Ən son xəbərlər
“Bu qələbə göstərdi ki, dünyanın Ordumuzdan və Prezidentimizdən öyrənməli olduğu çox şey var” Sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi günlə bağlı “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq: -Səmyar müəllim, sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi gün və onun əhəmiyyəti ilə bağlı fikirinizi bilmək istərdik. -Mən öncə bu tarixi və müqəddəs bayramla əlaqədar olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından 8 Noyabr zəfərinin baş memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, hörmətli Birinci Vitse-prezident Mehriban Əliyevanı, Silahlı Qüvvələrimizi, qazilərimizi, bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ruhu qarşısında hörmətlə baş əyirəm. Azərbaycanın yalnız hərb tarixinə deyil, bütövlükdə, dövlətçilik tarixinə qızıl hərflrə həkk olunan bu tarixi zəfər Prezidentimizin və Ordumuzun xalqımıza, dövlətçiliyimizə əbədi töhfəsi oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin bərpası baxımından da həyati addım atdı. Qələbə nəticəsində xalqımız özünə olan inamını tam bərpa etdi, xalqımızın qürur və ləyaqətinin tapdanmasına son qoyuldu. 8 Noyabr zəfəri sadəcə erməni faşizminə deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı məğlubedilməzdir və onun sülh arzusunu zəiflik kimi qəbul etmək, onunla təhdid və təzyiq dili ilə danışmaq yanlışdır. Necə ki, cənab Prezident İlham Əliyev dəfələlər qeyd edib ki, heç kim Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz və bu cür danışmaq istəyənlər heç vaxt öz məqsədlərinə nail olmayacaqlar. -Sizcə 8 Noyabr zəfəri dünyanın Azərbaycana olan baxışını necə dəyişdi? -Etiraf etmək lazımdır ki, qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, dünyanın bizə olan baxışının da əhəmiyyətli dərəcədə dəyişilməsində mühüm rol oynadı. Biz 2020-ci iln 8 Noyabr zəfərinə qədər təcavüzə məruz qalan, işğalın nəticələrini ortadan qaldıra bilməyən, məğlub tərəf idik. Demək olar ki, dünya dövlətlərinin böyük əksəriyyəti hesab edirdi ki, Azərbaycan işğaldakı torpaqlarını heç vaxt azad edə bilməyəcək. İşğal faktının üstündən 30 illik uzun bir zamanın keçməsi reallığı da bu düşüncəni qüvvətləndirirdi. Lakin Azərbaycan Silahlı Qüvvələri öz misilsiz zəfəri ilə bütün dünyaya göstərdi ki, xalqımız qələbə qazanmağa, özünü və öz torpaqlarını hər cür təcavüzdən hifz etməyə qadirdi. 8 Noyabr zəfərini əvəzedilməz edən amillərdən biri də ordumuzun 44 günlük Vətən müharibəsi zamanı öz bacarığı və peşəkrlığı ilə dünyanın hərbi baxımdan inkişaf etmiş ən qabaqcıl dövlətlərinə belə dərs keçməsi idi. Şuşa kimi strateji bir şəhərin heç bir ağır texnikanın iştirakı olmadan - sadəcə yalın əl və yüngül atıcı silahlarla azad edilməsi faktı dünya üçün əsl şok effekti yaratdı. Əminliklə bildirirəm ki, bir çox ölkələr, hərbi mütəxəssislər bu gün də həmin hadisənin təsirindən tam azad olmayıb. Onlar bu gün də 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini təhlil etməkdə, araşdırmaqdadır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, milyonlarla orduya, böyük nüvə arsenalına, yüksək texnologiyaya malik ölkələrin belə Azərbaycan Ordusundan, onun Ali Baş Komandanından öyrənməli olduğu çox şeyi var. -8 Noyabr zəfəri Azərbaycanla yanaşı, regionun həyatında hansı yeniliklərə səbəb oldu? -Bu qələbə Azərbaycanla yanaşı, Cənubi Qafqazda da ciddi dəyişikliyə səbəb oldu. Faktiki olaraq regionda yeni bir status-kvo formalaşdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi gücünə görə deyil, həm də hərbi potensialı və döyüş gücünə görə şəriksiz liderdir və onun iştirakı olmadan regionda sülhü və təhlükəsizliyi təmin etmək mümkün deyil. 8 Noyabr zəfərinin region üçün digər mühüm əhəmiyyəti bütün bölgənin erməni faşizmi təhlükəsindən sığortalanması oldu. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etdi. Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialının 80%-ni sırdan çıxarıldı. Erməni faşizmi sadəcə hərbi deyil, mənəvi-ideoloji baxımdan da ölümcül zərbə aldı. Bu amil bütün regionda sülh və təhlükəsizlik üçün əlverişli ortam formalaşdırdı. Azərbaycan işğaldan azad edilən ərazilər üzərində nəzarəti təmin etməklə uzun illər bu torpaqlarda narkotik yetişdirən, terror təşkilatları üçün hərbi düşərgələr yaradan erməni faşizminin mənfur ənənəsinə son qoydu. Bu gün işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük quruculuq və abadlıq işləri buna nümunədir. 8 Noyabr zəfəri regionun iqtisadi inkişafı üçün də böyük imkanlar açdı. Bu gün Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır ki, bu da sadəcə Azərbaycanın deyil, bu dəhlizdən istifadə edəcək bütün ölkələrin iqtisadi həyatında müsbət yeniliklərə səbəb olacaq. Həmin ölkələrdə əhalinin sosial rifahı daha da yaxşılaşacaq ki, bu da hər bir dövlətin marağına uyğundur. Bir sözlə, əminliklə qeyd etmək olar ki, 8 Noyabr zəfəri hərbi əhəmiyyət daşıdığı qədər də iqtisadi və mənəvi əhəmiyyətə malikdir. Bu zəfər xalqımızın mübarizə ruhu üçün ilham mənbəyi olmaqla yanaşı, həm də tarixi yaralarımıza çəkilən əvəzsiz bir məlhəmdir. Bu zəfər illər, əsrlər sonra da bizə öz milli kimliyimizi, mübarizliyimizi, yenilməzliyimizi xatırladacaq, bizə növbəti qələblərimiz üçün ciddi sitimul olacaq. Mən bir daha 8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı, Prezidentimizi, Ordumuzu təbrik edirəm. Azərbaycan xalqı olaraq bizə bu zəfəri, bu sevinci bəxş edən qəhrəman şəhidlərinizi unutmayacaq, onların əziz xatirəsini daim sevgi və ehtiram hissi ilə yad edəcəyik. Çünki cənab Prezidentin dediyi kimi – qələbənin memarı qəhrəman Azərbaycan əsgəri, qəhrəman şəhidlərimizdir! Və şəhidlərimizin ölümsüz xatirəsi bizim qəlbimizdə sonsuza qədər əbədi yaşayacaqdır! Seymur ƏLİYEV
Hamısını oxu
Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək işğal olunmuş torpaqlarımızın azad olunmasında əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 28 oktyabr 2025-cü il tarixində Sabunçu rayonunda tədbir keçiriblər. 8 Noyabr –Zəfər Gününə həsr edilmiş tədbir Sabunçu rayonu Gənclər Evində baş tutub. Tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, onun müavini Adil Məmmədov. Silahlı Qüvvələr veteranı Zahiddin Abbasov,44 günlük Vətən müharibəsi veteranı Murad Mürşüdov ,gənclər və digər qonaqlae iştirak etdilər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıq elan edib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib, daha sonra torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla anılıb. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verildi. O, ilk öncə Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Adil Haqverdiyev çıxış edərək bildirdi ki, 2020-ci ilin 8noyabr tarixi-Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı.44 Günlük Vətən müharibəsinin qələbəsi Ali Baş Komandanın,Azərbaycan Ordusunun xalqımızın birliyinin baris nümunəsidir. 44 günə başa çatan bu müharibə misli görünməmiş savaş kimi dünya hərb tarixinə düşdü. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın toxunulmazlğı yolunda canlarından keçmiş şəhidlərimizə Uca Tanrıdan rəhmət.qazi və veteranlarımıza can sağlöğı arzulayıram. Daha sonra Zahiddin Abbasov və digər qonaqlar çıxış etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər dövlətimizin təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir: “Cənab Prezident AMEA-nın 80-ci ildönümündəki çıxışında bir çox mühüm məqmalara toxundu ki, bunlardan da biri hərbi sənayenin, eləcə də elm və texnologiyanın inkişafı ilə bağlı idi. Dövlət başçısı müasir dünyamızda güc faktorunun önəmini qeyd edərək, bildirdi ki, dövlətlərin təhlükəsizliyi getdikcə daha çox elm və texnoloji inkişafdan asılı vəziyyətə gəlir. Mövcud reallıqlar hərbi sənayenin inkişafı, kibertəhlükəsizlik və s. kimi amillərə daha çox diqqət yetirməyi zəruri edir. Bu baxımdan Azərbaycanda hərbi sənayenin, elm və texnologiyanın sürətli inkişafı milli maraq və təhlükəsizliyimizin təmini baxımından həyati önəm kəsb edir. Dövlət başçısı çıxışında Azərbaycanın dünya bazarına rəqabətədavamlı hərbi məhsullar çıxardığını vurğuladı və PUA istehsalı ilə bağlı görülən işlərə də toxundu. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək. Dövlət başçısı müasir dünyada kibettəhlükəsizlik faktorunun da ciddi aktuallıq qazandığını vurğuladı. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına diqqət çəkən Prezident İlham Əliyev, gələcək təhlükəsliyimiz üçün dəyişən dünyanın dəyişən təhlükələrinə münasibətdə adekvat mövqe ortaya qoymağın vacibliyini qeyd etdi. Prezidentimizin çıxışı bir daha göstərdi ki, müasir Azərbaycan dövləti bugünkü təhlükələrlə uğurla mübarizə aparmaqla yanaşı, gələcək təhlükələri də diqqət mərkəzində saxlayır, mümkün təhdidlərə münasibətdə ayıq-sayıqlıq sərgiləyir”. Polkovnik qeyd etdi ki, dövlət başçısının dövlət və özəl şirkətləri alimlərimizlə əməkdaşlığa səsləməsi də diqqət yetirilməsi gərəkən xüsusi məqamlardan biridir: “Müzəffər Ali Baş Komandan çıxışında dövlət və özəl şirkətlərə müraciət edərək onları Azərbaycan alimləri ilə yaxından əməkdaşlıq etməyə, alimlərimizin bilik və bacarığından faydalanmağa səslədi. Bu, həm alimlərimizin nəzəri biliyinin praktiki müstəvidə dəyərləndirilməsi, həm də elmi-texnoloji inkişafın sürətləndirilməsi baxımından olduqca önəmli bir yanaşmadır. İnanıram ki, həm dövlət, həm də özəl şirkətlər dövlət başçısıın bu çağırışına yekdilliklə səs verəcək, Azərbaycan alimləri ilə geniş şəkildə əməkdaşlıq etməklə ölkəmizdəki texnoloji inkişafı daha da sürətləndirəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxuModern İnkişaf və Ailə İctimai Birliyi tərəfindən 4 noyabr 2025-ci il tarixində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümü münasibətilə “Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdən öncə Azərbaycan Respbublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva 8 Noyabr zəfərinin önəmindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə sərgilədiyi fədakarlığa diqqət çəkib: “8 Noyabr Azərbaycanın hərb tarixində ən böyük uğur, ən parlaq qələbədir. Düz 5 il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni faşizmi üzərində qəti qələbə qazanaraq işğaldakı torpaqları düşməndən azad etdi. Bizi zəfərə qovuşduran cənab Prezidentimiz olsa da, bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu heç kimə sirr deyil. Ümummilli ldier vaxtiylə deyirdi ki, biz hökmən Füzuliyə də, Laçına da, Kəlbəcərə də qayıdacağıq. Heydər Əliyevin bütün müsahibə və açıqlamalarında Azərbaycanın tarixi zəfərinə olan dərin inam ifadə olunurdu. 2020-ci ilin 8 noyabr tarixində xalqımızın əldə etdiyi tarixi zəfər sübut etdi ki, Ulu öndər inamında haqlı imiş. Azərbaycan xalqı öz böyük sərkərdəsi, cəsur Prezidenti, şəhid və qazilərinin qəhrəmanlığı sayəsində tarixdə misli-bərabəri olmayan zəfərə imza atdı. Bu böyük sevinci bizə yaşatdığı üçün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyir, Müzəffər Ali Baş Komandanımıza sonsuz sevgi və minnətdarlığımızı bildiririk”. Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov 8 Noyabr zəfərinin sadəcə Azərbaycan deyil, türk-islam dünyası baxımından böyük qələbə olduğunu bildirib. Müharibə zamanı bütün xalqın Prezident İlham Əliyevin ətrafında sıx biləşdiyini vurğulayan millət vəkili, xalqımızı və dövlətimizi gələcək bəlalardan qorumaq, uğur və qələbələrimizi davam etdirmək üçün Vətən müharibəsi dönəmindəki birlik və bərabərliyi qoruyub saxlamağın vacibliyinə toxunub. Şəhid anası Mehriban Abdurrəhmanova çıxışında Ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlğından danışıb: “Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Hərbçilərimiz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldı. Bir nəfər də olsun mülki erməniyə xətər yetirmədi. Bu müharibə bir daha sübut etdi ki, xalqımız qəhrəman olduğu qədər də mərhəmətlidir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində tarixi rəşadət göstərdiyini söyləyib: “44 günlük Vətən müharibəsi xalqımızın bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcəyini sübut etdi. Azərbaycan xalqı sübut etdi ki, o, özünü, öz torpağını qorumağa qadirdir və bundan sonra da Prezidentinin ətrafında sıx birləşməkdə davam edəcək”. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova, Qarabağ əlili Hüseyn Tahiroğlu da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın Vətən müharibəsində göstərdiyi fədakarlğın bütün dünyanı heyrətə saldığını qeyd edib. Tədbirdə çıxış edən vəkil Şəfiqə Nağıyeva Prezident İlham Əliyevin hər bir azərbaycanlının arzusunu reallığa çevirdiyini bildirib. O, qeyd edib ki, “Qarabağ Azərbaycandır” ifadəsi hər zaman səslənsə də, bu ifadə praktikada öz yerini məhz 2020-ci ilin 8 Noyabr zəfərindən sonra tutub. Şəhid anası Lətifə Novruzova, Vətən müharibəsi qazisi Elçin Əhmədov, vəkil Lətifə Əliyeva, şəhid anası Alimə Cəfərova da çıxışlarında 8 Noyabr zəfərinin önəminə toxunub, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndiriblər. Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinə yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbirin sonunda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, xatirə şəkli çəkilib və 100-dən çox şəhid ailə üzvünə, qazilərə ziyafət verilib.
Hamısını oxu
Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi Beş il öncə 2020-ci il noyabrın 8-dəAzərbaycan xalqı tarixinin ən qürurlu səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini və ordunun gücünü dünyaya nümayiş etdirdi. Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Ardınca yeni bir mərhələ – Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başlandı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas alıb. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin sözlər gerçək olur. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunaraq dünya miqyasında tikinti rekorduna imza atdı. Bu, yalnız mühəndislik uğuru deyil, həm də azad torpaqlarda yeni həyatın rəmzidir. Zəngilan və Laçın hava limanları regionun beynəlxalq əlaqələrinə yeni nəfəs gətirib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır. Ağıllı Kəndlərdən Ağıllı Şəhərlərə – Qarabağın Yeni Həyat Nəbzi Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir. Ötən 5 il ərzində 10 mindən çox sakin öz doğma torpaqlarına Füzuli, Laçın, Zəngilan rayonlarına qayıdıb. Hər qayıdış bir ailə hekayəsidir, bir həyatın yenidən başlanğıcıdır. Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.” Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur. Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir. Şuşa yalnız keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Burada hər addım tarix, hər baxış mədəniyyət, hər nəfəs isə Qarabağın inadkar ruhu ilə doludur. Yaşıl Enerji və “Zəngəzur Dəhlizi” – Yeni İqtisadi Arxitektura Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir. Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır. Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı. Qarabağ Zəfəri – Türk Birliyinin Oyanışı 2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqlarını yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməl daşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib. 2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır. 2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir. Vaşinqtonda tarixi imza: “Tramp Memorandumu” Azərbaycanın qlobal rolunu gücləndirir 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.” Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək. Tramp Memorandumu həm enerji sektorunda, həm də rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açır. ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın çoxşaxəli diplomatiyası nəticəsində bu sənəd yalnız iki ölkə arasında deyil, qlobal enerji və təhlükəsizlik sistemində də mühüm hadisəyə çevrilib. “Tramp Memorandumu” Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil diplomatik kursunun və regional liderliyinin daha da möhkəmləndiyini göstərir. Bu sənəd bir daha sübut etdi ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarantıdır. Azərbaycan – Şərqlə Qərbin Kəsişdiyi Yeni “İpək yolu” Körpüsü Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur. Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Eyni zamanda Bakı və Moskva arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Əsas diqqət sərhəd təhlükəsizliyinə, xüsusilə də Qarabağ və Ermənistan sərhədlərində sabitliyin qorunmasına yönəlib. Zəngilan və Laçın istiqamətlərində müasir sərhəd məntəqələrinin inşası artıq tamamlanıb, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti regionda sülhün və təhlükəsizliyin etibarlı təminatına çevrilib. Bu gün Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır. Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi. Zəfərin Beş İli – Qəhrəmanlıq, Vətənpərvərlik və Dövlətçilik Salnaməsi “Zəfərin beş ili”, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında dayanan güc – Azərbaycan qadınının mərhəməti, şəfqəti və fədakarlığıdır. Bu ali keyfiyyətlərin bariz nümunəsi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyini, humanizmi və Vətənə məhəbbəti öz şəxsiyyətində birləşdirir. Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir. Qarabağ Zəfəri: Gücün, İradənin və Qəhrəmanlığın Manifesti Bu beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəklərində qürur və sevinc yarandı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu. Hərbi qulluqçularımız 2 min 900-dən çox şəhid vermişdi, lakin onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət başçısının imzaladığı sərəncamlarla ərazi bütövlüyümüzün bərpasında iştirak edən hərbi qulluqçular orden və medallarla təltif edildi, bir qismi isə yüksək hərbi rütbəyə layiq görüldü. Zəfərin Beş İli – Ordumuzun Qüdrəti, Xalqın Birliyi və Dövlətin Əzəməti Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı. Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi. Parad bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs yerdədir. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı yaddaşına çevrildi. Burada ucaldılan Zəfər Tağı, memorial abidələr, tematik bağçalar və ümumi baxış nöqtəsi Qələbənin əzəmətini, xalqın birliyini və dövlətin qüdrətini əks etdirən amil kimi tarixi abidəyə döndü. Muzeydə şəhidlərimizin adları qızıl hərflərlə həkk olundu, ordumuzun igidliyi, xalqımızın dözümü və əzmi əbədiləşdirildi. Bu Qələbə təkcə əsgərlərin deyil, həm də bütün xalqın, bütün nəsillərin zəfəridir. Respublika Veteranlar Təşkilatının üzvləri bu tarixi qələbə ilə dərin qürur hissi keçirir, özlərinin bu zəfərdə payı olduğuna görə fəxrlə danışırlar. Onlar Ali Baş Komandan İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtirama, veteranlara verilən yüksək qiymətə görə minnətdarlıq ifadə edir, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirlər. Zəfər Günü – bu, millətin birliyinin, dövlətin qüdrətinin, xalqın sarsılmaz iradəsinin rəmzidir. Bu gün biz bir daha fəxrlə deyirik: Qarabağ Azərbaycandır! Bu Qələbə əbədi olacaq, çünki onu xalqın inamı, şəhidlərin qanı, ordumuzun şücaəti və dövlətin iradəsi ilə qazanmışıq! Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Tədbir “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib “8 noyabr Zəfər Bayramı” ilə əlaqədar olaraq 70-ə yaxın müharibə əlil və veteranlarına ziyafət verilib. Tədbir “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib. Tədbirdən öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri Dayaq təşkilatının sədr müavini Məcid Məmmədov açaraq qeyd etmişdir ki, bu gün biz müstəqil Azərbaycanın ən şanlı, ən qürurlu səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük fəxarət və iftixarla qeyd edirik! Bu gün tariximizin qızıl hərflərlə yazıldığı gündür. Bu gün — xalqımızın 30 illik nisgilinə, işğal acısına son qoyulduğu, torpaqlarımızın azad edildiyi, ədalətin bərpa olunduğu gündür! Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın birliyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıq. Şuşanın azad olunması ilə bu qələbə zirvəyə çatdı, düşmən ordusu darmadağın edildi, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında ucaldı. Bu zəfər təkcə bir hərbi qələbə deyil. Bu zəfər xalqın birliyinin, dövlətin gücünün, vətən sevgisinin təntənəsidir. Biz bu qələbəni qanı, canı, namusu ilə qoruyan şəhidlərimizin, igid qazilərimizin hesabına qazandıq. Onların hər biri bizim fəxrimiz, qürurumuzdur! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin! Bu gün artıq Qarabağda həyat yenidən qaynayır. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında yenidən tikinti, quruculuq işləri aparılır. Doğma yurda qayıdan hər bir vətəndaşımızla birlikdə torpaqlarımız yenidən dirçəlir, “Qarabağ Azərbaycandır!” şüarı artıq bütün dünyada gerçəkliyə çevrilib. Bu qələbə bizə həm də böyük məsuliyyət verir. Çünki bu zəfəri qorumaq, onu əbədiləşdirmək hər birimizin borcudur. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli, azad Qarabağın sabahını qurmaq üçün çalışmalıyıq. Çünki Zəfər yolu heç vaxt bitmir — o, əbədi inkişaf, güc və birlik yoludur! Zəfər Gününüz mübarək! Qarabağ Azərbaycandır! Tədbirdə çıxış edən Dayaq təşkilatının sədri Qalib Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu möhtəşəm gün Azərbaycan xalqının şərəf və qürur tarixində ən parlaq səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və sarsılmaz iradəsi nəticəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız azad edildi. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, vətənpərvərliyin, milli ruhun təntənəsidir. Bu qələbə hər bir azərbaycanlının ürəyində fəxarət, qürur və sonsuz minnətdarlıq hissi oyadır. Biz bu gün Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik, eyni zamanda şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların qanı, igidliyi və fədakarlığı sayəsində bu torpaqlarda sülh, azadlıq və sabitlik bərqərar olub. Qazilərimizə isə minnətdarlığımız sonsuzdur onların hər biri qəhrəmanlıq salnaməmizin canlı nümunəsidir. Bu qürur dolu gün bizə bir daha xatırladır ki, Azərbaycan xalqı bir olduğu müddətcə qarşısında heç bir qüvvə dura bilməz.Qoy üçrəngli bayrağımız daim Qarabağ səmasında dalğalansın, Vətənimiz əbədi azad, xalqımız xoşbəxt olsun! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki, Bu gün biz Azərbaycanın ən şanlı, ən qürurlu günlərindən biri – 8 Noyabr Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik! Bu möhtəşəm tarix Azərbaycan xalqının birliyinin, ordumuzun igidliyinin və Ali Baş Komandanımızın müdrik rəhbərliyinin parlaq təntənəsidir. Bu qələbə asan başa gəlməyib. On illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman oğul və qızımız canından keçdi. Onların hər biri bu gün azad və müstəqil Azərbaycanın əbədi qəhrəmanlarıdır. Biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi, öz tarixi ədalətini bərpa etdiyi dövrdür.Həmin günlərdə xalqımız ordusuna dayaq oldu, əsgərimiz Vətən naminə canını fəda etdi və nəticədə düşmən üzərində möhtəşəm Zəfər qazandıq. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, bu xalqın iradəsi sarsılmaz, ordusu məğlubedilməz, torpaqları isə bölünməzdir! Bu ruhu qorumaq, onu gənclərə ötürmək bizim borcumuzdur. Vətən Müharibəsi qazisi Polkovni-leytenant Anar Həsənov və digər qazilərimiz çıxış edərək 44 günlük vətən müharibəsindən danışaraq 8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi ürəkdən təbrik edərək bu qələbə xalqımızın birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı bahasına qazanıldığını bildirdilər.Biz qazilər olaraq fəxr edirik ki, bu şanlı tarixdə payımız var və Vətən uğrunda mübarizə aparmaq bizə nəsib olub. Qoy bayrağımız daim azad Qarabağ səmasında dalğalansın! Zəfər Günümüz mübarək olsun! Qarabağ Azərbaycandır! Tədbirin sonunda Vətən Müharibəsi Əlilərinə Dayaq təşkilatının hədiyyələri təqdim olundu.
Hamısını oxu
Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü və xalqımızın əzəməti uğrunda canından keçən şanlı oğullarımızın adları tariximizin əbədi səhifələrinə həkk olunub. 8 Noyabr – Azərbaycanın həmrəyliyi və milli qüruru günüdür. Bu gün xalqımızın böyük qələbəsinin və qəhrəmanlığının şərəfli günüdür. Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu; Prezident İlham Əliyev – milli birlik və ərazi bütövlüyümüzün təminatçısı; Qarabağ döyüşlərinin digər qəhrəmanları Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və başqaları kimi dahi şəxsiyyətlər xalqımızın əbədi minnətdarlığını qazanıblar. Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu, Prezident İlham Əliyev– milli birlik və ərazi bütövlüyümüzün təminatçısı, Qarabağ döyüşlərinin igid sərkərdələri Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və adları xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış digər qəhrəman oğullarımız kimi şəxsiyyətlər, bu torpağın əbədi şərəf dastanına çevriliblər.Onların hər biri Azərbaycan xalqının qəlbində igidliyin, vətənpərvərliyin və fədakarlığın rəmzidir. Bu qəhrəmanlar bir amalın azad və güclü Azərbaycanın ucalığı naminə döyüşərək öz adlarını tariximizin ən möhtəşəm səhifələrinə yazıblar.Onların qəhrəmanlığı nəsillər üçün örnək, Vətən sevgisinin və dövlətə sədaqətin əbədi təcəssümüdür. General-mayor Mais Bərxudarov peşəkar hərbiçi kimi Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olan general, döyüşlər başlayan kimi özü də əsgərlərlə birgə birbaşa döyüşlərdə iştirak edib. Şahidlərin dediklərinə görə, o, tankın üzərində, ön cəbhədə olmaqla bütün əsgərlərini ruhlandıraraq “Arxamca, irəli!” əmri verib və böyük qələbəyə nail olub. Mais Bərxudarov 1998-ci ildən mayor kimi daim ön cəbhədə, döyüş xəttində şərəflə xidmət edib. Ulu öndər Heydər Əliyev şəxsən onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. Ordenin təqdimatı zamanı Heydər Əliyev ona üçotaqlı mənzil hədiyyə ediləcəyini də bildirmişdir.Ulu öndərə təşəkkürünü bildirən zabitimiz demişdir:“Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəs və şərəflidir. Lakin mənə bağışladığınız evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm.” İkinci Qarabağ müharibəsində isə general Bərxudarov müharibənin ilk günlərində çox ağır qəlpə yaraları almasına baxmayaraq, döyüşü tərk etməyib. Həkimlərin dediyinə görə, onun yaraları hospitalda müalicə olunmalı idi, amma o, imkan tapdığı qədər yaralarını gizlədərək sığınacaqlarda, döyüş şəraitində mübarizəni davam etdirib. Yorğunluğa və ağrılara baxmayaraq, bir gün belə yataqda qalmayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti ilə seçilən Mais Bərxudarov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 9 dekabr 2020-ci ildə isə “Qarabağ” ordeni ilə mükafatlandırılıb. 4 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “general-leytenant” ali hərbi rütbəsi verilib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olaraq, Lələtəpə yüksəkliyinin və onlarla kilometrlərlə ərazinin azad edilməsində şəxsi rəhbərliyi və cəsarəti ilə önəmli rol oynayıb. Erməni silahlı qüvvələrinin çoxsaylı bölmələrini məhdud sayda əsgər və zabitlərlə məhv edib, düşmənin qüvvələrini sıradan çıxarıb. Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medallarla təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır. Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”medalları ilə təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır.Bu ailə əsl vətənpərvərlik məktəbidir bir ananın üç oğlu, üç igid övladı Vətən uğrunda çiyin-çiyinə xidmət edib. Onlar təkcə ailələrinin deyil, bütün Azərbaycanın qürurudur. Bərxudarov qardaşları xalqımızın “Vətən üçün can vermək – şərəf, torpaq uğrunda döyüşmək namusdur” amalını öz həyatı ilə təsdiqləyiblər.Bu ailənin timsalında biz Vətənə sədaqətin, igidliyin və qardaşlıq ruhunun nə qədər böyük bir güc olduğunu görürük. Onlar göstərdilər ki, Vətən sevgisi bir ailənin damarlarında qan kimi dolaşa bilər və o qan bu torpağa sədaqət, mərdlik və qürur gətirər. Bugün biz Zəfərin səsini ucaldır, bu böyük qələbənin memarları olan hər bir qəhrəmanı təbrik edir və onlara dərin ehtiramımızı bildiririk.Mais Şükür oğlu Bərxudarovu və bütün Qarabağ qazilərini Qələbə münasibətilə ürəkdən təbrik edir, onlara sağlamlıq və yeni uğurlar arzulayırıq! Azərbaycanın əbədi qələbəsi naminə, Zəfərin səsi hər zaman ucalacaq!
Hamısını oxu
Bu gün Zəfərin səsi yenidən səmalarda əks-səda verir... Bu səs torpağın dərinliklərindən, şəhidlərimizin uyuduğu məzarlardan qalxır, Vətənin hər daşında, hər nəfəsində duyulur. 8 Noyabr – Qələbə Günü, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazılmış ən şanlı səhifədir. Bu gün 44 günlük Vətən müharibəsində bizə Zəfər sevincini bəxş edən qəhrəman oğullarımızdan beşinin doğum günüdür. Onlar canlarını torpaq, bayraq və azadlıq naminə fəda etdilər, adlarını əbədi olaraq xalqımızın yaddaşına yazdılar. Veteranlar təşkilatının hər bir üzvü bu igidlərin xatirəsini qürurla, minnətlə və dərin ehtiramla anır. Çünki onların qanı ilə yazılan Qələbə dastanı bu gün də Azərbaycan əsgərinin ruhuna güc, xalqımıza isə sonsuz qürur verir. Leytenant Həməşəyev Qismət Oruc oğlu 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qismət Həməşəyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Əsgər Kərimov İsmayıl Abbas oğlu 3 noyabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-cı ildə Nohurqışlaq kənd 1 saylı tam orta məktəbində ibtidai təhsil almağa başlayıb. 2007-ci ildə orta təhsilini başa vuran İ.Kərimov, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Murovdağ yüksəkliyində yerləşən N saylı hərbi hissədə keçib. 2010-cu ildə hərbi xidmətini başa vurub. İsmayıl Vətən müharibəsinə könüllü olaraq yazılıb. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak edib. 5 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Qəbələ rayon Tüntül kənd qəbiristanlığında dəfn edilib. Şəhidimizin Vətənə əmanət iki oğlan övladı yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsmayıl Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. MAHHXHQ, əsgər Sadıqov Elvin Namiq oğlu 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı kəşfiyyatçı-pulemyotçu kimi xidmət edən Elvin Sadıqov, noyabr ayının 3-də Şuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Doğum günündə şəhidlik zirvəsinə ucalan E.Sadıqov doğulduğu Goranboy rayonunda torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. MAHHXHQ, baş əsgər Şirəliyev İntiqam Bəxtiyar oğlu 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. İntiqam Şirəliyev sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Gizir Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini Artuna kənd tam orta məktəbində alıb. 2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (TTM) hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib. Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. O, sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhidimizin Vətənə əmanət iki oğlu yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nadir Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hamısını oxu