında sıx birləşməyini zəruri edirdi. Xaricdəki anti-Azərbaycan qüvvələri baş verənləri böyük maraq və ümidlə gözləyir, daxili qarşıdurmaların Azərbaycanı zəiflədəcəyini, onların da bundan istifadə edərək öz məkrili məqsədlərini həyata keçirəcəyini ümid edirdi. Lakin bədxah qüvvələrin bütün göğzləntilərinə rəğmən Azərbaycan xalqı öz böyük oğlu – Ulu Öndər ətrafında qətiyyətlə birləşərək növbəti dəfə öz iradəsini ortaya qoydu. Nəticədə, daxili qarşıdurmalara son qoyuldu, mərkəzi hakimiyyət daha da möhkəmləndi ki, bu da Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə daha inamla müdafiə etməyə imkan verdi. 1995-ci il olaylarında Ulu Öndəri çağırışına səs verən zabitlərdən biri də Maarif Əhmədov oldu. Həmin hadisələr zamanı göstərdiyi igidliklərə görə gənc o, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Bu, dövlətin öz gənc zabitinə göstərdiyi növbəti böyük etimad, onun qəhrəmanlıqlarına verdiyi növbəti qiymət oldu. Silahlı cinayətkarlarla üz-üzə: Zaqatala-Balakən hadisələri və dövlətimizin tarixi uğuru! Bir müddət Bakı Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov Naxçıvanda olduğu kimi, burada da özünü çalışqan və yaradıcı zabit kimi göstərir, ən çətin tapşırıqların belə öhdəsindən böyük müvəffəqiyyətlə gəlir. 2001-ci ildə Zaqatala-Balakən raonlarında kriminogen vəziyyətin gərginləşməsi silahlı cinayətkarlara qarşı sərt mübarizə tədbirlərinin görülməsini zəruri edirdi. Məhz belə həssas və mürəkkəb bir zamanda Maarif Əhmədov yenidən əldə silah doğma vətənin, onun suverenliyinin və təhlükəsizliyinin keşiyinə qalxdı, cinayətkara qarşı mübarizədə fəal iştirak etdi. Maarif Əhmədov daha sonra xidmətini DSX-nın Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupunda davam etdirir, ölkəmizin dəniz sərhədlərinin toxunulmazlığına böyük töhfələr verir. Daha sonra Dövlət Sərhəd Xidmətinin Baş İdarəsində çalışır. Uzun və səmərəli fəaliyyətinə, habelə, xidmət illərində göstərdiyi igidlik və fədakarlıqlara görə komandanlıq, eləcə də Prezident İlham Əliyev tərəfindən dəfələrlə təltif edilir. O, əməliyyat kurslarında dərs deməklə öz təcrübəsini gənc zabitlərlə bölüşür, onların peşəkarlığının artırılmasında yaxından iştirak edir. Sərhəd toxunulmazlığından iqtisadi maraqlarımızın toxunulmazlığına gedən yol... Maarif Əhmədov Silahlı Qüvvələrdən ehtiyata buraxılandan sonra öz fəaliyyətini iqtisadi sahədə davam etdirməyə başlayır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu kimi həm universitet, həm də xidmət dönəmində əldə etdiyi iqtisadi biliklər, zəngin mütaliə ona bu işdə ciddi uğurlar qazanmağa imkan verir. Qürurvericidir ki, torpaqlarımız erməni işğalından azad ediləndən sonra bu torpaqların dirçəldilməsi, əkilib-becərilməsində yer alan ilk şəxslərdən biri də məhz Maarif Əhmədov olur. Maarif Əhmədov bu gün də iqtisadi sahədə öz fəaliyyətini uğurla davam etdirməkdə, iqtisdi maraqlarımızın müdafiəsi, milli iqtisadiyyatımızın inkişafı, dövlətimizin iqtisadi müstəvidə daha da güclənməsi istiqamətində əzmlə çalışmaqdadır. İqtisadi müstəvidəki çoxşaxəli fəaliyyəti və bu sahədə əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Maarif Əhmədov qarşıdakı illərdə də respublikamzın iqtisadi tərəqqisinə ciddi töhfələr verəcək, dövlətimizin qarşıya qoyulan iqtisadi hədəflərə çatmasında bundan sonra da mühüm rol oynayacaq. Seymur ƏLİYEV
Hamısını oxu
