Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 1 aprel 2026-cı il tarixində Binəqədi rayonunda rayon ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun ailə üzvlərini ziyarət və rayon ərazisində yerləşən parkdakı büstü qarşısında əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov iştirak edib. Tədbirə həmçinin hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin, Rəsulzadə qəsəbə bələdiyyəsinin, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin, İctimai Birliklərin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi də qatılıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətov haqqında söhbət açaraq Birinci Qarabağ müharibəsi zamanı qəhrəman oğulların başlatdığı mübarizə yolunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətinin, xalqımızın birliyinin nəticəsində tarixi qələbə ilə nəticələndiyini qeyd edib. O, bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi qürur səhifəsi kimi qalacaq. Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası Salatın xanım şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirib. Daha sonra Binəqədi rayon ərazisində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun adını daşıyan parkda şəhidin büstü qarşısında qəhəmanın əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirib. Sevinc Süleymanova qeyd edib ki, şəhidlərimiz hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söyləyib ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuzun igid əsgər və zabitləri reallaşdırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Bu, bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov çıxışında belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Natiq Vətən uğrunda canlarını qurban vermiş igidlərin ailələrinə dövlət tərəfindən gpstərilən diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırdı. Tədbir 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şeir kompozisiyası ilə davam edib. Vətənimizin ərazi bütövlüyünün bərpası, suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Hamısını oxuYeni üzvlərə vəsiqələr təqdim edilib, gələcək layihələr müzakirə olunub... 3 aprel 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiridə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Modern İnkişaf və Ailə” İctimai Birliyinin ölkəmizin ictimai həyatındakı roluna toxunub, bu təşkilatın milli-mənəvi dəyərlərimizin təbliğindəki fəliyyətinə diqqət çəkib: “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər zaman öz aktivliyi, milli maraqlarımızın müdafiəsi, dövlət siyasətimizin təbliği, vətənpərvərlik tərbiyəsinin inkişafına yönəlik fəaliyyəti ilə diqqət çəkib, bu fəaliyyət xalqımz, cəmiyyətimiz tərəfindən təqdir olunub. Hörmətli Zərifə Quliyevanın rəhbərliyi altında fəaliyət göstərən bu təşkilat daim şəhid ailələrini, veteranları, həssas kateqoriyadan olan digər vətəndaşlarımızı diqqət mərkəzində saxlayır, onlara mütəmadi yardımlar edir, mənəvi dəstək nümayiş etdirir. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, həm də bir neçə kitabın müəllifidir. Hesab edirəm ki, Zərifə xanımın çoxşaxəli fəaliyyəti dövlət səviyyəsində təqdir edilməli, mükafatlandırılmalıdır. Mən “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni üzv qəbul edilən şəxsləri bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayıram. İnanıram ki, yeni üzv qəbul edilən şəxslər təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, dövlətimizin və Prezidentimizin hər bir çağırışına dərhal səs verəcək”. Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva yeni üzvləri təbrik edib, təşkilatın keçmiş fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib: “Mən təşkilatımıza yeni üzv seçilən hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Mənim üçün olduqca qürurvericidir ki, bu gün təşkilatımıza üzv olan şəxslər arasında şəhid ailələrinin üzvləri, qazilər də var. Hansı ki, bu gün biz sahib olduğumuz azadlığa, suverenliyə, təhlükəsizliyə görə onlara borcluyuq. Məhz onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni faşizmindən azad edilməsini təmin edib, bu müharibələrdə tarixi qəhrəmanlıqlara imza atıblar. Biz sonsuza kimi şəhidlərimizə və qazilərimizə borcluyuq və bu həqiqəti heç vaxt unutmamalıyıq. Biz daim bu insanları diqqət mərkəzində saxlamlı, onlara sevgimizi və minnətdarlığımız hər an hiss etdirməliyik. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nəcib əməlləri bizim hər birimiz üçün örnək olmalıdır. Ulu Öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin yürütdüyü siyasətin sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəklənməsi bugünə qədər olduğu kimi bundan sonra da fəaliyyətimizin əsasını təşkil etməlidir. Mən bir daha üzvlük vəsiqəsi alan hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”. Daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinə üzv qəbul edilən şəxslərə təşkilatın vəsiqələri təqdim olunub, hədiyyələr verilib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Xatırladaq ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər il respublika miqyaslı böyük tədbirlər təşkil edir, layihələr həyata keçirir. Əsasən şəhid ailələri və qazilərlə bağlı olan vərənpərvərlik layihələrin cari ildə də davam etməsi nəzərdə tutulur. Seymur ƏLİYEV
Hamısını oxu
Aprel ayı... Təbiətin oyanışının, baharın nəfəsinin duyulduğu bu ay Azərbaycan tarixində qəhrəmanlığın, qürurun və milli iradənin rəmzinə çevrilmişdir. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən hadisələr Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Həmin günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 2 aprel tarixindən 5 aprelədək dörd gün davam edən bu döyüşlər təkcə hərbi qarşıdurma deyil, həm də milli qürurun bərpası idi. Azərbaycan əsgəri sübut etdi ki, o, yalnız səbr etməyi deyil, lazım gəldikdə qətiyyətlə irəliləməyi də bacarır. Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhəri üçün ciddi təhlükə yaradan Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Eyni zamanda Füzuli rayonu istiqamətində yerləşən, geniş əraziyə nəzarət imkanı verən mühüm strateji mövqe – Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi və burada üçrəngli dövlət bayrağımız ucaldıldı. Döyüşlər zamanı düşmənə ağır zərbələr endirildi, yüzlərlə canlı qüvvə zərərsizləşdirildi, çoxlu sayda texnika sıradan çıxarıldı. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və texniki üstünlüyü bir daha öz təsdiqini tapdı. Aprel döyüşlərinin nəticələri qısa müddətdə özünü yalnız hərbi sahədə deyil, sosial həyatda da göstərdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. Xüsusilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yeni həyat qazandı. Burada müasir yaşayış məntəqəsi salındı, illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıtdılar. Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının qəti mövqeyini bir daha ortaya qoydu: ölkə heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Bu döyüşlərdən sonra Ermənistan ordusunda ciddi sarsıntılar baş verdi, hərbi-siyasi rəhbərlikdə dəyişikliklər edildi və bu məğlubiyyət onların daxili vəziyyətinə də təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə bu qələbəni yüksək qiymətləndirərək bildirmişdir ki, bu döyüşlər dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı tarix qəhrəmanların igidliyi ilə yazıldı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid Gülağa oğlu İmanovdur. 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açan Samid İmanov gənc yaşlarından hərbi peşəni seçmiş, 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuş və 2003-cü ildə oranı fərqlənmə ilə başa vurmuşdur. O, xidmət etdiyi illər ərzində yalnız peşəkar zabit kimi deyil, həm də liderlik keyfiyyətləri ilə seçilən bir komandir kimi formalaşmışdır. Samid İmanov müxtəlif beynəlxalq hərbi təlim və kurslarda iştirak etmişdir. Türkiyədə komando hazırlığı, paraşütlə sərbəst atlayış kursları, “Anadolu” təlimləri, Pakistanda “antiterror” kursları, İsveçrədə dağ təlimləri və digər ixtisasartırma proqramları onun hərbi bilik və bacarıqlarını daha da möhkəmləndirmişdir. 2004-cü ildən etibarən xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən Samid İmanov qrup komandirindən başlayaraq hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. Xidməti dövründə 6 medalla təltif olunması onun yüksək xidmətinin göstəricisidir. O, 2014-cü ildə düşmənin təxribatının qarşısının alınması zamanı rəhbərlik etdiyi əməliyyat nəticəsində düşmənə ciddi itkilər verdirərək uğurla geri qayıtmışdı. 2016-cı ilin aprel döyüşləri isə onun həyatının son, lakin ən şərəfli səhifəsi oldu. Aprelin 3-dən 4-nə keçən gecə Talış istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, o, döyüş mövqeyini tərk etmədi. Əksinə, əsgərlərinin həyatını özündən üstün tutaraq yaralı döyüş yoldaşının xilas edilməsini əmr etdi. Komandir kimi son əmri də insanlıq və vətənpərvərlik nümunəsi idi. Əsgərləri təhlükəsiz əraziyə uzaqlaşdıqdan sonra o, tək qaldı. Aldığı ağır yaralar nəticəsində qan itirərək şəhid oldu. Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalada Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda canını fəda etməyə hər zaman hazırdır. Bu döyüşlərdə igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri bir tarix, bir qəhrəmanlıq dastanıdır. Onlar son nəfəsində belə “Vətən sağ olsun!” dedilər. Bu sözlər bir xalqın ruhunu, iradəsini və gələcəyə olan inamını ifadə edir. Aprel döyüşləri ilə yazılan tarix sonradan qazanılan Böyük Zəfərin müjdəçisi oldu. Qəhrəmanlar unudulmur. Onlar xalqın yaddaşında, dövlətin tarixində və dalğalanan bayrağımızda əbədi yaşayır.
Hamısını oxu
Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi. Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi. Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur. Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi. Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı. Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi. Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı. Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir. Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi. Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi. Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı. Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir. Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxuVeteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları,şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 01 aprel 2026-cü il tarixində tədbir təşkil ediblər. Tədbir Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatın akt zalında baş tutub. “Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı tədbirdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və müəllim heyəti iştirak edib. Tədbiri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Tədbridən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Aprel döyüşlərinin şəhidləri və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Çıxış etmək üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı: “Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi –pisxoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü , xalqımızın birliyini, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zamana qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi”. Daha sonra Nəbi Hacıyev çıxış edib, Aprel döyüşləri ilə bağlı maraqlı faktlara diqqət çəkib. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri İsrafilov Elcan Fazil oğlu və Yusubzadə Cəsur Ravi oğlu Gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında və milli - mənəvi dəyərlərimizin təbliğindəki fəal iştirakına görə Respublika Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundular. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
30 mart 2026-cı il tarixində Cəlilabad rayon Veteranlar Təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə ilə bağlı mötəşəm tədbir keçirib. Tədbirdə şəhid ataları, Əmək və Müharibə veteranları, tanınmış ziyalılar iştirak ediblər. Anım tədbirindən öncə soyqırım qurbanlarının, həmçinin dövlətimizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman 1918-ci ilin mart ayından başlayaraq xalqımıza qarşı törədilmiş soyqırım fəlakətindən danışıb və qeyd edib ki, Bakıda, Naxçıvanda, Lənkəranda və ayrı-ayrı bölgələrdə rus-erməni cəlladları tərəfindən 50 mindən çox soydaşımız qətlə yetirilib. 31 Mart Soyqırımı xalqımızın qan yaddaşıdır və biz bunu heç zaman unutmamalıyıq. ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhid Məzahir Ağayevin atası Fazil Ağayev, istefada olan polis polkovniki Rəsul Bayramov, Heydər Ata mükafatı laureatı şair Gülbala Teymur, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Qarabağ qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, tanınmış şairlər İman Abdulla, Sakit Üçtəpəli, ictimai fəal Zaman Qarayev və başqaları çıxış edərək zaman-zaman xalqımızın başına gətirilmiş faciələrdən söz açıblar. Vurğulayıblar ki, xalqımıza qarşı edilmiş soyqırım hadisələrinə 1998- ci ildə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib və hər il Martın 31-də Soyqırım qurbanları ölkəmizdə böyük ehtiramla yad olunur. Sonda qeyd edilib ki, belə tədbirlərin müntəzəm keçirilməsi xalqımızın tarixinə hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayır.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov 31 Mart soyqırımı ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ziyarət əsnasında Kompleksin önünə gül dəstəsi qoyan Ruslan Bədirov, soyqırımı qurbanlarının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim yad ediləcəyini bildirib. Qeyd edək ki, 31 mart soyqırımı Bakı ilə yanaşı, Quba qəzasında da xüsusi amansızlıqla həyata keçirilib. Qubada baş verən soyqırımı aktı həm tarixi sənədlər, həm də 2007-ci ildə təsadüfən aşkar edilmiş kütləvi məzarlıqla öz təsdiqini tapıb. 