Ən son xəbərlər
Erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə, dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələr törətmişlər. 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar. 28 il işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı böyük zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni qazanan hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Onların qəhrəmanlığı gələcək nəsillərə örnək olur. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İsfəndi oğlu Mahmudov belə oğul , belə hərbçi olub, belə qəhrəman olub.O,səmamızın şahini qoruyucu mələyi xilaskarı olub. Vətənimizin başını qara bulud alan zaman bir göz qıpımında Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə dinc əhalinin köçürülməsində, ərzaq və müəyyən ləvazimatlar çatdırıb.Mahmudov Ərəstun İsfəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirmişdir. 1975- ci ildə Leninqrad vilayətinin Vıborq şəhəri Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-2 vertolyotunun bortmexaniki olmuşdur. Ərəstun Mahmudov özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuq şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir.Daha sonra o, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İsfəndi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.Qəhrəmanlar ölümü gözə alaraq vuruşur, Şəhidlik məqamına ucalırlar.Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Организация ветеранов войны, труда и вооруженных сил выразила соболезнования в связи с катастрофой пассажирского самолета авиакомпании «Азербайджанские авиалинии», следовавшего по направлению Баку-Грозный и потерпевшего крушение в г.Актау (Казахстан) : «От имени ветеранов республики выражаем глубочайшие соболезнования семьям погибших в авиакатастрофе и желаем скорейшего выздоровления раненым. Мы верим, что сплоченность нашего народа, поможет нам и семьям погибших с достоинством пережить эту трагедию,как помогала во все трудные периоды нашей истории. День 26 декабря объявлен в Азербайджане днем траура в связи с серьезной авиакатастрофой. Пусть будет в нашей жизни как можно меньше таких скорбных дней.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Bakı-Qroznı istiqamətində uçan “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Respublika veteranları adından təyyarə qəzasında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. İnanırıq ki, xalqımızın həmrəyliyi bizə tariximizin bütün çətin dönəmlərində olduğu bu faciəyə də ləyaqətlə dözməkdə kömək edəcək, birliyimizin həlak olanlarının ailələrinə təsəlli olacaqdır”. Məlumat üçün qeyd edək ki, ağır təyyarə qəzası ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edilib.
Hamısını oxu
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olaraq qərara alıram: 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2024-cü il
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib. “Qafqazinfo”nun məlumatına görə, paylaşımda deyilir: “Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”
Hamısını oxu
Президент Беларуси Александр Лукашенко поздравил Президента Азербайджана Ильхама Алиева с днем рождения."Приятно отметить, что братская Азербайджанская Республика под Вашим мудрым руководством играет все более значимую роль в тюркском мире, укрепляет свое лидерство в регионе и является надежным стратегическим партнером Республики Беларусь", - говорится в поздравлении.Александр Лукашенко отметил, что с теплотой вспоминает недавнюю встречу с Ильхамом Алиевым в Баку и высоко ценит дружбу и доверительные личные отношения, взаимную поддержку и открытый конструктивный диалог на различных площадках. "Уверен, успешное проведение глобального климатического форума COP29 и саммита мировых лидеров еще сильнее упрочило международный авторитет вашей страны", - подчеркнул Глава государства.Президент пожелал Ильхаму Алиеву доброго здоровья, благополучия, удачи и неизменных побед во главе азербайджанского государства. https://president.gov.by/ru/events/pozdravlenie-prezidentu-azerbajdzana-il-hamu-alievu-1734965533
Hamısını oxuBu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev - Zəfər və Qələbə Memarımız " mövzusunda tədbir və Aygül Bağırovanın müəllifi olduğu "Qalib Sərkərdə” kitabının ikinci nəşrinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri və veteranlar, ölkə ziyalıları, millət vəkilləri, media və vətəndaş cəmiyyəti institutunun təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlı ətraflı çıxış edib, bu siyasətin dövlətimizi daha da gücləndirdiyini, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirdiyini bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsdində əldə edilən tarixi qələbə 30 illik erməni işğalına son qoymaqla yanaşı, xalqımızın milli qürur və ləyaqətini bərpa etməyə imkan verib. “Qalib Sərkərdə” kitabının önəmindən danışan polkovnik Cəlil Xəlilov qeyd edib ki, kitabda 44 günlük Vətən müharibəsinin hər günü, hər saatı öz əksini tapıb ki, bu da Vətən müahribəsində ordumuzun göstərdiyi qəhrəmanlığın, xalqımızın və Prezidentimizin sərgilədiyi fədakarlığın təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Tədbirdə çıxış edən filologiya elmləri doktoru Şərəf Cəlili, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Xalq artisti, kinorejissor Şeyx Əbdül, millət vəkili Ziyad Səmədzadə, kitabın ideya müəllifi və sahibkar Naiq Məmmədhəsənov, tədbirin önəmindən və kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda çıxış edən “Qalib Sərkərdə” kitabının müəllifi Aygül Bağırova tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirən Aygül Bağırova 8 Noyabr zəfərinin sonsuza qədər bütün türk dünyasının ən böyük qələbələrindən biri kimi xatırlanacağını vurğulayıb. Tədbirin sonunda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Hamısını oxu
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Bu əlamətdar günlə bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbət etdik: -Səmyar bəy, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Sizcə İlham Əliyev faktoru Azərbaycanın dünəni və bugünü baxımından nəyi ifadə edir? -Öncə ad günü münasibətilə Azərbaycan xalqının böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, ona uzun ömür, cansağlığı, müvəffəqiyyətlər arzulayıram. İlham Əliyev sadəcə Azərbaycan Respublikasının Prezidenti deyil. İlham Əliyev həm də bu xalqın mübarizə və qəhrəmanlıq simvoludur. Müzəffər Ali Baş Komandanın 30 ildir ki, davam edən Qarabağ problemini Azərbaycanın maraqları konteksində qətiyyətlə həll etməsi, erməni işğalındakı torpaqlarımıza azadlıq gətirməsi dövlətçilik tariximizin ən qürurverici hadisəsidir. İlham Əliyev işğaldakı torpaqlarımızı azad etməklə həm də milli qürurumuzu bərpa etdi, Azərbaycanın bütün dünyadakı nüfuzunu gücləndirdi. Ali Baş Komandan bu zəfəri ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir və heç vaxt hər hansı zorakılığa, təhdidə boyun əyməyəcək, öz ərazisinin bir qarışını belə kimsəyə gzəştə getməyəcək. -Prezident İlham Əliyevin hakimiyyəti dövrü, həm də böyük sosial layihələr dönəmi kimi tarixə düşüb. Bu layihələr əlillərin, aztəminatlı ailələrin yaşamı baxımından nələri dəyişib? -Azərbaycan sosial layihələrin miqyasına görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Qürurvericidir ki, dövlətimiz hətta 44 günlük Vətən müharibəsi dönəmində belə hər hansı sosial layihədən imtina etməmiş, bu layihələrin hər biri yüksək dəqqilik və qətiyyətlə icra edilmişdir. Prezident İlham Əlliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilən sosial siyasət milyonlarla vətəndaşımızın rifahının, mənzil-məişət şəraitinin daha da yaxşılaşmasına böyük töhfə vermiş, onların sabaha inamla addımlamasında mühüm rol oynamışdır. Biz bi reallığı rəqəmlərin timsalında daha aydın görürük. Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərdən də görünür ki, adəçəkilən qurumun tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 11 ayında əlilliyi olan 113 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 61,1 mininə ambulator, 26,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir. 2024-cü ilin 10 ayında Agentlik tərəfindən işlə təmin edilənlərdən 9500-ə yaxını, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulanlardan 1300 nəfəri əlilliyi olan şəxslər olub. Həmin dövrdə əlilliyi olan 421 şəxs isə peşə hazırlığına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərilib.Onlardan 1,7 min nəfəri stasionar, 22 mindən çox nəfəri ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər. Bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxsləri 82,8 min reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan 4, 6 mini təkərli oturacaq (o cümlədən 153 mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, habelə 2 mini eşitmə aparatı, 2,3 mini qoltuqaltı və dirsəkaltı ağac, 149-u korset olub. Həmin şəxslərə 2,9 min cüt protez ayaqqabı, 5,4 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub. Bu ilin 10 ayı ərzində ümumilikdə 10,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Bütün bunlar yalnız 2024-c illə bağlı rəqəmlərdir və bu rəqəmlər Pezidentimizin həssas kateqoriyadan olan vətəndaşlarımıza olan böyük qayğısından xəbər verir. -Səmyar bəy, gözdən əlil vətəndaşlarla bağlı həyata keçirilən layihələr haqqında nə deyə bilərsiniz? -Bütün əlillərimiz kimi gözdən əlil vətəndaşlarımız da Prezidentimizin, dövlətimizin qayğısını daim üzərlərində hiss edib. Onların mənzillə təminatı, sosial rifahlarının yaxşılaşması istiqamətində müntəzəm addımlar atılıb. Gözdən əlil vətəndaşlarımız üçün inşa edilən binalardan biri 2015-ci ilin 24 dekabr tarixində - Prezidentimizin ad günündə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısından bəhs etdi, bu qayğının bundan sonra da davam edəcəyini vurğuladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib. Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib. Mən fürsətdən istifadə edərək əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib. Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. 2024-cü ildə də gözdən əlillərə dövlət dəstəyi siyasəti müntəzəm şəkildə davam etdirilib. -Səmyar bəy, qarşıdan həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı gəlir. Bu bayramlar münasibəti ilə xalqımıza nə arzu edərdiniz? -Mən xalqımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, hər bir vətəndaşımıza, soydaşımıza uğurlar arzulayıram. Əminəm ki, 2025-ci ildə də xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaq, dövlətimiz daha da çiçəklənəcək, inkişaf edəcəkdir. Və bütün bu inkişafın baş memarı isə yenə də Prezident İlham Əliyev olacaqdır. əm Dn Seymur ƏLİYEV
Hamısını oxu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib. Xidmət rəisinin müavini, general-mayor Azər Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, o cümlədən vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib. Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib. Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.
Hamısını oxu
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul etdilər. “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistan Respublikasının Turizm Komitəsinin sədri Umid Şadiyev imzaladılar. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”ni Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov imzaladılar. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri xanım Xilola Umarova imzaladılar. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov imzaladılar. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və Özbəkistan Respublikasının Milli Qvardiyasının komandanı Rustam Curayev imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”i Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev imzaladılar. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nı (“Yol xəritəsi”) Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov imzaladılar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov imzaladılar. Səfər çərçivəsində, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” imzalanıb.
Hamısını oxu