Səhiyyə sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi hər zaman xüsusi əhəmiyyət daşıyır. Çünki həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları insanların sağlamlığı və həyatı ilə bağlı ən məsuliyyətli sahələrdən birində çalışırlar. Onların gündəlik fəaliyyəti yüksək peşəkarlıq, diqqət, səbr və böyük məsuliyyət tələb edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. 72 mindən çox tibb işçisini əhatə edən bu təşəbbüs səhiyyə sahəsində çalışan insanların əməyinə və sosial rifahına göstərilən diqqətin mühüm göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni tibbi xidmət imkanlarının yaradılması və kadr potensialının gücləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir. Səhiyyənin inkişafı yalnız bu günün deyil, həm də gələcəyin məsələsidir. Xüsusilə gələcəyimiz olan uşaqların sağlamlığının qorunması bu istiqamətdə xüsusi diqqət tələb edir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsi məqsədilə TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzinin yaradılması da bu baxımdan əhəmiyyətli addımlardan olub. Tibb işçisinin fəaliyyətini yalnız iş saatları ilə ölçmək mümkün deyil. Həkimlər və digər səhiyyə əməkdaşları daim biliklərini yeniləyir, yeni müalicə üsullarını öyrənir, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul edir və hər gün insanların sağlamlığı üçün böyük məsuliyyət daşıyırlar. Bu əməyin arxasında illərlə davam edən təhsil, zəhmət, təcrübə və fədakarlıq dayanır. Məhz buna görə bu addımlar onların əməyinə verilən dəyərin, dövlət tərəfindən səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğının ifadəsidir. Tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi onun sosial rifahına təsir etməklə yanaşı, peşəsinə olan motivasiyasını da gücləndirir. Biz Azərbaycan həkimlərinin yalnız ölkə daxilində deyil, dünya miqyasında da daim yüksək mövqelərdə olmasını, peşəkarlığı və nailiyyətləri ilə beynəlxalq səviyyədə tanınmasını arzulayırıq. Müasir tibb müəssisələri, yeni avadanlıqlar, inkişaf edən tibbi texnologiyalar və peşəkar kadrların hazırlanmasına göstərilən diqqət Azərbaycan səhiyyəsinin gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır. Səhiyyənin inkişafından danışarkən yalnız yeni xəstəxanalar, müasir avadanlıqlar və texnologiyalar haqqında danışmaq kifayət deyil. Bütün bu imkanlardan istifadə edən, xəstənin yanında olan, onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıyan tibb işçisinin də daim diqqətdə saxlanılması təqdirəlayiqdir. Bu baxımdan onların sosial rifahının yaxşılaşdırılması səhiyyə siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. “Sağlamlığın Qorunması” İctimai Birliyi olaraq tibb sahəsində həyata keçirilən yenilikləri hər zaman alqışlayır, bu sahədə çalışan ictimai birliklərə və səhiyyə əməkdaşlarına göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı bu təşəbbüsünə və səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Yazgül Abdiyeva “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri
Hamısını oxu
