Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Zaqatala şəhəri, məcburi köçkün qəsəbəsi, Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır. Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Hamısını oxu
Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycanda keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir. AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur. Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Dünyanı bu fəlakətdən qurtarmaq üçün ya indi kritik, fundamental addımlar atılmalı, ya da bəşəriyyət öz məhvinə hazır olmalıdır”. Cəlil Xəlilov vurğulayıb ki, tədbirdə 196 ölkədən on minlərlə nümayəndənin iştirakı dünyanın Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük maraq göstərdiyini təsdiqləyir: “Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir”. O qeyd edib ki, hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb: “Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır”. Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Bununla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda, Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.
Hamısını oxu
В современных условиях к социально-политическим опасностям добавилась грозная климатическая опасность. Изменение климата экзистенциальная проблема, от решения которой зависит выживание человечества. Происходящее потепление, если продолжится, то последствия окажутся катастрофическими для всего человечества уже к концу ХХI века. Не случайно в 1988 году по решению ООН была учреждена ежегодная конференция об изменении климата (Conference of the Parties — COP), на которых обсуждаются изменения климата на нашей планете, определяются пути воздействия на этот процесс. Ежегодные конференции проходят по принципу ротации в одной из стран. В ноябре этого года СОР-29 состоится в Азербайджане. Это решение было единогласно поддержана 198 странами. Президент Азербайджанской Республики господин Ильхам Алиев прилагает все усилия для организации СОР29 на высоком уровне. В течение года в Республике проделана огромная работа в самых различных областях. Республика с надеждой ждет приезда гостей, ведущих экспертов, для определения стратегии выхода из сложившегося климатического кризиса. По всем показателям СОР29 может стать важным шагом на пути к устойчивому и экологобезопасному развитию. Однако по мере приближения СОР29 начались беспрецедентные политические провокации против Азербайджана, усилились негативные медийные кампании. К сожалению, политические деятели в ряде ведущих стран пошли на поводу мировой армянской диаспоры, стали утверждать о нарушении свободы слова, прав человека в Азербаджане, коверкать подлинные причины карабахской трагедии. Так, 60 членов Конгресса США, обратились к государственному секретарю, и потребовали оказать санкционное давление на Азербайджан. В ПАСЕ осуждены надуманные дела о правах человека, демократии в Азербайджане. На основе ложной аргументации в парламентах некоторых стран приняты антиазербайджанские резолюции, утверждаются необоснованные судебные иски. Общественность зарубежных стран должна обратить внимание на ложный, дезинформационный характер антиазербайджанских кампаний, которые проводятся под влиянием армянского лобби для нанесения ущерба репутации Азербайджана. Эта грязная, аморальная деятельность противоречит международному праву и должна быть пресечена. Пусть никто не сомневается, что Азербайджан на высоком уровне проведет конференцию СОР29, несмотря на потуги злостных недоброжелателей. Председатель Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики полковник Джалил Халилов
Hamısını oxu
Cəlil Xəlilov: “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” . Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə cəlb etməklə yanaşı, həm də bu problemlərdən xilas yolunu özündə əks etdirməkdədir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi sammit çərçivəsində artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, bu problemlərdən qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu istiqamətdə konkret qərarların qəbuludur. Yəni Azərbaycanın moderatorluğu altında keçirilən COP29 sammiti, dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaddığını dərk etdi. Habelə, dünya gördü ki, bu fəlakətdən qurtulmaq üçün ya indi kritik, fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır”. Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Azərbaycan “yaşıl enerji”yə keçid, ekoloji mühitin yaxşılaşması, meşələrin bərpası, səhralaşma prosesinin qarşısının alınması və s. istiqamətində həm təbliğati, həm də praktiki müstəvidə mühüm addımlar atmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatları da fəal iş aparmalı, xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Biz bütün bunlarla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtiylə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”. Seymur ƏLİYEV
Hamısını oxu
Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər. "AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir. Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub. Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.
Hamısını oxu
Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib Dünən xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü. Veteran.gov.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb. Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.
Hamısını oxu
Noyabr ayının 7-də Şamaxı rayonunun Mədəniyyət Mərkəzində Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, idarə və müəssisələrin rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Konfransda Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər konfrans iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli dəyərlərimizə söykənərək keçdiyi inkişaf yolundan və bu prosesdəki ağsaqqallıq institunun rolundan, eyni zamanda müasir problem və çağırışlardan söz açıb. Ağsaqqalların Şamaxı rayonunun ictimai-mədəni həyatında da yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildirib və konfransın işinə uğurlar arzulayıb. Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ötən dövr ərzində görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edib. Rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolundan və nüfuzundan söhbət açıb. Vurğulayıb ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində əsl mütəşəkkillik nümayiş etdirən rayon ağsaqqalları təbliğat və təşviqat kampaniyasında, o cümlədən səsvermə prosesində fəal iştirak edərək qalib Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevi yüksək səviyyədə dəstəkləyiblər. Həmçinin Milli Məclisə keçirilən seçkilərdə də ağsaqqallar yaxından iştirak edərək ən layiqli namizədlərə səs veriblər. Çıxışının sonunda natiq üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb. Sonra tədbirdə çıxış edən professor İsaxan Vəliyev, Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri Mərəhmət Mustafayev, Xudaverdi Lazımov, Nəzakət Abdulrazaqova, Məzi Şikarov və başqaları Ulu Öndər Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Natiqlər Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər. Daha sonra təşkilati məsələlər müzakirə olunub. Şamaxı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv və Fəxri üzvlər seçilib. Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, onları qarşıdan gələn əlamətdar Zəfər Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, bizə milli qürurumuzun təntənəsi olan bu möhtəşəm Zəfəri bəxş etdiyinə görə Azərbaycanın xilaskarı və memarı Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun qətiyyətli rəhbərliyi ilə igidliklə vuruşan əsgər və zabitlərimizə, qəhrəman qazilərimizə bir daha dərin minnətdarlığımızı bildirir, unudulmaz şəhidlərimizi ehtiramla anırıq. Sonra natiq ağsaqqallıq institutunun tarixindən, o cümlədən ölkəmizdə ağsaqqalları təşkilatlandıraraq 35 ildir öz səmərəlı fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət edən Azərbaycan Ağsaqqallar Şurasının keçdiyi şərəfli yoldan söz açıb. Akademiklər İmam Mustafayev və Budaq Budaqovun, görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun rəhbərliyi altında Şuranın gördüyü əhəmiyyətli işlərdən bəhs edib. Vurğulayıb ki, bu gün millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurası özünün böyük inkişaf dövrünü yaşayır. Şuranın 79 şəhər və rayon təşkilatında birləşən 35 mindən çox üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr verir, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. İşlərini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir. Bayram Yusif, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin imza atdığı uğurlardan, siyasi-iqtisadi, hərbi gücünün və nüfuzunun gündən-günə artmasından, davamlı inkişaf prosesindən ətraflı bəhs edib. Bu günlərdə Azərbaycanda keçiriləcək möhtəşəm bir tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, bu tədbirin Bakıda keçirilməsi hər zaman olduğu kimi hazırda da bəzi antiazərbaycan qüvvələrin ölkəmizə qarşı davam edən qərəzli təzyiqlərinə baxmayaraq öz haqqını, hüququnu bərpa edən, ədalətli yolundan dönməyən Azərbaycanın və onun əvəzedilməz Lideri cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və danılmaz yüksək nüfuzun sübutudur. Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri, ümumilikdə, qənaətbəxş hesab etsə də, öz irad və təkliflərini də bildirib. Azərbaycanda tarix boyu sayılan-seçilən, insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən ağsaqqallarımızdan cəmiyyətimizin daha təsirli və səmərəli fəaliyyət gözlədiyini vurğulayıb. Onları daha fəal olmağa çağıraraq təəssüf hissi ilə qeyd edib ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ağsaqqalların hər birinə möhkəm cansağlığı diləyərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri gözəl və məzmunlu çıxışa, əhəmiyyətli təklif və tövsiyələrə görə Bayram Yusifova öz təşəkkürlərini bildirərək, fəaliyyətlərini daha aktiv şəkildə davam etdirəcəklərini vurğulayıblar.
Hamısını oxu
Поздравляю с Днём Победы Азербайджанской Республики!Позвольте выразить уважение уровню патриотизма, слаженности действий и профессионализма сотрудников государственных и общественных организаций дружественного Азербайджана в разрешении многолетней болевой проблемы и уверенном отстаивании национальных интересов. Именно опора на национальные интересы открывает перспективы ответственного, уважительного и взаиморазвивающего взаимодействия в этом турбулентном мире, закладывая основы и ценности для дружбы наших следующих поколений!
Hamısını oxu
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizi azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu unudulmaz zəfərin əsas müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur. Əldə olunan bu tarixi qələbə eyni zamandaUulu öndər Heydər Əliyevin memarı olduğu, Prezident cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Qazanılan tarixi qələbə uğrunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir. Qeyd edim ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsinin, Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, daha sonra Zəfər Paradının Xankəndidə keçirilməsi xalqımızın qüdrətinin, ordumuzun rəşadət və hünərinin bir daha nümayişi idi. Xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyinin şahidi oluruq. Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və qürur doğuran mərhələsinə qədəm qoyub. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də qüdrətli bir dövlət kimi tanıyır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini həll etməyə qadir olan mütləq gücə çevrilib. Son iki yüz illik Azərbaycan tarixinə nəzər salarkən şahidi oluruq ki, davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan vermişdir. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir. Bu bir faktdır ki, Zəfərə gedən yol xalqımıza çox böyük itkilər hesabına başa gəlmişdir. On minlələ azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bugünədək məlum deyildir... Qeyd edim ki, qalib Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi uğurlar özünü Qarabağda, Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirləri görəcək. Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti
Hamısını oxu
Cəlil Xəlilov: “Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır” “8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır: “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir. Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı. 30 ildir ki, davam edən erməni işğalı Azərbaycanın ərazi bütövlyünü pozmaqla yanaşı, həm də dövlətimizin inkişafını əngəlləyən, onun tərəqqisinə mane olan başlıca amil idi. Azərbaycanın öz torpaqlarının 20%-i üzərində faktiki olaraq nəzarəti yox idi. Ermənistan bu ərazilərdə böyük talanlar həyata keçirir, təbii sərvətlərimizi vəhşicəsinə istismar edir, bu ərazilərdə narkotik plantasiyaları salırdı. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur”. Polkovnik bildirib ki, işğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, bu ərzilərin iqtisadi potensialından yararlanmağa imkan verdi: “İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan bu ərazilərin mina və digər döyüş sursatların təmizlənməsinə start verdi. Bu gün də davam edən məlum prosesə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirməyə başadı. Məhz bütün bu işlərin nəticəsidir ki, artıq yüzlərlə ailə işğaldan azad edilən ərazilərdə məskumlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz təəfindən öz həllini tapıb. Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəsissisə fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır. Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir. Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq”.
Hamısını oxuTədbir daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib Veteran.gov.az xəbər verir ki, bu gün 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıb: “8 Noyabr zəfəri Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfərdir. Bu, o qədər böyük qələbədir ki, bunun nəticəsi sadəcə Azərbaycanla məhdudlaşmadı. Bu, regionda və dünyada baş verən hadisələrə ciddi təsir göstərdi, qlobal aləmdə yeni status-kvo formalaşdırdı. Bu zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhdid və təhlükəni dəf etməyə qadirdir və o, heç vaxt öz azadlığının bir zərrəsindən, öz torpağının bir qarışından belə imtina etməyəcək. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atdı, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırdı. Təsadüfi deyil ki, bu gün də Rusiya, ABŞ, Çin kimi nəhəng dövlətlər Vətən müharibəsini, ordumuzun bu müharibədə tətbiq etdiyi yenilikləri diqqətlə öyrənməkdədir. Biz əldə etdiyimiz bu böyük, şanlı zəfərə görə şəhdilərimizə, veteranlarımıza, xalqımıza, Prezidentimizə, vətəndaşlarımızın göstərdiyi yüksək həmrəyliyə borcluyuq və bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, inkişaf etdirməliyik”. Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva ölkəmizin inkişafında, gülü ordunun formalaşmasında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirmişdir. Tədbirdə çıxış edən QHT nmayəndələri, veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər. Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidməltərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
Hamısını oxu