Ən son xəbərlər
Sumqayıt Musiqi Kollecinin məzunu, gənc və istedadlı tarzən Fərid İmranlı 30 oktyabr 2025-ci il tarixində Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Talanttar Alemi” çoxjanrlı beynəlxalq musiqi müsabiqəsində böyük uğura imza atıb. Gənc tarzənin müsabiqədə ifa etdiyi Həsən Rzayevin “Çahargah” rapsodiyası müsabiqənin ən ali mükafatına - Qran-priyə layiq görülüb. Müsabiqədə Fərid İmranlını pianoda konsertmeyster Sevinc Süleymanova müşayiət edib.
Hamısını oxu
“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflı məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidə ediblər: “2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin işğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hər mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın böyüklüyünə dəlalət edir. Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə, işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzində həyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar. Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa verəcəyi töhfəyə yönəlib. Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan azad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi, Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası bütün regionun maraqlarına cavab verir. Artıq bütün dünya əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkib, bununla bağlı maraqlı fikirlər səsləndirib. Müzəffər Ali Baş Komandan bildirib ki, 8 Noyabr zəfəri Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin yalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdə ən unikal hadisə olduğunu bildirib: “8 Noyabr zəfəri xalqımızın həyatında mühüm yer tutan, dövlətimizin və dövlətçiliyimizin yalnız bugününə deyil, həm də gələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin cəmi 44 gün içərisində əldə etdiyi bu tarixi zəfər ərazi bütövlüyümüzlə yanaşı, həm də milli-mənəvi dəyərlər sistemimizi, xalqımızın özünə, öz gücünə və qəhrəmanlığına olan inamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitinin əldə etdiyi bu qələbə göstərdi ki, Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onun işğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinə qalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırması da bu böyük qələbənin zamana sığmayan önəmindən xəbər verir. Qarşıdan böyük zəfərin 5-ci ildönümü yaxınlaşır. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, şəhid və qazilərimizin qarşısında hörmətlə baş əyir, böyük sərkərdəmiz Prezident İlham Əliyevə bütün veteranlar adından öz dərin təşəkkürümüzü bildirirəm. Əminliklə vurğulayıram ki, veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütün anti-milli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatına layiqincə cavab verəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Qarabağ müharibəsi veteranı, polis mayoru Şabanov Şahin Yusif oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun qardaşı Nərimanov Rayon Veteranlar Təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanova, eləcə də mərhumun digər yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!
Hamısını oxu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş "Murovun Aslanı" adlı kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təbdirdə şəhid valideynləri və yaxınları, şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhidin bacısı Ayna Abdullayeva, şəhid Orxan Paşayevin atası Nazim Paşayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, şəhid qardaşı Sakit Üçtəpəli, fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadə, Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilova, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti iştirak ediblər. Yüksək səviyyədə keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndiriblər və müəllifə yeni-yeni uğurlar diləyiblər. Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Qeyd edək ki, şəhid kapitan Rəşad Abdullayev barədə qələmə alınmış bu kitabın ilk təqdimatı bu ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.
Hamısını oxu
“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verən son hadisələr bir dah sübut etdi ki, biz xalq olaraq Prezidentimizin ətrafında daha sıx birləşməli, dövlətimizi mümkün təhlükələrdən qorumaq üçün ciddi həmrəylik sərgiləməliyik”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Ramiz Mehdiyev olayı göstərdi ki, nəinki ölkəmizin xaricində, hətta ölkə daxilində belə dövlətimizi istəməyən, dövlətçiliyimizi sarsıtmaq üçün qüvvələr mövcuddur və bu qüvvələr aktiv fəaliyyətdədir. Həmin qüvvələr öz çirkin məqsədlərini həyata keçirmək üçün kənar dövlətlərlə belə təmaslar qurmağa, onlardan dəstək almağa çalışır. Biz gələcəkdə bu kimi halların qarşısını almaq, bu qüvvələrin anti-milli, anti-dövlət fəaliyyətini vaxtında əngəlləmək üçün daim ayıq-sayıq olmalı, eyniylə 44 günlük Vətən müharibəsində olduğu kimi hər an dövlətimizin, Prezidentimizin yanında olmalıyıq. Anlamalıyıq ki, dövlətimizin gələcəyi, xalqımızın təhlükəsizliyi sadəcə dövlət qurumlarından deyil, həm də bizim hər birimizdən asılıdır və biz vətəndaş olaraq bu məsələdə əlimizdən gələni əsirgəməməliyik”. Polkovnik, Ramiz Mehdiyevlə bağlı yaşananların Azərbaycan dövlətinin gücü baxımından da bir sıra mühüm həqiqətləri ortaya çıxardığını bildirdi: “Ramiz Mehdiyev olayı sübut etdi ki, Azərbaycan dövləti, onun hüquq-mühafizə orqanları kifayət qədər güclüdür və bu kimi təxribatların vaxtında de-şifrə edilməsini təmin edə bilir. Sabiq administrasiya rəhbəri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ortaya qoyduğu peşəkarlıq buna nümunədir. Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşmən olan, bu xalqın, bu dövlətin çörəyini yeyə-yeyə onun məhvinə çalışan hər kəs bilməlidir ki, onların hamısının sonu acınacaqlı olacaq. Onların hamısının gizli fəaliyyəti aşkara çıxarılacaq və bu şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bu məsələdə hər bir azərbaycanlı dövlətimizə, əlaqədar dövlət qurumlarına dəstək verməli, anti-Azərbaycan mahiyyətli ən xırda fəaliyyətin belə qarşısını qətiyyətlə almalıdır. Dövlətimizin təhlükəsizliyi, xalqımızın rifahı bizdən məhz bunu tələb edir”. Seymur ƏLİYEV
Hamısını oxu
General-Polkovnik Hikmət Mirzəyev: Aprel Döyüşlərinin və Qarabağ Zəfərinin Sərkərdəsi Azərbaycan tarixində qəhrəmanlıq dastanları çoxdur. Xalqımızın hər dövrü igidlərin, qəhrəmanların və vətənpərvərlərin şücaəti ilə yazılıb. Əsrlər boyu millətimizin azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzi olan qəhrəmanlardan bəzilərinin adını çəkmək kifayətdir: Şah İsmayıl Xətayi, Babək Xürrəmi, Cavanşir, Koroğlu, Həzi Aslanov, Mehdi Hüseynzadə, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov, Zaur Nudirəliyev, İlqar Mirzəyev və daha yüzlərlə igidimiz... Onların hər biri Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü və xalqımızın şərəfi naminə döyüşüb, ölməzliyə qovuşub. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi yalnız hərbi zəfər deyil, həm də xalqımızın milli birliyinin, qürurunun və sarsılmaz iradəsinin təntənəsi idi. Bu şanlı müharibənin ən parlaq simalarından biri isə Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general-polkovnik Hikmət Mirzəyev oldu. Onun rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Cəbrayılın, Füzulinin və xüsusən də Şuşanın azad olunması Azərbaycan tarixinin ən möhtəşəm qəhrəmanlıq səhifələrindən birinə çevrildi. Hikmət Mirzəyev döyüş meydanında göstərdiyi soyuqqanlılıq, qətiyyət, cəsarət və strateji zəkası ilə düşmənə sarsıdıcı zərbələr endirdi, əsgərlərinə inam və ruh yüksəkliyi aşıladı. Düşmənin ən güclü müdafiə xəttlərini yararaq əlbəyaxa döyüşlərdə öz qüvvələrini qələbəyə apardı. Onun rəhbərliyi altında olan xüsusi təyinatlılar az sayda silah və texnika ilə, lakin böyük ruh yüksəkliyi və igidliklə düşməni geri oturtdular. Şuşanın azad olunması ilə Azərbaycanın qüruru və milli ruhu yenidən dirçəldi. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi, sarsılmaz iradəsi və qətiyyətli qərarları nəticəsində həyata keçirilən əməliyyatlar Azərbaycan Ordusunun qüdrətini, peşəkarlığını və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun döyüş ruhunun parlaq təzahürü oldu. Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsən etdiyi təbrik isə general-polkovnik Hikmət Mirzəyevə göstərilən yüksək etimadın, inamın və dərin hörmətin ifadəsi idi. Bu təbrik, eyni zamanda onun rəhbərlik etdiyi qoşun hissələrinə yeni ruh, qürur və məsuliyyət hissi aşıladı. General-polkovnik Hikmət Mirzəyev üçün bu etimad daha böyük uğurlar və qələbələr naminə mübarizəni davam etdirmək üçün güclü stimul oldu. Hikmət Mirzəyev yalnız 44 günlük müharibənin deyil, həm də 2016-cı ilin Aprel döyüşlərinin və Birinci Qarabağ müharibəsinin qəhrəmanıdır. Onun sərkərdəliyi, xüsusi təyinatlıların döyüş bacarığı, müasir texnikadan səmərəli istifadəsi və insan amilinə verdiyi önəm onu müasir Azərbaycan hərb tarixinin ən parlaq simalarından birinə çevirmişdir. Bizim hər birimiz ücün Şuşa sadəcə bir şəhər deyil, milli ruhun, mədəniyyətin, tarixin dirçəldiyi məkandır. Onun azadlığı üçün aparılan əməliyyat Hikmət Mirzəyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq nümunəsi oldu. General həmin günləri belə xatırlayırdı: “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanım içimdə öz cavabını tapmışdı. O vaxta qədər daim əziyyət çəkirdim. Orada bunu hiss etdim.” Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən etibarən Hikmət Mirzəyev peşəkar hərbçi kimi daim inamla yüksəlmiş, öz fədakarlığı və xidmətləri ilə orduda xüsusi hörmət qazanmışdır. 2002-ci ildə general-mayor, 2020-ci ildə general-leytenant, daha sonra general-polkovnik rütbəsinə layiq görülüb. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı”, “İgidliyə görə” və digər orden, medallarla təltif olunub. Bu təltiflər onun vətənə sədaqətinin və xidmətinin ən yüksək qiymətidir. Təşkilatımızın üzvləri çiyin-çiyinə döyüşdükləri silahdaşlarını, Vətən müharibəsinin müqəddəs Zəfərini qazanan igidlərimizi, arxa cəbhədə dua və inamla ordumuza mənəvi güc verən xalqımızı, şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir və minnətdarlıqlarını bildirirlər. Tanrı sizi qorusun, cənab sərkərdə Hikmət Mirzəyev! Tanrı Azərbaycanı, onun qəhrəman oğullarını və bu xalqın yenilməz ruhunu daim uca eləsin! Qarabağ Azərbaycandır və əbədi belə qalacaq!
Hamısını oxu“Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfə, dini-bəşəri dəyərlərə sonsuz ehtiram nümunəsidir”. Bunu saytımıza açıqlamsında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyevanın Vatikana son səfəri bir sıra mühüm yeniliklərlə əlamətdardır: “Mehriban Əliyevanın Vatikan səfəri bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu səfərin qayəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı təşkil edirdi. Mehriban Əliyeva səfər əsnasında Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşmüş, görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, bu əməkdaşlığın ümumbəşəri əhəmiyyəti qeyd olunmuşdur. Səfər zamanı Bakıda ikinci Katolik Kilsəsinin inşası ilə bağlı Azərbaycan dövlətinin qərarı da elan edildi və bu qərar Vatikan rəhbərliyi tərəfindən təqdirlə qarşılandı. Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Vatikan səfəri xalqımız, dövlətimizlə bağlı bir sıra həqiqətləri yenidən aktuallaşdırdı. Bu səfər sübut etdi ki, Azərbaycan dövləti humanitar diplomatiyaya mühüm önəm verir, bunu bütün bəşəriyyətin inkişafı, onun dəyərlərinin qorunub saxlanılması baxımından zəruri hesab edir. Bu mənada Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir. İkincisi, Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan xalqı ümumbəşəri dəyərlərə, bu dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir. Azərbaycan dövləti milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərləri hifz etmək üçün ardıcıl və effektiv səylər ortaya qoyur, sadəcə nəzəri deyil, praktiki baxımdan da ciddi işlər görür. Mehriban Əliyevanın bu səfəri eyni zamanda sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də tolerant xalqdır və dini mənsubiyyətindən asılı olmayaraq, bəşər mədəni irsinə daxil olan bütün dini-tarixi və mədəni abidələrin mühafizəsinə həyati önəm verir. Bunu sadəcə xarici ölkələrdə yerləşən sivilizasiya nümunələrinə deyil, eyni zamanda Azərbaycandakı dini-mədəni abidələrə münasibətdə də görmək mümkündür. Təkcə bir faktı qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda dağıdılan bütün abidələr dini mənsubiyyətindən asılı olmayaraq, tam bərpa edilib və bu proses günümüzdə də davam edir”. Polkovnik qeyd edib ki, Birinci Vitse-prezidentin Vatikan səfəri və səfər zamanı səsləndirdiyi fikirlər digər xalqlar və dövlətlər üçün də konkret çağırış və mesaj hesab oluna bilər: “Mehriban Əliyeva Vatikan zəfəri və bu səfər əsnasında görülən işlər, səsləndirdiyi fikirlərlə sübut etdi ki, planetimizin gələcəyi, Yer kürləsində sülhün və təhlükəsizliyin qorunub saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqda, dinlərarası və mədəniyyətlərarası dialoqu daim inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən səmimi əməkdaşlıq, gerçək həmrəylik dünyamızdakı bütün sivilizasiyaları xilas edə, onları qarşıdurmadan uzaqlaşdıraraq uzlaşma fonunda inkişaf etdirməyə imkan verə bilər”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol” mövzusunda regional konfrans keçirib. Ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov konfrans iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var. Regional konfransda çıxış edən digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı bəhs ediblər. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.
Hamısını oxu
Zəfərin səsi bu gün Azərbaycanın hər nəfəsindən ucalır. 8 Noyabr Azərbaycan xalqının qürur, şərəf və birlik günüdür. Bu gün təkcə bir bayram deyil, həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də ömrünü Vətənin səmasına, torpağına və bayrağına həsr etmiş əsl sərkərdə - general-mayor Zaur Rüstəmovdur. Zaur Rüstəmovun ömür yolu sədaqətin, fədakarlığın və peşəkarlığın dastanıdır. O, sanki səmanın qoynunda Baba Dağının, Küpüc Dağının zirvələrindən ucalan yel kimi böyüyüb. Mavi göyləri özünə məbəd, Vətəni isə müqəddəs and yerinə çevirib. Azərbaycanın mavi səmasını qorumaq, onu düşməndən müdafiə etmək yalnız cəsarət deyil, həm də bilik, dəyanət tələb edir. Bu çətin, amma şərəfli missiyanı general-mayor Zaur Rüstəmov illərdir mərdliklə və qürurla yerinə yetirir. Səma azadlığın, gücün və qürurun rəmzidir. Bu səmanın qəhrəmanları isə millətin şərəf tarixini yazan igidlərdir. General-mayor Zaur Rüstəmov həmin igidlərdən biridir. Onun adı Zəfərin ucalığında, Vətən səmasının mavi qatlarında əbədi həkk olunub. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. İlk təhsilini doğma kənd məktəbində alan Zaur Rüstəmov uşaqlıqdan Vətən sevgisi ilə yaşayırdı. Bu sevgi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə 1992-ci ildə dövlətimizin göndərişi ilə Türkiyəyə - hərbi aviasiya təhsilinə apardı. 1996-cı ildə Vətənə dönən Zaur Rüstəmov müasir Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri kimi səma keşikçisinə çevrildi. O vaxtdan bəri Azərbaycanın Hərbi Hava Qüvvələrində xidmət edir və bu yolda yüzlərlə gənc zabitə örnək olub. Peşəkar fəaliyyəti dövründə Zaur Rüstəmov Azərbaycanın hərbi tarixində silinməz izlər qoyub. O, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 8 Noyabr Zəfər paradında səma qəhrəmanlarına rəhbərlik edərək Vətən səmasının gücünü dünyaya nümayiş etdirib. 2022-ci ilin may ayında Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalında o, “Baykar Texnologiya”nın rəhbəri Selçuk Bayraktarı müşayiət edərək MiG-29 qırıcı təyyarəsi ilə birgə uçuş həyata keçirib. Bu tarixi an həm qardaşlığın, həm də Azərbaycan aviasiyasının gücünün rəmzinə çevrilib. 25 iyun 2022-ci ildə Prezidentin sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib, 7 noyabr 2024-cü ildə isə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının müavini -Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub. O, xidmətlərində göstərdiyi igidliyə və peşəkarlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Zaur Rüstəmovun sinəsində parlayan “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları bu xalqın ona olan dərin minnətdarlığının və ehtiramının təcəssümüdür. Zaur Rüstəmov kimi igidlər sayəsində bu gün Azərbaycanın səması azad, bayrağımız uca, xalqımızın ruhu yenilməzdir. Onun həyatı göstərir ki, səma həm də ruhun azadlığına açılan qapıdır. Zəfərin səsi səmalardan gəlir - o səs Zaur Rüstəmov kimi qəhrəmanların ürək döyüntüsündə, Vətən sevgisində və hər addımında yaşayır. Xalqımız onun kimi oğulları ilə qürur duyur. Çünki Zaur Rüstəmov kimi qəhrəmanlar yalnız torpağı deyil, xalqın ruhunu, Vətənin namusunu qoruyurlar. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan güclənir, bayrağımız səmalarda dalğalanır, Zəfərin səsi nəsillərin qəlbində əbədi yaşayır. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov
Hamısını oxu
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində əzəmətli qürur və şərəf səhifəsidir. Bu gün biz azadlığımız və suverenliyimiz uğrunda canını, qüvvəsini, biliyini Vətən yoluna sərf etmiş qəhrəman oğullarımızı ehtiramla yad edirik. Zəfərimizin təməlində belə igidlər, vətənpərvər, mərd, dövlətə sədaqətli komandirlər dayanır. Onların sırasında Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədov xüsusi yer tutur. Onun həyat yolu Azərbaycan əsgərinin, zabitinin, sərkərdəsinin necə olmalı olduğunu göstərən parlaq bir nümunədir. Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur. 1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov Ali Hərbi Komandanlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.1979–1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1982–1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almış, 1986–1992-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1992-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycana dönərək xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində davam etdirmişdir. 1992–1997-ci illərdə əlahiddə tabor komandiri, qərargah rəisi, alay komandiri vəzifələrində, 1998-ci ildən etibarən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi, Daxili Qoşunların Qərargah rəisinin birinci müavini kimi yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə ona general-mayor, 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə isə Daxili Qoşunların komandanı vəzifəsi verilmişdir. 