Ən son xəbərlər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın inzibati binasında "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov və bir qrup 44 günlük Vətən müharibəsi qazisi ilə görüşüb. Görüşdə 44 günlük Vətən müharibəsi və hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkən polkovnik Cəlil Xəlilov, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Təşkilat sədri bildirib ki, məhz bu zəfər dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ciddi şəkildə artmasına, siyasi mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub. Təşkilat sədri 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyin zəruriliyinə toxunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli, bu qüvvələrin, onların məkirli məqsədlərinin ifşası prosesində aktiv iştirak etməlidirlər. Görüşdə iştirak edən 44 günlük Vətən müharibəsi qaziləri də çıxış edərək onları düşündürən məsələlərə toxunub, hər zaman olduğu kimi, bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər. Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
Hamısını oxu
Hamısını oxu
Üzərinə aldığı bütün vəzifələrin öhdəsindən uğurla gələn, tarixdəki yerini və rolunu gerçəkləşdirdiyi genişmiqyaslı beynəlxalq layihələr, humanitar form, simpozium və konfranslarla müəyyənləşdirən Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin iradəsi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən COP 29 konfransına da uğurla ev sahibliyi etdi. BMT-nin Baş katibinin, 80-dən çox ölkənin prezidentinin, vitse-prezidentinin, baş nazirlərin, nazirlərin, 72 mindən artıq vətəndaşın iştirak etdiyi bu möhtəşəm tədbirdə dünyanın qlobal problemləri müzakirə olundu, onun həlli yolları müəyyən edildi. Hər günü bir dastan olan 44 günlük Vətən Müharibəsindən sonra ölkəmizdə hər günü ciddi bir əsər olan COP 29 yaşandı. Dövlətimizin əzəmətini, iradəsini, xalqımızın Vətən sevgisini, qonaqpərvərliyini bir başqa biçimdə dünyaya təqdim edən COP 29 pavilyonlarında cərəyan edən hadisələr hər kəsin marağına səbəb oldu. Artıq tarixə çevrilən COP 29-un açılış mərasimindən tutmuş, ilk iş gününə qədər hər gün zəngin qrafiklə müşaiyət olundu. İntensiv danışıqlar və diplomatik səylər nəticəsində konfrans iştirakçıları arasında ümumi razılığın əldə olunması, bəşəri dəyərlərə töhfə olmaqla yanaşı, dünyanı düşündürən məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Tərəflərin etibarlı və şəffaf karbon bazarları üçün standartlar barədə razılığa gəlməsi, inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsini asanlaşdırmaq, sərhədlərarası əməkdaşlıq yolu ilə milli iqlim planlarının təbliğini uzlaşdırmaq kimi ciddi, eyni zamanda məsuliyyətli vəzifəni dünyanın 80 ölkəsindən gələn liderlərin üzərinə alması COP 29-da qaldırılan məsələlərin tarixi əhəmiyyətini elə ilk gündən sübut etdi. Dünya liderlərinin iki gün davam edən iqlim fəaliyyəti ilə bağlı sammiti də tarixi əhəmiyyəti ilə yadda qaldı. Dövlət və hökumət başçıları, vitse-prezindentlər Paris sammiti çərçivəsində görülən işlər, atılan addımlar barədə bəyanatla çıxış etdilər. 70 min nəfərin iştirak etdiyi iqlim fəaliyyəti ilə bağlı sammit dünyanı narahat edən bu məsələnin həlli yollarının müəyyənləşməsinə təkan verəcək amillərdən olduğunu təsdiqlədi. Çoxşaxəli və istiqamətli bankların, ümumiyyətlə bank sektorunun aşağı və orta gəlirli ölkələrə 2030-cu ilə qədər 120 milyard dollar vəsaiti ayırmağı üzərinə alması da sammitin yadda qalan məqamlarından oldu. Zərərlər fonduna dünyanın inkişaf etmiş ölkələri tərəfindən yardımın ayrılması, nəzərdə tutulan məbləğin elan edilməsi, bu məsələ ilə bağlı sazişin imzalanması ciddi məsələlərdəndi. ABŞ, Çin və Azərbaycan metan sammitində bu ölkələrin tullantılardan yaranan emissiyaların azaldılmasının siyasətçilər tərəfindən müzakirəsi dünyanı düşündürən problemlərdən idi. Sammit çərçivəsində ABŞ, Çin və Avropa Birliyi bu sahədə mühüm öhdəliklərini diqqətə çatdırdılar. Kiçik Ada dövlətləri üçün dəstək layihəsinin liderlər tərəfindən gündəmə gətirilməsi, iqlim maliyyələşdirilməsinin əlçatanlığı ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi, COP 29 çərçivəsində Kiçik Ada dövlətlərinin rəsmilərinin qaldırdıqları problemlərin diqqətə alınması ümumbəşəri prinsiplərə verilən töhfələr sırasına yazıldı. İqlim və səhiyyə davamlılığı komissiyası ÜST və COP 29-dan COP 30-a qədərki prezidentliklərinin nümayəndələri iqlim məsələlərinə səhiyyənin inteqrasiyasını təsdiq edən koalisiyasını təqdim etməklə bu həssas məsələnin ciddiliyini bir daha önə çəkdilər. İkilik, şəffaflıq hesabatları mövzusunda təşkil edilən sessiyada Azərbaycan, Andorra, Yaponiya və digər ölkələr hesabatların erkən təqdim olunacağını bəyan etməklə kifayətlənmədilər, şəffaflığın mühüm əhəmiyyətini qeyd etdilər. Sammit çərçivəsində ayrıca maliyyə, investisiya və ticarət gününün keçirilməsi, bu sahədə özəl sektorun yerinin xüsusi olaraq vurğulanması diqqətçəkən məsələlərdən idi. 10 milyondan çox aktiv idarə edən investor qruplarının özəl kapitalın iqlim bazarlarına yönləndirilməsinə dəstəyi öz üzərinə alması, Asiya İnkişaf Bankının buzlaqların qorunması üçün ayırdığı vəsaitin ciddi bir məbləğ olmaqla yanaşı bu həssas məsələyə diqqət çəkməsi, Azərbaycan banklarının Yaşıl Dünya üçün, Kanadanın İqlim adaptasiyası üçün xeyli vəsait ayırması faktı da ölkəmizdə keçirilən COP 29-un tarixi əhəmiyyətini bir daha göz önündə sərgilədi. Bakı iqlim maliyyəsi təşəbbüsünün COP 29 rəhbərliyinin maliyyə, ticarət və investisiyanın iqlim gündəminin mərkəzində yer alması bu təşəbbüsün tarixi əhəmiyyətini sübut etdi. Sammit çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa günün seçilməsi ilə enerji öhdəliklərinin diqqətə çatdırılması, öhdəliklərin müəyyən edilməsi, enerji saxlama, şəbəkələr, bərpa olunan enerji zonaları, hidrogenlə bağlı yeni təşəbbüslərin elan edilməsi, hidrogen layihələri, inkişaf maliyyə institutları, inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə dəstəyin verilməsi ilə bağlı məsələlərin müzakirəsi, Urbanizasiya, Nəqliyyat və Turizm günü çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəyə cəlb olunması Bakı sammitinin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırdı. 50-dən çox ölkənin iştirakı ilə gəmiçilikdə emissiyaların müzakirəsi də diqqətçəkən faktlar sırasında yer aldı. Təmiz qidalanma, təmiz enerji mənbələrinin yaranması üçün vəsaitin ayrılması, sülh və iqlim təşəbbüsü çərçivəsində 192 dövlətin COP Atəşkəs çağırışına dəstək verməsi Bakı Sülh və Bərpa çağırışının zamanın tələbi olduğunu təsdiq etdi. Sammit çərçivəsində Elm, texnologiya, innovasiya və rəqəmsallaşma kimi ciddi istiqamətlərin müzakirəsi, 90-dan çox hökumətin, mindən çox rəqəmsal texnologiya təşkilatının iqlim dayanıqlığını gücləndirmək üçün rəqəmsal alətlərdən istifadəni dəstəkləməsi, COP 29 Yaşıl Rəqəmsal Bəyannaməni imzalaması COP 29-un onuncu günü Kənd təsərrüfatı, təbii məhsulların istehsalı məsələlərinin təhlilə cəlb olunması, qarşıda duran vəzifələrin həlli yolları ilə bağlı fikir mübadiləsinin aparılması, ekoloji problemlərin, qaz emissiyalarının, iqlim dəyişikliyinin bu sahədə əldə olunan naliyyətlərə mənfi təsirlərinin diqqətə çatdırılması, ekoloji fəlakətlər, ərzaq qıtlığı, su çatışmazlığı kimi məsələlərlə üz-üzə qalan bəşəriyyətin nicatının ümumi məqsədlər naminə dünya dövlətlərinin ortaq dəyərlərə töhfəsinə bağlı olduğunu sübut etdilər. COP-29-un on birinci gününün biomüxtəliflik mövzusu ilə açılması bu sahənin mütəxəssislərinin maraqlı, həm də yaddaqalan çıxışları ilə müşayiət olunması onun məna tutumunu bir qədər də artırdı. Biomüxtəlifliklə bağlı məsələlərin bütün parametrləri ilə müzakirə olunduğu paneldə iqlim dəyişikliyində qadın liderlərin rolunun gündəmə gətirilməsi, iqlim problemlərinin həllində sadiq qızlar nəslinin yetişdirilməsi kimi prioritetlərin diqqətə çatdırılması Ana təbiətə, Anaların verə biləcəkləri töhfələrin daha çox ola biləcəyini təsdiqlədi. İqlim problemlərinin həllində uşaqların, yeniyetmələrin, gənclərin, liderlərin, qadınların, qeyri-hökumət təşkilatlarının rolu kimi ciddi məsələlərin diqqətə çatdırılması, müzakirəyə çıxarılması Bakı sammitinin tarixi əhəmiyyətini dünyaya bir daha nümayiş etdirdi. Plastik tullantıların effektiv idarə edilməsi, çətinlikləri, bu çətinlikləri anlamaq və imkanları kəşf etmək mövzusunun müzakirəsi, okeanlarda, dənizlərdə tullantıların mövcudluğu, onun sualtı biomüxtəlifliyə mənfi təsirləri kimi faktların qarşısının alınması istiqamətində görüləcək işlərə həsr olunan layihələrin dəstəklənməsi, okeanlarda və dənizlərdə plastik tullantıların qab şəklində istehsalının aradan qaldırılması, əsasən gəmi və qayıqlar, neft, qaz və mazut tullantıların vasitəsilə onların çirkləndirilməsi problemlərinin aradan qaldırılması, qarışısının alınması, suyun təmizlənərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi kimi həlli vacib məsələlərin elmi aspektlərinin müzakirəsi maraq doğuran faktlardan idi. Şərqi və Qərbi Afrikada, isti ölkələrdə qida təhlükəsizliyi, qida problemləri, su ehtiyatlarının mənbələrinin tapılması, yaradılması, bunun üçün generasiya üsulunun tətbiqi kimi məsələlərin ciddi maliyyə imkanlarına ehtiyac olduğunu bir daha sübut etdi. BMT-nin Qırmızı Siyahısının Planetimizin xilası üçün Çağırışı isə xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. “İqlim-təbiət və insanlar üçün Meşələr!” “Meşələr üçün iqlim maliyyəsində istifadə!” çağırışlarının iştirakçı ölkələr tərəfindən maraqla qarşılanması bəşəriyyəti düşündürən bu həlli vacib məsələnin istiqamətini müəyyənləşdirdi. Oksigen bazalarının yaradılması üçün yeni meşə zolaqlarının salınmasının təxirəsalınmaz prioritetlər sırasında olduğunu təsdiq etdi. İqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi, şəhərsalma arasında əlaqələrin öyrənilməsinə həsr olunan məsələlərin RİO-TRİO - təşəbbüsləri özündə ehtiva edən panel çərçivəsində təşkil edilən elmi konfransda müzakirəyə çıxarılması elmin, cəmiyyətin maariflənməsindəki yerini və rolunu müəyyən etdi. Bilik mübadiləsinin, elmi-innovativ vasitələrin bu məsələyə təsiri imkanları diqqətə çatdırıldı. İqlim problemlərinin həllində katalizator rolu oynayan gənclərin elmə istiqamətləndirilməsi üçün təhsil verənlərin üzərinə düşən vəzifələr barədə söz açıldı. COP 29 çərçivəsində “Dekorbanize Qlobal Uşaq Manifesti”nin qəbul edilməsi, manifestdə 75-dən çox ölkənin, bütün qitələrdən olan uşaqların biomüxtəlifliyin qorunması üçün bəşəriyyətə çağırışının əksini tapması sammitin təbiət-cəmiyyət-insan faktorlarının həlqəli şəkildə bir-birinə bağlı olduğunu bir daha təsdiq etdi. İqlim maliyyələşdirilməsində gender aspektlərinin nəzərə alınması, feminist təşkilatların bu istiqamətdə görüləcək tədbirlərə cəlb edilməsi məsələlərinin gündəliyə salınması, qeyri-hökumət və sahibkarlıq təşkilatlarının bu məsələdə aparıcı qüvvəyə çevrilməsi faktlarının COP 29-un kürsüsündən səslənməsi, planetin problemlərinin həllində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və ehtiyac içərisində olan ölkələrə dəstəyinin vacib şərt kimi irəli sürməsi, onu ayrı-ayrı panellərdə müzakirəyə çıxarılması, hüquqi bazasının prezidentlər, vitse-prezidentlər, baş nazir və nazirlər, spikerlər, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər tərəfindən müəyyənləşdirilməsi ölkəmizin ev sahibliyi etdiyi COP 29-un tarixi əhəmiyyəti ilə yanaşı onun keçmişlə gələcək, tarixlə müasirlik arasında körpüyə çevrildiyini təsdiq etdi. Müzakirə olunan məsələlərin əhatəli şəkildə araşdırılmasına, gündəliyə salınmasına baxmayaraq, diqqət tələb edən bəzi problemlərin çoxluğu, tədbirə ev sahibliyi edən ölkəmizin tərəflərə yaratdığı münbit şərait 11 gün nəzərdə tutulan COP 29-un bir gün də uzadılması məsələsini gündəmə gətirdi. 12 gün müzakirə edilən məsələlər sübut etdi ki, yüz illərdir müstəmləkəyə çevrilən, qayğılar içərisində üzülən ölkələrin sayı heç də az deyil. Ayrı-ayrı panellərdə, iclaslarda, müzakirələrdə qoyulan məsələlərin sırasında “Afrika gənclərini ön plana çəkmək, Korpus Afrika Yaşıl dərslərindən öyrənilən nəticələr” mövzusunda keçirilən paneldə iqlim dəyişikliyində afrikalı gənclərin, afrikalı kənd qadınlarının dinlənilməsi, onlara haqq etdikləri liderlik xüsusiyyətlərinin aşılaması, keyfiyyətlərinin təbliği, “Gənclərin iqlim və biomüxtəliflik çərçivələrinin həyata keçirilməsində rolu” kimi ciddi məsələlərlə yanaşı, “Ətraf mühit üzrə xəbərlər şəbəkəsi”ndə Afrikanın bu istiqamətdə üzləşdiyi problemlərin həlli yolları ilə bağlı qərarların alınması, gənclərin xəbərlər şəbəkəsinə qoşularaq bu məsələlərin ictimailəşdirilməsindəki rolu və yeri barədə məlumatların verilməsi COP 29-un yadda qalan günlərindən idi. Əlavə salınan, gündəlikdən kənar nəzərdə tutulan 12-ci günün qrafiki, ziyarətçilərinin sayının çoxluğu, müzakirə olunan məsələlərin əhəmiyyəti belə tədbirlərə sıx şəkildə ehtiyac olduğunu diqqətə çatdırdı. “Yaşlı nəsil, nəsillərarası ekoloji şüurun formalaşması” masasında müzakirə olunan ağacəkmə aksiyasının təbliği, ekoklubların yaranması kimi məsələlərin müzakirəsi, 12-ci günün panelinə xüsusi ahəng qatan təqdimatlar, “Gələcəyin qurulması” masasında müzakirə olunan məsələlər isə COP 29-un sanki bütün məqsədlərini, məramını üzə çıxardı. Sammitin bütün şərtlərini, parametrlərini sistemləşdirərək qaldırılan məsələlərin Yaşıl Gələcək Naminə Hərəkata töhfə olduğunu inamla ifadə edən masa iştirakçıları qənaətlərini xüsusi çarxlar vasitəsi ilə nümayiş etdirdilər. “Gələcəyin mövzusu” masasında dünyada və Azərbaycanda keçirilən COP layihələrinin əhəmiyyəti, COP 29-a ev sahibliyi dövründə Azərbaycanın tarixi xidmətləri, BMT-nin layihələrinə diqqət və qayğısı barədə ehtiramla söz açıldı. COP irsinin fundamental irs olaraq bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılırdı. 12-ci gün çərçivəsində Dayanıqlı İnkişafa töhfə sayılan dəyirmi masalar, panellər çərçivəsində “Azərbaycan İrəvanı” adlı kitabın təqdimatı sosial layihə olan COP çərçivəsində tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda mövcud olan, lakin, 1988-ci ildən, Azərbaycanlıların deportasiyasından sonra erməni daşnakları tərəfindən vandalizmə məruz qalan, tarixi abidələr və məhv edilən Yaşıl Dünya barədə məlumat verilirdi ki, bu da COP 29-un siyasi əhəmiyyətinə bir nümunə idi. BMT-nin Baş Katibi Antonyo Quterreşin Bakıdan, Xəzərin sahilindən üzünü dünyaya tutaraq “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!” nidası ilə çağırış etməsi, ədalətdən uzaq Qərb dövlətlərinə - BMT-nin qurucularının bəzilərinin üzünə dəyən sərt “Osmanlı tokatı” oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dörd qətnaməsi 30 il icra olunmayan, Ermənistan silahlı qüvvələri tərəfindən daşı daş üstə qalmayan Qarabağın, Şərqi Zəngəzurun yer üzündən silinməsinə ikili standartları sərgiləyən, demokratik dəyərlərdən, humanist prinsiplərdən danışanlar Azərbaycanın ləyaqətlə ev sahibliyi etdiyi COP 29-da dövlət başçıları səviyyəsində təmsil olunmadılar. Bu tədbirin bizdən çox onlara, bütün dünyaya, bəşəriyyətə aid olunduğunu unutdular! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli lider obrazı ilə bütün dünyaya bir daha sübut etdi ki, burada, Güney Qafqazda bir qüdrətli ölkə, dövlət, əzəmətli xalq var. Ona inanmaq, ona arxalanmaq, ona bio-resurslarına görə deyil, qüdrətli şəxsiyyətlərinə, fikir və düşüncə sahiblərinə, ümumbəşəri dəyərlər xəzinəsinə min illərdir töhfələr verən mütəfəkkir alimlərinə, xeyirxahlığı, yaxşılığı, mərhəməti, məhəbbəti, multikultural dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, açıq süfrəsi, geniş qəlbi ilə dünya insanına örnək olan xalqına görə dəyər vermək gərəkdir! O, bir Müzəffər Ali Baş Komandan kimi bu həqiqəti dünyaya, iradənin gücü, xarakterin əyilməzliyi ilə “Əziz Şuşa Sən Azadsan!” nidasıyla üç rəngli, hilallı, ulduzlu Bayrağımızı Şuşa qalasından asarkən nümayiş etdirmişdi! Hər hansı bir dövlətin, dövlət başçısının tədbirdə iştirakından asılı olmayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfər Konfransının 29-cu sessiyasının - COP 29-un Bağlanış mərasimi, alınan qərarlar, iştirakçı dövlətlərin iradəsini ifadə edən, tərəfləri razı salan maliyyə sənədi - Bəyənnamə bəşəriyyətin taleyi, gələcəyi naminə ciddi rəsmi sənəd kimi tarixə yazıldı. Sübut etdi ki, Azərbaycan təkcə Güney Qafqazın deyil, dünyanın qüdrətli dövlətlərindən biridir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkənin siyasi-ictimai həyatında olduqca fəal iştirak etməkdədir. Ölkəmizdə on minlərlə müharibə, əmək və silahlı qüvvələr veteranı vardır. Onların hər biri şərəfli ömür yolu keçib, xalqına layiqincə xidmət edib. Təsadüfi deyil ki, həm Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev veteranlardan daim diqqət və qayğılarını əsirgəməyiblər, onların tutduqları şərəfli ömür yolunu hər bir ölkə vətəndaşı üçün örnək hesab ediblər. Amma çox təəssüf ki, təbliğat-təşviqat işləri ilə məşğul olmalı qurumlar – televiziyalar, mətbuat, QHT sektoru bu insanların cəmiyyətə örnək gətirilməsi işinə laqeyd baxmaqdadır, nəticədə də gənc nəsil əksərən veteranların müstəsna xidmətindən xəbərsizdir. Gənc nəslə bu insanları tanıtmaq, onların həyat yolundan örnək götürmələrini təmin etmək, eləcə də gənc nəslin bu seçilmiş insanların öyüd-nəsihətlərini, məsləhətlərini dinləmələrinə vəsilə olmaq hazırda prioritet məsələlər sırasındadır. Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatı bu prioritet məsələnin həlli yollarını arayaraq tezliklə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu və “Ədəbiyyat və incəsənət” Portalı ilə birgə “UNUDULMAZLAR” adlı layihə həyata keçirəcək. Təşkilatın sədri, polkovnik Cəlil Xəlilov əməkdaşımıza həqiqətən də qürur duyulası veteranlardan biri barədə söhbət açdı. Söhbəti diqqətinizə çatdırırıq: Bu il Rusiya Ordusunun Mərkəzi Evində əfsanəvi “Smerç” təşkilatının ilk qadın əks-kəşfiyyatçısı, 1941-ci ilin noyabrında 17 yaşında könüllü olaraq cəbhəyə gedən Kadriyə-Ülkər Səlimovanın 100 illik yubileyi qeyd edilib. Təsəvvür edin, 17 yaşında qız uşağı könüllü cəbhəyə gedir. Bu cəsarətə əksər oğlanlar belə gələ bilməz. Həmin səhnə bu cür olub: Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədilər və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdilər. Onun sinif yoldaşları 16-17 yaşlarında idi. Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı. Alman, türk dillərini və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmişdi və 1943-cü ildə “Smerç” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdi. Tibb elmləri doktoru, professor Mehman Məmmədov bu cəsur qadın barədə yazırdı: “Qədriyə xanım Bakıda anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib, təbii ki, azərbaycanlıdır. Sonradan ailə Moskvaya köçüb. Müharibədən sonra o yenidən Bakıya qayıdıb, Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik olub, SSRİ və Azərbaycan pedaqogikası üçün çox işlər görüb. “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaradıb, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazıb. O ki qaldı onun döyüş sücaətlərinə, Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smerç kapitanı kimi hərbi xidmətini başa vurub. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.” Polkovnik Cəlil Xəlilov əlavə edir ki, Kadriyə-Ülkər Səlimova kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu, şöbə müdirinin ən etibarlı adamıdır. Kriptoqraf işinin mahiyyəti bilirsinizmi nədir? Səlimova bir hesabat yazır, onu şifrələyir və göndərir, bundan sonra sənəd məhv edilir. Onun mahiyyətini cəmi iki nəfər bilir: patron və kriptoqraf. Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsəmişdi. Bu da onun fitri istedadından xəbər verir. Kadriya-Ülkər Səlimova barədə maraqlı bir xatirəsini də nəvəsi İvan İlleş bölüşüb. O danışır ki, nənəsi müxtəlif insanlarla asanlıqla əlaqə qururmuş. 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salırdılar. İçi İvan qarışıq qonşu uşaqları da baykerlərdən çox qorxurdular. Bir gün İvan evə gələndə görür ki, bütün şəhəri qorxuya salmış bir dəstə onların evlərində süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbətlər edir. İvan təəccüblə nənəsindən nə baş verdiyini soruşur. Məlum olur ki, evin kilidi qırılıbmış. Nənəsi həyətə çıxlb, köməyə adam axtaranda gözü baykerlərə sataşıb, amma hər kəsdən fərqli olaraq nənə baykerlərdən qorxmayıb, onlardan ona kömək etmələrini xahiş edib... Onlar da bu cəsarətli nənəyə kömək ediblər. Bu hadisədən sonra nəvənin məktəbdəki reytinqi də kəskin şəkildə qalxıb, o artıq heç kimdən qorxmurdu, çünki nənəsi baykerlərlə dost idi! Bax belə bir xatirə! Polkovnik Cəlil Xəlilov əlavə qeyd edir ki, Kadriyə-Ülkər Səlimova 26 avqust 2013-cü ildə - 89 yaşında vəfat edib. Bu cür həmyerlilərimizi heç vaxt unutmamalı, onları gənc nəslə örnək göstərməliyik. “Ədəbiyyat və incəsənət” (22.11.2024
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev Respublika Veteranlar Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların təbliği və s. istiqamətində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin yazıçılarla veteranlar arasında mütəmadi görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb, bununla bağlı daha geniş tərkibdə görüşlərin keçirilməsi qərara alınıb. Seymur ƏLİYEV
Hamısını oxu
Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədi və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdi. Onun sinif yoldaşları 16-17 yaşlarında idi. Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı. - Yelena İlleş, Qədriyə-Ülkər Səlimovanın qızı. Alman, türk və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmiş və 1943-cü ildə “Smerş” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdir. Tibb elmləri doktoru, professor Mehman Məmmədov: Qədriyə xanım anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib və özünü azərbaycanlı hesab edib. Müharibədən sonra Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb, 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik oldu, Azərbaycan pedaqogikası üçün çox işlər gördü, “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaratdı, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazdı. Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smersh kapitanı kimi hərbi xidmətini başa vurdu. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. O, kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu şöbə müdirinin ən etibarlı adamıdır. O, bir hesabat yazdı, onu şifrələdi və göndərdi, bundan sonra sənəd məhv edildi. Onun mahiyyətini iki nəfər bilirdi: patron və kriptoqraf. Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsədi. Kadriya-Ülkər Səlimova İvan İlleşin nəvəsi: Nənə müxtəlif insanlarla asanlıqla əlaqə qurdu. Yadımdadır, 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salıblar. Bu dəstənin başçısı nənəmlə bir evdə yaşayırdı və mənimlə məktəbə gedirdi. Hamımız onlardan çox qorxurduq. Bir gün nənəmin yanına gəldim, gördüm ki, onun evində bütün şəhəri qorxuya salmış bir dəstə süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbət edir. Məlum oldu ki, nənəmin kilidi qırılıb. Həyətə çıxdı və baykerlərdən ona kömək etmələrini xahiş etdi... Bundan sonra məktəbdəki reytinqim kəskin şəkildə qalxdı və mən artıq heç kimdən qorxmurdum, çünki nənəm baykerlərlə dost idi! Кто такая Кадрия Салимова – офицер контрразведки? В Центральном доме Российской армии отметили 100-летие Кадрии-Улькер Салимовой, первой женщины-офицера контрразведки ”Смерш”, добровольно ушедшей на фронт в ноябре 1941 года в возрасте 17 лет. На утро после выпускного вечера весь класс собрался на пляже, вместе выслушали речь Молотова, и немедленно приняли решение всем классом идти на войну. Ее одноклассникам было 16-17 лет. Из восьми мальчиков класса в живых остался один. - Елена Иллеш, дочь Кадрии-Улькер Салимовой. Салимову, свободно владевшую немецким, турецким языками и ”морзянкой”, направили служить шифровальщицей в особый отдел 46-й Кавказской армии, а после учреждения контрразведки ”Смерш” в 1943 году, она была причислена к этой структуре. Доктор медицинских наук, профессор Мехман Мамедов: Кадрия ханум родилась и большую часть жизни жила в Баку, считала себя азербайджанской. После войны она отучилась в Бакинском государственном университете на философском факультете, в 1950-х годах приехала в Москву, где занималась академической деятельностью. Она стала академиком, многое сделала для азербайджанской педагогики, создала международный учебник ”Педагогическое наследие Востока”, где главу про Азербайджан написала сама лично. Победу Салимова встретила в Австрии, под Веной. Военную службу закончила в ноябре 1945 года капитаном ”Смерша”. Была награждена 14 медалями и Орденом Отечественной войны II степени. Доктор исторических наук Александр Зданович, занимавшийся исследованием биографии Салимовой: Она занимала должность шифровальщика. Вы себе можете представить, что такое шифровальщик в отделе контрразведки? Это самый доверенный человек начальника отдела. Он писал донесение, она зашифровывала и отправила, после этого документ уничтожали. Суть его знали два человека: начальник и шифровальщик. При этом Кадрия не имела какого-то специального образования, но очень быстро освоила теорию шифрования. Внук Кадрии-Улькер Салимовой Иван Иллеш: Бабушка легко находила контакт с самыми разными людьми. Помню, в 1987 году в Москве орудовала банда байкеров. Они ездили на мотоциклах, наводили ужас на общественность. Главарь этой банды жил в одном доме с моей бабушкой и учился со мной в школе. Мы все их очень сильно боялись. Как-то прихожу к бабушке и вижу, что у нее дома за столом сидит банда, наводившая страх на весь город, все пьют чай и мило беседуют. Оказывается, у бабушки сломался замок. Она вышла во двор и попросила байкеров ей помочь… После этого мой рейтинг в школе взлетел до небес, и я уже абсолютно никого не боялся, ведь моя бабушка дружила с байкерами!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Zaqatala şəhəri, məcburi köçkün qəsəbəsi, Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır. Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Hamısını oxu
Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycanda keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir. AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur. Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Dünyanı bu fəlakətdən qurtarmaq üçün ya indi kritik, fundamental addımlar atılmalı, ya da bəşəriyyət öz məhvinə hazır olmalıdır”. Cəlil Xəlilov vurğulayıb ki, tədbirdə 196 ölkədən on minlərlə nümayəndənin iştirakı dünyanın Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük maraq göstərdiyini təsdiqləyir: “Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir”. O qeyd edib ki, hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb: “Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır”. Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Bununla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda, Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.
Hamısını oxu
В современных условиях к социально-политическим опасностям добавилась грозная климатическая опасность. Изменение климата экзистенциальная проблема, от решения которой зависит выживание человечества. Происходящее потепление, если продолжится, то последствия окажутся катастрофическими для всего человечества уже к концу ХХI века. Не случайно в 1988 году по решению ООН была учреждена ежегодная конференция об изменении климата (Conference of the Parties — COP), на которых обсуждаются изменения климата на нашей планете, определяются пути воздействия на этот процесс. Ежегодные конференции проходят по принципу ротации в одной из стран. В ноябре этого года СОР-29 состоится в Азербайджане. Это решение было единогласно поддержана 198 странами. Президент Азербайджанской Республики господин Ильхам Алиев прилагает все усилия для организации СОР29 на высоком уровне. В течение года в Республике проделана огромная работа в самых различных областях. Республика с надеждой ждет приезда гостей, ведущих экспертов, для определения стратегии выхода из сложившегося климатического кризиса. По всем показателям СОР29 может стать важным шагом на пути к устойчивому и экологобезопасному развитию. Однако по мере приближения СОР29 начались беспрецедентные политические провокации против Азербайджана, усилились негативные медийные кампании. К сожалению, политические деятели в ряде ведущих стран пошли на поводу мировой армянской диаспоры, стали утверждать о нарушении свободы слова, прав человека в Азербаджане, коверкать подлинные причины карабахской трагедии. Так, 60 членов Конгресса США, обратились к государственному секретарю, и потребовали оказать санкционное давление на Азербайджан. В ПАСЕ осуждены надуманные дела о правах человека, демократии в Азербайджане. На основе ложной аргументации в парламентах некоторых стран приняты антиазербайджанские резолюции, утверждаются необоснованные судебные иски. Общественность зарубежных стран должна обратить внимание на ложный, дезинформационный характер антиазербайджанских кампаний, которые проводятся под влиянием армянского лобби для нанесения ущерба репутации Азербайджана. Эта грязная, аморальная деятельность противоречит международному праву и должна быть пресечена. Пусть никто не сомневается, что Азербайджан на высоком уровне проведет конференцию СОР29, несмотря на потуги злостных недоброжелателей. Председатель Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики полковник Джалил Халилов
Hamısını oxu
Cəlil Xəlilov: “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” . Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə cəlb etməklə yanaşı, həm də bu problemlərdən xilas yolunu özündə əks etdirməkdədir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi sammit çərçivəsində artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, bu problemlərdən qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu istiqamətdə konkret qərarların qəbuludur. Yəni Azərbaycanın moderatorluğu altında keçirilən COP29 sammiti, dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaddığını dərk etdi. Habelə, dünya gördü ki, bu fəlakətdən qurtulmaq üçün ya indi kritik, fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır”. Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Azərbaycan “yaşıl enerji”yə keçid, ekoloji mühitin yaxşılaşması, meşələrin bərpası, səhralaşma prosesinin qarşısının alınması və s. istiqamətində həm təbliğati, həm də praktiki müstəvidə mühüm addımlar atmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatları da fəal iş aparmalı, xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Biz bütün bunlarla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtiylə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”. Seymur ƏLİYEV
Hamısını oxu
Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər. "AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir. Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub. Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.
Hamısını oxu
Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib Dünən xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü. Veteran.gov.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb. Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.
Hamısını oxu