Ən son xəbərlər
19 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xaçmazda şəhid Qafarov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib, şəhid ailəsini bayram münasibətilə təbrik edib. Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun erməni faşizminə qarşı apardığı şanlı mübarizəyə toxunan Cəlil Xəlilov, məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Bütün şəhidlər kimi Fuad Qafarovun da öz həyatını vətənin, xalqın təhlükəsizliyi, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına fəda etdiyini bildirən təşkilat sədri, onların xatirəsinin heç zaman unudulmayacağını, daim ehtiramla yad ediləcəyini vurğulayıb. Şəhidin atası Fərhad Qafarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, Xaçmaz Rayon İcra Hakimiyyətinin də daim onlarla maraqlandığını, problemlərinin həllinə dəstək verdiyini bildirib. Şəhidin həyat yoldaşı Gülnarə Qafarova gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib. Polkovnik Cəlil Xəlilov şəhid övladlarına hədiyyələr təqdim edib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Qeyd edək ki, 2017-ci il fevralın 11-də Talış kənd uğrunda gedən döyülərdə həlak olan şəhid Fuad Qafarovun iki azyaşlı övladı var. Hazırda 3-cü sinifdə təhsil alan Gülay Qafarova atasının şəhid olmasından 35 gün sonra – 16 mart 2017-ci il tarixində anadan olub. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!
Hamısını oxu
Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Hamısını oxuRuslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb. Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir. Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV
Hamısını oxu
12 mart 2026-cı il tarixində Zərdab rayon Gənclər Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zərdab rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, 1-ci Qarabağ, Vətən müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın və rayon veteranlar təşkilatının sabiq sədri Hüseyn Həsənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ədliyyə polkovniki İmran Əhmədov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib. Daha sonra Zərdab Rayon Veteranlar Təşkilatının yeni sədri Qarabağ müharibəsi və əmək veteranı Gülməmməd Mürsəlov tədbir iştirakçılarına təqdim olunub. Ədliyyə polkovniki İmran Əhmədov Gülməmməd Mürsəlova yeni vəzifəsində uğurlar arzulayıb.
Hamısını oxu18 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Məlikov Aqil Niyaz oğlunun ailəsini ziyarət edib. Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, məhz şəhidlərimizin qəhrəmanlığı sayəsində xalqımızın dinc, firavan günlərə qovuşduğunu, torpaqlarımızın erməni faşizmindən azad edildiyini bildirib. Gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən şəhidin həyat yoldaşı Günel Məlikova, şəhid ailəsi olaraq dövlətin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss etdiklərini vurğulayıb, buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Şəhid xanımı Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, o cümlədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurovun da mütəmadi şəkildə şəhid ailələri ilə maraqlandıqlarına diqqət çəkib, onlara öz minnətdarlığını bildirib. Görüşdə iştirak edən SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov və Quba Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asəf Şirinov da şəhidlərimizin tarixi xidmətinə diqqət çəkib, onların ömür və döyü yollarının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıblar. Görüşün sonunda xatirə şəkli çəkilib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, millət vəkili Mehriban Vəliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatını ziyarət edib, veteranlarla görüşüb. Bu barədə millət vəkili facebook hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürovu və təşkilatın bir qrup fəal üzvünü qərargahlarında ziyarət etdik. Görüş zamanı veteranlarımızla səmimi söhbət etdik, onların fəaliyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördükləri işlər barədə fikir mübadiləsi apardıq. Veteranlarımızın zəngin həyat yolu və təcrübəsinin gənclər üçün əsl örnək olduğu vurğulandı. Veteranlarımızı qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik etdik, onlara möhkəm cansağlığı və xoş arzular dilədik”. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri tanınmış hərbi-siyasi ekspert, peşəkar hərbçi polkovnik Cəlil Xəlilovdur. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib. Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 16 mart 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda yerləşən 111 saylı tam ümum təhsil orta məktəbdə baş tutub. 31Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva,məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak edib. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb.O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra 31 Mart soyqırımının qurbanlarının, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib: “31 Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız soyqırımlarından biridir. Bu qırğınlar onların havadarlarının köməkliyi nəticəsində törədilib.Tarix bir neçə dəfə təkrar olunub. Xalqımızın başına bir daha belə faciələrin gəlməməsi üçün siz şagirdlərin də üzərinə məsuliyyət düşür. Bunun üçün siz tariximizi yaxşı bilməli və ondan nəticə çıxarmalısız. Müəllimlərinizin verdikləri tapşırıqları yerinə yetirib,dərslərinizdə uğurlar qzanmalısız. Mən sizə dərslərinizdə müvəffəqiyyətlər arzulayıram.Və bir daha torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”. Daha sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatiriə şəkilləri çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verur ki, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu vurğulayıb, dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verilməsindən bəhs edib, son müddət regionumuzda cərəyan edən proseslərə toxunub. İftar süfrəsində “Quranı Kərim”dən ayələr oxunub, dualar edilib. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu
Hörmətli veteranlar, şəhid və qazi ailələri, əziz həmkarlar! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi, həyatın və ümidlərin təzələndiyi Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu mübarək günlər hər bir evə firavanlıq, ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirsin, Vətənimizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə yeni uğurlar bəxş etsin. Bu əlamətdar günlərdə xalqımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm nailiyyətlərin, dövlətimizin güclənməsi və Vətənimizin qüdrətinin artmasının sevincini yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmiş, xalqımızın milli birliyi və həmrəyliyi daha da möhkəmlənmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai həyatında, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğı ilə cəmiyyətdə yüksək rəğbət qazanmışdır. Bu yanaşma dövlətimizin humanizm və sosial həmrəylik prinsiplərinin parlaq təzahürüdür. Ulu əcdadlarımızın bizə miras qoyduğu Novruz bayramı xalqımızın zəngin mənəvi irsini, həyat fəlsəfəsini və milli kimliyini özündə əks etdirərək əsrlərdən bu günə qədər qorunub saxlanmışdır. Baharın gəlişini, yenilənməsini və dirçəlişini simvolizə edən bu bayram cəmiyyətdə birlik, ümid və həmrəyliyi gücləndirir. Müqəddəs Ramazan bayramı isə insanları mənəvi saflaşmaya, mərhəmətə və xeyirxahlığa səsləyərək sosial birliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir. Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, onun rəhbərliyi dövründə Novruz və Ramazan bayramları dövlət səviyyəsində geniş qeyd olunaraq xalqımızın həyatında daha möhkəm yer tutmuşdur. Bu gün isə xalqımız İkinci Qarabağ müharibəsi nəticəsində qazanılmış şanlı Zəfərin verdiyi böyük qürur hissi ilə bu əziz bayramları daha yüksək ruhda qeyd edir. Azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyatın yenidən canlanması və soydaşlarımızın doğma yurdlarına qayıdışı milli dirçəlişin və dövlətimizin gücünün bariz ifadəsidir. Eyni zamanda Vətənə sədaqətlə xidmət edən şəhid ailələrinə, qazilərə, müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün üzvlərini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, baharın müjdəçisi olan bu gözəl bayramlar hər bir ocağa sevinc, bolluq, əmin-amanlıq və xoş günlər bəxş etsin, ölkəmizdə daim sülh, sabitlik və tərəqqi hökm sürsün. Novruz bayramınız və müqəddəs Ramazan bayramınız mübarək olsun! Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 15 mart 2026-cı il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi münasibəti ilə "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) tamaşası oynanılıb. Tamaşadan əvvəl çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənərşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Yasin Qarayev, Xalidə Quliyeva, Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov və rejissor Elşad Rəhimzadə Zemfira Əbdülsəmədovanı yubileyi münasibəti ilə təbrik ediblər, aktrisanın yaradıcılıq yolundan, onun səhnədə və kinoda yaratdığı maraqlı obrazlardan danışıblar. Zemfira Əbdülsəmədova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə və əlamətdar yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunub. Təbriklərdən sonra aktrisanın iştirakı ilə "Xortdanın cəhənnəm məktubları" tamaşası göstərilib.
Hamısını oxu