11 mart 2015-ci il tarixli Sərəncamla isə general-leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Xidməti fəaliyyətində yüksək peşəkarlıq və vətənə sədaqəti ilə seçilən general Şahin Məmmədov “Azərbaycan Bayrağı” ordeni, “Qarabağ” ordeni, “Hərbi xidmətlərə görə” medalı və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak etmiş, 1992-ci ildə Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi ilə yüksəklik düşməndən azad edilmiş, özü isə yaralanmışdır. Bu gün Zəfər Günündə biz bir daha anlayırıq ki, Azərbaycanın qalib ordusu belə sərkərdələrin qətiyyəti, belə zabitlərin fədakarlığı sayəsində formalaşıb. General-leytenant Şahin Məmmədov kimi komandirlər öz həyatlarını dövlətin təhlükəsizliyinə, xalqın rifahına və torpaqlarımızın müdafiəsinə həsr ediblər. Onların xidmət yolu gənclərimiz üçün örnək, vətənə sədaqət məktəbidir. Bu gün Azərbaycan gəncləri bu qəhrəmanlardan ilham alır, onlardan öyrənir. Azərbaycan Veteranlar Təşkilatı adından general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu və onun timsalında bütün vətənpərvər zabit və əsgərlərimizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Sizlərin şərəfli xidmətiniz, fədakarlığınız və dövlətə sədaqətiniz xalqımız üçün qürur mənbəyidir. Qoy Zəfər ruhu daim yaşasın, Vətənimizin səsi hər zaman qalib səslə ucalısın! Yaşasın Azərbaycan əsgəri! Yaşasın qalib Ordumuz! Zəfər Gününüz mübarək! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Zəfərin səsi bu torpağın hər daşından, hər nəfəsindən ucalır bu gün... 8 Noyabr - Azərbaycan xalqının qürur, şərafət və birlik günüdür. Bu gün yalnız bir bayram deyil, bu gün həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də general-mayor ömrünü Vətənə həsr etmiş bir əsgər, bir sərkərdə, bir qəhrəman nümunəsi olan Hikmət Hüseynovdur! Füzulinin Pirəhmədli kəndində doğulan bu Vətən oğlu, cəbhənin ən qaynar nöqtələrində, taleyin sınaq yerlərində Vətən bayrağını ucaldanlardan oldu. Uşaqlıqdan torpağın hər qarışını sevə-sevə böyüyən Hikmət Hüseynov gənclik illərini hərbi forma ilə bəzədi, mərdliyin, intizamın və vətənpərvərliyin simasına çevrildi. Aprel döyüşlərində “Ohanyan səddi” deyilən o səddi cəmi 40 dəqiqəyə darmadağın edən, Suqovuşan əməliyyatına qəhrəmanlıqla rəhbərlik edən bu sərkərdə Qarabağ zəfərinin memarlarından biri kimi tarixə düşdü. Onun adı bu gün gənclərə igidliyin, vətənpərvərliyin və qətiyyətin nümunəsi kimi təqdim olunur. Ali Baş Komandanın “Dəmir Yumruq” iradəsi, ordumuzun birliyi və xalqımızın duaları bu qələbəni yaratdı. Bu zəfərin səsi bu gün hər evdə, hər ürəkdə eşidilir, çünki bu səs Vətənə sədaqətin, millətə sevginin səsidir. Hikmət Hüseynov kimi qəhrəmanların göstərdiyi rəşadət bu gün və gələcək nəsillər üçün örnəkdir. Bu gün biz 8 Noyabr – Zəfər Gününü qeyd edərkən Hikmət Hüseynov kimi igidlərin xidmətini, fədakarlığını və Vətənə sonsuz bağlılığını minnətdarlıqla yad edirik. Onlar döyüş meydanında tarix yazdılar, biz isə onların adını qürurla söyləyirik və deyirik: Azərbaycan xalqı öz qəhrəmanının adını tarixə qızıl hərflərlə yazır, yaddaşına möhürləyir və heç zaman unutmur. Dövlət isə qəhrəmanına qürurla sahib çıxır! Necə ki, General-mayor Hikmət Hüseyn oğlu Həsənov göstərdiyi igidliyə və yüksək komandanlıq bacarığına görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüş, həmçinin “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu gün Hikmət Həsənovun keçdiyi şərəfli hərbi yol – Vətənə sədaqətin, peşəkarlığın və əsl əsgər rəşadətinin parlaq nümunəsidir. Onun adı Azərbaycan Ordusunun Qələbə salnaməsində şərəf və qürur mənbəyi olaraq əbədi yaşayacaq. Respublika Veteranlar Təşkilatı olaraq, torpaqlarımızın azadlığı uğrunda canını, sağlamlığını və illərini Vətənə həsr etmiş bütün igid qəhrəmanlarımızla fəxr edirik. 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Eşq olsun Azərbaycan Ordusuna! Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu