Ən son xəbərlər
1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə başlanıldı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə, əsasən, təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq bu iş dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttinə çevrilib: “Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapıb. Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olub. Ulu Öndər Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. Ümummilli Lider Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Ulu Öndər Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi”. Cəlil Xəlilov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il iyunun 28-də keçmiş Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında müvafiq vəzifələr qoyub: “Ümummilli Liderin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərin, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Ulu Öndər Heydər Əliyev “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanında Azərbaycanın güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adamöldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinə və keçmiş Milli Təhlükəsizlik Nazirliyinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanunsuz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə olundu”. Polkovnik qeyd edib ki, Azərbaycan bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. “Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görüb. Xidmət ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanıb. Təhlükəsizlik orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmayıb, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışıb”, - deyə Cəlil Xəlilov diqqətə çatdırıb.
Hamısını oxu
Müstəqil Azərbaycan dövlətinin həyatında bir çox ilklər, o cümlədən, tariximizdə ilk dəfə olaraq Milli Təhlükəsizlik konsepsiyasının təşəkkülü və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarix elmi bir mənalı şəkildə təsdiq edir ki, mövcud olan bir çox siyasi təsisatlar və institutlar kimi, “milli təhlükəsizlik” anlayışı da cəmiyyətin və dövlətin mövcudluğu üçün son dərəcə vacib və önəmli hesab olunur. Bu baxəmdan tarix elmi sübut edir ki, “milli təhlükəsizlik” anlayışı ilk dəfə 1904-cü ildə ABŞ prezidenti Teador Ruzvelt tərəfindən “Panama kanalı” ilə bağlı konqresə ünvanlanmış məktubunda işlədilmişdir. Həmin vaxtdanda da “təhlükəsizlik” anlayışı amerikalı politoloqların və dünya siyasətçilərinin ən çox müraciət etdiyi istilahlardan(terminlərdən) biri olmaqla, “milli mənafe” nəzəriyyəsinin ən mühim tərkib hissələrindən biri kimi şərh edilmişdir. Amerikalı sosioloqu U.Lipriman isə “milli təhlükəsizlik” anlayışını, hər bir müstəqil dövlətin, beynəlxalq münasibətlərdə öz movcudluğunu qoruyub saxlamağın bütöv bir sistemi olduğunu əsaslandırmışdır. SSRİ-də isə “milli təhlükəsizlik” problemi əsasən 1990-ci ilin əvvəllərindən dövriyəyə buraxılmış, SSRİ Ali Sovetinin Müdafiə və Milli Təhlükəsizlik Komitələrinin sənədlərində istifadə edilmişdir. Həmin vaxtdan da, siyasi elmin mühim kateqoriyalarından biri olaraq “təhlükəsizlik” problemi bilavasitə millətlə və dövlətlə əlaqələndirilmiş, sabit sosial-siyasi, iqtisadi, mədəni və digər vacib məsələləri, o cümlədən, dövlətin ən vacib atributlarından hesab olunan, onun mövcudluğu problemi ilə vəhdətdə öyrənilmişdir. Milli təhlükəsizlik, əslində siyasi baxımdan və təcrübədə dövlətin alternativi kimi qəbul edilir, milləti( dövləti) bütöv sistem kimi təcəssüm etdirir. Başqa sözlə, milli təhlükəsizlik konkret tarixi şəraitdə milli mənafelərin reallaşmasını təmin edən ictimai münasibətlər, ictimai şüur, cəmiyyət institutlarını, onların mükəmməl fəaliyyətini və mövcud olmaq vəziyyətini ifadə etmişdir. Bu da özlüyündə şəxsiyyəti, cəmiyyəti və dövləti , onların təhlükəsizliyini təmin edən vəziyyəti ifadə edir. Millət üçün həll edici mərhələlərdə milli təhlükəsizlik cəmiyyətin, cəmiyyət üzvlərinin və dövlətin təhlükəsizliyini ifa edən vəziyyəti ehtiva edir. Buna görə də, demokratik cəmiyyətlərdə şəxsiyyətin azadlığı və təhlükəsizliyi önə çəkilərək son dərəcə vacib hesab edilir. Başqa sözlə, demokratik cəmiyyətlərdə millətin, dövlətin , cəmiyyətin və hakimiyyətin təhlükəsizliyi özünə məqsəd deyil, şəxsiyyətin və dövlətin azadlığına və təhlükəsizliyinə təminat funksiyasını ifadə edir. Buna görə də siyasi elm “milli təhlükəsizlik” termininə izah verərək onu şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin məcmusu kimi şərh edir. Dövlət təhlükəsizliyinə cəmiyyətdə siyasi qüvvələrin və ictimai qurupların fəaliyyətinin idarə olunması, bu məqsədlə səmərəli mexanizmlərin işlənib hazırlanması, onun mövcudluğu, cəmiyyətin təhlkükəsizliyi, ictimai institutların normaların, əhalinin bütün qruplarının hüquqlarının və azadlıqlarının təmin olunması vəziyyəti, şəxsiyyətin təhlükəsizliyi isə ictimai insitutların və təşkilatların fəaliyyətinin reallaşdırılması vasitəsi kimi qəbul edilir. Bu mühim vəzifə dövlət həyatında son dərəcə əhəmiyyətli rol oynamaqla, mahiyyət etibarı ilə milli təhlükəsizlik cəmiyyətdə müxtəlif sahələr və struktur ünsürləri arasında siyasi, iqtisadi, ekoloji,hərbi ,ideoloji və digər kimponentləri əhatə edir. Təsadüfi deyil ki, ideya müəllifi Heydər Əliyev olan “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu, milli təhlükəsizlik dedikdə- insan- onun hüquq və azadlıqları, cəmiyyət-onun maddi və mənəvi dəyərlər sistemi, dövlət-onun müstəqilliyi, suverenliyi, konstitutsiya quruluşu və ərazi bütövlüyü kimi obyektləri əhatə etdiyi vurğulanmışdır. Bu gün müstəqil Azərbaycan Respublikasının yaradılmasının və inkişafının əsas memarı olan Heydər Əliyev, ölkəmizdə bir çox ilklərə imza atmış görkəmli şəxsiyyət olaraq, “milli təhlükəsizlik” konsepsiyasının da yaradılmasının, bü günkü yüksək inkişafının yaradıcısı və qurucusudur. O, 1944-cü ilinin may ayından SSRİ Dövlət Təhlükəsizlik orqanlarında işə qəbul edilərək, şərəfli bir ömür yolu keçmiş, ömrünün sonuna qədər, bu orqanlarla bu və ya digər şəkildə sıx bağlı olmuşdur. Sovet dövründə təhlükəsizlik orqanlarında, əsasən, milli kadrlara müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komtisənin əks-kəşfiyyat xidmətinə ilk rəhbərlik edən milli kadr olmuşdur. Burada onun müstəsna xidmətlərini, fenomen istedadını, yüksək təşkilatçılıq qabiliyyətini xüsusi olaraq, qeyd etmək vacibdir. Onun ömür yolu birmənalı şəkildə təsdiq edir ki,Heydər Əliyevin təkrarsız istedadı və dərin məsuliyyət hissi, ağır və məsul xidmət sahəsi hesab olunan təhlükəsizlik orqanlarında onun daimi yüksəlişinə səbəb olmuşdur. SSRİ-də, ölkənin ictimai-siyasi həyatında son dərəcə əhəmiyyətli rol oynayan Dövlət Təhlükəsizlik Komitəsində, milli kadrlara etibar edilməsi təcrübəsinə, bəlkədə, ilk dəfə Azərbaycanda rast gəlmək olar. Beləki, Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, bundan 3 il sonra isə -1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, məsul vəzifəyə irəli çəkilən ilk Azərbaycanlı olmuş və ona general-mayor ali rütbəsi verilmişdir. Burada iştirak edən mütəxəsisslərin hər biri, etiraf edərlər ki, bir qayda olaraq, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, habelə, onun müttəfiq Respublikalarda fəaliyyət göstərən qurumları zaman-zaman yalnız daxili təlimatlar, məxfi əmrlər əsasında fəaliyyət göstərmişdir. Bu da heç gizli deyil ki, sovet dövründə təhlükəsizlik orqanlarında, bu və ya digər qanunların pozulmasına, represiyaların ildən ilə daha da sərtləşməsinə münbit şərait yaratmışdır. Apardığımız təhlillər göstərir ki, Heydər Əliyev yeganə şəxsiyyətlərdən idi ki, o, hələ sovet dövründə represiyaları kəskin tənqid etmiş, SSRİ Ali Sovetinin “ 20-30-cu illər represiya qurbanlarına bəraət verilməsi haqqında” tarixi Fərmanın qəbul edilməsinin faəl təşəbbüsçülərindən biri olmuşdur. Bu mərhələdə “Üçlük”, “Beşlik”, “Yeddilik”, “Xüsusi müşavirələr”, “Hərbi tribunallar”, başqa sözlə, siyasi idarələrin kollegiyaları tərəfindən, SSRİ üzrə, ümumilikdə 3.778.234 nəfər əsassız represiyalara məruz qalmışdır ki, onlarında 79.852 nəfəri, həmin dövrdə cəmi 3 milyona yaxın əhalisi olan Azərbaycan SSR-nin payına düşmüşdür. Bunlarında 5.152 nəfəri günahsız olmalarına baxmayaraq, güllələnmiş, qalanları isə Sibirə sürgün edilmişdir. Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, milli tariximizdə qızıl hərflərlə yazılmış məqamlarla zəngindir. Beləki onun 15 mart 1996-ci il tarixdə “Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” Fərmanı mühim tarixi əhəmiyyət kəsb etmişdir. Bu Fərmanın və Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında Respublika Prokurorluğu tərəfindən 14.444 cinayət işi arxivlərdən götürülərək diqqətlə öyrənilmiş, nəticədə 25.524 nəfər şəxsə-siyasi represiya qurbanlarına bəraət verilmiş, onların təmiz adları bərpa edilmişdir. Ulu Öndər çıxışlarında dəfələrlə keçmişi xatırlayaraq, azərbaycanlıların başına gətirilən müsibətlərdə, faciələrdə, siyasi repressiyalarda erməni qriqoryanların, markaryanların, topuradzelərin, Nəriman Nərimanova qarşı aparılan fitnəkarlıqlarda Mirzoyanın, Mikoyanın, Sarkisin və başqalarının fəal təşkilatçılıq əməllərinin ürək ağrısı ilə qeyd edirdi... O, göstərirdi ki, repressiyaların tüğyan etdiyi illərdə Azərbaycanın 52 rayonundan 31-nin təhlükəsizlik orqanlarının (NKVD-nin) sədrləri erməni millətindən olan şəxslər idi. Bu funksiyaları Astarada Arakelovun, Astarxanbazarda(hazırki Cəlilabad), Çamardiyanın, Zəngilanda Zərgəryanın, Samuxda Petrosyanın, Masallıda Avanesovun, Lənkəranda Movsesyanın, Naxçıvanda Akopyanın, Ağacanyanın, Akopovun, Seydanovun, Zəkiyanın, Parseqovun, İonesyanın, Şxanyanın və başqalarının bilavasitə rəbərliyi ilə icra edilirdi. Ulu Öndər bu faktları sadalamaqla keçmiş Dağlıq Qarabağın erməni faşistləri tərəfindən işğal altından azad olunmasını vacib sayır və bunu ölkənin milli təhlükəsizliyinin təmin olunmasının ən vacib atributlarından biri hesab edirdi. Ulu Öndərin layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti, cənab İlham Əliyev onun vəsiyyətini şərəf borcu kimi qəbul edərək, bütün ölkə əhalisini bir yumruq kimi ilk dəfə olaraq, birləşdirmiş və 44 gün müddətində, Vətən torpaqlarını yağı düşməndən qəhrəmanlıqla azad etməyə nail ola bilmişdi. Tariximizin qızıl hərflərlə yazılmış, bu şanlı səhifəsi Şuşada, dünya azaqrbaycanlılarının beşinci qurultayı ilə özünün ən təntənəli və ən yadda qalan tarixi tədbirin keçirilməsi ilə yaddaşlara əbədi həkk olunmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu günlər daha çox xatırlanır. Müstəqilliyimizin bərpası 18 oktyabr 1991-ci ildə baş tutsa da, onun əsası Naxçıvanda məhz Heydər Əliyevin Ali Məclisə sədr seçilməsi ilə başlanmış və Bakıda başa çatdırılmışdır. Naxçıvanda keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, o cümlədən, Sərhəd Xidmətinin təxribatçı, pozucu fəaliyyətinin qarşısını qətiyyətlə almaq üçün o , Naxçıvan Ali Məclisinin sədri olaraq, Muxtar Respublikada ilk dəfə olaraq Təhlükəsizlik Xidmətini ləğv etmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra-1991-ci ildən başlayaraq, milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin hədləri və onun real olaraq həyata keçirilməsi gündəlikdə duran ən vacib məsələlərdən birinə çevrildi. Ulu Öndərin Bakıya qayıdışı, bu vacib problemin uğurlu həllini təmin etmiş oldu. Heydər Əliyev ölkəmizdə milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin, vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin müəyyən edilməsini, bu sahədə qanunvericilik aktlarının hazırlanmasını və qəbul edilməsini, təşkilatı strukturların təşəkkülü və inkişafı üçün vacib olan əsas məsələləri öz nəzarəti altında həll etdi. Bu barədə təhlükəsizlik orqanlarının yubileylərində, iclaslarında, toplantılarında Heydər Əliyevin proqram əhəmiyyətli ideyalarının və onun əsas istiqamətlərinin icrasının reallaşdırılması onun vaxtsız vəfatı üzündən tam mümkün olmasa da , lakin, onun layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti , cənab İlham Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirildi. Beləki, 27 mart 2004-cü il tarixli Fərmanla “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamə, 29 iyun 2004 tarixli qanunla “Milli Təhlükəsizlik haqqında”, habelə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edildi. 23 may 2007-ci il tarixdə isə 2198№-li Sərəncamla “Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik Konsepsiyası” hazırlanıb, təsdiq olundu. Bundan başqa, 8 iyun 2010-cu ildə “Azərbaycan Respublikasının Hərbi doktrinası” təsdiq edildi. Dünya təcrübəsi diqqətlə nəzərə alınaraq, sonralar Milli Təhlükəszilik və Xarici Kəşfiyyat Xidmətlərinin fəaliyyəti, strukturu, maddi texniki imkanları, kadr potensialı köklü surətdə təkmilləşdirildi. Dünya azərbaycanlılarının beşinci- Şuşa qurultayında, eləcə də, ADA universitetində keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Proqram əhəmiyyətli məruzələrində milli dövlət quruculuğunun, o cümlədən, milli təhlükəsizlik probleminin uğurlu həllinin əsas konturlarını müəyyən etmişdir. Bu baxımdan ölkənin yeni “Milli Təhlükəsizlik Konsepsiya”sının layihəsinin hazırlanması və təsdiq edilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bu sahədə mütəxəssis- tədqiqatçı kimi, bu gün qeyd etməyi xüsusi ilə vacib bilirəmki, akademik Urxan Ələkbərovun bilavasitə rəhbərliyi ilə alimlərimiz bu konsepsiyanın layihəsinin hazırlanmasına öz töhvələrini verməkdə fəallıq göstərməlidirlər. Azərbaycan RespublikasınınPrezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Respublika Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xarici Kəşfiyyat Xidmətini (XKX) peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. XKX rəisi general-polkovnik Orxan Sultanova ünvanlanan təbrik məktubunda deyilir:
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) peşə bayramı münasibətilə təbrik edib, xüsusi xidmət orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. DTX rəisi general-polkovnik Əli Nağıyevə ünvanlanan təbrik məktubunda deyilir:
Hamısını oxu
Azərbaycanda qida sektorunda fəaliyyət göstərən elə böyük şirkətlər var ki, onlar mütəmadi olaraq bir sıra beynəlxalq sərgilərdə istehsal etdikləri məhsullarla çıxış edir, dünya bazarında ölkəmiz adına uğurla rəqabət aparırlar. Buna nümunə olaraq Avrora Qrup şirkətinin cari ilin fevral ayında Moskvada öz stendi ilə çıxış edərək “Harika”, “Tanelli”, “Sladena”, “Berg”, “Kreki” və digər məhsullarını nümayiş etdirməsini göstərmək olar. Xatırladaq ki, Prodexpo Rusiyada hər il keçirilən və yeni ticarət nişanlarının, brendlərin, innovativ qida məhsullarının təqdim olunduğu ən böyük ərzaq sərgilərindən biridir. Təkcə bir faktı qeyd edək ki, bu il sərgidə 35-dən çox ölkədən təxminən 70 000 ziyarətçi və 2000-ə yaxın iştirakçı şirkət yer alıb. Son illər artan bu cür hallar ölkəmizdə qida sənayesinin, milli iqtisadiyyatımızın sürətli inkişafının göstəricisi sayıla bilərmi? Mövzu ilə bağlı saytımıza açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan brendinin, Azərbaycan məhsullarının tanıdılması iqtisadi siyasətimizin əsas prioritetlərindəndir. Bu istiqamətdə həm sahibkarların dəstəklənməsi, həm də onların istehsal etdikləri məhsulların xaricdə daha geniş auditoriyaya təqdimatı ilə bağlı mühüm işlər aparılır. Bu