1918-ci ilin aprel-may aylarında Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Rəsmi mənbələrə görə, təkcə Quba qəzasında 16 mindən çox dinc sakin qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində stadion tikintisi zamanı aşkar edilən kütləvi məzarlıq, erməni vəhşiliyinin dünyada analoqu az olan sübutlarından biridir. Qazıntı işləri zamanı minlərlə insana məxsus sümük qalıqları tapılıb. Tədqiqatlar göstərib ki, insanlar quyulara doldurularaq qeyri-insani şəkildə qətlə yetirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb. Bu gün 31 mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və Qubadakı bu məzarlıq həmin faciənin ən bariz şahidi kimi ziyarət olunur. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir” “Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir” Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib: “Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”. Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib: “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”. Seymur ƏLİYEV
Hamısını oxu
1918-ci ilin mart günləri Azərbaycan tarixində ən faciəli və eyni zamanda ən yaddaşlardan silinməyən səhifələrdən biri kimi qalır. Mart soyqırımı zamanı xalqımız ağır sınaqlarla üzləşsə də, milli birlik və yaddaş sayəsində bu ağrılı tarix unudulmayıb, gələcək nəsillərə çatdırılıb. Mediatvaz.com-a açıqlamasında Cəlil Xəlilov bildirib ki, 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən hadisələrdə Stepan Şaumyan rəhbərliyi altında fəaliyyət göstərən erməni-bolşevik dəstələri tərəfindən Bakıda minlərlə günahsız insan qətlə yetirilib. Bu hadisələr təkcə insan itkisi ilə deyil, həm də milli-mədəni irsə vurulan ağır zərbə ilə yadda qalıb. Həmin günlərdə Təzəpir məscidi top atəşinə tutulub, şəhərin memarlıq incilərindən sayılan İsmailiyyə binası isə yandırılıb. Bu faktlar göstərir ki, məqsəd yalnız fiziki məhv deyil, həm də xalqın mənəvi dayaqlarını sarsıtmaq idi.Sovet hakimiyyəti illərində uzun müddət gizlədilən və təhrif olunan Mart soyqırımı həqiqətləri yalnız müstəqillik əldə edildikdən sonra geniş şəkildə araşdırılmağa başlanıb. Tarixi yaddaşın bərpası istiqamətində aparılan sistemli tədqiqatlar nəticəsində 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən faciələrin real miqyası və mahiyyəti üzə çıxarılıb. Müstəqillik dövründə arxiv sənədləri əsasında aparılan araşdırmalar, nəşr olunan kitablar və elmi əsərlər bu hadisələrin təkcə lokal qarşıdurma deyil, məqsədli və planlı qırğınlar olduğunu sübut edir. Tarixçilər və tədqiqatçılar tərəfindən üzə çıxarılan faktlar göstərir ki, həmin dövrdə minlərlə günahsız insanın qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması və milli-mədəni abidələrin məhv edilməsi sistemli xarakter daşıyıb. Bu istiqamətdə dövlət səviyyəsində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və bu tarixə rəsmi-siyasi qiymət verilib. Bu qərar, illərlə susdurulan həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm rol oynayıb.Bu gün İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində 31 mart hadisələri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Dövlət başçısının çıxışlarında bu faciəyə daim xüsusi diqqət yetirilir, tarixi ədalətin bərpası və həqiqətlərin dünya miqyasında tanıdılması prioritet istiqamətlərdən biri kimi vurğulanır. 31 mart hadisələrinin unudulmaması, bu faciənin dərslərinin gələcək nəsillərə ötürülməsi milli kimliyin qorunması və tarixi ədalətin bərpası üçün vacibdir.Bir zamanlar gizlədilməyə çalışılan bu faciə artıq elmi faktlar və tarixi sənədlərlə təsdiqlənmiş həqiqət kimi dünya ictimaiyyətinə təqdim olunur və Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Bütün bu ağrılı hadisələrə baxmayaraq, Azərbaycan xalqı öz tarixini unutmadı, şəhidlərin xatirəsini yaşatdı və müstəqillik yolunda irəliləməyə davam etdi. Bu gün həmin hadisələrin ildönümü yalnız kədər deyil, həm də milli yaddaşın gücü, ədalətə inam və gələcəyə ümid kimi qiymətləndirilir. Mart hadisələri bizə tarixdən dərs çıxarmağı, milli həmrəyliyi qorumağı və gələcək nəsillərə həqiqətləri çatdırmağın vacibliyini bir daha xatırladır.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib. Xatırladaq ki, Xalq artisti Rasim Balayev“Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb. O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. Allah rəhmət eləsin.
Hamısını oxu
Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətin təhlükəsizliyinin təmin olunması kimi məsuliyyətli və şərəfli missiyanı daşıyan bu orqanların formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həyatının 25 ilini məhz bu sahəyə həsr edərək təhlükəsizlik orqanlarının peşəkar, milli maraqlara əsaslanan və dövlətçilik prinsiplərinə söykənən şəkildə formalaşmasına böyük töhfələr verib. Bu gün də həmin ənənələr davam etdirilir, təhlükəsizlik orqanları ölkənin sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Stalinin ölümündən sonra, Sovetlər birliyində başlanan məhkəmələr, ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqaydışın elementləri elm, ədəbiyyat, incəsənət, və mədəniyyətdə özünü daha çox biruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rzanın vətənpərvər şe’rləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şe’rləri həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qaydışı, milli adət-ən’ənələr, xalqımızın tarixi, qəhrəmanlarının həyatı təşkil edirdi. Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai - siyasi və mədəni həyatında gedən bu proseslər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məs’uliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər? Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla mane olmasıdır. Apardığımız araşdırmalar bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu şəxs bəhs etdiyimiz dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə örnək vermişdilər. Maraqlı məqamlardan biri də budur ki, Heydər Əliyev bu şəxsləri hansı yollarla rejimin bəlalarından qoruya bildi? Mən öz çıxışımda məhz bu məsələlərə toxunmaq istərdim.Onun ən böyük xidmətlərindən biri Təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsidir. Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şö’bəsinə rəis tə’yin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə - təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların - həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. (Vətənə, xalqa, dövlətə sədaqət. Bakı, 1997-ci il səh. 22) Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş general-leytenant Ziya Yusifzadəni, Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o 60-cı illərdə xalqda yenidən oyanan milli özünü dərki, milli yaddaşı DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən heç vaxt - sovet rejiminin tə’birincə desək - beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmə’nalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Sənət adamları haqqında mə’lumatlar toplanmasının qarşısının alınması. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bə’ziləri antisovet təbliğatına görə həbs olunurdu, bə’ziləri də sağlam olduqları halda psixiatiriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik Komitələri elə bil öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər və hamısı da bu yarışda birinci yeri tutmaq istəyirdi. Azərbaycan isə bu “yarışda” yaxşı mə’nada yarış cədvəlinin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində də milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyallıları haqqında bir xəbər eşidən kimi onlar haqqında “qovluq” açır və bu adamlar haqqında aldıqları mə’lumatları həmin “qovluq”larda toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu Heydər Əliyevin o zaman Bəxtiyar Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “ Şöbə müdirlərindən biri əlində qovluq gəldi sədrin yanına ki, “Opyat on naçal” və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” - deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı”. (“Sərhəd” qəzeti, 28 mart 1999-cu il) Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, yuxarıda göstərdiyimiz proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün tə’sis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər - o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, təklif verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı”. (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, səh. 26) Millətçi kimi tanınan və ya tanıdılanlara dövlət mükafatlarının verilməsi. 60-cı illərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi keçirilirdi. Bəhs etdiyimiz dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss olunurdu. Düzdür belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq bu əsərlərin bə’ziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşiriyyatlara yol tapa bilirdi. Qoyulan qadağalara baxmayaraq bu əsərlər xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl - əl dolaşmışdır. Böyük rezonans doğurmuş bu poema azadlığa sussamış xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır: Başı kəsiləndə bu məğrur elin Qəlbin ağrısını hiss etdinizmi - Qoca Füzulinin, igid Babəkin E’tiraz səsini eşitdinizmi? Cənablar, bir damcı mürəkkəblə siz Düşünün, nələrə qol çəkmişsiniz? Gənc bir şairin böyük bir imperiyanı ittiham etməsi Dövlət Təh-lükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatiriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. (“Sərhəd” 1999.- 28 mart. səh. 4). Bu Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!” (“Sərhəd”, 1999. - 28 mart).Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbay-canın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı təklif etmişdi. Və doğurdan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə, “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın qana sussamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadə çox güman ki, olmayacaqdı. Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur. Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan, mərhum Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şe’rlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı: Doğransam da qıymə-qıymə, Tikə-tikə, rizə-rizə, Mübarizə! Mübarizə! Mübarizə! Mübarizə!və elə həmin illərdə yazdığı: Yox, bunu görməyin Arpa çayından, Kim deyir Saranı sellər apardı: Şahənşah bağından, Qış sarayından Yurduma uzanan əllər apardı. və yaxud da: Azadlığı istəmirəm, zərrə-zərrə, qıram-qıram, Qolumdakı zəncirləri Qıram gərək! Qıram, Qıram! Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, bu dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə fizika-riyaziyyat elmlər doktoru Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatiriya xəstəxanalarında təcrid edilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu isə nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar, 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz Heydər Əliyev bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökümətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər”.(Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il. səh. 3) Ədəbiyyatımızda, elmimizdə yuva salmış “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdir ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk e’tiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdur. O bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın - İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxahq qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib. Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da belə o öz millətinin oğlu kimi bu yoldan dönmürdü. Düzdür o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsədə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. O vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi. Yenə də Yazıçıların X qurultayında həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar tə’qib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə mərhum etməyiblərsə, demək bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”. (Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il). Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahqların tarixə nihilist münasibət göstərərək heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli “MƏN”, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və bir çoxları çar Rusiyasının paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirir: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir” (Heydər Əliyev). Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha qiymətli, daha şərəfli olur. Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik
Hamısını oxu