Şuşanın qayaları abidədir, dəftərçə deyil... “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu sözləri təkcə bir şəhərə ünvanlanmış müraciət deyildi, bütöv bir xalqın otuz illik həsrətinin, minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin ifadəsi idi. Şuşa təkcə gözəl mənzərələri, dağ havası və qədim memarlığı ilə deyil, hər daşında, hər qayasında yaşanmış tarixin izləri ilə əzizdir. O qayalar sadəcə təbiət abidəsi deyil - Vətən müharibəsinin, otuz ilə yaxın işğal dövründə çəkilən həsrətin və nəhayət, azadlığın rəmzidir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin dediyi "Şuşa, sən azadsan!" sözləri hər bir azərbaycanlının yaddaşına həkk olunub. Şuşanın hər qayası, hər daşı bizim üçün müqəddəsdir - onlar sadəcə coğrafi məkan deyil, Zəfərin canlı şahidləridir. Təəssüf ki, son vaxtlar Şuşaya gələn bəzi ziyarətçilər bu tarixi məkanlara hörmətsizlik nümayiş etdirirlər, Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanda qayaların üzərinə öz adlarını, tarixləri, mənasız yazıları həkk edirlər. Bu, zahirən "xatirə qoymaq" kimi görünsə də, əslində tarixi abidəyə vurulan fiziki zərərdir, o yerdə canından keçmiş şəhidlərimizin və qan tökmüş qazilərimizin xatirəsinə qarşı mənəvi hörmətsizlikdir. Bu hörmətsizliyin kökündə çox vaxt gənc nəslin tarixi hadisələrə soyuq münasibəti durur. Vətənpərvərlik yalnız bayram günlərində deyilən şüarlarla deyil, gündəlik tərbiyə prosesində formalaşır. Məktəblərdə Vətən müharibəsi tarixinin, şəhidlərimizin həyat hekayələrinin daha dərindən tədris olunması, gənclərin azad edilmiş torpaqlara, Zəfər yerlərinə mütəşəkkil səfərlərlə aparılması, onlara bu torpağın, bu abidələrin nə qədər ağır bədəllə qorunub saxlanıldığını izah etmək - bunlar formal tədbir deyil, milli kimliyin qorunması üçün zəruri addımlardır. Bu problemi yalnız Şuşa qayaları ilə ifadə etmək düzgün olmazdı. Bütövlükdə azad edilmiş torpaqlarımızdakı tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, eləcə də əcdadlarımızın uyuduğu məzarlıqlar eyni hörmətsizlik təhlükəsi ilə üz-üzədir. Bu yerlərin hər biri xalqımızın kimliyinin, dini və mədəni köklərinin daşıyıcısıdır. Bir qəbir daşının, bir məscidin divarının korlanması yalnız fiziki zərər deyil - nəsillər arasındakı yaddaş körpüsünün dağıdılmasıdır. Ona görə də qorunma məsələsinə təkcə "Şuşa qayaları" kontekstində deyil, bütövlükdə tarixi-mədəni irsimizə, müqəddəs ziyarətgahlarımıza və əcdad qəbirlərinə hörmət məsələsi kimi yanaşılmalıdır. Bütün tarixi abidələrimizi, ziyarətgahlarımızı və əcdad məzarlarımızı gələcək nəsillərə saf, toxunulmamış şəkildə çatdırmaq hər birimizin milli borcudur. Təklif edərdim ki, - Şuşa və digər bölgələrə gələn ziyarətçilər üçün tarixi abidələrin, ziyarətgahların və məzarlıqların qorunması ilə bağlı maarifləndirici tədbirlər keçirilsin; - bu yerlərdə xəbərdarlıq lövhələri qoyulsun, zəruri hallarda nəzarət gücləndirilsin; - zərər vuranlar üçün qanunda nəzərdə tutulmuş məsuliyyət mexanizmi işə salınsın; - məktəb və universitetlərdə Zəfər tarixinin tədrisi gücləndirilsin, gənclər üçün mütəşəkkil səfərlər artırılsın. Şuşa bizim üçün sadəcə bir şəhər deyil - o, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri ilə bütün millətin ürəyinə həkk olunan Zəfərin rəmzidir. Bu gün Şuşa sadəcə azad deyil, o, həm də bizim üçün əbədi əzizdir, doğmadır. Ehtiyatda olan polkovnik Eldəniz Hüseynov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatından kədərləndiyini bildirib, bununla əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Polkovnik qeyd edib ki, Rəşid Qasımovun həyatı və döyüş yolu hər zaman Azərbaycan gəncləri üçün vətənpərvərlik məktəbi olaraq qalacaq, xalqımız tərəfindən daim ehtiramla yad ediləcək. Allah rəhmət eləsin!
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış oldular. Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirildi. Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirildi. https://president.az/az/articles/view/73449
Hamısını oxu
İkinci Dünya müharibəsi veteranə, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır. Qafqazinfo.az
Hamısını oxu
Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hörmətli Konfrans iştirakçıları, Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram. Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır. Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir. Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır. Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır. Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib. Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir. Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir. Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir. Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir. İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib. Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir. Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər. Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub. Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir. Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir. Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək. Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram”. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti https://president.az/az/articles/view/73412
Hamısını oxu
Məlum olduğu kimi, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib, insansız dəniz vasitələrinin praktiki sınaqları keçirilib. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizdə müşahidə ediən sürətli inkişafın Hərbi Dəniz Qüvvələrini də əhatə etdiyini bildirib: “Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri sürətli inkişafını davam etdirib, böyük uğurlara və müvəffəqiyyətlərə nail olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrinə gəlişi, Müzəffər Ali Baş Komandana Hərbi Dəniz Qüvvələrinin arsenalında olan hərbi texnika ilə bağlı verilən məlumatlar, eləcə də həyata keçirilən praktiki testlər bunu bir daha sübut etdi. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan regionun şəriksiz hərbi lideri olmaqla yanaşı, qlobal miqyasda böyük hərbi gücə çevrilməkdədir. Hansı ki, müasir dünyamızda təhlükəsizliklə bağlı artan problemlər güc faktorunun əhəmiyyətini önə çıxarır, bu faktora birincilik qazandırır. Bu baxımdan Hərbi Dəniz Qüvvələrimizin inkişafı dövlətimizin dəniz təhlükəsizliyinin möhkəmlənməsi, mümkün təhdid və təhlükələrdən müdafiəmiz baxımından həyati əhəmiyyətə malikdir. Prezidentin Hərbi Dəniz Qüvvələrinə səfəri göğstərdi ki, dənizçilərimizin ixtiyarında yerli istehsal məhsulu olan dronlarla yanaşı, müxtəlif ölkələrin istehsalı olan müasir PUA-lar da mövcuddur. Bütün bu texnologiyalar Hərbi Dəniz Qüvvələrinə öz xidmətini yüksək səviyyədə qurmağa, mümkün təhlükələrə adekvat cavab verməyə imkan verir. Hesab edirəm ki, Müzəffər Ali Baş Komandanın Hərbi Dəniz Qüvvələrində olması, şəxsi heyətlə görüşü hərbçilərimiz üçün ciddi mənəvi sitimul olacaq və onlar hər zaman olduğu kimi bundan sonra da öz uğurları və nailiyyətləri ilə bizləri sevindirməkdə davam edəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib. Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib. Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib. Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxuYeni tədris ilinin başlanması münasibətilə uşaqlara dərs ləvazimatları və müxtəlif hədiyyələr təqdim edilib Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov şəhid və veteranın övladları ilə görüşüb, onlarla səmimi söhbət edib. Düşmən üzərindəki qələbənin məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində əldə olunduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların övladlarının xalqımıza əmanət olduğunu bildirib. Yeni tədris ilinin başlanması münasibətilə uşaqlara dərs ləvazimatları və müxtəlif hədiyyələr təqdim edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizminin yaradılması ədalətli dünya nizamının formalaşmasını təmin edə bilər Prezident İlham Əliyev “ŞƏT plyus” sammitindəki çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qərarları ilə bağlı icra mexanizminin hazırlanmasının zəruruliyinə toxunub. Dövlət başçısı qeyd edib ki, bu təşəbbüsün reallaşması BMT-nin nüfuzunun yüksəlməsi, təşkilatın beynəlxalq münaqişələrin həllindəki rolunun artması baxımından mühüm önəm kəsb edir. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təklif BMT tarixində bir ilkdir. Çünki heç vaxt BMT-nin Təhlükəsizlik şurası tərəfindən qəbul edilən qətnamlərin icrası ilə bağlı hər hansı mexanizm mövcud olmayıb. Məhz buna görə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin bir çoxu icra edilmədən qalıb. Bu isə münaqişə və qarşıdurmaların davam etməsininə, problemin praktiki həllinin qeyri-müəyyən vaxta qədər təxirə düşməsinə səbəb olub. Bunun ən bariz nümunəsi ötən sərin 90-cı illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamənin bu qurum tərəfindən icra edilməməsi faktıdır. Hansı ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı qətnamələrin icrası 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib, yalnız bundan sonra işğal faktoru ortadan qalxıb. Azərbaycanla bağlı yaşanan bu təcrübə də sübut edir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrasını təmin edəcək ciddi bir mexanizmin işlənib hazırlanması vacibdir. Bu, ədalətli dünya nizamının formalaşması, beynəlxalq hüququn qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Artıq indidən əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu təklifi beynəlxalq arenda böyük diqqət və maraqla qarşılancaq, ciddi şəkildə dəstəklənəcək. Çünki belə bir icra mexanizminin yaradılması əzilən, hüquqları tapdanan, zülm və zorakılığa məruz qalan xalqlar, dövlətlər üçün etibarlı xilas yolu, təminatlı qurtuluş, praktiki sipər demək olacaq. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 2 sentyabr 2026-cı il tarixində “Azərbaycan Bayrağı” ordenli veteran, ehtiyatda olan polkovnik-leytenanat Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı Maarif Əhmədova Təşkilatın gələcək fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, ona Təşkilatın üzvlük vəsiqəsini təqdim edib. Səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkürünü bildirən Maarif Əhmədov, hər zaman olduğu kimi bundan sonra da Təşkilatın keçirdiyi tədbirlərdə aktiv iştirak edəcəyini, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsində əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüşün sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu