Ən son xəbərlər
Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Elman Məmmədov: “QDF və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin fəaliyyəti alqışlanmalıdır” Məlum olduğu kimi, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, tarixi bağlarımızın, meşələrimizin bərpası ilə bağlı maraqlı fikirlər səsləndirib, bunu dövlətimizin mühüm uğurlarından biri kimi dəyərləndirib: “Ermənilər işğal dönəmində yalnız əhalimizə qarşı soyqırımı törətməyiblər. Onlar eyni zamanda bütün tarixi, dini abidələrimizə, eləcə də təbiətimizə qarşı ciddi soyqırımı törədiblər. Meşələrin, nadir flora və fauna nümunələrinin məhvi işğal dövrünə xas rellıqlardır. İndi dövlətimiz işğaldan azad edilən ərazilərdə təbiətin bərpası, ekologiyanın yaxşılaşdırılması istiqamətində işlər görür. Bu gün bizim qarşımızda durn əsas vəzifələrdən biri yalnız tarixi binalarımızın deyil, eyni zamanda keçmişimizdən bizə yadigar qalan meşələrin, bağların bərpa edilməsidir. “Bəylk Bağları”nın bərpası istiqamətində atılan addımlar da bu qəbildəndir. “Bəylik Bağları”nın bərpa edilməsi ilə bağlı Qarabağ Dirçəliş Fondu və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən görülən işlər təqdir edilməli, alqışlanmalıdır. Bu, təbiətimizin bərpası istiqamətində atılan mühüm addımlardan biridir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərimizin bərpasında mühüm rol oynayır, çox vacib, həyati layihələr həyata keçirir. “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ də doğma Laçınımızın bərpa edilməsi, gözəlləşməsi ilə bağlı olduqca önəmli addımlar atıb, bu sahədə böyük uğurlar əldə edib. İnanıram ki, hər iki qurum bundan sonra da işğaldan azad edilən ərazilərimizin bərpasına, təbiətimizin yaxşılaşmasına yeni töhfələr verəcək, öz uğurları iə hər birimizi sevindirəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb. “İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir. “Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb. Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib. Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur. Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Eyni zamanda Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Laçın rayonunun bərpası çərçivəsində gələcəkdə birgə layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib. Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilmişdi. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Kənd işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib. Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb. Xatırladaq ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir mərhum polkovnikin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistik yaradıcılığı barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələm dostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxah əməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd ediblər.
Hamısını oxu
Cəlil Xəlilov: “Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü dövlətimizin sülhə verdiyi önəmi göstərir” “Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”. Bu sözləri saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması və bunun ardınca dövlətimizin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, sülhün möhkəmlənməsi üçün yeni perspektivlər açıb: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmağında maraqlıdır və bugünə qədər olduğu kimi bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Ötən il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh mətninin paraflanması, habelə, bu hadisədən sonra qarşılıqlı etimadın güclənməsi üçün rəsmi Bakı tərəfindən görülən işlər sülh üçün əlavə zəmin formalaşdırıb, yeni perspektivlər açıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir. Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir. Həm Hikmət Hacıyevin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü, həm də Qəbələ şəhərində aparılan müzakirələr rəsmi Bakının sülh siyasətinə sadiqliyindən xəbər verir. Qəbələ görüşü, eyni zamanda Ermənistanla iqtisadi münasibətlərin inkişafı ilə bağlı ortaya qoyulan səylər onu deməyə əsas verir ki, Azərbaycan sülhün inkişafı üçün əməli müstəvidə konkret addımlar atır, sülhün dərinləşməsi üçün praktiki şəkildə intensiv fəaliyyət ortaya qoyur. Bununla yanaşı, ölkəmiz həm də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddətdir ki, mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır. Bir sözlə, vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Həmçinin, hesab edirəm ki, gələcəkdə bu qəbildən keçirilən görüşlərdə yaşlı nəslin nümayəndələrinin, habelə, veteran təşkilatlarının təmsilçilərinin də iştirakı arzuedilən olardı”. Seymur ƏLİYEV
Hamısını oxu
Sözdən əmələ, nəzəriyyədən praqmatizmə uzanan yol... Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib. Hikmət Hacıyev paylaşımında Azərbaycanın sülh siyasəti ilə bağlı dəyişməz mövqeyinə toxunub, bu istiqamətdə görülən işlərə diqqət çəkib: “Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”. Göründüyü kimi, Hikmət Hacıyev Azərbaycan üçün sülh məfhumunun sadəcə sözdən ibarət olmadığını, bu məfhumu gündəlik yaşamın bir hissəsinə çevirmək üçün dövlətimizin praktiki müstəvidə sistemli iş apardığını bildirib. Vaşinqton görüşündən sonra ötən qısa zaman ərzində iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına, Azərbayan üzərindən Ermənistana edilən tranzit daşımalarına diqqət çəkən Hikmət Hacıyev, bunu sülhün praktiki müstəvidəki təcəssümü kimi dəyərləndirib. Prezidentin köməkçisi çıxışında bir nüansı – Azərbaycanla Ermənistan arasındakı insanlararası əlaqələrin genişləndirilməsini də xüsusi vurğulayır. Hansı ki, bu amil, sülh üçün yuxarıda qeyd edilən digər amillərdən daha mühüm önəm kəsb edir. Çünki bütün münasibətlərin nüvəsində insan amili dayanır və münasibətlərin istər mövcud, istərsə də gələcək inkişafını məhz bu amil müəyyənləşdirir. Buna görə də insanlararası münasibətlərin inkişafı bütün digər müstəvilərdə münasibətlərin inkişafına təkan vermək deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu missiyanın öhdəsindən uğurla gəldiyi göz önündədir. Qəbələdə “Sülh körpüsü” təşəbbüsünün iştiakçıları ilə keçirilən görüş bunun ən bariz nümunəsidir. Hikmət Hacıyev paylaşımında müharibə və münaqişələrdən əziyyət çəkən müasir dünyamızda Azərbaycanla Ermənistan arasındakı sülhün ikiqat əhəmiyyət kəsb etdiyini qeyd edib: “Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidəki gərginliklər və qarşıdurmalar fonunda Cənubi Qafqazda etbarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud əmin-amanlığın qorunub saxlanılması, qarşılıqlı inam və etimadın zamanla daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh həm də inkişaf və tərəqqi deməkdir. Sülhün olmadığı heç bir yerdə tərəqqi mövcud deyil. Bu baxımdan inkişafı təmin etmək, tərəqqiyə nail olmaq üçün sülhün qorunması, inkişaf etdirilməsi olduqca vacibdir. Prezidentin köməkçisi paylaşımında Ermənistanda revanşist qüvvələrin mövcudluğuna da diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib: “Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”. Sitatdan da göründüyü kimi, Hikmət Hacıyev revanşist qüvvələrin sülh üçün kəsb etdiyi riskə toxunmaqla yanaşı, Ermənistan cəmiyyətinin sülhə can atdığını vurğulayır və qeyd edir ki, məhz bu amil – Ermənistan cəmiyyətinin sülh arzusu revanşistlərin uğursuzluğa düçar olacağını dşünməyə əsas verir. Başqa sözlə desək, Hikmət Hacıyev revanşist qüvvələr qarşısındakı ən böyük maneənin Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusu olduğunu diqqətə çatdırır, sülhün qalib gələcəyinə inamını ifadə edir. Bir sözlə, Hikmət Hacıyev öz paylaşımında ifadə etdiyi fikirlərlə bir daha “sülhün Azərbaycan modelinə”diqqət çəkir, bu modelin praktikliyinə toxunur. Xatırladaq ki, kifayət qədər sadə və bir o qədər də effektiv olan bu modelin əsasında isə üç prinsip dayanır: siyasi iradə, cəsarət və sadiqlik! Hansı ki, bu prinsip Prezident İlham Əliyev tərəfindən 12 mart 2026-cı il tarixində Bakıda, “Gülüstan” sarayında “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlət başçısı tərəfindən dilə gətirilib, dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu üç prinsipə əməl etməklə “sülhün Azərbaycan modeli”ni münaqişə və qarşıdurmalardan əziyyət çəkən dünyamızın istənilən bölgəsində tətbiq etmək, bu bölgələrə yenidən dinclik və firavanlıq bəxş etmək mümkündür. Seymur ƏLİYEV
Hamısını oxu
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 aprel 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib. Dövlət Himninin sədləndirilməsi ilə tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirmiş, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasıbətilə təbrik edib. Mehman İsmayılov çıxışı zamanı qeyd edib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Natiq, ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulamış, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumların böyük payı olduğunu diqqətə çatdırıb. Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Bəxtiyar Tağıyev olkəmizdə son illərdə həyata keçirilmiş və hazırda davam etdirilən tikinti işləri barədə geniş məlumat veribdir. Agentliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən bu günə kimi, tikinti təhlükəsizliyi normalarına riayət olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından ötrü bütün zəruri addımları atmış və hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir. Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndirmişlər. Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən agentliyin, aparat və qurumlarında həmçinin FHN-nin Əsaslı Tikinti İdərəsində çalışan, xidməti fəaliyyətində fərqlənən inşaatçılar, həmçinin yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 40 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Hamısını oxu10 aprel 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr polkovnik Cəlil Xəlilov, sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov, Bakı şəhər Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov, Xocavənd əməliyyat”nda şəhid olmuş kəşfiyyatçıların komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid Dinar Mustafayevin bacısı Yazanə xanım, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, veteranlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanı ziyarət edib, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümumilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü ugrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək 10 aprel 1997-ci il tarixdə şəhidlik zirvəsinə qovuşmuş “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri “leytenant Agayev Elxan Ataxan oglunun, leytenant Yarəhmədov Vüqar Rzaxan oglunun, çavuşlar Rzayev Anar Üzeyir oglunun, Mustafayev Dinar İbrahim oglunun, Həsənov Aqşin Əli oglunun, Ələkbərov Nizami Səfi oglunun və Cavadov Fariz Şamil oglunun anım gününə həsr olunmuş tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bu əməliyyatın önəmindən danışıb. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ümummilli Lider Heydər Əliyevin müvafiq fərman ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğunu bildirib. Tədbirdə çıxış edən “Xocavənd əməliyyatı”ndan bəhs edən “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkib. Jurnalist qeyd edib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və bu əməliyyatda iştirak edən döyüşçülərimizin qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazılanmış “Xocavənd Əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş“8 oğul istərəm” sənədli filmi nümayiş olunub. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Quba şəhərində yaşayan İkinci Dünya Müharibəsi veteranı 102 yaşlı Qaflan Ömərovu ziyarət edib. Qaflan Ömərovun səhhəti, sosal təminatı, mənzil-məişət şəraiti ilə maraqlanan Cəlil Xəlilov, dövlətimizin hər zaman veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, müharibə veteranına uzun ömür, möhkəm cansağlığı arzulayıb. Ziyarətə görə Cəlil Xəlilova təşəkkürünü bildirən Qaflan Ömərov, veteranlara göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandana, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib. Məlumat üçün qeyd edək ki, 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov 1942-ci ildə könüllü olaraq müharibəyə qatılıb. O, Moskvadan Smolenskə qədər döyüş yolu keçib, dəfələrlə komandanlıq tərəfindən təltif olunub. 1943-cü il martın 6-da ağır yaralanan Qaflan Ömərov bir müddət hospitalda müalicə olunduqdan sonra Qubaya qayıdıb, ölkəmzidə aparılan quruculuq prosesində yaxından iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu
Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb. Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 5 aprel 2026-cı il tarixində “Xanı” ləqəbl şəhid kəşfiyyatçı Səyyaf Əhmədovun mövlud günü qeyd olunub. Tədbirdə Ağdam Rayonu İcra Hakimiyəti Başçısının müavini Xəqani Nəzərov, Ağdam rayonu Yeni Azərbaycan Partiyasının sədri Mansur Quliyev, Ağdam rayonu Veteranlar Təşkilatının sədri polkovnik-leytenant Elşən Zeynalov, Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin rəhbəri Sahib Məmmədov, veteranlar, şəhid ailələri, qazilər, Ağdam Alpaqut idman döyüşçüləri, Ağdam ictimaiyyəti, şairlər - German Agdamlı, İlqar Boranoglu, şəhidin ailə üzvüləri iştirak ediblər. Tədbir zamanı Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi ugrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhid Səyyaf Əhmədovun qəhrənanlıgı haqındada nitqlər söylənilib, xatirələr dinlənilib. Daha sorna şəhidlərin xatirəsinə ehsan süfrəsi verilib.
Hamısını oxu
Məlum olduğu kimi, İranla ABŞ arasında iki həftəlik sülh sazişi imlalanıb. Hansı ki, ABŞ Prezidenti Donald Tramp bunu “sülh üçün böyük gün” adlandırıb.Bəs əslində necə, doğrudanmı İranla ABŞ arasındakı razılaşma sülh üçün böyük gündür?jh Hər şeydən öncə qeyd edək ki, qısa müddət üçün nəzərdə tutulmasına baxmayaraq, tərəflər arasında imzalanan bu saziş həqiqətən də mühüm əhəmiyyətə malikdir və ən azından iki həftə ərzində Yaxın Şərq regionunu hərbi əməliyyatlardan sığortalayır. Bu, sadəcə yüzlərlə insan həyatının deyil, eyni zamanda bütöv şəhərlərin, nəhəng infrastrukturların, neft terminallarının dağıntılardan sığortalanması deməkdir. Bu mənada ABŞ-la İran arasında sülh sazişinin imzalanması həm döyüşən tərəflər, həm də region və dünya xalqlarının mənafeyi baxımından təqdirəlayiqdir. Bununla yanaşı, unutmaq olmaz ki, ABŞ-la İran arasında imzalanan bu saziş cəmi iki həftə üçün nəzrədə tutulub və müddətlidir. İlkin razılaşmaların əldə edilməsinə baxmayaraq, tərəflər arasında hələ də həll edilməyən kifayət qədər problem mövcuddur və onların demək olar ki, əksəriyyəti strateji əhəmiyyət daşıyır. Bu mənada iki həftəlik sülh sazişini tərəflər arasında onilliklərdir ki, mövcud olan problemlərin həlli kimi qiymətləndirmək üçün əsas yoxdur. Başqa sözlə desək, Ağ Ev sahibinin “sülh üçün böyük gün” kimi xarakterizə etdiyi bu olay tərəflər arasındakı ölüm-dirim savaşında verilən qısa fasilə də ola bilər ki, indiki məqamda hər iki tərəfin belə bir fasiləyə ciddi ehtiyac duyduğu birmənalıdır. Çünki hər iki tərəf bir aydan çoxdur ki, davam edən müharibəyə həm hərbi, həm də iqtisadi baxımdan böyük resurslar sərf edib. Hansı ki, hərbi əməliyyatları bu templə davam etdirmək həm İran, həm də ABŞ üçün kifayət qədər çətindir. Buna görə də iki həftəlik atəşkəs rejimindən hər iki tərəfin sürətlə silahlanmaq, çoxlu sursat ehtiyatı toplamaq və digər hərbi məqsədlər üçün istifadə edəcəyi birmənalıdır. Odur ki, iki həftəlik saziş daha uzunmüddətli sazişlə əvəz edilməyəcəyi təqdirdə, tərəflər arasında yeni hərbi qarşıdurmaların daha qanlı və dağıdıcı olmaq ehtimalı böyükdür. Seymur ƏLİYEV
Hamısını oxu