baxımdan şirkətlərimizin beynəlxalq sərgilərdə iştirak etməsi və öz məhsullarını təqim etməsi birmənalı şəkildə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə imkan yaradır. Bu baxında Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı qürurvericidir. Bu, milli iqtisadiyyatımızın inkişafından, şaxələnməsindən, rəqabət qabiliyyətinin artmasından xəbər verir. Bir məqamı da qeyd edim ki, ənənəvi olmayan bazarlarda belə sərgilərin keçirilməsinə, bu sərgilərdə təmsil olunmağımıza xüsusilə ehtuiyac var. Çünki Azərbaycanın qeyri-neft ixracatının 49%-i, yəni təxminən yarısı cəmi iki ölkənin payına düşür. Avropa İttifaqı, xüsusilə də körfəz ölkələri ərzaq məhsullarımızın ixracatı baxımından böyük imkanlar vəd edir. Buna görə də bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi və Azərbaycan məhsullarının həmin bazarlara daxil olması üçün həm sərgilərdə iştirak, həm də “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu, sahibkarlığın inkişafını sitimulaşdırmaqla yanaşı, həm də Azərbaycana daha çox valyutanın daxil olmasına şərait yaradacaq”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 20 mart 2026-cı il tarixində Şabranda şəhid baş gizir Elvin İsgəndərovun ailəsini ziyarət edib. Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, erməni faşizmi üzərindəki tarixi qələbənin əldə edilməsində şəhidlərimizin həlledici roluna toxunub, onların qəhrəmanlığının illər, əsrlər sonra da hər bir azərbaycanlı üçün ilham mənbəyi olacağını vurğulayıb. Şəhidin qardaşı Elçin İsgəndərov gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ziyarət əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi dəstək göstərilib, şəhid övladlarına hədiyyələr təqdim olunub. Seymur ƏLİYEV
Hamısını oxu19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib. Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Novruz bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib. Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhid və qazi övladları iştirak edib. Uşaqlar Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşaya baxıblar. Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa ediblər.
Hamısını oxu19 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xaçmazda şəhid Qafarov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib, şəhid ailəsini bayram münasibətilə təbrik edib. Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun erməni faşizminə qarşı apardığı şanlı mübarizəyə toxunan Cəlil Xəlilov, məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Bütün şəhidlər kimi Fuad Qafarovun da öz həyatını vətənin, xalqın təhlükəsizliyi, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına fəda etdiyini bildirən təşkilat sədri, onların xatirəsinin heç zaman unudulmayacağını, daim ehtiramla yad ediləcəyini vurğulayıb. Şəhidin atası Fərhad Qafarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, Xaçmaz Rayon İcra Hakimiyyətinin də daim onlarla maraqlandığını, problemlərinin həllinə dəstək verdiyini bildirib. Şəhidin həyat yoldaşı Gülnarə Qafarova gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib. Polkovnik Cəlil Xəlilov şəhid övladlarına hədiyyələr təqdim edib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Qeyd edək ki, 2017-ci il fevralın 11-də Talış kənd uğrunda gedən döyülərdə həlak olan şəhid Fuad Qafarovun iki azyaşlı övladı var. Hazırda 3-cü sinifdə təhsil alan Gülay Qafarova atasının şəhid olmasından 35 gün sonra – 16 mart 2017-ci il tarixində anadan olub. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!
Hamısını oxu
Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Hamısını oxuRuslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb. Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir. Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV
Hamısını oxu